900.Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir? A) Kəskin irinli rinit
B) Kəskin irinli otit
C) Yad cismlə aspiyasiya
D) Burunla tənəffüsün çətinləşməsi
E) Seroz möhtəviyyatın ifrazı
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir. Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 43 901.Damaq badamcıq lakunalarının yuyulmasına göstəriş hansıdır? A) Kəskin faringit
B) Kəskin qastrit
C) Xroniki tonzilit
D) Epidemik parotit
E) Tireoidit
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və
yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin,
yodonal, dioksidin) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu
məqsədlə dərman maddəsi şprisə yığılır. Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq
təklif olunur. Dil orta xəttdə sol əllə şpatel ilə fiksasiya olunur. Sağ əllə şprisi
götürülür ,lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное
пособие для среднего медработника, стр 100
253
902.Haymor cibinin iltihabı necə adlanır? A) Etmoidit
B) Sfenoidit
C) Haymorit
D) Frontit
E) Bronxit
Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor cibinin iltihabı haymorit adlanır. Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 56