620.Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır? A) Yanıq şoku
B) Septikotoksemiya
C) Toksemiya
D) Rekonvalesensiya
E) Regenerasiya
Yanıq xəstəliyinin inkişafında 4 faza müəyyən edilir: 1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalesensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991 621. Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur? A) Sapand şəkilli sarğı
B) Sünbülvari sarğı
C) Qayıdan sarğı
D) Dezo sarğısı
E) Spiral sarğı
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991 622. Mastit nəyin iltihabıdır? A) Limfa damarlarının
B) Limfa düyünlərinin
C) Süd vəzisinin
D) Piy vəzilərinin
E) Tər vəzilərinin
Mastit ən çox doğuşdan sonra baş verir. Xəstəliyi törədən mikroblar stafilokoklar və streptokoklardır. Mikrob ən çox süd vəzisi giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir. Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997 623. Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır? A) 40 dəq
176
B) 30 dəq
C) 1,5 saat
D) 3 saat
E) 2 saat
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır. Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-1985