Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Müalicəvi immobilizasiyaya nə aiddir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə229/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   225   226   227   228   229   230   231   232   ...   274
Tibb bacisi test suallari

 
857.Müalicəvi immobilizasiyaya nə aiddir? 
A) Gips sarğısı 
B) Kramer şinası 
C) Diterexs şinası 
D) Pnevmatik şina
E) Ləçəkvari sarğı 
Müalicəvi immobilizasiya məqsədilə bərk gips sarğısından istifadə olunur.Gips 
sarğısını hazırlamaq üçün quru gips tozundan istifadə olunur.Gips sarğısı əl ilə 
hazırlanır və ya aptekdən hazır qablaşdırılmış şəkildə alınır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, 
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.191 
858. Natamam gips sarğısına hansı aiddir? 
A) Pəncərəli 
B)Dairəvi 
C) Longet
D)Gips korseti 
E)Gips yaxalığı 
Gips sarğısı natamam və tam gips sarğılarına ayrılır.Natamam gips sarğısına longet 
gips sarğısı və gips çarpayısı aiddir. 
Tam gips sarğılarına dairəvi,pəncərəli,gips korseti,gips yaxalığı və s.aiddir.Longet 
gips sarğısı natamam sarğı olub,ətrafın müəyyən hissəsini(yan,ön,arxa)örtür.Gips 
longeti10-25 sm enlilikdə bintdən 6-8 qat hazırlanır. 
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», 
Феникс, 2007 стр-84 
 
Bölmə IV
859. Aptekdə hazırlanmış göz məlhəminin saxlanma müddəti neçə gündür? 
A) 20 
B) 15
C) 7 
D) 10 
E) 2 
Tibb bacısı dərman preparatlarının alınması, saxlanılması və istifadə olunmasına 
cavabdeh şəxsdir. Göz preparatları müəyyən olunmuş qaydaya əsasən saxlanılır. Göz 
məhlulunun saxlanma müddəti 10 gündür. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 219 
860. Hansı üsulun köməyi ilə gözün periferik görmə sahəsi müayinə edilir? 
A) Tonometriya 


240 
B) Oftalmoskopiya
C) Qonioskopiya
D) Biomirkoskopiya
E) Perimetriya 
Düzgün -cavab - Perimetriya 
Görmə sahəsini müayinə etmək üçün xüsusi cihazdan- perimetrdən istifadə olunur. 
Onun köməyilə göz sahəsinin sərhədlərinin qrafik təsvirini xüsusi cədvəldə almaq 
mümkün olur. Bu müayinə üsulu perimetriya adlanır. 
И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 221-223 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin