Açar sözlər: milli, müstəqil, daxili və xarici siyasət, siyasi rəhbərlik
Tarixçilər, filosoflar, mütəfəkkirlər
qeyd etmişdilər ki, dövlət bəşəriyyətin
yaratdığı siyasi-mənəvi institududur.
Dövlət əbədi mövcud olmamış, yalnız
tarixin inkişafı mərhələsində meydana
gəlmişdir.
Dövlətin
yaranması
haqqında
Demokrit, Sokrat, Platon, Aristotel,
Konfutsi, C. Lokk, T. Hobbs, J. J. Russo,
Hegel, K. Marks, F. Engels, və başqaları
müxtəlif fikirləri irəli sürmüşdürlər. N.
Tusi isə qeyd etmişdir ki, dövlət insanların
könüllü ittifaqi əsasında yaranmışdır.
Ona görə də onların birliyindən, siyasi
cəmiyyətdən başqa bir şey deyildir.
Azərbaycanda
dövlətliliyin
formalaşması əvvəlki dövrlərdə yaransada
XIX əsrin sonu XX əsrin əvvələrindən
formalaşmağa başlamışdır. XIX-XX
əsrlərdə Azərbaycanda dövlərçiliyin
formalaşmasında A. A. Bakıxanov,
M. F. Axundov, Mirzə Kazım bəy, C.
Məmmədquluzadə, Həsən bəy Zərdabi,
N. Nərimanov, Ü. Hacıbəyov kimi
klassiklərin və maarifçilərin də böyük
rolu olmuşdur.
Lakin
müstəqil
dövlətçilik
ənənələrinin yaradılmasında və inkişafında
isə Əlimərdan bəy Topçubaşov, Nəsib bəy
Yusifbəyli, Əli bəy Hüseynzadə, Məmməd
Əmin Rəsulzadə, Fətəli Xan Xoyski,
Heydər Əliyev kimi tarixi şəxsiyyətlərin
böyük xidmətləri olmuşdur.
Müasir
müstəqil
Azərbaycan
dövlətinin möhkəmləndirilməsi üçün bir
sıra şərtlər – peşəkar ordunun olması,
SİYASƏT
34
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
inkişaf etmiş vətəndaş cəmiyyətinin
olması, demokratik prinsiplərin həyata
keçirilməsi kimi əlamətlərlə yanaşı, hu-
manist dəyərlərə əsaslanan dövlət qa-
nunlarının olması, mədəniyyət, təhsil,
tibb, kommunikasiya sistemlərinin və
sferalarının tənzimlənməsi, hakimiyyət
rəhbərlərinin, vətəndaşların dəstəyinin ya-
ranması, ölkədə seçki sisteminin düzgün
aparılması, əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması, ölkədə daxili və xarici
siyasətin düzgün həyata keçirilməsi və s.
prinsiplər qarşıya qoyulmuşdur.
Azərbaycanda dövlət səviyyəsinin
yüksəlməsi üçün yuxarıda sadala-
nan şərtləri, müasir dövlətçilikdə ulu
öndərimiz Heydər Əliyev bir məqsəd
kimi qarşıya qoymuş və həyata keçirmiş-
dir. Heydər Əliyevin ənənələrini isə İl-
ham Əliyev həyata keçirməyə və davam
etdirməyə böyük səy göstərir.
Məlum olduğu kimi XX əsrin son
onilliyi bəşər tarixinə Sovetlər birliyi
kimi nəhəng imperiyanin dağılmasi, Ber-
lin səddinin aradan götürülməsi, Varşava
müqaviləsinin ləğvi, NATO-nun Şərqə
doğru genişlənməsi və ən başlıcasi dün-
ya birliyinin yeni müstəqillik qazanmış
dövlətlər hesabına zənginləşməsi kimi
daxil olmuşdur. Bu dövrdə Azərbaycan
Respublikası da böyük siyasi proseslərin
uğurlu sonluğu nəticəsində müstəqillik
və suverenlik əldə etmiş, dünya birliyi-
nin bərabərhüquqlu üzvünə çevrilmiş-
dir. Qazanılmiş müstəqilliyi əbədi etmək
üçün ölkənin daxili və xarici siyasətində
dövlətin milli maraqlarını hər şeydən
üstün tutulmasi və bu məqsədin reallaş-
dırlmasında diplomatiyanın bütün üsul
və vasitələrindən kifayət qədər səmərəli
istifadə edilməsi tələb olunurdu. Lakin da-
xili və xarici qüvvələr buna mane olurdu.
Bu dövrdə Azərbaycanın müstəqillik əldə
etməsi və bu müstəqillik yolu ilə getməsi
öz-özlüyündə onun üçün böyük çətinliklər
törətmişdir.
1988-ci ildən başlayaraq Ermənistan
Respublikası Azərbaycana qarşı açıq
hərbi təcavüzə başladı. Dağlıq Qara-
bağla birlikdə ətraf 7 rayonu da işğal et-
miş, həmin rayonların bir milyona yaxın
əhalisi qaçqın və köçkün vəziyyətinə
düşmüşdür. Eyni zamanda sovet ordu-
su tərəfindən Azərbaycanda 20 yanvar
hadisələri törədilmişdir. Yüzlərlə insan
qətlə yetirilmişdir. Bu dövrdə respubli-
kanin hakimiyyəti xalqı birləşdirmək,
Ermənistanın təcavüzünün qarşısını al-
maq əvəzinə, daxili mübahisələrə və
müharibələrə, intiriqalara qoşulmuş,
nəticədə respublikanın daxilində ixtişaşlar
yaradılırdı. Mövcud hakimiyyət üzvləri
öz şəxsi mənafelərini güdərək, hər vəchlə
siyasi rəhbərliyi davam etdirməyə cəhd
göstərirdilər.
1988-1993-cü illərdə respublikada
bir neçə dəfə hakimiyyət dəyişikliyi baş
vermişdir. Azərbaycanda yenicə yaranmış
müstəqilliyi möhkəmləndirmək, demok-
ratik, hüquqi, dünyəvi dövlət yaratmaq,
respublikanın ərazi bütövlüyünü qoruyub
saxlamaq əvəzinə hərc-mərcliyə yol veril-
mişdir. 1993-cü ilin yayında Azərbaycanda
yaranmış təhlükəli vəziyyəti aradan qal-
dırmaq və əmin-amanlıq yaratmaq üçün
xalqın tələbi ilə yenidən hakimiyyət başı-
na Heydər Əliyev gətirildi. Azərbaycanda
baş verən hakimiyyət dəyişikliyi daxili
və xarici siyasət fəaliyyətini yeniləşdirdi.
Ölkənin strateji maraqları əsasında yenidən
SİYASƏT
35
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
qurulmasına şərait yarandı. Azərbaycan
Prezidenti öz prezidentlik fəaliyyətinə
başlarkən böyük çətinliklərlə üzləşdi. La-
kin о çox qısa bir müddətdə öz uzaqgörən
siyasəti ilə Azərbaycanı dağilmaq, parça-
lanmaq təhlükəsindən xilas etdi. Daxili və
xarici düşmənlərin planlarını məhv etdi.
O, özünün bütün varlığını, uzun illərdən
bəri topladığı dövlət idarəçiliyi təcrübəsini
xalqdan əsirgəmədi, siyasi strategiyası-
nı Azərbaycanı xaosdan, böhrandan çi-
xarmağa yönəltdi. Azərbaycan xalqının
müstəqilliyini möhkəmləndirmək, suve-
renliyini artırmaq istiqamətinə yönəltdi.
Bu siyasət BMT-nin nizamnaməsində əks
olunmuş beynəlxalq hüquq, dövlətlərin
suveren bərabərliyi, dövlət sərhədlərinin
pozulmazlıği, dövlətlərin ərazi bütövlüyü-
nün tanınması, beynəlxalq mübahisələrin
dinc yolla həlli, daxili işlərə qarışmamaq,
insan haqlarına hörmət, öhdəliklərin vic-
danla yerinə yetirilməsi və s. universal
prinsiplərə əsaslanırdı.
Azərbaycan Şərq və Qərb arasinda
əlverişli geostrateji mövqeyi nəzərə alı-
naraq region dövlətləri ilə sıx əməkdaşlıq
xəttinə sadiq qalmaqla yanaşi, dünyanin
apanci, nüfuzlu dövlətləri ilə geniş və
hərtərəfli əlaqələr yaradılmasina xüsusi
flkir verildi.
Yeni neft strategiyasının işlənilib ha-
zirlanilmasi və həyata keçirilməsi buna
sübutdur.
H. Əliyev 1994-cü il sentyabrın 20-
də əsrin müqaviləsinin imzalanması
mərasiminin açilişında demişdir ki, “Biz bu
müqaviləni imzalamaqla Azərbaycan Res-
publikasinın suveren hüquqlarınn bərqərar
olduğunu, Azərbaycanın tam müstəqil ol-
duğunu, xalqımızın öz sərvətinə özünün
sahib olduğunu dünyaya bir daha nüma-
yiş etdiririk. . . Bu müqavilə Azərbaycan
Respublikasının dünya birliyində layiqli
yer tutmasına kömək edəcək, ölkəmizin
iqtisadiyyatını dünya iqtisadiyyatı, sərbəst
bazar iqtisadiyyatı ilə sıx bağlayacaq-
dır. Ən ümdəsi ondan ibarətdir ki, bu
müqavilə Azərbaycan xalqinın bu gününə,
gələcəyinə böyük mənfətlər verəcək,
onun rifah halınin yüksəlməsi üçün zəmin
yaradacaqdır”[1-s. 37]. O, bu sözlərlə xal-
qı milli sərvətin sahibinə çevirmişdir.
Təməli H. Əliyev tərəfindən qo-
yulmuş uğurlu daxili və xarici siyasət
xəttini onun layiqli davamçısı İ. Əliyev
dönmədən həyata keçirməkdədir. Onun
siyasi rəhbərliyi dövründə Azərbaycanda
dövlətçiliyin
möhkəmləndirilməsində,
sabitliyin qorunmasında və inkişaf
etdirilməsində dünya birliyi ölkələrinə
hərtərəfli inteqrasiya edilməsində böyük
uğurlar qazanılmışdır.
Azərbaycan müstəqilliyinin qoru-
nub saxlanılmasında, milli dövlətçilik
ənənələrinin inkişafında, demokratik
cəmiyyətin formalaşmasında onun misil-
siz xidmətləri vardır.
Azərbaycan Konstitusiyasinın ya-
radilmasında yaxından iştirak edən və
ona rəhbərlik edən Heydər Əliyev kons-
titusiyanın müzakirəsi zamanı demişdir:
“Əminəm ki, Azərbaycanın ilk demokra-
tik konstitusiyası xalqımızın demokratiya,
milli dövlətçilik yolu ilə getməsini təmin
edəcək və gələcək nəsillərə svilizasiyalı,
yüksək səviyyəli, dünya demokratiya-
sında özünəməxsus yer tutan müstəqil
Azərbaycan dövləti miras qoyacağıq.
”[2-s. 28] Bu mirası İlham Əliyev inkişaf
etdirməyə və möhkəmləndirməyə başladı.
SİYASƏT_36'>SİYASƏT
36
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
İlham Əliyev hakimiyyət başına
gəlincə ARDNŞ-nin birinci vitse-prezi-
denti, Milli Olimpiya Komitəsinin prezi-
denti, millət vəkili, Azərbaycan Nazirlər
Kabinetinin sədri və sair hakimiyyətin bir
sira yüksək hakimiyyət vəzifələrində ça-
lışmışdır. O, bu vəzifələrdə Azərbaycan
dövlətinin inkişaf etdirilməsi sahəsində öz
bilik və bacarıği ilə, dünyagörüşü ilə, siya-
si arenada da tutduğu mövqeyə görə, xalq
içərisində sevildiyinə, kütlə tərəfindən
hörmətlə qarşılandığına görə, özünün xal-
qa bəslədiyi sadə münasibətinə görə və
sairəyə görə dövlət xadiminə çevrilmişdir.
1998-ci ildə verdiyi müsahibələrin
birində İlham Əliyev demişdir ki, “xalqa elə
siyasət lazımdır ki, onun təhlükəsizliyini
təmin etsin və normal yaşayış üçün şərait
yaratsın. Hərc-mərclik toxumu səpən və
azərbaycanlıları bir-birinə düşmən edən
siyasət bizə lazım deyildir. Xalq bun-
lan artiq görmüşdür. Bütün bunlar artiq
təkrar olunmayacaqdır. ”[3-s. 4]O, eyni
zamanda ABŞ-ın məşhur şəhərlərindən
biri olan Vaşinqtonda Yaxın Şərq siyasəti
İnstitutunda keçirdiyi görüşüdə qeyd et-
mişdir ki, “Biz 200 ildən artiq başqaları-
nın hakimiyyəti altında yaşamışıq və biz
bundan tamamilə bezmişik. Biz heç kimin
bizə nəzarət və yaxud rəhbərlik etməsini
istəmirik. Biz müstəqil yaşamaq istəyirik
[3-s. 7]. Bu sözlərlə o, Heydər Əliyevin
hələ xalqla ilk görüşlərindəki fikirlərini
bir daha təsdiqləmişdir.
İlham Əliyevin Azərbaycanda neft
strategiyasının inkişaf etdirilməsində də
çox böyük xidmətləri olmuşdur. Bu stra-
tegiya qısa zaman kəsiyində özünün xe-
yirli nəticələrini xalqa göstərdi. Muasir
dövrdə Azərbaycan xalqı öz sərvəti olan
neftdən çoxlu mənfəət götürməkdədir.
Bu sərvətdən əldə olunmuş böyük miq-
yaslı gəlirlərin xalqın ümurni maraqlariı
naminə istifadə olunması istiqamətində
İ. Əliyev yorulmaq bilmədən çalışır. O,
çixişlarinın birində demişdir: “Mən fəxr
edirəm ki, Azərbaycanın neft sənayesinin
dirçəlməsinin yeni mərhələsinin təməlinin
qoyulmasında mənim də xidmətim vardır.
”
İlham Əliyev prezidentlik kürsüsünə
sadə və təsadüfü yolla gəlməmişdir. Bu
vəzifəyə о siyasi bir xadim kimi addım-
addım, pillə-pillə, yüksələ-yüksələ, tanı-
na-tanına, sevilə-sevilə gəlmişdir.
Нələ Heydər Əliyev Naxçıvanda
olarkən Yeni Azərbaycan Partiyasının
özəyini yaratmışdır. Sonradan bu par-
tiya respublikamizda aparıcı siyasi nü-
fuz mərkəzinə çevrilmişdir. Bu partiya-
nin siralarının artmasında, onun inkişaf
etdirilməsində İlham Əliyevin də böyük
xidmətləri olmuşdur. O, tutduğu bütün
vəzifələrdə özünün yüksək idarəçilik
ənənlərini öz şəxsində birləşdirə bilmiş,
qətiyyətli, bacariqlı, işgüzar bir rəhbər
kimi üzərinə düşən vəzifələrin öhdəsindən
bacarıqla gələ bilmişdir. 2003-cü il prezi-
dent seçkiləri zamanı ümummilli lideri-
miz Heydər Əliyev Azərbaycan xalqına
ünvanladığı müraciətində cənab İlham
Əliyev haqqında demişdir: “O, yüksək in-
tellektli, praqmatik düşüncəli, muasir dün-
ya siyasətini və iqtisadiyyatini gözəl bilən
enerjili və təşəbüskar bir şəxsiyyətdir. Sizi
əmin edirəm ki, həm İlham Əliyev, həm
də Yeni Azərbaycan Partiyası bundan
sonra da xalqımızın ən layiqli övladlarini
öz ətrafina sıx birləşdirərək, Azərbaycan
dövlətinin firavanlığı yolunda çox işlər
SİYASƏT_38'>SİYASƏT
37
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
görəcəklər. İnaniram ki, mənim axıra
çatdıra bilmədiyim məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İl-
ham Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm” [5-s. 264]
İlham
Əliyev
2003-cü
ildə
seçicilərinin böyük əksəriyyətinin - 77%-
nin iradəsi ilə prezident seçildikdən
sonra Heydər Əliyevin ənənələrini da-
vam etdirərək onun qarşıya qoyduğu
vəzifələrin həyata keçirilməsinə çalışır. O,
Heydər Əliyevə sadiq olaraq demişdir ki,
“Azərbaycanın gələcək uğurları Heydər
Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə
alternativ yoxdur. Yalnız bu siyasət
Azərbaycanı uğurlu gələcəyə aparacaq-
dır. Həyat və bizim fəaliyyətimiz, Heydər
Əliyev davamçılarinin fəaliyyəti bunu
sübut etdi. Azərbaycanın güclü inkişaf et-
miş ölkəyə çevrilməsi, Heydər Əliyevin
siyasi xətti ilə bağlıdır. Biz onun davam-
çıları bu siyasətə sadiqik və bundan sonra
əlimizdən gələni edəcəyik ki, Azərbaycan
daha da inkişaf etsin, qüdrətli və inkişaf
etmiş ölkəyə çevrilsin” [6-s. 2].
İlham Əliyevin prezidentlik fəaliyyəti
dövründə Azərbaycanda bir çox dövlət
səviyyəli proqramlar işlənilib hazırlanıl-
mış və uğurla həyata keçirilməkdədir.
Onların sırasında aşağıdakılar xüsusilə
mühümdür: “Regionların sosial-iqtisadi
inkişafi Dövlət Proqramı”, “Rabitə və in-
formasiya texnologiyalarının inkişafı üzrə
Dövlət Proqramı”, “Neft və qaz gəlirlərinin
İdarə olunması üzrə uzunmüddətli stra-
tegiya proqramı” və s. göstərə bilərik.
Bütün bunlarla yanaşı Azərbaycanda
Dövlət quruculuğunun inkişaf etdirilməsi
sahəsində yeni inistitutlar, zavodlar, elekt-
rik stansiyaları, yollar, təhsil, səhiyyə,
ekologiya və su çəkilişi, körpülər salın-
ması, ordu quruculuğu və sair sahələr üzrə
50- dən çox dövlət proqramı prezident
tərəfindən imzalanmışdır. Muasir dövrdə
bu proqramlar müstəqil Azərbaycan res-
publikasında uğurla icra olunur. Bun-
lar xalqımızın bu gününə, gələcəyinə,
xidmət edən faydalı proqramlardır. Bu
gün Azərbaycan xalqı İlham Əliyevin
rəhbərliyi ilə belə proqramların həyata
keçirilməsi üçün var qüvvələri ilə çalışır.
Ən böyük qəbul etdiyi dövlət proqramı
11 fevral 2004-cü il tarixli “Azərbaycan
Respublikasi regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”dır. Hava, su
kimi respublikaya lazım olan bu proqram
çox vaxtında qəbul edilmişdir. Bu proq-
ramda eyni zamanda dövlət siyasətinin
əsas istiqamətləri də öz əksini tapmışdır.
Proqramın həyata keçirilməsinə prezident
ilk gündən özü nəzarət etməyə başladı.
Bu proqramdan irəli gələn müddəalara
əsasən İlham Əliyev Respublikanin bü-
tün bölgələrində sovet dövründən qalmış
və dağılmaqda olan infrastrukturunun
bərpasına və yenidən qurulmasına səy
göstərdi. Bu proqramın müddəalarını əldə
rəhbər tutaraq bölgələrdə köhnə yollar
bərpa olunmağa başladı. Əhalinin sosial
vəziyyəti ilə bağlı olan digər sahələrə fikir
verildi. Respublikada yeni xəstəxanalar,
məktəblər, uşaq bağçaları, mədəniyyət
evləri, kitabxanalar, muzeylər və s. tiki-
lişi sürətləndirildi. Əhalinin istirahətini
təmin edəcək parklar salındi. Rayon-
lararasi yollar bərpa olundu. Təbii qaz
görməyən rayonlara, kəndlərə yeni qaz
kəmərləri çəkilişi sürətləndirildi. Bütün
bu işlərin həyata keçirilməsində Heydər
SİYASƏT
38
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
Əliyev Fondunun böyük xidmətlərini
qiymətləndirmək
çox
vacibdir.
YUNESKO-nun xoşməramli səfiri, fon-
dun rəhbəri Mehriban xanım Əliyevanin
da bu sahədə böyük rolu olmuşdur. Meh-
riban xanim Əliyeva eyni zamanda res-
publikada bir sıra iri layihələrin həyata
keçirilməsində, xeyriyyə tədbirlərinin
keçirilməsində, kimsəsiz uşaqların, ahıl-
ların şəraitlərinin yaxşılaşdırlmasını da
öz üzərinə böyük vəzifə kimi götürmüş-
dür. O, bunların böyük həvəs və ürək sev-
gisi ilə həyata keçirilməsinə kömək edir.
O, respublikada digər işlərin görülməsi
sahəsində də prezidentə yardımçı olur.
Rayonların sosial-iqtisadi inkişafı
proqramı çərçivəsində bölgələrdə həyata
keçirilən və yeni tikilən muasir olimpiya
kompleksləri gənclərimizin asudə vaxt-
larının səmərəli keçmələri istiqamətində
atılmış çox dəyərli addımlardır. Bu-
nun bəhrəsini biz onların Sidney və
Pekin alimpiyadalarında qazandıqları
müvəffəqəyyətlərinin nəticələrində ay-
dın gördük. Gənclər öz idman növləri ilə
Avropa turnilərində də müvəffəqiyyət qa-
zanaraq dəfələrlə Azərbaycan bayrağını
yüksəliklərə qaldırmişdılar. Bütün bunlar
İlham Əliyevin onlara göstərdiyi qayğının
nəticəsində olmuşdur.
2005-ci il dekabr ayında Naxçı-
vanda çıxış edərkən prezident İlham
Əliyev demişdir ki, “Azərbaycanın bü-
tün bölgələrində inkişaf gedir. Biz bunu
təmin etmək üçün çox dəyərli proqramlar
təsdiq etmişik və onları həyata keçiririk.
Əlbəttə, yeni məsələlər də ortaya çıxır.
Çünki heç bir proqramda bütün məsələləri
əks etdirmək mümkün deyildir. Proq-
ramlar konseptual xarakter daşıyır, eyni
zamanda, təbii ki, orada görüləcək konk-
ret işlər də təsdiq edir. Ancaq həyat bir
yerdə dayanmır. Yeni məsələlərdə ortaya
çixir. . Həllini tələb edən yeni məqamlar
ortaya çıxır [8-s. 5]. Buradan göründüyü
kimi, İlham Əliyev daim xalqın bu gü-
nünü, gələcəyini düşünür. Qarşıya çıxan
çətinliklərin tezliklə həll olunmasına çalı-
şır. Bu onun xalqla bağlılığın, dövlətçiliyin
möhkəmləndirilməsinə əyani sübutdur.
İlham Əliyev çixişlarının birində de-
mişdir ki, prezident kimi mən iki il bun-
dan əvvəl bu məsuliyyəti öz üzərimə
götürmüşəm. Demişəm ki, Azərbaycanda
Heydər Əliyev siyasəti davam etdiriləcək.
Azərbaycan xalqının maraqları təmin
olunacaqdır. Son parlament seçkiləri
onu göstərdi ki, heç bir təzyiq heç bir
əhəmiyyət kəsb etmir. Mən öz dəstəyimdə
xalqın dəstəyinə, iradəsinə arxalanıram.
İlham Əliyev Heydər Əliyev tərəfindən
əsası qoyulmuş demokratik dövlət qu-
ruculuğu prosesini yeni tarixi şəraitdə
davam etdirilməsinin zəruriliyini başa
düşərək dövlət idarəçiliyini muasir dün-
ya siyasətinin beynəlxalq siyasi-sosial,
istiqamətlərinə uyğunlaşdıraraq qurulma-
sına səy göstərir.
İlham Əliyev prezidentliyi dövründə
respublika əhalisinin sosial problemlərinin
aradan qaldırılması sahəsində çox iş
görülmüşdür. O, müvafiq fərman və
sərəncamları ilə minimum əmək haqla-
rinın artinlması, işsizliyin aradan qal-
dırlması haqqında fərmanlar vermişdir.
İlham Əliyev xalqiın və vətənini sevən
bir şəxsiyyətdir. Biz bunu onun çıxışla-
rında dəfələrlə müşahidə etmişik. O, çi-
xişlanın birində demişdir ki, “Мən bütün
Azərbaycanlıların prezidenti olmuşam”.
SİYASƏT
39
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
Bu sözlər sanki onun ürəyindən gələn
qiymətli sözlərdir.
Respublikamızda olan qaçqın və
köçkünlərin həyat səviyyələrinin yax-
şılaşdırılması üçün İlham Əliyev çox iş
görmüşdür. Respublikada son dövrlərdə
qaçqın və köçkünlərin vəziyyətlərinin,
sosial həyat tərzlərinin günün həyat
səviyyəsinə qaldırmaq üçün onlara yeni
qəsəbələr saldırılmışdır. Qəsəbələr yalnız
yaşayış evlərindən ibarət deyil. Onlar-
da 34 məktəb, 24 tibb məntəqəsi tikilib
istifadəyə verilmişdir. Yollari asfaltlan-
mış, digər kommunal tikintiləri başa çat-
dırılmışdır. Bütün bunlar prezidentin
sərəncamlari ilə dövlət büdcəsi hesabına
həyata keçirilmişdir.
Ümumiyyətlə
onun
rəhbərliyi
dövründə respublikada 1600-dən çox
məktəb binası tikilmiş və təmir olunmuş-
dur. Məktəblərin əksəriyyəti yeni avadan-
lıqlarla təchiz olunmuşdur. Bəziləri isə
tam komputerləşdirilmişdir.
İlham Əliyev təhsil sisteminə həmişə
yüksək qiymət verərək dəfələrlə qeyd
etmişdir ki, inkişaf etmiş ölkələrin
təcrübəsini nəzər salsaq görərik ki, on-
larda uğurun əsas səbəbi neft-qaz deyil,
bilikdir, savaddır, muasirlikdir. Bizdə isə
həm bu olmalıdır, həm də əlbəttə ki, təbii
ehtiyyatlar da var. Bu amillərin sintezi
Azərbaycam çox qabaqcil muasir ölkəyə
çevirəcəkdir.
İlham Əliyevin prezidentlik dövründə
əhalinin aşağı təbəqələrinin sosial
vəziyyətlərinin yaxşılaşdırlması mühüm
istiqamətlərdəndir. Bu sahədə əldə olun-
muş uğurların miqyasını aşağıdakı fak-
torlardan görmək olar. Onun işgüzarlığı
nəticəsində 740 mindən çox iş yeri açıl-
mış, yoxsulluq həddi 49 faizdən 13 faizə
enmişdir. Bütün bunlar 15 oktyabr 2008-
ci il prezident seçkilərinin son dərəcə düz-
gün və ədalətli, dəyişməz olduğuna sübut-
dur.
İlham Əliyevin prezidentliyi dövründə
apardığı siyasətin ana xəttini əhalinin so-
sial müdafisəinin yüksəldilməsi təşkil
edir. O, sosial inkişafa xüsusi diqqət ye-
tirmiş, bu sahəyə aid 20-yə yaxin fərman
və sərəncam imzalanmışdır. Respubli-
kada əlil və şəhid ailələr üçün 50 yaxın
bina tikilib istifadəyə verilmişdir. Bu
fərman və sərəncamlarda əhalinin sosi-
al vəziyyətinin yaxşılaşdırlması məsələsi
diqqət mərkəzində olmuşdur.
İlham Əliyev bir sıra fərmanları və
sərəncamları ilə respublikada əlil və şəhid
ailələri üçün 40-a yaxın binanın inşasına
şərait yaratmışdır. Qısa bir müddətdə bu
binalar tikilib istifadəyə verilmişdir. İlham
Əliyev hətta Naxçıvan, Yevlax, Biləsuvar
və digər şəhərlərdə və rayonlarda da bu
binaların nəzərdə tutulmuş sahiblərinə
verilməsində şəxsən özü iştirak etmişdir.
İlham Əliyevin vətənini, xalqını
sevən bir tarixi şəxsiyyət olduğunu onun
Xınalıq xalqının görüşündəki çıxışında
bir daha şahidi oluruq. O, xınalıq kəndinin
sakinləri ilə görüşündə böyük həvəslə de-
mişdir ki, “Azərbaycan nə qədər zəngin
ölkədir, həm təbii ehtiyyatlar, həm də
gözəl təbiət, həm insanların, millətlərin,
etnik qrupların müxtəlifliyinə baxmayaraq
biz Azərbaycanda bir ailə kimi yaşayırıq,
hər bir Azərbaycan vətəndaşı mənim qar-
daşımdır” [9-s. 2].
İlham
Əliyevin
prezidentliyi
dövründə respublikanin səhiyyə, sosi-
al müdafiə, təhsil, elm, mədəniyyət və
|