814. Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?
A) Dakron
B) Ketqut
C) İpək
D) Poliqlekapron
E) Neylon
Oftalmologiyada
istifadə
olunan
sorulan
sintetik
saplara
poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-
30 günə qədər saxlanılır; 40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz
qalaraq sorulur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.118
226
815.Toxumanı kəsən alətlərə nə aiddir?
1. Skalpel
2. Pinset
3.Qayçı
4. Kornsanq
5. Mişar
6. Payer jomu
A) 1,3,5
B) 1,2,4
C) 2,3,6
D)3,4,5
E) 2,4,6
Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt
uclu),bıçaqlar(rezeksion və amputasion), mişarlar, kəlbətin, raspator, çəkic, yoğun
iynələr, troakar, frezlər, osteotom aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.119
816.Bütün cərrahi alətlər neçə qrupa bölünür?
A)Birləşdirici və qoruyucu
B) Qoruyucu və kəsici
C) Sıxıcı və kəsici
D) Ümumi və xüsusi
E) Sıxıcı və birləşdirici
Bütün cərrahi alətlər ümumi və xüsusi olmaqla iki qrupa bölünür.Ümumi alətlərdən
bütün əməliyyatlarda istıfadə olunur.Xüsusi alətlərdən isə oftalmologiyada,
otolarinqologiyada,neyrocərrahiyyədə,
kardiologiya
və
pulmonologiyada,
ginekologiya və urologiyada müxtəlif növ əməliyyatların gedişatında istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Dostları ilə paylaş: |