221
A) Yaraların spirtlə işlənməsi
B) Zərdablardan vurulması
C) Yaraların drenajlanması
D) Antibiotiklərin vurulması
E) Furasillindən istifadə
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara
möhtəviyyatı xaric edilir.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
798.Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə
olunur?
A) Tısbağavari
B) Xaçvari
C) “Cəngavər əlcəyi”
D) İlanvari
E) Sünbülvari
Əl barmaqları zədələnərkən bütün barmaqları sarımaq üçün “Cəngavər əlcəyi”
formasında sarğıdan istifadə olunur.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
799.Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı nə etməlidir?
A) Köçürməni dayandırıb, həkimi çağırmalı
B) Qanəvəzedici köçürməli
C) Termometr qoymalı
D) Buz qoymalı
E) Nəbzə diqqət etməli
Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı dərhal qan köçürməni
dayandırıb əlavə qorxulu fəsadlar(transfuzion şok) əmələ gəlməsininin qarşısını
almaq üçün həkimi çağırmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
800.Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
A) Tısbağavari sarğı
B) Səkkizvari sarğı
C) Spiralvari sarğı
D) T-şəkilli sarğı
E) Sürünən sarğı
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması
mövcuddur: yaxınlaşan və uzaqlaşan.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Dostları ilə paylaş: