Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaqda bağırsaq keçməməzliyinə nə səbəb olur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə157/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   153   154   155   156   157   158   159   160   ...   274
Tibb bacisi test suallari

 
578. Uşaqda bağırsaq keçməməzliyinə nə səbəb olur? 
A) Enterebioz 
B) Trixosefalyoz 
C) Askaridoz
D) Lyamblioz 
E) Eşerixioz 
Uşaqda çox təsadüf edilən askarid qurdunun uzunluğu 20-25 sm qədər olur. Qurdun 
süfrəsi bağırsaq divarından qana keçir bədəndə miqrasiya edərək bir sıra 
ağırlaşmalar verə bilər. Bəzən də qurdun özü bağırsaqda yığılaraq bağırsaq 
keşməməzliyinə səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
586 
579.Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür? 
A) Gecə sidiyi 
B) İlk sidik 
C) Sidiyin orta porsiyası
D) Sutkalıq sidik
E) Son sidik 
Uşaqda sidik götürməzdən əvvəl çalışmaq lazımdır ki, götürülən sidiyə heç nə 
qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270 
580.Dəri bişməcəsinin profilaktikası üçün dəri nə ilə təmizlənir? 


165 
A) Spirtlə 
B) Furasilinlə 
C) Yodla 
D) Steril bitki yağı ilə
E) Fizioloji məhlulla
Körpə uşağa düzgün qulluq etmədikdə büküşlərdə və sağrıda bişməcələr əmələ gəlir. 
Onun olmaması üçün uşağın dərisini hər gün steril bitki yağı ilə silmək lazımdır.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 175 
581. Yenidoğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir? 
A) Bədənin qızması 
B) İnfeksiya 
C) Bədənin soyuması
D) Pis qulluq
E) Dərinin quruması 
Yenidoğulmuşun dərisi yumşaq və yağlı olur, ona görə uşağın dərisini təmiz və quru 
saxlamaq lazımdır. Yenidoğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ 
gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 178 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin