217
Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq
I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə
aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
781.Uzunmüddətlisıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət
hansıdır?
A) Zədələnmiş ətrafın immobilizasiyası
B) Ətrafların qızdırılması
C) Ağrısızlaşdırıcı maddələrin təyini
D) Sedativ maddələrin təyini
E) Turnanın qoyulması
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma
aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana
sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
782.Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Kompres qoymaq
B) Soyuq və aseptik sarğı qoymaq
C) Masaj etmək
D) İsti qoymaq
E) Kəsik aparmaq
Yumşaq toxumaların zədələnməsində hematomanın yaranmaması üçün həmin
nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə
infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
Dostları ilə paylaş: