817.Yaranın cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan
istifadə olunur?
A) 30%
B) 6%
C) 10%
D) 3%
E) 33%
Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.
Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında,
səthi qanaxmalarda istifadə olunur. 6%, 10%, 30%, 33% məhlullarından
dezinfeksiyaedici kimi istifadə olunur.
227
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.23
818.Bioloji antiseptikaya nə aiidir?
1. Antibiotiklər 2. Səthi-aktiv maddələr 3. Vaksinlər
4. İmmunoqlobulinlər 5. Oksidləşdiricilər 6. Turşular
A) 1,3,4
B) 1,2,6
C) 2,4,5
D) 1,3,6
E) 3,2,5
Hal-hazırda bioloji antiseptikada istifadə olunan maddələrə antibiotiklər,
vaksinlər,immunoqlobulinlər və proteolitik fermentlər aiddir. Antibiotiklər cərrahi
infeksiyalarda müalicəvi və profilaktik məqsədlə istifadə olunur. Passiv və aktiv
immunizasiya məqsədilə immunoqlobulinlərdən və vaksinlərdən istifadə olunur
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.24
819.Kimyəvi antiseptikada nədən istifadə olunur?
1.Spirtlər
2.Vaksinlər
3.Səthi aktiv maddələr
4.Antibiotiklər
5.Oksidləşdiricilər
6.Proteolitik fermentlər
A)1,3,5
B)2,4,6
C)1,2,6
D)3,5,6
E)1,4,6
Kimyəvi
antiseptikada
istifadə
olunan
maddələr
kimyəvi
dezinfeksiyaedicilər,antiseptiklər və kimyəvi terapevtik maddələr olmaqla üç qrupa
bölünür. Kimyəvi dezinfeksiyaedicilərdən alətlərin, döşəmələrin, divarların, tibbi
əşyaların dezinfeksiyasında istifadə olunur. Antiseptiklərdən əllərin işlənməsində,
yaraların yuyulmasında istifadə olunur. Kimyəvi terapevtik maddələr orqanizmində
olan bakteriyalara bakteriostatik və bakteriosid təsir göstərir. Spirtlər, səthi aktiv
maddələr antiseptikllərə aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.22
Dostları ilə paylaş: |