Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə200/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   196   197   198   199   200   201   202   203   ...   274
Tibb bacisi test suallari

752. Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanır? 
A) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur 
B) Şüalanmış sahə aseptik sarğı ilə örtülür 
C) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur
D) Zərərçəkənə ağrıkəsici preparat verilir 
E) Zərərçəkənə ürək dərmanları verilir 
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra 
isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür. 
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
120 
753.Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır? 
A) Əvvəl irinli sonra təmiz yaralar sarınır 
B) Təmiz və irinli yaralar eyni vaxtda sarınır 
C) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır
D) Ardıcıllığa riayət olunmur 
E) İrinli yaralar palatada sarğı əməliyyatından keçirilir 
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra 
isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa 
ilə şüalandırılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
754. Arterial turna düzgün qoyulduqda nə baş verir? 
A) Turnadan aşağı nahiyədə temperatur yüksəlir 
B) Ətraf sianozlaşır 


210 
C) Turnadan aşağı nahiyədə bütün hissiyat itir 
D) Qanaxma dayanır və periferik nəbz itir
E) Turnadan aşağı nahiyədə nəbz vurur 
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz 
vurğusu itir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
755.Kimə universal donor deyilir? 
A) I qrup RH (-) qana mənsub şəxs 
B) I qrup RH(+) qana mənsub şəxs 
C) II qrup RH(+)qana mənsub şəxs 
D) IV qrup RH(-)qana mənsub şəxs 
E) IV qrup RH(+)qana mənsub şəxs 
RH (-) qanı olan xəstələrə RH (+) köçürüldükdə, onların qanında anticismciklər 
hazırlanır. Bu hala rezus amillə qanın immunizasiyası deyilir. Belə immunizasiya RH 
(+) döl ilə hamiləlik zamanı RH (-) qadınlarda ola bilər. RH (-) qan köçürüldükdə 
qanda anticisimciklər əmələ gəlmir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 82 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin