Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Hansı hallarda gözə sarğı qoyulmur ?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə237/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   233   234   235   236   237   238   239   240   ...   274
Tibb bacisi test suallari

 
882.Hansı hallarda gözə sarğı qoyulmur ? 
A) Zədələnmələrdə 
B) Konyuktivitlərdə
C) Yanıqlarda 
D) Donmalarda 
E) Blefaritlərdə 


247 
Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və 
viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər 
zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı 
gözü qırpma üçün çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial 
boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan 
təmizlənməsi çətinləşir. 
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 101 
883.Binokulyar sarğı gözə nə məqsədlə qoyulur ? 
A) Möhtəviyyatın ifrazı 
B) Soyuqdan qorunmaq
C) Gözə sakitlik vermək
D) İşıqdan qorunmaq 
E) Çirklənməkdən qorumaq 
Gözə sakitlik vermək lazım gəldikdə binokulyar(hər iki gözə qoyulan) sarğıdan 
istifadə olunur. Belə ki, monokulyar (bir gözə qoyulan) sarğını qoymaqla buna nail 
olmaq mümkün deyil. Ancaq binokulyar sarğının 60 yaşdan yuxarı şəxslərə 
qoyulması məsləhət görülmür. Belə ki, onlarda baş beyin damarlarının sklerozu, 
orientasiyanın itməsi səksəkəyə və digər psixi pozğunluqların əmələ gəlməsinə səbəb 
olur. Binakulyar sarğı zamanı binti girdə dövrə ilə bərkidirlər, sonra onu ənsədən 
qulağın altına aparıb aşağıdan yuxarı çəp dövrə edərək gözü bir tərərfdən 
bağlayırlar. Sonra, binti başın ənsə nahiyəsinin ətrafına və alınan yuxarıda aşağı 
çəpinə aparıb o biri tərəfdən gözü bağlayırlar. Sonra binti qulaqdan aşağı ənsənin 
üzərindən köndələninə aparıb qarşı tərəfdə qulağın altından çıxarır növbəti qalxan 
çəp dövrə edirlər. Beləliklə, bintin növbə ilə çəp dövrələri edilir və tədricən hər iki 
gözə bağlanılır. Sarğını üfüqi dairəvi dövrələrlə bərkidirlər.
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 258 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin