851. “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz? A) Təxirə salınmaz yardımın çağırılması
B)Xəstəyə horizontal vəziyyətin verilməsi
C)Qarın nahiyəsinə buz qovuğunun qoyulması
D)Xəstənin xəstəxanaya çatdırılması
E) Ağrıkəsicilərin yeridilməsi
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz,çünki,ağrıkısicilərin yeridilməsi xəstəliyin klinik şəklini təhrif edə bilər. Bu zaman xəstəyə horizontal vəziyyət verməli, qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır. Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343 852. Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil? A) Yaradan qanaxma
B) Ağrı şoku
C) Yaranın çapıqlaşması
D)Tikişlərin aralanması
E)Yara ətrafında qızartı
Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir. Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129 853.Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb bacısı nə etməlidir? A) Palatanın havasını dəyişdirmək
B)Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək
C) Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq
D) Əməliyyat sahəsinə buz qovuğunu qoymaq
E)Xəstəyə yuxugətirici preparat təyin etmək
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb bacısı əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.
238
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77