Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Gözün qurğuşunla zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə238/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   234   235   236   237   238   239   240   241   ...   274
Tibb bacisi test suallari

884.Gözün qurğuşunla zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir? 
A) Konyuktivanın yuyulması
B) Aseptik sarğının qoyulması
C) Təcili mədənin yuyulması
D) Ağrıkəsici maddələrin damızdırılması
E) Dezinfeksiyaedici göz məlhəminin sürtülməsi
Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda 
işləyən şəxslər arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast 
gəlinən zəhərdir.Gözün kəskin zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz 
əzələlərinin iflicinə səbəb olur.Xroniki zəhərlənmələr zamanı xarici düz əzələlərin 
parezi və nistaqm baş verir.Görmə itiliyi,işıq duyğusu bir qədər zəifləyir.Bu zaman 
ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan istifadə 


248 
etmək aiddir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı 
sidikqovucu preparatlardan istifadə olunur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 200
 
885.Gözün selikli qişasının iltihabı necə adlanır? 
A) Blefarit
B) Qlaukoma
C) Konyuktivit
D) Katarakta
E) Traxoma
Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz 
qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva 
parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 97
886.Gözün görmə sahəsinin müayinəsi nə adlanır? 
A) Mikroskopiya
B) Tonometriya
C) Oftalmoskopiya
D) Perimetriya
E) Refraktometriya
Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi 
ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini 
almaq mümkündür. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 23

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin