Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə214/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   210   211   212   213   214   215   216   217   ...   274
Tibb bacisi test suallari

808. Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı 
xəstəyə nəyi məsləhət görür? 
A) Ədviyyatlı qidaların qəbulu 
B) Süd məhsullarının qəbulu 
C) Aktivləşmiş kömürün qəbulu
D) Hisə verilmiş qidaların qəbulu 
E) Mineral suların qəbulu 


224 
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə 
aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, 
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373 
 
809.Əməliyyat sahəsi nə ilə işlənilir? 
A) 33%-li hidrogen peroksid 
B) 96%-li spirt
C) 5%-li kalium permanqanat 
D) 0.5%-li xlorheksidin biqlükonat
E) 1:5000 furasilin
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat 
sahəsi 
tükdən 
təmizləndikdən 
sonra 
antiseptik 
məhlullarla-xlorheksidin 
biqlükonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlükonat 20%-li sulu 
məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 
nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, 
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97 
 
810. İmmobilizasiya nədir? 
A) Zədənənmiş nahiyədə sklet dartması həyata keçirmək 
B) Zədələnmiş nahiyəyə dərman maddəsini yeritmək 
C) Zədənənmiş nahiyədə əməliyyat aparmaq 
D) Zədənənmiş nahiyəyə buz qoymaq
E) Bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirmək
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini 
hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların 
zədələnməsində, 
sinirlərin, 
damarların 
və 
yumşaq 
toxumaların 
geniş 
yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, 
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin