624. Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır? A) Hidrogen peroksid məhlulu ilə
B) Brillyant yaşılı ilə
C) Kalium permanqanat məhlulu ilə
D) 0,5%-li naşatır spirti ilə
E) Furasillinlə
Biksi doldurmazdan əvvəl içərisi(daxli) və xarici 0.5%-li naşatır spirti ilə silinir. Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov. Moskva-1985 625.Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir? A) Neyrocərrahi əməliyyatlarda
B) Qarın boşluğu orqanlarında aparılan əməliyyatlarda
C) Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda
D) Döş qəfəsi orqanlarında aparılan əməliyyatlarda
E) Süd vəzisində aparılan əməliyyatlarda
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir. Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov. Moskva-1985 626. Təzə yaranın xarakterizə edən klinik simptomlar hansılardır? A) Ödem,qızartı,temperatur
B) Ağrı,temperatur,qanaxma
C) Ağrı, yara ağzının açıq olması və qanaxma
D) Ağrı, qızartı, flüktuasiya
E) Qızartı,qızartı,iltihab
Klinik olaraq yaraların 3 xüsusiyyəti aşkar edilir: ağrı, yara ağzının açıq olması və qanaxma. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991 627. Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğı istifadə olunur?
177
A) Spiral
B) Gips
C) Sünbül şəkilli
D) Tısbağavari
E) Qayıdan sarğı
Sınıqları təsbit (fiksə) etmək üçün gips sarğısı qoyulur. Gipc sarğısı bərkidikdən sonra sarğının fiksəedici xüsusiyyətini artırdığı üçün istifadə olunur. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 291) N.P.Paleyev Bakı-1991