255
C) 1,4,7
D) 3,4,7
E) 2,5,6
Xarici qulağın təmizlənməsinin 3 üsulu var
1)qulaq zondu ilə,
2)Jane şprisi ilə,
3)elektrosorucu ilə.
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное
пособие для среднего медработника, стр 329.
910. Xarici qulaq keçəcəyindən qanaxma zamanı ilkin tibbi yardım nədən
ibarətdir?
A) Qulağı təmizləyib,qan laxtalarını xaric
etmək
B) Qulaq keçəcəyinə steril pambıq kürəcik qoyub,xəstəxanaya göndərmək
C) Xarici qulaq keçəcəyini yumaq
D) Qulağı təmizləyib,büzücü dərmanları damızdırmaq
E) Buz qovuqcuğu qoyub,xəstəxanaya
göndərmək
Xarici qulaq keçəcəyinin zədələnmələri səthi və dərin olur.Səthi travmalar dərinin
zədələnməsi ilə,dərin travmalar isə qığırdaq və sümük toxunmasının zədələnməsi ilə
müşahidə olunur. Xaric qulaq keçəcəyinin dərisinin zədələnməsi məişət xarakterli
olub, çox vaxt təbil pərdəsinin travması ilə nəticələnir.Buna əsasən uşaqlarda oyun
zamanı,böyüklərdə kibrit çöpü,sancaq və s. ilə qulağı təmizlədikdə,yad cismi xaric
etdikdə rast gəlinir. Xaric qulaq keçəcəyindən qanaxma olduqda qulaq keçəcəyinə
steril pambıq kürəcik yeridərək xəstəni otorinolarinqloqun baxışına göndərmək
lazımdır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное
пособие для среднего медработника, стр 170
Dostları ilə paylaş: