Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ 

Qədim 


Hindistan eyni adlı 

yarımadada erləşirdi. 

Himalay sıra dağları 

Hindistanı başqa öl-

kələrdən ayırır. Hin-

distan yarımadası 

yayladan ibarətdir. 

Yayla ilə Himalay 

sıra dağları arasında 

ovalıq yerləşir. Hin-

distan ovalığının qərbində Hind, şərqində Qanq çayı axır. Bu 

çaylar başlanğıcını Himalay dağlarından götürür.  

Arxeoloji tapıntılar Hindistanda hələ daş dövründə  qədim 

məskənlərin mövcud olduğuna dəlalət edir. Hindistanın qərbində 

eneolit və tunc dövrlərində özünəməxsus protohind mədəniyyəti 

yaranır. Onun çiçəklənmə dövrü e.ə. III-II minilliklərə  təsadüf 

edir. Pəncabda müasir Harappa yaxınlığında və Sinddə Mohenco-

Daro yaxınlığında aşkar edilmiş  şəhər qalıqları bu qədim 

sivilizasiyanın başlıca mərkəzləri olmuşdur. Bu mədəniyyətin 

daşıyıcıları 

dravid və ya 

dravidlərə  qədər 

yaşayan qəbilələr 

olmuşlar. 

Arxeoloqlar e.ə. 

III minillikdə 

salınmış 

şəhər 


aşkar etmişlər. 

Qazıntı zamanı 

qala, onun 

içərisində saray, 

üçmərtəbəli 

evlər, tunc, qızıl  əşyalar, hələ  də oxunması mümkün olmayan 



______________Milli Kitabxana_____________ 

 301


yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən  əhali 

şəhəri tərk etmişdir. 

E.ə. II minilliyin sonunda Hindistana şimal-qərbdən 

racələrin başçılıq etdiyi köçəri ari tayfaları gəldilər. Onlar oturaq 

həyata keçib yerli əhali ilə qaynayıb qarışdılar. Ari dili əsasında 

Hindistanda sanskrit ədəbi dili yarandı. Hindlilər eramızdan min il 

əvvəl dəmirdən istifadə etməyə başladılar. Onlar çəngəllikləri 

qırıb dənli bitkilər becərir, hələ bir çox xalqlara məlum olmayan 

pambıq,  şəkər qamışı, çəltik  əkirdilər. Fili ilk dəfə hindlilər 

əhliləşdirmişdilər. 

E.ə. I minillikdə Hindistanda dövlət yarandı. Dövlət başçısı 

racə adlanırdı. E.ə. III əsrdə bütün Hindistan racə Aşokanın (e.ə. 

268-231) hakimiyyəti altında birləşdi. Onun ölümündən sonra bu 

dövlət dağıldı. Hindistanda bərabərsizlik dində  də öz əksini 

tapmışdı. Tanrı Brahma dünyanın və insanın yaradıcısı hesab 

olunurdu. Hind kahinlərinə brahman deyirdilər. Hind kahinləri 

Brahma tərəfindən müəyyən olunmuş qaydaları  tərtib etmişdilər. 

Guya Brahma insanları kastalara bölmüşdür.  Ən yüksək kastaya 

brahmanlar daxil idi. Guya allah onları  ağzından yaratmışdı. 

Onların allah adından danışmağa ixtiyarı vardı.  İkinci kastaya 

brahmanın əlindən yaradılmış əsilzadələr və döyüşçülər daxil idi. 

Üçüncü kastaya brahmanların budlarından yaradılmış  kəndlilər, 

sənətkarlar, tacirlər daxil idi. Dördüncü kastaya daxil olan 

Şudralar (nökərlər) Brahmanın palçıqlı ayaqlarından yaradılmışdı. 

İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç 

birinə daxil olmayanlara “toxunulmaz adamlar” deyirdilər. Onlar 

və onların övladları doğulduğu gündən murdar sayılırdılar. Onlar 

natəmiz yerləri təmizləyirdilər. 

Qədim hindlilərin dini etiqadları  və qanunları Veda adlı 

məcmuədə toplanmışdır.  İnsanların kastalara bölünməsini 

ədalətsiz sayan adamlar da var idi. Buna görə  də yeni din olan 

budda dini yarandı. Onun banisi şahzadə Siddharta Qautama (e.ə. 

566-486) olmuşdur. Budda deyirdi: “Mənim etiqadım sevgi, 

yardım və şəfqət yoludur”.  

E.ə. I minilliyin ortalarından etibarən Hindistan şəhərləri 

yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox kəndlər böyüyüb 



______________Milli Kitabxana_____________ 

 302


şəhərə çevrildi. Bəziləri dövlət tərəfindən inşa edilirdi. Antik 

müəlliflər Hindistanda şəhərlərin çoxluğuna məəttəl qalırdılar. 

Onların məlumatına əsaslanıb demək olar ki, Maqadhanın paytaxtı 

Pataliputranın (indiki Patnaj) əhalisi bir milyona çatırdı.  Şəhər 

sahəsi 25-30 km

2

 olan ərazidə yerləşirdi.  



Təsərrüfatın müxtəlif sahələrində qul əməyindən istifadə 

olunurdu. Qulu bildirən "Dasa" sözü məfhum kimi hələ  də 

işlədilirdi. Qul əməyi və onun bəhrəsi ağanın ixtiyarında idi. Ağa 

istəsə qulu alar, satar, girov qoyar, hədiyyə verər, lap öldürə  də 

bilərdi.  İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da 

vəziyyəti dəyişilirdi. Bəzən qul məhkəmədə  şahid sifəti ilə  çıxış 

edirdi. O, özü üçün əmlak toplaya bilərdi. Bu dövrdə evdə anadan 

olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına salınması və borc 

köləliyi davam edirdi. Müflisləşmiş adamlar özlərini, yaxud 

övladlarını köləliyə satırdılar. Azad adamları  oğurlayıb qul 

vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər bir ailə 

qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə onların sayı 

daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əməyindən geniş 

istifadə olunurdu. 

Müflisləşmiş  təbəə iqtisadi müstəqilliyini və  vətəndaşlıq 

hüququnu itirdiyindən qullar sinfinə daha çox yaxın idi. Quldar 

təsərrüfatına ucuz işçi qüvvəsi cəlb olunurdu. Onları karmakara 

adlandırırdılar. Karmarkaralar qullar ilə yanaşı hökmdar və  fərdi 

təsərrüfatlarda işləyirdilər. Onlar əvvəlcədən qoyulmuş  şərt 

əsasında  əmək haqqı alırdılar.  Əslində karmarkaralar muzdlu 

əmək ilə  məşğul olurdular. Qədim Hindistanda azad icma 

təbəqələrinin olması mövcud ictimai quruluşun xüsusiyyətlərindən 

birini təşkil edirdi. Onlar istehsal vasitələrinə malik olmaqla 

təsərrüfatla müstəqil məşğul olurdular. İcmalar dövlətin siyasi 

həyatı ilə bağlı deyildilər. Mübahisəli məsələlərin  əksəriyyəti 

icma yığıncağında həll olunurdu. İcmaların varlığı xüsusi torpaq 

mülkiyyətinin, ictimai və  əmlak bərabərsizliyinin inkişafına 

maneçilik törədirdi. Eyni zamanda varlı  şudra təbəqələri 

yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar. Hətta kşatri və 

brahman silki nümayəndələri onların təsərrüfatına xidmətə daxil 

olurdular. Şudralardan hökmdar sülalələri də meydana gəlmişdi. 


______________Milli Kitabxana_____________ 

 303


Qədim Hindistanda mədəniyyətin müxtəlif sahələri inkişaf 

tapmışdı. Ədəbiyyat, incəsənət, xüsusilə memarlıq, təbiət elmləri, 

fəlsəfə sahəsində müəyyən nailiyyətlər  əldə edilmişdi. Burada 

müxtəlif dini ehkamlar və  təsəvvürlər mövcud idi. Erkən dövrdə 

dini əsatirlər meydana gəlmişdi. 

Lap qədim dövrlərdə hind əhalisi arasında günəşə, aya, 

çaylara, bitkilərə inam və sitayiş mövcud idi. Hələ hind-İran 

birliyi dövründə hindlilərin iranlılar ilə oxşar dini anlayışı vardı. 

Oda, suya, əcdadlara, eyni adlı ilahi qüvvələrə inam həm hind, 

həm də irandilli etnik birləşmələr üçün səciyyəvi idi. Hindlilərin 

erkən dini təsəvvürləri Riqvedada əks olunmuşdur. Riqvedaya 

görə  qədim hind panteonun başında  İndra dururdu. O, baş allah 

olmaqla ildırım saçan və fateh hesab edilirdi. 

Əfsanəyə görə ilk əvvəldən yer üzündə asura adlanan 

vücudlar, iblislər yaşayırmış. Hind əsatirlərində asura şər 

qüvvələri təmsil edirdi. İrandilli  ənənədə isə onun müqabili olan 

ahura xeyirxah allahı təcəssüm edirdi. İran div ehkamının əksinə 

olaraq hindlərdəki div xeyirxah əməllərin sahibi idi. Vritra adlı 

iblis (asura) şər qüvvələrin başçısı kimi təsvir olunmuşdur. Aditi 

xeyir və şər qüvvələri təmsil edirdi. Vritranın silahdaşları Danava 

adlanırdı. Aditilər Danava ilə mübarizə aparırlarmış, lakin həmişə 

məğlubiyyətə  uğrayırmışlar. Belə halda Aditilər  İndranı başçı 

seçirlər. İndra göyün və yerin oğlu kimi qələmə verilmişdir. Guya 

o, anasının böyründən "doğulmuşdu". Anadan olandan sonra İndra 

bir müddət gizli yaşamış, sonra soma içkisini dadmış, nəticədə 

bədheybət bir nəhəng görkəminə düşmüşdü. Bundan vahiməyə 

gələn qoşa göy və yer əks tərəflərə ayrılmış, arada yaranmış fəza 

İndranın məskəni olmuşdu. İndra allahların başçısı kimi Vritra ilə 

döyüşə girir. İndra iblisi öldürür. Kosmik sular və ilahi analar 

guya Vritranın qarnından azadlığa çıxırlar. Hamilə sular günəşi 

dünyaya gətirilər. Sonra Sat, yəni varlıq aləmi yaradılır. Bura 

allahların və insanların məskəninə çevrilir. Asat, yəni qeyri-varlıq 

Satdan təcrid edilir. Asat yerin dərinliyini, o dünyanı təmsil edirdi. 

Kosmik sular göydə yerləşdirilir ki, oradan yerə vaxtaşırı rütubət 

göndərsinlər. Varuna qanunlara nəzarət edirdi. İndra dünyanı bu 

cür yaratdıqdan sonra rəqsə başlayır. Eyni zamanda, erkən dini 



______________Milli Kitabxana_____________ 

 304


təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya 

müəyyən yer tuturdu. E.ə. I minilliyin sonunda Brahma, Vişna və 

Şiva allahlarına ibadət genişləndi. Müxtəlif allahlar Vişnanın əksi 

kimi qələmə verildi. Bunlar Krişna, Rama və  hətta Budda hesab 

olunurdu. Hindistanın bir çox allahlarının məbədləri Vişnanın 

müxtəlif təcəssümü kimi qəbul edilir. 

Avestada bu içki haoma adlanır və onun güclü təsiri qatlarda 

pislənir, sonrakı hissələrdə isə təriflənirdi. 

Rama bitki aləmi allahı kimi məlum idi. Onun arvadı Sita 

(mənası  "şum yeri") məhsuldar torpağı  təmsil edirdi. Onların 

haqqında müxtəlif məzmunlu  əsatirlər yaradılmışdı. Rama və 

Sitanın taleyinə iblis Ravana mənfi təsir göstərmişdi.  Əsatirin 

birində deyilir ki, Ravana Lankada (Seylon) hökmranlıq edirdi. 

Brahman onu allah və iblislər tərəfdən məğlubedilməz etmişdi. 

Ravana isə müqəddəs kahinlərin qurban ayinlərini yerinə 

yetirmələrinə maneçilik törədirdi. Allahlar Brahmaya şikayət 

edirlər. Brahma Ravananı məğlub etmək üçün çıxış yolu tapır. O, 

Vişnaya məsləhət görür ki, o, Aydoxa hökmdarının oğlu Ramanın 

cildinə girsin. Rama gənc ikən gözəl Sitaya evlənmişdi. Atası 

Daşaratha onu özünə varis təyin etdi. Lakin hökmdar qadın 

hakimiyyətə Brahatanı  məsləhət bildi. Rama 14 il müddətinə 

sürgünə göndərildi. Sürgündə o, koma tikib Sita ilə dolanırdı. Bir 

gün Ravananın iblis bacısı Ramanı gördü və ona məhəbbətini 

bildirdi. Rama onu rədd etdi. Bunu eşidən Ravana Ramaya qarşı 

çoxlu iblis göndərdi, lakin onlar məğlub oldular. Ravana hiylə 

işlədib Sitanı qaçırdı. Rama çox macəralardan sonra Lankaya 

gəldi, Ravananı öldürdü və Sitanı azad etdi, lakin onu yaxına 

buraxmadı. Sita pak olduğuna and içdi, Rama ona inanmadı. 

Sitanın göstərişi ilə tonqal qaladılar. O, paklığını sübut etmək 

üçün yanan tonqala girdi, lakin allah Brahma alovu Sitanadan 

uzaqlaşdırdı. Sita tonqaldan salamat çıxdı. Od allahı Aqni onu 

Ramaya qaytardı. Rama Sita ilə birlikdə Aydoxaya qayıdır, 

atasının taxt-tacına sahib olur və on min il hökmranlıq edir. 

Bundan sonra Rama Vişna görkəminə qayıdır. Hindistanda bir çox 

məbədlər Ramaya həsr olunmuşdur. 

Qədim hind allahı Krişna həmçinin Vişnanın təcəssümü 



______________Milli Kitabxana_____________ 

 305


kimi təzahür etmişdi. Onun haqqında xeyli əfsanə yaradılmışdı. 

Krişnanın uşaqlıq və gənclik illəri əfsanələrdə öz əksini tapmışdı. 

Uşaq ikən o, meşəyə gedib çobanlıq edirmiş. Onun tütəyinin səsi 

naxır otaran oğlan və  qızları valeh edirmiş, hətta inəklər bundan 

zövq alırmışlar. Bir gün Krişna çayda çimən naxırçı qızların pal-

paltarlarını  oğurlayıb ağacın başında gizlənir. Qızlar ona çox 

yalvarırlar. Krişna paltarı bir şərtlə qaytarır ki, qızlar onunla rəqs 

etsinlər. Krişna qızlar ilə  rəqs edir, sonra yoxa çıxır. Bir xeyli 

keçmiş o, qayıdır, nigaran qalmış  qızları sevindirir. Krişna öz 

simasını, yaxud görkəmini çoxaldır. Qızların hər birinə elə  gəlir 

ki, Krişna onunla oynayır. Krişnanın hamıdan çox xoşuna Radha 

gəlirdi. Guya Radha Vişnanın arvadı Lakşminin ifadəsi imiş. 

Krişna isə ancaq Radha ilə öz görkəmində oynayırdı. Krişna ilə 

Radhanın məhəbbətinə dair xeyli incəsənət  əsəri yaradılmış, ona 

mahnılar qoşulmuşdur. Krişna  əfsanələrdə  məhəbbət vurğunu və 

özünə qarşı sevgi, məhəbbət yaradan allah təcəssümü kimi təsvir 

edilmişdir. Krişnanın eyni zamanda, çoxlu düşməni varmış. O, 

hamını valeh edən cazibədarlıq ilə yanaşı qeyri-təbii qüvvəyə 

malik imiş. 

Əfsanələrin birində deyilir ki, Uqarsen adlı hökmdarın 

arvadını iblis yoldan çıxarıbmış.  İblis Uqarsenin görkəminə 

giribmiş və bunu da arvadı bilmirmiş. O, Kansanı doğmuş, Kansa 

isə hakimiyyəti zəbt edibmiş. O, camaata böyük əzab-əziyyət 

verirmiş, yer üzünü onun zülmü bürüyürmüş. Buna dözməyən Yer 

kürəsi inək görkəmində kömək üçün İndraya müraciət edir. İndra 

əlac tapmaq üçün allahların yanına gedir və  nəhayət, Vişna 

Krişnanın görkəminə düşür. Krişna Kansanı öldürməli idi. Lakin 

Kansanın taleyini yozub deyirlər ki, onu ancaq bacısı oğlu öldürə 

bilər. Belə halda Kansa göstəriş verir ki, bacısı Devakanı 

öldürsünlər. Lakin bacısı əri Kansanı bu qərarından çəkindirir və 

anadan olan körpələri ona verəcəyini vəd edir. Beləliklə, Kansa 

altı körpəni öldürür, lakin yeddi və  səkkizincidən xəbəri olmur. 

Bunlardan biri Krişna, digəri onun qardaşı Balarama imiş. 

Qardaşlar möcüzə ilə Devakanın bədəninə yeridilirlər və bununla 

Kansanın caynağından xilas olurlar. Kansa Krişnanın üstünə 

cürbəcür vücudlar göndərir. İblisə Puntana bədəninə zəhər sürtüb, 



______________Milli Kitabxana_____________ 

 306


təmtəraqlı geyimdə körpə Krişna olan evə  gəlir. O, südünü 

körpəyə  əmizdirir ki, uşaq zəhərlənib ölsün. Lakin körpə Krişna 

iblisənin bütün həyatını əmir və o qədər böyüyür ki, ilanın qarnı 

partlayır. Bir çox macəralardan sonra Krişna Kansaya qalib gəlir 

və onu öldürür. Uqarsen yenidən öz taxt-tacına sahib olur. 

Krişna obrazı Mahabharata dastanında da verilmişdi. Burada 

o, cəsur döyüşçü kimi təsvir olunur. Döyüş zamanı o həm hiyləyə 

əl atır, həm də  hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. O, 

Pandavlar tərəfindən Kaurav qardaşlarına qarşı  çıxış edirdi. 

Krişna deyirmiş ki, xeyir naminə  ədalətli döyüşdə  əl 

titrəməməlidir. O, həyatın mənasını allahı dərk etməkdə görür və 

özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri 

ona sadiq məhəbbət bəsləməkdən ibarət imiş. İnsanın sevən ürəyi 

olmalıdır. 

O, öz ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib 

allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk 

edənlərə  həyatda xüsusi imtiyazlar bəxş edilir. Krişna deyirdi: 

"Mən bütün canlılara eyni cür baxıram. Mənim üçün nə qərəzkar 

var, nə  də istəkli. Lakin kim ki, mənə  sədaqət və  məhəbbətlə 

sitayiş edir, o mənim daxilimdədir, mən də onların". 

Qədim hind əsatirlərində allah Şiva və onun arvadı Parvati 

müəyyən yer tuturdu. Şiva Himalay dağlarında məskən salıbmış. 

O, Brahma allahını cəzalandırıbmış, çünki o, qan-qarışıq nikahına 

yol veribmiş. Şiva rəqs hökmdarı kimi də qələmə verilirdi. O rəqs 

"edəndə dördəlli təsvir olunur. Onun rəqsi dünyanın 

yaradılmasını, inkişafını və məhv olmasını əks edirmiş. Dünyanın 

sonunda  Şiva hər  şeyi udan bədheybət Alov yaradıbmış. Alov 

varlığı  məhv etmiş  və  Şivanın iradəsi ilə dünyanı yenidən 

yaradıbmış.  Şivaya öküz Nanda xidmət edirmiş.  Şiva və arvadı 

Parvati köçəri həyat sürürmüşlər, bədbəxt adamlara və yoxsullara 

köməyə  gəlirmişlər.  Şiva üçün çətənədən məstedici içki 

hazırlayarmışlar. Bəlkə də bu "saoma" içkisi imiş. Şivanın arvadı 

Parvati  əfsanələrdə ilahə ana kimi təsvir edilmişdir. Böyük ilahə 

ana qeyri-ari tayfalarına mənsub olmuş, sonralar hind dini 

tərəfindən mənimsənilmişdi. 

Qədim hind panteonunda yüzlərlə allah cəmləşdirilmişdi. 



______________Milli Kitabxana_____________ 

 307


Onlara da insan əməlləri və güzəranı xas idi. Qədim allahların 

ailəsi vardı, onlar yeyib içərdilər, saraylarda yaşayardılar, 

döyüşlərdə  iştirak edərdilər. Həm qəzəblənər, həm sevib-sevilər, 

həm də ölüm-itimlə rastlaşardılar.  İnsanlar allahları  və onların 

yaşayışını öz həyat tərzinə oxşar yaradırmışlar. Qədim hindlilərə 

görə, kainat yer kürəsindən, fəzadan və  səmadan ibarət idi. 

Allahlar müvafiq surətdə kainatın bu və ya digər sahəsində 

yaşayırdılar. Mitra, Varuna, Aditya, Surya, Vişna və b. səma 

allahları hesab olunurdular. Fəzada  İndra, Maruta, yerdə Aqni, 

Soma və b. ağalıq edirdilər. 

Qədim hindlilər axirət dünyasına inanırdılar. Ölülər allahı 

Yama mərhumları o dünyada qəbul edər, sağlıqlarındakı 

əməllərinə görə onların canını (ruhunu) cənnətə, ya da cəhənnəmə 

göndərərdi. Tədricən axirət dünyası anlayışı da dəyişikliyə 

uğramışdı. Belə təsəvvür yaranmışdı ki, guya insan öləndən sonra 

məhv olmur, başqa bir görkəmdə yenidən yaranır. Bu təlimə görə, 

insanlar öz əməllərinə uyğun yenidən varlı ya yoxsul, quldur ya 

üçün daxili müvazinəti itirməməli, düz danışmalı, yalan və 

böhtandan imtina etməli, düzgün əməl sahibi olmalıdır. 

Budda təliminə görə, hər bir dindar bu yüksək məqsədə, 

yəni  əzab-əziyyətdən xilas olma yoluna qədəm qoymalı idi. O, 

ancaq şəxsi səyi nəticəsində xilas olmaya çata bilərdi. Buna görə 

o, nirvanaya nail olmalı idi. Nirvana həyatın eyş-işrətindən azad 

olmuş insan ruhunun vəziyyətini bildirirdi. Nirvanaya çatmış 

adam bir daha törəmirdi, ancaq onun ruhu başqa şəxsiyyətə keçə 

bilərdi. Nirvana heç də insanı bu dünyada xoşbəxt etmirdi, əksinə 

o bu dünyada insanı hər bir arzu, istək, həvəs və ehtirasdan "xilas" 

edirdi. Nirvanaya çatmaq üçün hər bir kəs ailədən, mülkiyyətdən, 

varnalara mənsubiyyətdən əl çəkməli və dindarlar icmasına daxil 

olmalı idi. 

Buddizm silki fərqləri rədd edirdi. İctimai və silki 

mövqeyindən asılı olmayaraq hər bir kəs nirvanaya can ata, Budda 

dininin ardıcılı ola bilərdi. Eyni zamanda, buddizm mərasim 

keçirmə, qurban kəsmə, dua oxuma dini ayinlərindən imtina 

etmişdi. Buddizm allahların varlığını qəbul edirdi, lakin onların da 

dəyişməyə  məruz qaldıqlarını bildirirdi. Onlar da nirvanaya nail 



______________Milli Kitabxana_____________ 

 308


olmalı idilər. Budda nirvanaya birinci çatdığı üçün allahlardan 

üstün sayılırdı. Buna baxmayaraq Budda ardıcılları belə arzuların 

yerinə yetirilməsi üçün qədim allahlara müraciət edirdilər. Qədim 

allahların özləri də, guya Buddaya sitayiş edirlərmiş. 

Buddizm brahmanizmdən fərqli olaraq adamları eyni 

hüquqlu sanır, lakin ictimai münasibətlərin dəyişdirilməsinə 

çağırmırdı. Buddizmə görə, bütün insanlar əzab-əziyyət içində 

yaşayırlar, buna uyğun olaraq onlar bərabər hesab edilirdilər. 

Əslində insanların bərabər olması  və azadlığa çıxması (xilas 

olmağa can atması) dini ehkamlara tabe edilmişdi. Bu, adamların 

mənəvi aləminə  təsir göstərir və buddizmi cazibədar edirdi. 

Əslində buddizm mövcud olan vəziyyətlə barışmağı, mövcud 

sosial münasibətlərlə qane olmağı  təbliğ edirdi. Buddizm 

Hindistanın özündə  əsas dinə çevrilmədi, Hindistandan kənarda 

daha geniş yayıldı. 

Mədəniyyətin digər sahələri. Erkən dövr Hindistan 

ədəbiyyatı barədə  məlumat qalmamışdır. O zaman şifahi xalq 

yaradıcılığı üstünlük təşkil edirdi. Bu dövrdə yaranmış dastanlar 

sonralar yazıya köçürülmüşdü. Bunlardan biri Mahabharata 

dastanıdır. Dastanda Brahtanın nəslinə  mənsub olan yaxın 

qohumlar hakimiyyət uğrunda mübarizə aparırlar. Bu qohumlar 

əmiuşağı imişlər. Mübarizə vuruşan qohumların hamısının həlak 

olması ilə  nəticələnir. Digər dastan "Ramayana" adlanır. Burada 

şahzadə Ramanın macəraları  və  nəhayət, hakimiyyətə sahib 

olması barədə danışılır. Hadisələr ilə yanaşı bu dastanlarda qədim 

əsatirlər, ibrətamiz və  fəlsəfi mühakimələr, dini rəvayətlər  əks 

olunmuşdur. Bunlar eramızın  əvvəlinə kimi şifahi icra olunurdu. 

Hər iki dastan yazıya elə  həmin vaxtlar köçürülmüşdür.  İlk 

zamanlar vedlər də yazıya köçürülməmişdi. Onlar da şifahi ifa 

olunurdu. 

Piktoqrafiyadan başqa digər qədim hind yazı növləri aşkar 

edilməmişdir. Lakin e.ə. IV əsrə kimi Hindistanda yazının olması 

ehtimal edilir. Qədim hind alimləri Panini (e.ə. V-IV əsrlər), 

Katyayana və Patancali (e.ə. II əsr) sanskrit dilinin 

qrammatikasını yazmışdılar. Vedlər də sanskrit dilində  tərtib 

olunmuşdu. E.ə. III əsrdə  Aşokanın göstəriş  və qanunları artıq 



______________Milli Kitabxana_____________ 

 309


yazıda  əks olunmuşdu. Brahmi yazı növündən istifadə edirdilər. 

Hindistanda arami və yunan yazı sistemi də tətbiq olunurdu. 

Qədim Hindistanda səhnə tamaşası qoyulurdu. Daimi 

tamaşa göstərən dəstələrdə ixtisaslı xanəndələr, musiqiçilər, 

aktyor və  rəqqaslar iştirak edirdilər. Qədim hind memarlıq 

abidələri cərgəsinə qülləli tikintilər, mağara məbədləri daxildir. 

Qədim hind incəsənətinə Haxamaniş və yunan mədəniyyətin təsir 

göstərmişdi. Riyaziyyat və astronomiya sahəsində nailiyyətlər 

barədə erkən məlumat qalmamışdır. Nisbətən son vaxtların 

məlumatları göstərir ki, qədim hindlilər Pifaqorun adını daşıyan 

teoremi bilirdilər. "Sıfır" rəqəmi ilk dəfə Hindistanda işlədilmişdi. 

Onluq say sistemi mövcud idi. "Ərəb rəqəmləri" qədim 

Hindistanda məlum idi. Bu rəqəmləri  ərəblər hindlilərdən 

mənimsəmiş,  Şərqdə  və Avropada yaymışdılar. Riyaziyyat 

sahəsində dördbucaq və kub kökləri çıxara bilirdilər, dördbucaq 

müstəvini hesablayırdılar. Yer kürəsini  şar  şəklində  təsəvvür 

edirdilər. Qədim hindlilər şəmsi təqvimi yaratmışdılar, lakin aylar 

qəməri təqviminə uyğunlaşdırılmışdı. 12 qəməri ayı belə halda 

354 günə  bərabər olurdu. Qəməri ili şəmsi ilə uyğunlaşdırmaq 

üçün  əlavə aydan istifadə edirdilər. Fəlsəfə sahəsində materialist 

müddəalar irəli sürülürdü. Biliyin yeganə mənbəyi təcrübə hesab 

olunurdu. Ruhun yerdəyişməsi, yenidən törəməsi inkar edilirdi. 

Ruh bədənin bir hissəsi kimi qəbul edilirdi. Hind mədəniyyətinin 

özünəməxsus inkişaf yolu ölkəni qədim dünyanın mədəniyyət 

mərkəzlərindən biri səviyyəsinə qaldırmışdı. Hindistan 

mədəniyyəti  Şərqi Asiya və dünya ölkələrinə böyük təsir 

göstərmişdi. 

Qədim hindlilər “Mahabharata” və “Ramayana” dastanlarını 

yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış idilər. Onlar özləri 

üçün  əlifba tərtib etmişdilər. Rəqəmləri ilk dəfə hindlilər 

yaratmışlar.  Ərəblər bu rəqəmləri qəbul etmiş, avropalılar da 

həmin rəqəmləri ərəblərdən götürmüşlər. Onlar bu rəqəmləri ərəb 

rəqəmləri adlandırmışlar. Hindistan şahmat oyununun vətənidir. 

Padşah Aşoka dövründə Hindistanda abidələr  əsasən möhtəşəm 

sütunlardan ibarət idi. Daş sütunların yuxarısında möhtəşəm 

heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm 



______________Milli Kitabxana_____________ 

 310


sütun üzərində 4 şir heykəli qoyulmuşdu. Onların hər biri müxtəlif 

tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir. 

Hindistanda isə  vəziyyət başqadır. Bu ölkəyə  gələn ilk 

avropalılar yerli sakinlərin öz keçmişlərini əla bildiklərinin şahidi 

olmuşlar. Sakinlər onlara izah edirdilər ki, mövcud ənənələr min 

illərlə heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Hər bir sıravi 

hindliyə bu gün də məlum olan əfsanə və miflərdə adları çəkilən 

rəhbər və  qəhrəmanlar min il bundan qabaqkı hindliyə necə 

məlum idisə, eləcə  də öz varlığını saxlamışdır. Hazırda gündəlik 

ibadətlə məşğul olan Brəhmən 3 min il əvvəl yaradılmış himnləri 

yenidən təkrar etməkdə davam edir. Faktiki olaraq Hindistan 

dünyada  ən qədim mədəni  ənənələrlə  zəngin olan bir ölkə kimi 

məlumdur. XVIII əsrin ikinci yarısına kimi avropalılar 

Hindistanın keçmişini o qədər də ciddi şəkildə öyrənməyə 

çalışmırdılar. Onun qədim tarixi isə yunan və Roma müəlliflərinin 

əsərlərində adda-budda qalmış fraqmentlərdən məlum idi. Ölkəyə 

gəlib çıxmış bir sıra fərasətli missionerlər isə Hindistanın həmin 

dövrdəki həyatı ilə  dərindən tanış olmuş, xalq dillərini dərindən 

öyrənmişdilər. Lakin bütün bunlara baxmayaraq, içərisində 

yaşadıqları xalqın  əsil tarixi keçmişini və  mədəniyyətini başa 

düşmək istəmirdilər. Onlar bu mədəniyyəti qədim hesab etsələr 

də, onları dərindən öyrənməyə cəhd etmirdilər. Hindistanın qədim 

tarixinə dair həmin missionerlərin tədqiqatları  əsaslandırılmamış 

uydurmalarla zəngindir. Çünki onlar hindliləri Nuhun nəsli ilə və 

qeyb olmuş Bibliya çarlıqları ilə əlaqələndirirdilər. Bu isə, sözün 

həqiqi mənasında, uydurmadan başqa bir şey deyildir. Bunu 

müəyyən mənada Hind mədəniyyətinə  də aid etmək olar. Lakin 

sonralar haqq öz yerini tutmağa başladı. Dünyanın görkəmli 

tədqiqatçıları Hindistanın tarixi, mədəniyyəti və mifologiyası 

haqqında obyektiv fikirlər söyləmişlər. Bəzi müəlliflər 

Hindistanda yaranmış  mədəni sistemi üç əsas tipə bölmüşdür. 

Həmin müəlliflərdən Braunun fikrincə, birinci tip mədəni sistem 

induist mədəniyyətin təsirinə  məruz qalmayan, hələ indiyə qədər 

öz yazısı olmayan qəbilə, tayfa mədəniyyətidir. Bu, induist 

mədəniyyəti ilə mifologiyanın ünsiyyətin ilkin mərhələsində 

durur. Onlar özlərinin xüsusi yerli allahlarına etiqad edirlər, 



______________Milli Kitabxana_____________ 

 311


hinduizmin böyük allahlarının mövcudluğu haqqında heç bir 

təsəvvürə malik deyillər. Elə buna görə  də onların həmin 

allahlarla bağlı miflərlə  də tanışlığı yoxdur. Həmin qəbilə  və 

tayfaların mədəniyyəti və dini konsepsiyaları haqqında 

məlumatlar yeni dövrdə etnoqraflar, folklorçular, missionerlər, 

məmurlar, məktəb müəllimləri və başqalarının topladıqları 

faktlara  əsaslanır. «Qəbilə-tayfa» mədəniyyətini çox çətinliklə 

sistemləşdirmək mümkündür. Onlar fraqmentar xarakter 

daşıdığından tədqiqatçılara onları qruplaşdırmaq olduqca çətindir. 

Əgər bu mədəniyyət klassik Hind mifologiyası ilə  bəzi  əlaqəsini 

göstərsə də, əksər hallarda müstəqilliyini nümayiş etdirir. 

Hind mədəniyyət sisteminin ikinci tipi konkret 

şəxsiyyətlərin əsasını qoyduğu etiqad təlimləri ilə qırılmaz əlaqəsi 

olan mifləri  əhatə edir. O kateqoriyalara buddizm və çaynizm 

daxildir. Buddizm mifologiyasında mərkəzi yeri Buddanın tarixi 

şəxsiyyəti tutur.  Budda (sanskritdə  hərfən-həqiqətlə nurlanmış, 

ağıllı) buddizmdə mütləq kamilliyə çatmış  və başqalarına nicat 

yolunu göstərməyə qadir olan şəxsdir. Bu qədim dinin banisi 

əfsanəyə görə, e.ə. VII-VI və ya VI-V əsrlərdə Qanq vadisinin 

mərkəzi hissəsində yaşamış Sidihartha Qautama Şəkya Munidir. 

Buddanın həyatı  və moizəçilik fəaliyyəti haqqında natamam 

məlumatlar buddizmin kanonik ədəbiyyatında verilmişdir. 

Qautama Şəkya-Muninin həyatının daha müfəssəl təsvirləri bizim 

eranın II-III əsrlərində  tərtib edilmişdir. Mövcud təsvirlərdə 

ehtimal ki, buddist vaizlərinin həyatından götürülmüş  əfsanələr, 

dini miflər və hadisələr sıx surətdə çulğalanmışdır. Buddanı-

Qautamanı bəzən “Asiyanın işığı” hesab edirlər. 

Çaynizm e.ə. VI əsrdə Hindistanda buddizmlə bir vaxtda 

Kasta, Silk quruluşunu təsvir etmiş Brəhmənizmə müxalif olaraq 

meydana gəlmiş dindir. Çaynizm qədim Hind cəmiyyətinin 

mütərəqqi təbəqələrinin mənafeyini ifadə edirdi. Çaynizmin 

davamçıları 24 peyğəmbərə sitayiş edirlər. Bunlardan da 

sonuncusu guya çaynizmin əfsanəvi banisi, Cina (sanskritcə qalib) 

təxəllüsü olan Mahavira Vardharana olmuşdur. Cina və onun 

ardıcılları haqqında  əhvalatlar kanonik çaynist dini ədəbiyyatını 

(Sitddhanta) təşkil etmişdir. Çaynizmə görə, Cina 5 həqiqəti təbliğ 



______________Milli Kitabxana_____________ 

 312


etmişdir: adam öldürmə, yalan danışma, oğurluq etmə, dünyəvi 

şeylərə bağlanma, bakirəliyini saxla (rahiblər üçün). Çaynizm 

Brəhmənizmin bir sıra ünsürlərini-ruhların  şəkildən  şəklə 

düşməsinə etiqadı, karma haqqında, peyğəmbərlərin vaxtaşırı 

zühur etmələri haqqında təlimi saxlamışdır. Çaynizm, habelə 

buddizm Brəhmənizmin kasta quruluşunu və ayinlərini, 

iztirablardan fərdi  şəkildə xilas olunması haqqında təlimi, Vedin 

müqəddəsliyini inkar edirdilər. Çaynizm ayinlərində allah kimi 

Cinaya, həmçinin onun şagirdlərinə sitayiş edilməsi, müqəddəs 

mətnlərin oxunması, camaat qarşısında tövbə etmək daxildir. 

Bütövlükdə Çaynizm mifologiyası o qədər dəqiq formalaşmışdır 

ki, orta əsrdə yaşayan rahib Hema Çandra (1089-1173) onu böyük 

bir kitabda ümumiləşdirə bilmişdir. Onun əsəri «Trişaş-

tişalakapuruşaçarita» və yaxud «altmış üç görkəmli insanın 

həyatının təsviri» adlanır. 

Nisbətən vahid şəklə salınmış, dəqiq formalaşdırılmış 

buddist və çaynist mifologiyalarının əksi olaraq Hind mədəniyyət 

sisteminin üçüncü tipi hinduizm mədəniyyəti hesab olunur. 

Hinduizm dinə nisbətən daha geniş anlayışdır. O, özünün tam 

məzmunu ilə  həyat tərzi olub, adət və  ənənələri, etiqadı,  əxlaq, 

davranış normalarını, müxtəlif xalqlarda tarixən  ən qədim 

dövrlərdən formalaşmış ictimai institutları özünə daxil edir. 

Hinduizm e.ə. VI-IV əsrlərdə buddizmin və çaynizmin 

yayılmasına cavab olaraq meydana gəlmişdir. Hinduizm 

Hindistanda quldarlıq münasibətlərinin cəmiyyətin kastalar üzrə 

bölgüsünü təsdiq etmiş feodal münasibətləri ilə  əvəz olunması 

dövründə (IV-VI əsrlərdə) möhkəmlənmişdir. Hinduizm yekcins 

din deyildir, onda vahid ehkamçılıq və ayinçilik, mütəşəkkil 

məbəd sistemi yoxdur. 

Brəhmənizm ünsürlərindən başqa hinduizmə ved və yerli 

dinlərin ünsürləri, ibtidai dini etiqadlar: suya (məsələn, Qanq 

çayına), heyvanlara (ilanlara, meymunlara, fillərə, inəyə) sitayiş, 

əcdadlar ayini daxildir. Eyni zamanda hinduizm bütlərə sitayiş 

ünsürlərinə malik olan dindir. Bütün hinduizm cərəyanları üçün 

ümumi cəhət Vedin müqəddəs kitablar kimi qəbul edilməsi, 

sansara haqqında, öləndən sonra Karma qanunlarına uyğun olaraq 



______________Milli Kitabxana_____________ 

 313


müxtəlif varlıqlarda yenidən canlanmış ruhun sərgüzəştləri 

haqqında təlimdir. Bu qanun kasta qaydalarına və ya dharmaya 

əməl edilməsi və ya edilməməyi ilə müəyyən edilir. Hinduizmdə 

insanların allah qarşısında bərabərsizliyi, kasta bölgüsünün 

ilahiliyi haqqında təlim mühüm yer tutur. Hinduizmin dini-fəlsəfi 

təsəvvürləri üçün təbiətə qarşı duran atman haqqında, allahın 

zühur etdiyi insan ruhu haqqında və brəhmən (dünya ruhu) 

haqqında, mənəvi mahiyyətlər haqqında təlim olduqca 

səciyyəvidir. Hinduizmə görə, insan həyatının məqsədini (buddist 

nirvanasından fərqli olaraq) atmanın təbiətdən azad olması  və 

brəhmənlə birləşməsi təşkil edir. Buna da dharmanın yerinə 

yetirilməsi vasitəsilə nail olunur. Bundan başqa başlıca allah 

yaratma (Brəhmə), hifz etmə (Vişna), məhv etmə  (Şiva) 

xassələrini özündə  təcəssüm etdirən, üç sifətə malik vahid allah 

mövcuddur. Brəhməyə faktiki olaraq sitayiş etmirlər. Vişnuya və 

Şivaya (bunlarla bir sırada digər allahlara) sitayiş edirlər. Pərəstiş 

obyektindən asılı olaraq bu dində iki əsas və olduqca mühüm 

hesab olunan cərəyan: vişnuizm və buddizm bir-birindən 

fərqlənir. Məlum olduğu kimi, hinduizmin bir cərəyanı olan 

Vişnuizmdə avatarlar haqqında Vişnanın allahlarda, insanda və ya 

heyvanlarda vaxtaşırı  təcəssüm etməsi haqqında təsəvvür ön 

sırada durur. Məsələn, Budda Vişnanın avatarası hesab olunur. 

Bütün bunlar isə hinduizmin universallığını, yəni digər dini 

etiqadlara, xüsusilə buddizmə uyğunlaşa bilməsi imkanını sübut 

edir. Hinduizm bir din kimi bütün etiqad növlərinin, o cümlədən 

primitiv animizm etiqadlarından tutmuş, incə  fəlsəfi buddizmə 

qədər hamısının mövcudluğunu qəbul edir. Teoloji baxımdan 

hinduizm vahid din olmayıb müxtəlif dinlərdən təşkil olunmuş 

kimi özünü göstərir. 

Şərt olaraq üç tipə ayrılan Hind mədəniyyət sistemində Hind 

mifologiyası olduqca zəngin və mürəkkəbdir. Hind mədəniyyəti 

qədim Hindistanda mövcud olan bir sıra mifoloji sistemlərin (o 

cümlədən, miflərin və orada iştirak edən personajların 

məcmusudur. Dini-mifoloji təsəvvürlərin mənşəyi  ən qədim, 

ibtidai dövrlərə gedib çıxır. Qəbilə-tayfa mifologiyası  həmin 

sıradandır. Bunlar çox vaxt yerli əhalinin adı ilə dravid 



______________Milli Kitabxana_____________ 

 314


mifologiyası da adlanır. Bəzən «protodravid» sivilizasiyasını da 

oraya daxil edirlər. Mohenco-Daro və Harappa arxeoloji 

qazıntıları  ən qədim dövr mədəniyyəti haqqında  ətraflı  məlumat 

verir. Keçən  əsrin 20-ci illərində aparılan arxeoloji qazıntılar 

yüksək mədəniyyət mərkəzlərini aşkar etmişdir. Harappa 

mədəniyyəti dövrünün adamlarının dini-mifoloji təsəvvürləri 

protohind mifologiyasını təşkil edir. Qeyri-hind, qeyri-ari xalqları, 

tayfa və  qəbilələrinin yaratdığı bu mifologiya sistemi ilə yanaşı, 

Hind mifologiyasının ünsürlərini vedlərin mifologiyası, hinduizm 

mifologiyası, buddizm mifologiyası, çaynizm mifologiyası  və s. 

təşkil edir. Məlum olduğu kimi, brəhmənizm qədim hindlilərin 

quldarlıq cəmiyyətinin təşəkkülü dövründə vedizm dininin daha 

da inkişaf etdirilməsindən ibarət olan dindir. Vedlər və bunların 

e.ə. VIII-VI əsrlərdə tərtib olunmuş geniş şərhləri («brəhmənlər», 

«aranyakilər» və «upanişadlar») daxildir. Brəhmənizm ciddi kasta 

bölgüsü üzrə dini cəhətdən əsaslandırılmış brəhmənlərin varnasını 

(silkini) təşkil edən peşəkar kahinlərin imtiyazlı  vəziyyətlərini 

təqdis etmişdir. 4 varnadan onların (brəhmənlər, kşatrilər, 

vayşilər,  şudralar) hər biri üçün xüsusi davranış qaydaları, 

hüquqlar, vətəndaşlıq və dini vəzifələr (dharma) müəyyən 

edilmişdi. 

Dörd kastaya (varnaya) bölünmə  Qədim Hindistan 

cəmiyyətinin səciyyəvi cəhətidir. Bu kastalar 1) brəhmənlər 

(ağlar) - yəni  əqli  əməklə  məşğul olan kahinlər; 2) kşatrilər 

(qırmızılar) - hərbçilər; 3) vayşilər (sarılar) - əkinçi, sənətkar və 

ticarətlə məşğul olanlar; 4) şudralar (qaralar) - ən aşağı, ağır işləri 

icra edənlər, nökərlər. Ari irqinə  mənsub olan birinci üç kastada 

mənəviyyat brəhmənlərə,  əməli (faktiki) hakimiyyət kşatrilərə 

məxsus idi, vayşilər  əməkçi xalq kütlələri, maddi nemətləri 

yaradanlar,  şudralar isə qullar, nökərlər,  ən ağır  əməklə  məşğul 

olanlar idi. 

Qədim Hindistanda yaranan primitiv fəlsəfi baxışlarda, 

sonralar isə  fəlsəfi sistem və  məktəblərdə göstərilən ictimai 

bölgülərdəki mühüm və kastaların ictimai-siyasi mövqelərində 

müqayisəli nöqteyi-nəzər öz fəlsəfi təcəssümünü tapa bilmişdir. 

Həmin kasta sistemi eyni zamanda bütün dinlərdə  də bu və ya 



______________Milli Kitabxana_____________ 

 315


digər dərəcədə əksini tapsa da, brəhmənizmdə daha geniş şəkildə 

əks olunmuşdur. 

Bu din öyrədirdi ki, vedizm dini allahları ilə yanaşı  ən ali 

mütləq olan yaradıcı Brəhmən allahı mövcuddur. Onun 

hissələrindən ibarət olan bütün canlı varlıqların ölməz ruhları 

onunla qovuşmağa can atmalıdır. Bu məqsədə çatmaq üçün ruhun 

köçürülməsinin sonsuz sırası durur. Bu ruh da bitkilərdən və 

heyvanlardan tutmuş brəhmənlərə, padşahlara və  hətta səma 

sakinlərinə qədər müxtəlif formalarda zühur edə bilər. Ruhun hər 

bir yeni doğulmasının forması insanın özündən, onun sağlığındakı 

əməllərindən (karma qanunu), onun möminliyinin dərəcəsindən 

asılıdır. Brəhmənlərə sözsüz tabeçilik, hakimiyyətin 

ilahiləşdirilməsi, öz varnasının drahmasını yerinə yetirmək, bu 

varna tərəfindən müəyyən edilmiş ayinlərə  əməl edilməsi 

brəhmənizmə görə,  ən mühüm fəzilətlər, xeyirxahlıqlar hesab 

olunurdu. Bu göstərişlərin yerinə yetirilməsi guya ruhun yeni, 

daha yaxşı köçürülməsinə  səbəb olur, dharmanın tələblərinin 

pozulması isə yeni bədbəxt hadisələrə, pozulmalara gətirib 

çıxarmışdır. Brəhmənlərin təlimi onların müqəddəs varlıqlar 

sifətində  qəbul edilərək hakim təbəqə mövqeyini qoruyub 

saxlamağa xidmət etmişdir. Bütövlükdə isə hinduizm mifologiyası 

brəhmənizm mifologiyasından bəhrələnmişdir. Brəhmənizm isə 

özlüyündə Vedlərdən qidalanmışdır. Vedlər dini, yaxud Vedizm 

Hindistan  əhalisinin xeyli hissəsinin e.ə. II-I minilliyin 

əvvəllərində  təşəkkül tapmış  və müqəddəs mətnlər külliyyatları 

olan Vedlərdə (hərfi - bilik) yazılı  şəkildə  tərtib olunmuş dini 

etiqad və ayinlərdir. Vedlər  ən qədim himnlərdən, dualardan, 

qurbanlıq qaydalarından və cadularından ibarət olan 4 

külliyyatdan (samhidlərdən) - Riqveda, Yacurveda, Samaveda və 

Atharvavedadan ibarətdir. Vedizm dininin allahları ilk vaxtlar 

təbiət qüvvələrinin və hadisələrinin antropomorf şəkildə 

canlandırılmasından ibarətdir. Aqni - od allahı,  İndra - atmosfer, 

yağış və tufan allahı, Surya - Günəş allahı, Dyaus (Varuna) - göy 

allahı, Soma - Ay və məstedici içki allahı, Vritra - quraqlıq allahı 

və s. İbtidai cəmiyyətin dağılması, sinfi cəmiyyətə keçid, 

dövlətlərin meydana gəlməsi ilə adları  çəkilən allahların da 



______________Milli Kitabxana_____________ 

 316


funksiyaları mürəkkəbləşir.  İndra müharibə allahına, allahların 

padşahına və Yer allahının hamisinə, Varuna allah hakiminə 

çevrilir və s. Ayinin əsası qurbanvermə  mərasimlərindən ibarət 

idi. Bununla da təsəvvür edilirdi ki, qurbanvermə yer üzərindəki 

həyatda insanlara allahın köməyini, ölənlərin ruhlarının isə  səma 

səltənətində (cənnətdə) dirilməsini təmin edir. Qurban verilməsinə 

əvvəllər tayfaların, icmaların, ailələrin başçıları, sonralar isə 

peşəkar kahinlər-brəhmənlər rəhbərlik edirdilər. 

Hind mifologiyasının üç əsas sistemində mifoloji 

personajların hər biri özünün müstəqilliyi və böyük fərqləri ilə bir-

birindən seçilir. Vedizm mifologiyası Şimal-Qərbi Hindistanda ari 

tayfaları arasında e. I-ı minilliklərdə formalaşmışdır. Vedizm 

mifologiyasının  əsas cəhəti çoxallahlılıq-politeizmdir. Hinduizm 

mifologiyası sonralar, ari tayfalarının kütləvi surətdə  Cənub və 

Şərqə doğru hərəkət etməsi şəraitində formalaşmışdır. Onlar yerli 

mədəniyyətlərə  əhəmiyyətli təsir göstərməklə yanaşı, həmin 

mədəniyyətlərdən çox şeyi mənimsəmişdilər. Vedizm 

mifologiyasının davamçısı  və transformasiyası olan hinduizm 

mifologiyası kedlərin ali bilik mənbəyi nüfuzu qəbul etmişdilər. 

Lakin bununla yanaşı onlar monoteist təsəvvürlərə doğru böyük 

təkamülə  uğramışdılar. Bunlar isə bütün varlığın ilk yaradıcısı 

ideyasının aktuallaşdırılmasında, qaydaya salınmış ilahi üçlüyün 

yaradılmasında, universallıq iddiasında olan böyük dinlərə xas 

cizgilərin işlənib hazırlanmasında özünü göstərirdi. Vedizm 

mifologiyası sadəcə olaraq hinduizm mifologiyasına 

transformasiya edilməmişdir. O, müəyyən dərəcədə hinduizm 

mifologiyası ilə yanaşı mövcud olmuş, bir sıra mərasimlərdə öz 

mövqeyini saxlamışdır. Müqəddəs hesab edilən «Riqedada», 

«Yacurveda» və s. mətnlərindən isə özünü müdafiə kimi istifadə 

etmişdir. Qədim Vedizm və hinduizm mifologiyasının bir çox 

cəhətləri  Şimalda deyil, dravid Cənubda daha yaxşı 

saxlanılmışdır. 

Ortodoksal, brəhməniləşdirilmiş vedizm və hinduizm 

miologiyasından fərqli olaraq e.ə. VI əsrdə Hindistanın  Şimal-

Şərq vilayətlərində yaranan buddist mifologiyası brəhmən 

mahiyyətindən uzaq olub, həm sanskrit, həm də yerli orta 



______________Milli Kitabxana_____________ 

 317


Hindistan dialektlərini birləşdirən dilə malik olub əhalinin daha 

geniş  təbəqələrini  əhatə edir. Cəmiyyətin bu təbəqələri sosial 

mülkiyyət və etnik münasibət cəhətdən bir-birindən köklü surətdə 

fərqlənən təbəqələr olmuşdur. Vedizm və hinduizm mifologiyaları 

bir sıra personajları və süjetləri götürən, mənimsəyən Buddizm öz 

dini-fəlsəfi prinsiplərinə müvafiq olaraq mifologiyaya məhdud, 

ikinci dərəcəli yer vermiş, öz tərkibinə mifoloji təbəqəni daxil 

etməyə isə yüksək nəzəriyyə  və xalq etiqadları arasında bir növ 

kompromis kimi baxmışdır. 

Hind mifologiyasının səciyyəvi cəhətlərindən biri onun 

müxtəlif təcəssümlərinin (vedizm, hinduizm, brəhmənizm, 

buddizm və s.) olmasında deyil, onların məkan və zamanda yanaşı 

mövcudluğu və mifoloji sistemlərin üzvi şəkildə varisliyindədir. 

Çox zaman Hind mifologiyası vahid mifoloji sistem kimi təqdim 

olunur və onun komponentlərinin mövcudluğu ikinci dərəcəli bir 

hal kimi verilir. 

Ən qədim dövrlərdən Hindistanda zəngin və spesifik elm 

inkişaf etmişdir. Hələ e.ə. III minilliyin ortalarında yazı meydana 

çıxmışdır. Metalın işlənməsi, təbabət, həndəsə, şahmatın kəşfi və 

s. Hindistanda mədəniyyətin tarixi qədimliyini bir daha sübut edir. 

Bu dövrdə Hind alimləri onluq hesab sistemini kəşf etmişdir. 

Triqonometriya, hesab, cəbrin nailiyyətləri, yerin şar  şəklində 

olması, ayların 12, ayın 30 gün və s. kəşflər də hindlilərə 

məxsusdur. 

II-I minilliklərdə Ved ədəbiyyatı, «Mahabharata» 

ensiklopedik  əsəri, qədim Hind dramaturgiyası «Kalidasa», dini 

ədəbiyyat, Buddanın həyatının «təsviri» geniş yayılmışdır. Musiqi 

Hindistanın mədəniyyətinin ayrılmaz bir hissəsidir. Rəssamlıq, 

məbədlərin tikintisi, təsviri sənət, din fəlsəfəsi, fəlsəfi məktəblər 

də Qədim Hind mədəniyyətinin mühüm elementləridir. 

Qədim Hindistanın maddi və  mənəvi mədəniyyəti dünya 

sivilizasiyası tarixində mühüm yer tutur. 

 

 

 



 

______________Milli Kitabxana_____________ 

 318


 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin