218
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
785.Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
A) Yarım oturaq
B)
Qurbağa vəziyyətində
C) Qarın üstə
D) Arxası üstə
E) Ayaq üstə
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqları aralanmış, ayaqları arasına
yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
786.Tısbağavari sarğı yuxarı ətraf zədələnmələrində hansı nahiyyəyə qoyulur?
A)
Dirsək nahiyyəsinə
B)
Bazu nahiyyəsinə
C) Ələ
D) Mil bilək oynağı nahiyyəsinə
E) Barmaqlara
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
787.Gips sarğısı qoyulmuş xəstələrdə şiddətli ağrı olarsa tibb bacısı nə
etməlidir?
A)
Həkimə xəbər verməli
B) Narkotik maddə vurmalı
C) Novakain blokadası etməli
D) Ətrafın vəziyyətini dəyişməli
E) Gips sarğısını kəsməli
Gips sarğısı qoyulmuş xəstədə şiddətli ağrı olarsa tibb bacısı həkimə məlumat
verməlidir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 291
Dostları ilə paylaş: