841.Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir? A) 3
B)1-2
C) 2-3
D) 4-6
E) 1-3
Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4- 6 dəfədən az və ya çox olmamalıdır. Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.402 842.Autoimmoblizasiya nədir? A) Zədələnmiş nahiyənin şinaya fiksasiya olunması
B) Zədələnmiş nahiyənin taxta parçasına fiksasiya olunması
C) Zədələnmiş nahiyənin karton parçasına fiksasiya olunması
D) Zədələnmiş nahiyənin sağlam tərəfə fiksasiya olunması
E) Zədələnmiş nahiyəyə gips sarğısının qoyulması
Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə təsbit olunmasıdır.Yuxarı ətrafın zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksasiya olunmalıdır. Ədəbiyyat: И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.292 843.Sidik kisəsinə qoyulan sistostomadan sonra tibb bacısı xəstəyə nəyi başa salmalıdır? A) Yeyunostomaya qulluğu
B) Kolostomaya qulluğu
235
C) Qastrostomaya qulluğu
D) Traxeostomaya qulluğu
E) Sistostomaya qulluğu
Sidik-ifrazat sistemində aparılmış əməliyyatdan sonra tibb bacısının işinə xəstəyə sistostomaya qulluğu öyrətmək aiddir. Ədəbiyyat И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.292