628. Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır? A) Əməliyyatdan 4 gün əvvəl
B) Əməliyyatdan 3 gün əvvəl
C) Əməliyyatdan 7 gün əvvəl
D) Əməliyyatdan bir gün əvvəl və əməliyyat günü
E) Əməliyyatdan 5 gün əvvəl
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları
dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac-
qarına əməliyyat otağına gətirilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991
629. Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır? A) Rezeksiya
B) Laparotomiya
C) Torakotomiya
D) Strumektomiya
E) Splenoektomiya
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991 630. Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir? A) 6
B) 8
C) 7
D) 5
E) 4
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhriz saxlayır və o, sutka ərzində hər 3 saatdan bir ifraz olunan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hər birinin miqdarı və xüsusi çəkisi ayrıca təyin edilir. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991 631. Drenaj və tamponları kim dəyişməlidir? A) Anestezist tibb bacısı
B) Tibb bacısı
C) Baş tibb bacısı
178
D) Həkim
E) Palata tibb bacısı
Drenajlar və tamponların işlədilməsi məhz həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991 632.Sağlam insan hansı yaş həddində qan donoru ola bilər? A)) 18-65
B) 16-25
C) 18-40
D) 16-35
E) 17-50
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı