Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Gözün dəlib keçən yaralanmalarında parenteral olaraq xəstəyə hansı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə240/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   236   237   238   239   240   241   242   243   ...   274
Tibb bacisi test suallari

891. Gözün dəlib keçən yaralanmalarında parenteral olaraq xəstəyə hansı 
preparatın yeridilməsi vacibdir? 
A) 25%-li maqnium-sitrat
B) 40%-li qlükoza
C) Geniş spektrə malik antibiotik
D) 1%-li nikotin turşusu
E) 0,1%-li adrenalin
Dəlib keçən yaralanmalar zamanı ilkin tibbi yardım məqsədi ilə əzələ daxilinə geniş 
spekterinə malik antibiotiklərdən bir dəfəlik dozası yeridilir.Sonra isə xəstənin 
gözünə sarğı qoyularaq xəstəxanaya çatdırılır.


250 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 189
 
892.Burnun müayinəsi necə adlanır? 
A) Farinqoskopiya
B) Larinqoskopiya
C) Rinoskopiya
D) Otoskopiya
E) Bronxoskopiya
Burun boşluğunu müayinə metodu rinaskopiya adlanır. Ön rinoskopiya burun 
güzgüsü vasitəsilə, arxa rinoskopiya isə burun-qırtlaq güzgüsü və şpateli ilə 
aparılır.Rinoskopiya zamanı burunun selikli qişasının rənginə,sekresiyanın 
miqdarına və xarakterinə,burun balıqqulaqlarının və burunla tənəffüsün vəziyyətinə 
diqqət yetirilir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 21 
893.Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır? 
A) Xəstəni uzandırmaq
B) Xəstənin başını arxaya əymək
C) Hərarəti ölçmək
D) Burunun ön tamponadasını etmək
E) Xəstənin başını önə əymək
Burun qanaxmasını dayandırmaq mümkün olmadıqda uzunluğu 70-100 sm olan tənzif
tamponu hemostatik maddədə isladaraq burunun ön tamponadasını etmək lazımdır. 
Tamponun maksimum saxlanma müddəti 48 saatdır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 32 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin