230
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış
vəziyyət verilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
827.Periferik vena üçün kateterin seçimində tibb bacısı nəyi nəzərə almır
?
A) Yeridilən mayenin tərkibini
B) Venanın diametrini
C) Yeridilən mayenin sürətini
D) Xəstənin fizioloji vəziyyətini
E) Kateterin venada qalma müddətini
Periferik vena üçün kateter seçimində tibb bacısı xəstənin fizioloji vəziyyətini yox,
venanın diamterini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin
venada qalma müddətini ciddi nəzərə almalıdır.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
828.Periferik venada kateterin yeri neçə saatdan bir dəyişilməlidir?
A) 12-24
B) 24-48
C) 48-72
D) 24-36
E) 1-12
Periferik venada ağırlaşmaların qarşısını almaq məqsədilə kateterin yeri 48-72
saatdan bir dəyişilməlidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
829.Periferik venaya kateter qoyulduqdan sonra damarda hansı ağırlaşmaya
baş verə bilər?
A) Allergik reaksiya
B)Anaflaktik şok
C) Flebit
D)Limfadenit
E) Limfangit
Periferik venadaki kateterə düzgün qulluq olmadıqda,aseptika və antiseptika
qaydalarına düzgün riayət etmədikdə,kateterin yeri vaxtında dəyişdirilmədikdə
venanın cərrahi infeksiyası-flebit kimi ağırlaşmaya rast gəlinir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
Dostları ilə paylaş: