63
bu tədbirlər kömək etmədikdə ona naşatır spirtində isladılmış pambıq iylədilir, həkim
çağırılır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.
Səh.513“Çıraq “2008.
206. Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
A) Termometriya
B) Qusma zamanı yardım
C) Su balansının təyini
D) Nəmləndirilmiş oksigenin verilməsi
E) Qanın müayinə edilməsi
Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur.
Ürəkbulanmanı azaltmaq ücün xəstəyə tərkibində atropin olan preparatlar-
belladonna,belloid,belaspon verilir, qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə
başı yana döndərilir, qusub qurtardıqdan sonra ağzını yaxalayırlar.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507.
“Çıraq “ 2008
207. Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar
məhdudlaşdırılır?
A) Ədviyyatlar
B)
Şəkər
C) Xörək duzu
D)
Bitki mənşəli yağlar
E) Meyvə və tərəvəzlər
Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin
miqdarını artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə
xəstələrə xörək duzunun miqdarı məhdudlaşdırılır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.
Səh.141“Çıraq “ 2008.
Dostları ilə paylaş: