870 .Göz kabinetində iştirak edən tibb bacısı nəyi bacarmalıdır? A) Görmə sahəsini təyin etmək
B) Görmə itiliyini təyin etmək
C) Sadə eynəkləri seçmək
D) Sadalananlardan hamısını
E) Göz daxili təzyiqi ölçmək
Göz kabinetində işləyən tibb bacısı xəstələrin ambulator qəbulunda iştirak etdiyi üçün müayinə üsullarını, müalicə proseduraları və manipulyasiyaları bacarmalı, həmçinin zədələnmələr zamanı ilkin tibbi yardım göstərməyi bilməlidir. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 218 871.Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir? A) Kimyəvi yanıqlarda
B) Konyuktivitlərdə
C) Donmalarda
D) Qlaukomada
E) Göz qapaqlarının kontuziyasında
Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238 872. Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur? A) 1%-li salisil turşusu
B) 5%-li kalium permanqanat
C) 3%-li hidrogen peroksid
D) 0,02%-li furasilin
E) 2%-li natrium hidrokarbonat
Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236