19
A) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması
B) Qan lifləri olan köpüklü bəlğəm
C) Paslı bəlğəm ifrazı
D) Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı
E) “Qəhvə xıltı ” şəklində qusma
Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı
damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı
bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən
qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511
“Çıraq” 2008
65. Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq xəstəyə hansı yardımı
göstərə bilməz?
A) Həkim çağırar
B)
Xəstəni sakitləşdirər
C) Xəstəyə yarımoturaq vəziyyət verər
D) Xəstəyə danışmağı qadağan edər
E) Qansaxlayıcı
preparatlar yeridər
Qanhayxırma zamanı tibb bacısı xəstəyə yalnız həkimin təyinatından sonra
qansaxlayıcı terapiya apara bilər, göstərilən digər yardımlar isə birbaşa tibb
bacısının funksiyasına aiddir. O, xəstəyə başa salmalıdır ki, həyəcanlanma və fiziki
gərginlik qanhayxırmanı artıra bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 512
“Çıraq” 2008
66. Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir?
A) Qalıqları hermetik qaba yığmalı və sanitar- epidemioloji stansiyaya (SES-ə) xəbər
verməli
B) Qaqlıqları yaş tamponla yığıb, zibil qutusuna atmalı
C) Qalıqları su ilə axıtmalı
D) Qalıqları tozsoran ilə yığmalı
E) Civə dağılan yeri furasilin məhlulu ilə silməli
Civə zəhərli maddə olduğu üçün onun ətrafa yayılması insanlar və ətraf mühit üçün
çox təhlükəlidir. Ona görədə tibb bacısı sınmış termometrin qalıqlarını hermetik
qaba yığıb SES-ə məlumat verməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96
“Azərnəşr” Bakı 1984
Dostları ilə paylaş: