Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
132
elmlərin yenidən yaradılması istiqamətində yeni bir addım”
məqaləsində Kamran Əliyevlə ilk tanışlığından, onunla qurulan
münasibətlərinin köklərindən, bu münasibətləri dərinləşdirən
“Yalquzaq” povestinin əsas rolundan söhbət açır: “Kamran
Əliyevlə aspirantlıq illərindən tanış idim, xoş münasibətimiz
var idi. O, Naxçıvan özəl Universitetinin prorektoru olanda
mən də baş müəllim idim. Elə münasibətlərimiz də buradan
başladı. Lakin münasibətlərimizi dərinləşdirən əsas amil onun
1998-ci ildə nəşr etdirdiyi “Yalquzaq” povesti oldu.
Ruhu sarsıntılar, məyusluq, məğlubluq hissi keçirdiyim
günlərdə oxuduğum bu əsər məni təlatümə gətirdi, mənə ya-
şam, yaradıcılıq ruhu və mövzu verdi. Onun yaratdığı “Yalqu-
zaq” obrazı məni elə silkələmişdi ki, əsərdə çatışmazlıq, hər
hansı bir nöqsan görə bilmirdim. Lap uzaq keçmişimə, gənc-
liyimə qayıtmaq, yenidən bədii ədəbiyyata keçmək fikrinə də
düşdüm. Bədii yazılarımın əlyazmasını oxuyub, nəşrini məslə-
hət bilməyən, böyük şəxsiyyəti və bənzərsiz qələmi ilə seçilən
xalq yazıçısı Sabir Əhmədovun cərrah bıçağıtək sərt təsiredici
sözləri: “Xəliyyəddin, sən hamı kimi yazırsan, hamı kimi yaz-
maqdan pis şey yoxdur, hamı kimi yazanlar, gəncləri, ümumən
oxucuları bədii ədəbiyyatdan uzaqlaşdırırlar. Bu tip yazıçılar
Azərbaycanda bədii ədəbiyyatı ölümcül vəziyyətə gətirmişlər,
sən də onlara qoşulsan...” sözləri qulağımda səsləndi. Bu sözlər
“Yalquzaq” povestinin oyatdığı bədii ədəbiyyata qayıtmaq
fikrindən imtinaya məcbur etsə də, yalquzaq ideyasının simvo-
lunun Azərbaycan xalqının milli təfəkküründə tarixi funksi-
yasını obyektiv şəkildə dərk etmək, milli tariximizdə onun ye-
rini müəyyən etmək yanğısı süurumda sönməz bir istəyə çev-
rildi. Beləliklə, mən “Yalquzaq” povestinin təsiri altında “Türk
xalqlarının mənəvi, tarixi qələbəsini təmin edən “Bozqurd”
(“Dədə Qorqud” jurnalı, 2003, №3) məqaləsini yazdım. Bura-
dan isə, bütün ideyaları bozqurd mənəviyyatı üzərində qurulan
“Dədə Qorqud” oğuznaməsinin tədqiqinə keçdim.
Sonra mən Kamran bəyin “Hüseyn Cavid: həyatı və yara-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
133
dıcılığı” monoqrafiyasını oxudum. Monoqrafiya dünyanın uc-
suz-bucaqsız, qarlı-boranlı, fırtınalı, zəlzələli, qışlı-baharlı, yay-
lı-payızlı mənəviyyat aləmində nəcabətlilər, ləyaqətlilər, şə-
rəflilər,qürurlular üçün nümunə olmaqla yol göstərən Hüseyn
Cavid əzəməti bütün çalarları, aydınlığı ilə ifadə olunmuşdur. O,
tədqiqatçısı K.Əliyevin də ruhuna hakim olmuş, onu mənəviyyat
dünyasının sakini etmiş, yalquzaq aləminə, Dədə Qorqud
dünyasına çəkmişdir. Beləliklə, Kamran qələminin yaratdığı
yalquzaq obrazının əcdadlara çağıran ulartısı ruhumu oyadıb,
“Dədə Qorqud” oğuznamələri ilə yaşanacağına impuls verdi.”
Etnoqraf alim yazır: “Kamran Əliyevin yaradıcılığında
özünü göstərən başlıca keyfiyyət XX əsrin 40-cı illərindən
Azərbaycan ictimai elmlərində görünməyən orijinal nəzəri
mühakimələrdir. Belə ki, 1920-ci il kommunist işğalından son-
ra Azərbaycan milli ziyalısına qarşı keçirilən repressiya ilə, –
akademik Z.Bünyadovun sözləri ilə desək, – “Respublikamız-
da yüzlərlə alim ”millətçi” damğası ilə ağlasığmaz cinayətlərdə
günahlandırılıb, fiziki cəhətdən məhv edilmişdir. Azərbaycan
elmi başsız qalmış, ictimai və tarix elmləri sahəsində nəsillərin
bir-birini əvəz etməsi ənənəsi pozulmuşdur. Bunun müqabi-
lində isə respublikada ictimai elmlərin yaradıcı inkişafına
böyük ziyan və dağıdıcı zərbə vurmağa hazır olan könüllü və
yetişdirilmiş apolegetlər meydana çıxmışdır”. Elə bunun nəti-
cəsidir ki, kommunist rus imperiyasının ictimai elmlər sahə-
sində Azərbaycanda yetişdirdiyi onlarla akademik, yüzlərlə
elmlər doktorunun ünvanında bir dənə nəzəriyyə, hətta adicə
tədqiqat metodu belə yoxdur. Dünya elmində birmənalı sübut
edilmişdir ki, nəzəriyyə olmayan yerdə elm yoxdur. Bütün
elmlər nəzəri yaradıcılıq prosesində yaranır, formalaşır. Sovet
imperiyası dövründə və son illərdə çox az, tək-tək alimlərin
yaradıcılığı istisna olunmaqla, Azərbaycanda ictimai elmlər
sahəsində yazılanların böyük əksəriyyəti manipulyasiyadan
başqa bir şey deyildir. Odur ki, K.Əliyevin yaradıcılığı müasiri
olduğu ictimai elm tədqiqatçılarının (99 faizinin) əsərləri ilə
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
134
müqayisədə yeni keyfiyyəti ilə dərhal diqqəti cəlb edir. Azər-
baycan ictimai elminə K. Əliyevin haqqında danışılan əsəri ilə
yaşadığımız günlərdə Azərbaycan elminə gələn yeniliklərdən
biri məsələnin sual formasında dəqiq qoyuluşu və sistemli,
müxtəlif variantlı (üslubu) birmənalı cavablandırmasıdır.
K.Əliyevin yaradıcılığında Azərbaycanın müasir ictimai
elmlərinə gətirdiyi digər yenilik odur ki, burada “Rus sovet ic-
timai elmi”ndən və başqa ölkə alimlərinin əsərlərindən nəzə-
riyyə kimi iqtibas edilmiş, yerli-yersiz, tez-tez, çox vaxt da süni
uyğunlaşdırılaraq istinad edilən fikirlər bir kənara atılır, dil,
hallar, vəziyyətlər, proses, hadisə və sistemlər sosial, mənəvi,
siyasi, iqtisadi və təbiət qanunlarının qarşılıqlı fəaliyyət vəh-
dətindən doğan hallar və proseslər kimi izah edilib əsaslandı-
rılır. Şərh etdiyi etnososial və mənəvi proseslərin, situasiyaların
və sistemlərin öz elementlərini, hissələrini haradan necə
aldığını dəqiqliklə göstərən müəllif “Dədə Qorqud” oğuznamə-
lərində əks olunmuş faktları lazım gəldikdə ümumiləşdirir,
ehtiyac olduqda xüsusiləşdirir, ən incə məqamlarda fərdiləşdir-
mədən ustalıqla istifadə edir.
Avropa ictimai elmlərində XX əsrdən mövcud olan – izah
edəcəyi məsələyə şəxsi nəzəri baxışı irəli sürüb – ardınca
məsələlərin qoyulması və izah edilməsi ənənəsini Azərbaycan
ictimai fikrinə gətirir”.
X.Xəlilli diqqətimizi Azərbaycan və ümumtürk şeirinin
yaranma tarixi, şeir formalarının inkişafı və strukturu haqqında
prof. K.Əliyevin mülahizələrinə yönəldir. O göstərir ki, K.Əli-
yev Azərbaycan ictimai elmlərinin cavab verməli olduğu və
yan keçdiyi, ən yaxşı halda xatırlatmaqla izahsız üstündən ötüb
keçdiyi bir problemi diqqətə çəkərək yazır: “Bunlar nə qədər
doğru olsa da (özünün şeir formaları haqqında mülahizələrini
nəzərdə tutur!), amma yenə bir mühüm sual açıq qalır: bütün
bu şeir strukturunun etnosun təbiəti ilə nə əlaqəsi vardır?”
X.Xəlilli bu sualı prof. K.Əliyevin belə cavablandırma-
sını qeyd edir: “Qədim türk şeirinin poetik qaynağı və bu mə-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
135
nada şərti olaraq, onun toteimi Atdır! Türk təfəkürünün və
dünyagörüşünün, türk məişətinin və həyat tərzinin yenilənmə-
sində, türk qəhrəmanlarının təşəkkül tapması və formalaşma-
sında atın rolu əvəzsizdir. Qədim türkün atı çöllərdən yığışdırıb
mədəniləşdirməsinə cavab olaraq, at da bunun əvəzində türkə,
sözün həqiqi mənasında, dünyanı bəxş etmişdir”.
Alimin bu mülahizələrini verəndən sonra X.Xəlilli tədqi-
qatçının ona qədər türkün həyatında atın rolu haqqında mühüm
mülahizələri təfəkkür süzgəcindən keçirdiyini, atın hər bir
əzasını türkün həyatındakı rolundan ayrılıqda bəhs etdiyini,
ayaqlarının və yerişinin türk şeir formalarının yaranması üçün
əsas olduğunu, yorğa yerişdən qoşa misranın, dördnala çapış-
dan dördlüyün, yortamdan doğan ritmdən çarpaz qafiyənin
yarandığını incəliyinə qədər şərh etdiyini vurğulayır.
X.Xəlilli elə buradaca təəssüflə qeyd edir ki, türk, o cüm-
lədən Şərq musiqisinin, yaranması və inkişafında dəvə yerişin-
dən doğan ritmin rolundan musiqi ədəbiyyatında kifayət qədər
bəhs olunsa da, at yerişindəki ritmin musiqiyə hər hansı forma-
da təsirindən bəhs olunmamışdır. “Oğuz cəmiyyətində at bütün
dinamikanın mənbəyi” hesab olunursa, şeir formalarının yaran-
masında işitirak edirsə, o, mütləq musiqidə də iz buraxmalıdır.
Arzu edərdik ki, xalq musiqi tədqiqatçılarımız, musiqi tarix-
çilərimiz məsələnin bu çəhətini diqqətdə saxlasınlar.
Tarixçi-etnoqraf alimin bu fikrində yüzə-yüz həqiqət var-
dır. Biz də belə hesab edirik ki, “Cəngi”, “Yallı”, “Tərəkəmə”
və sair kimi xalq musiqilərimizdə atın yerişindən, qaçışından
doğan ritmin əks-sədası mövcuddur.
X.Xəlilli irihəcmli və samballı məqaləsində prof. K.Əli-
yevin monoqrafiyada qaldırdığı məsələlərə dəqiq və birmənalı
şəkildə yanaşdığını, “Dədə Qorqud” oğuznaməlirinin tədqiqin-
də obyektiv elmi nəticələrə nail olmağa cəhd etdiyini, eyni
zamanda ictimai elmlərimizdə elm adına gələn manipulya-
siyanın qarşısını almaq üçün çoxlu sayda nümunələr verdiyini
göstərir. O, haqlı olaraq belə hesab edir ki, “Dədə Qorqud”
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
136
oğuznamələrinin tədqiqatçıları arasında ilk dəfə K.Əliyev oğuz
türklərinin etnomənəvi inkişafında xüsusi, yeni keçid mərhələsi
olan çoxlu sayda məqamları görmüş və qiymətləndirmişdir.
X.Xəlilli prof. K.Əliyevin dastanın tədqiqində hər hansı
fərdi obrazdan və ya hadisədən bəhs edərkən onu eposun poetik
sistemi çərçivəsində araşdırdığını, odur ki, obraz və hadisəni əks
etdirən poetik sistemlə bərabər sosial sistemin də özünəməx-
susluqlarını aşkarladığını, üzə çıxardığını yüksək dəyərləndirir.
Prof. K.Əliyevin analitik təfəkkürünü, məntiqi mühakimə-
lərini yüksək qiymətləndirən məqalə müəllifi əsərdə toplanmış
məqalələrin düzülüşünə də diqqət yetirir: Əsərdə məqalələrin
düzülüşü “Dədə Qorqud” boylarının hər birinin ayrılıqda təd-
qiqata cəlb olunması görüntüsü yaratsa da, məqalələrlə tanışlıq
onun hər birinin eposda əks olunan etnososial mənəvi sistemi
bütövlüklə əks etdirdiyini göstərir. K.Əliyev ilkin olaraq tək-tək
fərdlərdə özünü göstərən qəhrəmanlıq xüsusiyyətlərinin müəy-
yən hadisələrlə bağlı ilkin formalaşma mərhələsində, Vətən –
Oğuz eli, Oğuz ağsaqqalları ilə bağlı hadisələrdə kişili-qadınlı
bütün oğuzların eyni dəyərlərə malik igidlər, döyüşçülər oldu-
ğunu konkret faktlar əsasında izah edir və əsaslandırır.
X.Xəlilli “dastanda qəhrəmanlarla bağlı hadisələri düz-
gün oxumaq, qəhrəmanı olduğu kimi dəyərləndirmək, qəhrə-
manın şəxsiyyətində və fəaliyyətində ehtiva olunan xalq fikrini
və düşüncəsini tam dəqiqliyi ilə tapmaq və aşkara çıxarmağı
folklorşünaslığın ana vəzifəsidir” – tələbkarlığına prof. K.Əli-
yevin tam riayət etdiyini qeyd edir və belə nəticəyə gəlir ki,
müəllifin “Etnosun poetikası: Dədə Qorqud və Koroğlu” əsəri
həm milli mənlik şüuruna, həm də müstəqil elmi tədqiqat üs-
lubuna yiyələnmiş gənclərin stolüstü kitabı olmağa layiqdir.
Filologiya üzrə fəlsəfə doktoru Mahirə Nağıqızının
“Təhsil” jurnalının 2012-ci il noyabr sayında dərc etdirdiyi
“Eposun poetikası: Dədə Qorqud və Koroğlu” məqaləsində
prof. K.Əliyevin eyniadlı əsəri konkret və yığcam detallarla
təhlil edilir, açılır. Alimin bu monoqrafiyası onun elmi yanaş-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
137
malarına görə fundamental tədqiqat əsəri hesab edilir.
Filologiya üzrə fəlsəfə doktoru ġakir Əlifoğlu prof.
K.Əliyevin bu kitabını analitik elmi təfəkkürün bəhrəsi hesab
edir və “Kredo” qəzetinin 21 iyul 2012- ci il sayında dərc etdir-
diyi “Etnopoetika anlayıĢına orijinal baxıĢ” məqaləsində ya-
zır: “K.Əliyevin etnopoetika istiqamətində araşdırmaları qəribə
məntiqlərə söykənməklə çözülür. Belə ki, “türk etnosunun ya-
ratdığı bədii irsin, o cümlədən şeir sənətinin etnik mahiyyətini
izləmək bu sənətin necə təsnif olunmasından çox asılıdır” –
fikrini irəli sürən müəllif eyni zamanda şeirin janr zənginlik-
lərinin də bu məsələnin açımında sonrakı proses olduğunu –
“etnik keyfiyyətləri ifadə etmək baxımından xeyli gecikdiyini”
– söyləyir ki, bu da onu göstərir ki, alim şeir janrlarının hələ
tam formalaşma həddinə düşmədiyi ilkin çağlara öz külüngünü
çalmaqla etnopoetikanın mahiyyətini üzə çıxarmaqda israrlıdır.
Və gerisini oxuduqca, doğrudan da, professor ilkin şeir
qəliblərinin yaranıb formalaşacağı real zəmini axtarıb tapmış
və bu prizmadan yanaşmaqla etnopoetik məqamları incələməyə
müvəffəq olmuşdur. Müəllif onu da diqqətdən yayındırmır ki,
“janrlar bir-birindən törəmədir... struktur baxımından bir-
birinin davamı və ekvivalentidir” və s. Hətta obrazlı deyimlə
qoşma və gəraylını “janr qardaşlığı” (böyük və kiçik qardaş
timsalında) təqdim edən alim digər bir məsələni də unutmur ki,
bayatı, mani, gəraylı, türkü, varsağı və başqa şeir janrları öz
adlarını türk tayfa adlarından götürməklə “etnik mənşəyi
göstərən şəkillər”olsalar belə bu faktlar da janr və etnopoetika
arasındakı bağlılıqları tam mənası ilə açıb ortalığa qoymur.
Əlbəttə, professorun bu kimi incə nüansları unutmayıb
diqqətə çəkməsi ilk baxışda bir yandan adamı bir qədər təəc-
cübləndirirsə, digər tərəfdən də o hissi təlqin edir ki, etnopoe-
tika məsələsinə münasibət məsələsi burada olduqca kökündən
qavranılmış şəkildə öz elmi şərhini tapacaqdır. Və doğrudan
da, yazılanları oxuduqca deyilənlərin təsdiqini görürük. Hələ
yuxarıdakı xatırlamalar azmış kimi, Kamran müəllim obraz və
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
138
obrazlılıq anlayışlarının da etnopoetikanın açıqlanmasında mü-
hüm rolu olacağı faktını danmadan bunlarlа da bu məsələnin –
problemin tam açıqlanmaması fikrini nümayiş etdirir” .
Filologiya elmləri doktoru, professor Mahmud Allah-
manlı “525-ci qəzet”in 20 oktyabr sayında dərc etdirdiyi
“Eposumuz, bədii düĢüncəmiz və etnopoetikamız” məqalə-
sində ədəbiyyatşünas alimimiz Kamran Əliyevin “Eposun
poetikası: “Dədə Qorqud” və “Koroğlu” kitabının mühüm və
maraqlı tərəflərini təhlil edir. Məqalə müəllifi göstərir ki,
“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə bağlı kifayət
qədər araşdırmalar aparılıb və indi də aparılmaqdadır. Dilçilər
dil tarixinin öyrənilməsi, etimologiyası və s. etnoqraflar xalq
məişətinin görünüşünü, etnoqrafik faktları, tarixçilər tarixi
faktların hansı səviyyədə təqdimini, ədəbiyyatşünaslar bədiilik,
poetika tərəflərini və s. öyrənməkdədirlər. ”Kitabi-Dədə Qor-
qud” elm aləminə məlum olduğu gündən araşdırılır və elə
möhtəşəm abidədir ki, yenə də araşdırmalara, yeni tədqiqatlara
yol açır. Ona əl uzadanın heç birinin əli boş qalmayıb.
Ədəbiyyatşünas alimimiz K.Əliyevin də bu kitabı onun əlinin
boşda qalmadığınıн, əksinə əlinə zər gəldiyinin təsdiqidir.
M. Allahmanlı məqalədə prof. K.Əliyevin bu kitabı ilə
folklorşünaslığımıza özünün qiymətli töhfəsini verdiyini, ali-
min dastandakı hadisələrə orijinal, tamamilə fərqli və özünə-
məxsus prizmadan baxmasını göstərir. Məqalə müəllifi onu da
vurğulayır ki, düzdür, qaldırılan problemlə bağlı qorqudşünas-
lıqda kifayət qədər təhlilər aparılıb, mülahizələr söylənmişdi.
Bu mülahizələr, mübahisələr sırasında diqqəti daha çox cəlb
edən “Kitabi-Dədə Qorqud” dastanlarında şeir məsələsi ilə
bağlıdır. Bəzi tədqiqatçılar bu nümunələri, yəni şeir məsələsini
qəbul etmir, onu qafiyəli nəsr kimi vurğulayırlar. Etiraf edək
ki, “Kitabi-Dədə Qorqud” dastanlarında olduqca diqqəti cəlb
edəcək qafiyəli nəsr faktları var. Bu mənada bu dastan əvəz-
sizdi, heç nə ilə müqayisə oluna bilməz. Di gəl, qafiyəli nəsr
oradakı poeziya nümunələrinin olmasını kənarlaşdırmır. Bu, bir
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
139
başqa istiqamətdi. Məsələnin mahiyyətinə vardıqda da bu
görünür. Etiraf edək ki, “Kitabi-Dədə Qorqud” dastanları özün-
də çox gizlinləri qoruyub saxladığı kimi, poeziya məsələlərini
də bir ədəbiyyat hadisəsi kimi günümüzə çatdırıb. Səmavi
kitablardakı bədii nümunələrin məziyyətlərindən danışan Mah-
mud müəllim prof. K.Əliyevin “Etnopoetika məsələləri” məqa-
ləsində alimin dastandakı şeir nümunələrini ortaya qoyulma-
sını, aydınlaşdırılmasını və onun bu məqaləsinin mahiyyətində
məhz onların da dayanmasını xüsusi qeyd edir. M. Allahmanlı
diqqətimizi tədqiqatçı-alimin aşağıdakı fikrinə yönəldir: “Ay-
dın məsələdir ki, bədii düşüncə birdən- birə doğulmur və
reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaran-
mır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman tələb
edir. Bununla bərabər bədii düşüncənin məzmun və ifadə planı
aid olduğu etnosun təbiətindən kənarda deyil. Əslində, etno-
poetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və
təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini
meydana çıxaran bir elm sahəsi kimi qavranılır”. Müəllif
bunun ardınca alimin mülahizələrini belə şərh edir: “Burada
bədii düşüncənin birdən-birə doğulmaması və bədii nümunə-
lərin birdən-birə yaranmaması məsələsi xüsusi olaraq vurğu-
lanır. Türk düşüncə tərzində bədii düşüncənin formalaşması və
inkişaf tarixi həmişə öyrənilmə zərurətindədir. “Kitabi-Dədə
Qorqud” dastanları poeziya müstəvisində bu tarixin daha qə-
dimdəki qatlarına nəzər yetirmək anlamında əvəzsizdi. Müəl-
lifin də şeir nümunələrinin mövcudluğunu mətndən çıxış et-
məklə konkret faktlar əsasında göstərməsi bu istiqamətin
müəyyənləşməsi sahəsində çox gərəkli görünür.
Monoqrafiyanı geniş şəkildə təhlil süzgəcindən keçirən M.
Allahmanlı alimin bu kitabındakı “Dəli Domrul” boyu: təsadüf,
yoxsa zərurət?” adında bölməyə də münasibətini bildirir. Məqalə
müəllifi alimin bu sualı necə cavablandırmasını xüsusi olaraq
vurğulayır, onun dərin mündəricəli elmi fikirlərini verir: “Dədə
Qorqud kitabı” süjet və kompozisiyası, struktur əlamətləri, bədii
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
140
dil xüsusiyyətləri və nəhayət, ideya siqləti ilə bitkin bir mədə-
niyyət hadisəsidir”. Mahmud Allahmanlının nəzərincə də dastan
bütün müstəvilərdə bitkin mədəniyyət hadisəsidir. Ozanların
dilindən yazıya alan şəxs özü də dastandan görünür ki, ozanlar
qədər vergili, əvəzsiz istedada malikmiş. Və tədqiqatçı alimimi-
zin dediyi kimi abidənin “yüz dəfə ölçülüb, bir dəfə biçilməsinə
şübhə yeri qalmır”. Bunu tam aydınlığı ilə görmək üçün
Mahmud müəllim dastandakı müqəddimə ilə bütün dastan boyu
səpələnən hadisələri, hadisələrin gedişini və rəngarəngliyini,
cümlə, söz və ifadələrin alt qatında gizlənənləri, bütünlükdə alt
və üst qatdakı mahiyyəti izləməyi vacib hesab edir və prof. K.
Əliyevin bu yolla gedərək dastandan və boyun özündən gələn
gizlinləri doğru-dürüst üzə çıxardığını yüzə yüz təsdiqləyir.
Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığında, folklor-
şünaslığında Təpəgözlə bağlı çoxlu təhlillər aparılıb, müxtəlif
fikirlər söylənilib. M Allahmanlı Ф.Ditsdən prof. K. Əliyevə
qədər dastanla bağlı yazılanlara diqqət yetirməyimizi məsləhət
bilir. Və bu zaman biz asanlıqla bir məsələnin – “Basatın
Təpəgözü öldürdüyü” boyun uzun illər araşdırmaların əsas
mövzuzsuna çevrildiyini görə bilirik. Bu problemin həllinin də
Kamran müəllim tərəfindən kifayət qədər mükəmməlliklə və
nəzəri baxımdan yüksək səviyyədə aparıldığı Mahmud müəlli-
min məqaləsində öz əksini tapır.
Məqalədə eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanları
ilə bağlı daha üç problem ətrafında da ədəbiyyatşünas alimi-
mizin mülahizələri, maraqlı qənaətləri təhlil edilir və prof.
K.Əliyev hərtərəfli düşünən bir qorqudşünas alim kimi oxu-
cuya təqdim olunur. Mahmud Allahmanlının fikrincə, “Dirsə
xan oğlu Buğac” boyu özünün informasiya yükü, təsvirin
özünəməxsusluğu, xarakterlərin və həyat hadisələrinin ifadəsi,
məişət faktlarının zənginliyi baxımından daha çox araşdır-
maların problem faktıdı və yəqin ki, hələ çox zamanlar bu belə
də olacaq. Burada Oğuz cəmiyyətində övladsızlıq məsələsi,
qadın sevgisi, qadına sevgi, cəmiyyətin özündəki nizamın
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
141
fərdlərin kimliyindən, hansı səviyyədə dayanmasından asılı
olmayaraq sabitqədəmliyi məsələsi qoyulur və əksini tapır. M.
Allahmanlının bu məqaləsində prof. K.Əliyevin bu sahədəki
bütün xidmətləri qabardılır və qorqudşünaslıqda indiyə qədər
həllini tapmayan problemlərin bu alim tərəfindən xüsusi bir
məhəbbətlə araşdırıldığı, elmi təfsirinin verildiyi diqqətimizə
çatdırılır. Məqalə müəllifi “Dirsə xan oğlu Buğac” boyu ilə
bağlı prof. K.Əliyevin düşüncələrindən bir məqamı da diqqə-
timizə çatdırmağı vacib sayır: “...Dədə Qorqud “ eposu vahid
mexanizm halında götürüldükdə boyların ayrı-ayrı təhlili ilə
müqayisədə nəhəng və möhtəşəm görünür və əzəmətli ideya-
ların daşıyıcısına çevrilir”. Prof. K.Əliyevin bu qiymətli fik-
rinin ardınca Mahmud müəllim yazır: “Bu möhtəşəmlik das-
tanın elm aləminə məlum olduğu vaxtdan araşdırılmasında,
sirləri ilə ortaya qoyulma məqsədindədi. Elə “Dirsə xan oğlu
Buğac“ boyu ilə bağlı kitabdakı təhlil də buna xidmət edir.
Maraqlı məsələdir ki, hansı səbəbdən ozan-yazıçı bu boyu ilk
yerə çıxarmışdı. Bu bir başqa araşdırmanın problem mövzu-
sudu. Bizim diqqətimizdə Bayandır xanın təşkil etdiyi məclisdə
Dirsə xanın yerinin yaratdığı problemdi. Bu isə Oğuz elində
övladı olmayana münasibətin ifadəsidi. Dirsə xanın “bəri gəl-
gil, başım baxtı, evim taxtı” münasibəti ilə Xan qızının (həyat
yoldaşının) “xan babamın göygüsü, qadın anamın sevgisi, göz
açıban gördüyüm, könül verib sevdiyim Dirsə xan” düşüncəsi
arasında böyük mətləblər, Oğuz elinin ailə nizamı, davamlılıq
dərəcəsi aşağıdan yuxarıya qədər aydınlıqla cızılır.
M.Allahmanlı məqaləsinin ikinci hissəsini kitabda “Ko-
roğlu” dastanı ilə bağlı prof. K. Əliyevin apardığı araşdırmalara
həsr edib. Məqalədə deyilir ki, kitab müəllifinin qənaətləri dörd
problem yazıda (“Koroğlu – dəlilərinin dəlisi”, “Koroğlu” epo-
sunda dəli aşıq”, “Bədii məkanın xarakteri”, “Fiziki gücün
semantikası”) ümumiləşdirilir. Məqalə müəllifi bu məsələlərdə
də prof. K.Əliyevin hərtərəfli düşünən, problemləri çox əhatəli
şəkildə dərk edən tədqiqatçı kimi oxucuya təqdim оlunur.
|