867. Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir? A) Gözə 1 %-li tetrasiklin məlhəminin sürtülməsi
B) Gözə 15-20 %-li dimeksid məhlulunun damızdırılması
C) Ağrı kəsici verib,hər iki gözə sargının qoyulması
D) Gözə 30 %-li natrium-sulfasil məhlulunun damızdırılması
E) Gözə 1 %-li pilokarpin məhlulunun damızdırılması
Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gözdə ağrılar, işıqdan qorxma, göz yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 193 868.Sterilizə olunmuş pambıq kürəciklər hansı məhlulda qaynadılır? A) 5 % -li lizol
B) 1:5000 furasilin
C) 2 % -li bor turşusu
D) Kalium permanqanat 1:5000
E) 0.5 %-li dikain
Hazır olunmuş kürəciklər tənzif kisəciklərə yığılaraq avtoklavda sterilizə olunmaq üçün bikslərə yerləşdirilir.Avtoklavda sterilizə olunmuş pambıq kürəciklərə 2 %-li bor turşusu əlavə edilərək 40-60 dəqiqə qaynadılır. Kürəciklər bu məhlulda saxlanılır. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 221 869.Oftalmoloji cərrahi alətlərin sterilizasiyası hansı üsulla aparılır? A) Yandırmaqla
B) Qaynatmaqla
C) Abtoklavda
D) Pervomur məhlulunda
243
E) Quruducu şkaflarda
Sterilizasiyadan əvvəl spirtli-efir qarışığında yağsızlaşdırdıqdan sonar quruducu şkafda 140°temperaturda 1 saat müddətində oftalmoloji cərrahi alətlər sterilizasiya olunur. Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 224