Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaqda sutkalıq sidiyin azalması necə adlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə161/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   157   158   159   160   161   162   163   164   ...   274
Tibb bacisi test suallari

595. Uşaqda sutkalıq sidiyin azalması necə adlanır? 
A) Poliuriya 
B) Anuriya 
C) Oliqouriya
D) Hematuriya 
E) Dizuriya 
Sidik ifrazat orqanlarənən xəstəlikləri zamanı sidik ifrazının pozulması xarakterik 
əlamətdir. Xəstəlik zamanı böyrəyin süzmə qabiliyyəti pozulur və sidik ifrazı azalır. 
Oliqouriya əmələ gəlir. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270 
596. Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır? 
A) Fekal – oral 


169 
B) Enteral 
C) Parenteral
D) Kontakt-məişət 
E) Hava-damcı 
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal-oral və s.yollarla 
) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral 
yoluxmadır.(inyeksiya vasitəsi ilə). İnyeksiya edərkən aseptika və antiseptika 
qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika 
qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə 
yoluxma baş verə bilər. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
548 
597. Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir? 
A) 3-4 aya 
B) 7-8 aya 
C) 5-6 aya
D) 1-2 aya
E) 8-10 aya
Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi 
sürətlə böyüdüyü üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə 
bilmir, ona görə də uşağa əlavə qida təyin edilir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
103 
598. Südəmər uşağın doyuzdurulmasına göstəriş hansıdır? 
A) Hipotrofiya 
B) Qaytarma 
C) Hipoqalaktiya
D) Atrofiya
E) Distrofiya
Hipoqalaktiya anada süd azlığıdır. Ona görə uşağın sutkalıq südə olan təlabatı ödənilə 
bilmir və çəki pis artır. Hipiqalaktiya- süd azlığı uşağı doyuzdurmağa göstəriş sayılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 104 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin