Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Onurğa beyni anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə203/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   199   200   201   202   203   204   205   206   ...   274
Tibb bacisi test suallari

763. Onurğa beyni anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə 
həyata keçirilməlidir? 
A) Sağ tərəfi üstə uzanmış vəziyyətdə 
B) Yarımoturaq vəziyyətdə
C) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə
D) Qarnı üstə uzanmışvəziyyətdə
E) Ayaq üstə
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda aparılan əməliyyatlar 
zamanı icra edilir.Anesteziyadan sonra xəstədə arterial təzyiq aşağı düşdüyünə görə 
xəstələr dərhal uzandırılmalıdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62 
764.İki atmosfer təzyiqdə ağların avtoklavda strelizasiya müddəti nə qədərdir? 
A) 45 dəqiqə
B) 15 dəqiqə
C) 20 dəqiqə
D) 60 dəqiqə
E) 30 dəqiqə
Ağlar 2 atmosfer təzyiqdə, 132
o
C
 
temperaturda 20 dəqiqə sterilizasiya olunmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
30 
765. Ağların steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır? 
A) Fiziki üsulla nəzarət
B) Texniki nəzarət
C) Bakterioloji nəzarət
D) Kimyəvi üsulla nəzarət


213 
E) Bioloji müayinə üsulu
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya 
olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir 
və əkmə yolu ilə nəzarət aparılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29 
766.Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq
B) 70
0-
li etil spirtində saxlamaq
C) Avtoklavlaşdırma
D) Formalik buxarı ilə təsir etmək
E) Antibiotiklərdən istifadə etmək
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki 
amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin