Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə198/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   194   195   196   197   198   199   200   201   ...   274
Tibb bacisi test suallari

 
744.Sterilizasiya nədir? 
A) Mikrobların yaraya düşməsinin qarşısının alımasıdır 
B) Paatogen mikroqanizmlərin məhvidir
C) Bütün mikrobların sporları ilə məhvidir
D) Mikrobların yarada məhvidır 
E) Mikrobların yaraya düşmə yollarında məhvidır 
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlaşmış şüaların) 
təsirindən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir. 
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29 
745.Antiseptika nədir? 
A) Alətlərin dezinfeksiyasıdır 
B) Mikrobların yaraya düşmə yollarında məhvidir
C) Yaradakı mikrobların məhvidir
D)Alətlərin sterilizasiyasıdır 
E)Patogen mikrobların məhvidir 
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər 
kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241 
746.Aseptika nədir? 
A) Mikrobların yaraya düşməsinin qarşısını alan profilaktik tədbirlərdir
B) Yaradakı mikrobların məhv olunması tədbirləri kompleksidir 
C) Alətlərin dezoinfeksiyasıdır 
D) Alətlərin sterilizasiyasıdır 
E) Patogen mikrobların məhvidir 


208 
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin 
qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur, aseptik 
şərait yaradılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241 
747.Əməliyyatda iştirak edən tibb heyəti hansı geyimdə olmalıdır? 
A) Təmiz xalatda 
B) Steril xalatda
C) Steril xalat, kalpak, maska və baxildə
D) Fərqi yoxdur 
E) Xüsusi geyimdə
Əməliyyatda iştirak edən tibb heyəti steril xalat, kalpak, maska və baxildə olmalıdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
32 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin