Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
110
gəni, zibil boşaltdığı salafanı və vedrəni götürüb hər tərəfi şü-
şəbənd olan vağzalın içinə tərəf yollandı” ( 1.s.24); “– Yoldaş
fotoqraf, qonaq istəmirsən?“ (1.s.29); “Rəsul elə uşaq vaxtın-
dan deyirdi ki, doxdur olacam” (1.s. 34); “Rəsul orta məktəbi
qurtarıb Bakıya getdi və gedən ili də “medinstitutun” aptek-
çiliyinə qəbul oldu” (1.s. 35); “Qaldı vayenkomla alış-verişə”
(1.s.37); “Ona görə də kimin Bakıda vacib işi yoxdursa, bileti
zanit eləməsin” (1.s. 40); “Arvad cavab gözləmədən əlindəki
bükülü yaylığı açdı və pasportla birgə veteran qnişqasını da
Daydaya tərəf uzatdı” (1.s.44); “Novqod” vaxtı Ağoşun
Urusetdən gətirdiyi qırmızı güllü donu da sandıqda gizlədib
Novruz bayramına saxlamışdı” (1.s.49).
Povestin dilində söz sırası ilə əlaqədar bir sıra xarakter
əlamətlər özünü göstərməkdədir. Kamran İmranoğlu canlı da-
nışıq dili sintaksisinə istinad etdiyindən əsərin sintaksisində
dilimiz üçün normal hesab etdiyimiz inversiya hadisəsinə təsa-
düf edirik. Bu, bədiilik prinsipləri ilə bağlı olub, surət dilinin
fərdiləşdirilməsi, təbii və canlı nitq çalarlığı yaratmaq meylin-
dən irəli gəlmişdir. Povestdə ədəbi dil qanunlarından fərqli
olaraq, nəqli cümlələrdə cümlə üzvləri sırasının pozulması:
tamamlıq, zərflik bəzən də mübtədanın xəbərdən, təyinin təyin-
lənəndən sonra işlənməsi halları ilə də rastlaşırıq: “Səhnə əilini
saldı pencəyinin sol cibinə“ (1.s. 18); “Bu pulu da veriblər Dəl-
lək Rəhimin ixtiyarına. Deyirlər ki, otur məsləhətləş, keçidi
başla tikməyə” ( 1.s. 17); “Hərə gedib öz işinin dalınca”
(1.s.17); “Ağoşla Səhnə üz qoymuşdular Hacı Muradın tayala-
rının yanına!” (1.s.21); “Səhnə bunları fikirləşə-fikirləşə bir də
baxıb gördü ki, çayçının hər tərəfini süpürüb qurtarıb və gəlib
çatıb şəkilçəkən Qadirin butkasının düz qabağına” (1.s. 28);
“Ağoşdan yastı-yastı deyilən söz bu olub, onu da yas yerində
qatdayıb qoymuşuq yastığı altına “( 1.s. 31); “Qonşu kənddəki
məktəbdən çıxıb Düyərliyə gələndə yolda uşaqlardan hamısı
başladı Rəsulla zarafat eləməyə” (1.s. 34); “Yarıyola çatanda
Rəsul hirslənib çantanı atdı ağappaq qarın üstünə”( 1.s. 34) və s.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
111
Povestdə yarımçıq cümlələr həm dialoji, həm də monoloji
nitqdə özünü göstərir. K.İmranoğlu “...monoloji nitqdə sözə qə-
naət etmək, təkrara yol verməmək, nitqin təbiiliyini və aktual-
lığını təmin etmək məqsədilə yarımçıq cümlələrdən istifadə
edir” (3.s. 200). Məsələn: “Amma qapı da yerindəydi, dəstək
də. Hələ deməzsən axşamdan diyirlənib qapının dalına qoydu-
ğu iri daş da” (1.s.7). “Səhnə də cavab verdi ki, öldü-qaldıların-
dan xəbər yoxdu. Nə bir gələn var, nə də bir gedən” ( 1.s. 10).
“Ülgüc kort olanda Məşədi Vəli Dəllək Rəhimin üzünə o ki var
söyərdi. Dəllək Rəhim də nə ağ dinərdi, nə qara” (1.s.15).
“Bilirdi ki, dalısınca nə sifariş gələcək, nə də adam” (1.s.16).
Povestdə dialoji nitqdə işlənən yarımçıq cümlələr də ge-
niş yer tutur. Bu konstruksiyalar surətlərin sual-cavab nitqində
işlədilir:
“– Hə eşidirəm, bacıoğlu!
– Yoldaş fotoqraf, bu il orta məktəb məzunlarının vinet-
kasını sən düzəltmisən?
– Mən düzəltmişəm, amma iki-üç məktəbdən savayı
zakaz verən olmadı.
– Sulutəpənin uşaqlarının şəklini çəkmisən?
– Çəkmişəm”. (1.s.29)
Sonra da ona tərəf uzanmış iki pasportu götürdü. Ardınca
da pasport sahibi dilləndi:
“– Dayday, mümkünsə birinci reysə ver! Özü də ən yaxın
günlərdən birinə”.(1.s. 41)
K. İmranoğlu fikri daha obrazlı, daha emosional şəkildə
oxucuya çatdırmaq məqəsədilə ritorik sual-cümlələrin vasitə-
silə mətni qurur. Belə sual cümlələr ilə yüksək hiss-həyəcan
ifadə edilir, həm də bu formalı cümlələrdə qarşılaşdırma – mü-
qayisə olur. Bu qəbildən olan cümlələr surətlərin monoloji
nitqində özünü göstərir: “Xədicə hərdən daldaya çəkilib öz-
özünə gileylənirdi ki, elə bil Allah ağlımı aldı, bu uşaqları
dalbadal doğdum. Hər il də bir uşaq olar? Bic Törənin bic qı-
zına bax, iki il ara verib bir uşaq doğub, üç il ara verib ayrısını
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
112
pırt eləyib atıb çölə. Elə bil Allaha “zakaz” veriblər. Bəs
görəsən bizim “zakazımız” niyə Allaha çatmadı? Bir də ki, biz
başıbatmışlar heç zakaz elədik ki?!“ (1.s.35). “...Yekə oğlum
var ha, çox qırmızı adamdı. Yeriyəcək mənə tərəf, çəmkirəcək
ki, bəs anamın ayaqqabılarını görmürdün? Gözün kor idi?
İynən, sapın əskik gələcəkdi? Başqalarının zir-zibilinə batmış
sürütmələrini az qalırsan dilinlə yalayasan, anamın tərtəmiz
ayaqqabılarına iki barmaq boyda yamaq vura bilmirdin?
Düzdür, mən də məcbur olub cavab verəcəkdim ki, oradan üç-
dörd cüt ayaqqabı alıb göndərə bilmirdin? Göndərsəydin pulun
əskik gələcəkdi? Canın çıxacaqdı? “ (1.s. 12).
Nida cümlələri fikrin ifadəsində bədii bir priyom olduğu
üçün onlar publisistik dilə nisbətən bədii dildə daha çox işlənir.
Hiss-həyəcanın zəngin çalarlarının ifadəsində, şübhəsiz, into-
nasiya, cümlənin tərkibində işlənən sözlərin leksik mənası,
nidaların xarakteri, təkrarlar, sözün sırası, sual əvəzliyi və.s
imkanlar əhəmiyyətli rol oynayır. K. İmranoğlu bu saydığımız
imkanlardan istifadə edərək surətlərin sevincini, təəssüfünü,
kədərini, razılığını, arzularını, təşəkkürünü, tərifini, təəccübü-
nü, çağırışını, emosiyalarını ifadə etmək məqsədilə təsirli
lövhələr yaradır: “Ay Tutu, görüm səni kəndin arvadları ağ-
lasın! Məni bəlaya saldın!” ( 1.s. 3);
Yaxud:
” – Dazbaşı yıxdıq! Dazbaşı yıxdıq!
Hamı yavaş-yavaş Müstəcəbə tərəf yeriməyə başladı.
Müstəcəb camaatın yanına çatan kimi qəzetlərdəкi iki böyük
şəkli göstərib ucadan dedi:
– Dazbaşı yıxdıq! Xruşşov da belə getdi...
Amma Xruşşovun getməsindən daha çox, camaatı
çaşdıran bu iki şəkil idi. Hamı təəccüblənirdi ki, gedən bir
nəfərdi, gələn iki nəfər!” ( 1.s. 35);
Yaxud:
“– Vallah, sizə söz çatdırmaq olmur. Götür biletini, sənə
yaxşı yol!” (1.s. 41);
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
113
Yaxud:
“– Ay əmi, vallah, içəridə yer yoxdur. Yaxşı onda gəl
əvvəlcə səni yola salım, sonra zənənlərə bilet yazaram.
– Ay atan oldu rəhmət!”( 1.s. 44)
Yaxud:
“– Ay-hay! Vallah bu adamlara tövbə yoxdur” (1.s. 26).
Bəli, K. İmranoğlunun yaratdığı personajların danışıq tər-
zi son dərəcə cəlbedicidir. “Bədii mühitə və bədii qavrayışa
obyektiv sənət ölçüsü ilə nəzər salmağın ilkin şərti elə dil ami-
lidir. Kamil dil və üslub vərdişlərinə sahib olmadan yazıçının
özünü təsdiqetmə bacarığı uğursuzluqla nəticələnə bilər; dil
duyumu yüksək olan yazıçının sənəti də, əsərləri də sevilir,
mütaliə edilir...”( 7.s. 6). Bu mənada da K. İmranoğlu “Vağzal”
povestində dilin tarazılığını bütün istiqamətlərdə gözləmişdir.
Ədəbiyyat
1.Kamran İmranoğlu.Vağzal. Bakı, Yurd, 2001.
2.Azərbaycan bədii dilinin üslubiyyatı, Bakı, Elm, 1979.
3.Q.Ş. Kazımov Müasir Azərbaycan dili. Sintaksis, Bakı,
Təhsil, 2007.
4. T. Mustafayev “Yalquzaq” povestinin müəllifi Kamran
İmranoğluna açıq oxucu məktubu”, “Ünsiyyət” qəzeti, 18 may
1999, №5.
5. В. Yusifli “Bir povest haqqında”. “Ədəbiyyat” qəzeti,
23 iyul 1999, №29.
6. Q. Ş. Kazımov. Dildən xüsusi seminar. Yazıçı və dil,
APİ-nin nəşri, Bakı, 1975.
7. İ. Babaşoğlu. Yazıçı: müasir həyat və gerçəkliklər.
(Tahir Kazımovun yaradıcılığı əsasında) “Elm və təhsil”, Bakı,
2012.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
114
DƏYƏRLĠ ĠKĠ DƏRS VƏSAĠTĠ
Müstəqil respublikamızın ictimai-siyasi həyatında baş
verən köklü dəyişmələr orta məktəblərimizdə tərbiyə etmək
vəzifəsinin daşıyıcısı olan ədəbiyyatımızın şagirdlərə dərindən
öyrədilməsinə, mənimsədilməsinə əlverişli şərait yaradır.
Ədəbiyyatımızı gənc nəslə
öyrətməyin əsasları tam orta
məktəbdə qoyulur. Təкmil-
ləşdirilmiş və əsaslandırılmış
bir mahiyyət kəsb edən kö-
məkçi vəsaitlərin də bu işdə
misilsiz əhəmiyyəti danıl-
mazdır. Bu baxımdan prof.
Kamran Əliyevin 2010-cu il-
də “Elm” nəşriyyatında çap-
dan buraxılan “Ədəbiyyat”
adlı dərs vəsaiti (Elmi re-
daktoru: filologiya elmləri
namizədi İsmayıl Əhməd-
zadə, filologiya elmləri dok-
toru Muxtar Kazımoğlu;
Rəyçilər: filologiya elmləri
namizədi Telman Həsənov, filologiya elmləri namizədi Ataəmi
Mirzəyev) abituryentlər, şagirdlər, müəllimlər üçün fayda verə
bilən qiymətli bir mənbədir. Dərslikdə ən zəruri materiallar öz
əksini tapıb. Bu materialların mövzu dairəsi öз genişliyi və
metodiki xüsusiyyətləri ilə diqqəti cəlb edir. Dərsliyin “Ədə-
biyyat haqqında məlumat” hissəsində ədəbiyyatın tərifi və
mənası verilir. “Ədəbiyyatşünaslıq elminin bölmələri” hissəsin-
də bu bölmələrin yığcam xarakteristkası öz əksini tapır.
Kitabın “Ədəbiyyat nəzəriyyəsi” bölməsində şifahi xalq
ədəbiyyatı üzrə janrlar təsnif edilir. “Aşıq yaradıcılığının janr-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
115
ları” hissəsində aşıq yaradıcılığında mühüm rol oynayan janrlar
haqqında yığcam və dolğun məlumatlar verilir. Gəraylı, qoşma
və онун növləri: gözəlləmə, ustadnamə, qıfılbənd, vücudnamə;
təcnis və onun növləri: cığalı təcnis, ayaqlı təcnis, dodaqdəy-
məz faktik nümunələr əsasında izah olunur.
Dərsliyin “Nəzm və nəsr“ bölməsində bu terminlərin mə-
nası, nəzmin əsas əlamətləri, ahəngdarlıq, ritm, ölçü (vəzn),
qafiyə, qafiyənin növləri – zəngin (tam) qafiyə, yoxsul (na-
tamam) qafiyə, qulaq qafiyəsi, daxili qafiyə, rədif, bölgü,
misra, beyt, beytlə bağlı işlədilən ifadələr – şah beyt, mətlə
beyt, məqtə beyt və eyni zamanda şeirdə müxtəlif saylı
misralardan ibarət bitkin hissə olan bənd aydınlaşdırılır.
Məlumdur ki, Azərbaycan şeirinin tarixində üç vəzndən
(ölçüdən) istifadə edilmişdir. Kitabın “Şeirin vəznləri” bölmə-
sində əvvəlcə vəznlər içərisində ən qədim olan heca vəzninə (
barmaq vəzni) və onun tələblərinə, sonra əruz vəzni və onun ən
çox ədəbiyyatımızda işlənən bəhrlərinə, daha sonra isə sərbəst
şeirə diqqət yetirilir.
Həyatı əksetdirmək üsuluna görə ədəbi əsərlər üç qrupa
bölünür: epik, lirik, dramatik. Kitabın “ Ədəbi növlər və janr-
lar” bölməsində bu növlər və bu növlərin janrlarına geniş yer
verilir. Epik növün janrları hesab edilən təmsil, hekayə, no-
vella, povest, oçerk, roman, epopeya, xatirə, lirik növün janrları
olan qəzəl, qəsidə, mədhiyyə, fəxriyyə, minacat, nət, qitə, mər-
siyyə, məsnəvi, rübai, tuyuq, mürəbbe, müxəmməs, müsəddəs,
müsəbbe, müсəmmə, müəşşər, epik – lirik növə daxil olan poe-
ma və dastan haqqında, həmçinin dramatik növün yanrları ba-
rədə təhlillər aparılır. Həyatı əks etdirmək üsullarına – təhkiyə-
yə, təsvirə, tərənnümə, ədəbiyyatdakı gülüşün satira və yumor-
dan ibarət növlərinə də nümunələr əsasında aydınlıq gətirilir.
Kitabın “Bədii əsərin quruluşu“ bölməsində mövzu və
ideya anlayışlarına dürüst izahlar verilir. Məlum olur ki, mövzu
– dərk edilən və dövr üçün səciyyəvi olan həyat hadisələridir.
Tarixi mövzular isə müasirliklə əlaqələndirilir. Bədii əsərin
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
116
yaradılmasında mövzu seçimi əsas şərtdir. Müəllif mövzunu
əsas mövzu, yardımçı mövzu adlarла iki qrupa ayırır.
İdeyanın mövzu ilə sıx əlaqədar olduğunu vurğulayan dərs-
lik müəllifi doğru olaraq yazır ki, yazıçının qələmə aldığı həyat
hadisəsi haqqında gəlinən qənaət, çıxarılan nəticə - ideyadır.
Prof. K. Əliyev təqdim etdiyi materialların ardıcıllığına
xüsusi fikir verir. Məzmun və formanın vəhdətindən danışan
alim doğru olaraq göstərir ki, şeirdə məna məzmunu, söz isə
formanı ifadя edir. Bədii əsərdə məzmun və forma vəhdətdə
olmalıdır. Lakin məzmun əsasdır, məzmun formanı müəyyən
edir. Meydana çıxan yeni məzmun yeni - yeni ədəbi formaları
meydana çıxarır. Forma isə məzmunu tamamlamaq baxımın-
dan ona təsir göstərir. Məzmun formaya nisbətən dəyişkən ,
forma isə məzmuna nisbətən sabitdir, gec dəyişəndir.
Kitabın “Bədii əsərdə hadisə və surət” bölməsi də şagird-
lər, abituryentlər tərəfindən asanlıqla mənimsənilir. Burada in-
san surəti və onun qrupları – müsbət surət, mənfi surət, surətlə-
rin bədii əsərdəki hadisələrin gedişindəki iştirakına görə qrup-
ları açıqlanır. Təbiət, əşya, heyvan surətlərinin bədii əsərlərdəki
xüsusiyyətləri nümunələr əsasında nəzərdən keçirilir.
Vəsaitin “Süjet və kompozisiya” bölməsi də əsaslandırıl-
mış bir mahiyyət kəsb edir. Müəllif burada süjet və onun sabit
mərhələlərini, kompozisiya və onun əsas ünsürlərini izah edir.
Bədii əsərin dilindən bəhs edən alim qeyd edir ki, ədəbiy-
yatda dildən, üslubdan danışarkən bədii dil və bədii üslub
nəzərdə tutulur. Ədəbi dil və bədii dil anlayışları bir-birinə zidd
deyil. Onların hər ikisi xalq danışıq dilinə əsaslanır.
Kitabda bədii dilin tərkibi, bədii təsvir vasitələri (məcaz-
lar), bədii ifadə vasitələri ( sintaktik fiqurlar) haqqında verilən
məlumatlar da şagirdlər və abituriyentlər üçün qaneedicidir.
Bədii yaradıcılıq metodu – həyat hadisələrini təsvir etmək
və onları ümumiləşdirmək üçün yazıçının əsas götürdüyü prin-
sipdir. Ədəbiyyatda iki əsas yaradıcılıq metodu var: realist və
romantik. Tam orta məktəblərdə bu metodların müəyyən cəhət-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
117
lərinin öyrədilməsi bir qədər çətinlik törədir. Bizcə, Kamran
müəllimin bu metodlar barədə təqdim etdiyi materiallar şagird-
lərdə mənimsəmə çətinliklərini aradan qaldıra bilər. Vəsaitdə
ədəbi cərəyan, ədəbi məktəb haqqında əks olunan məlumatlar
da şagirdlərin anlaq səviyyəsinə uyğundur.
Kitabın “Azərbaycan şifahi xalq ədəbiyyatı” bölməsinə
bir qədər geniş yer ayrılır. Burada ədəbiyyatın şifahi və yazılı
yolla yaranıb inkişaf etdiyi göstərilir, ədəbiyyatın bu qolları
arasındakı fərqlər, lirik növ və buraya daxil olan nəğmələr,
mahnılar, bayatılar və s. epik növ və onun janrları, dramatik
növ, aşıq yaradıcılığı, dastanlar və onların əsas xüsusiyyətləri
testologiyanın tələblərinə uyğunlaşdırılır.
“Dədə Qorqud” eposu qədim dövr Azərbaycan ədəbiyya-
tının ən möhtəşəm xalq yaradıcılığı hadisəsidir və Azərbaycan
ərazisində formalaşmışdır. Eposun bir sıra ideyaları və
motivləri türk bədii düşüncəsinin daha qədim dövrlərinə, İslam
dinini yaymaq, Oğuz dövləti qurmaq kimi əsas ideyaları isə I
minilliyin ikinci yarısına aiddir. Həmçinin I minilliyin ikinci
yarısı Oğuz türklərinin dastanı olan “Dədə Qorqud” eposunun
formalaşdığı dövrdür. Kamran müəllimin vəsaitdə verdiyi bu
məlumatlaр, həmçinin eposun iki əlyazması, Dədə Qorqud
obrazı, eposun məzmunu və əsas ideyaları, əfsanəvi səciyyə
daşıyan boyları, eposun quruluşu, bədii xüsusiyyətləri, “Salur
Qazanın evinin yağmalanması” boyu və buradakı surətlər haq-
qında təqdim etdiyi materiallar abituriyentlərin bilik səviyyə-
sinin zənginləşməsinə xidmət göstərir.
Dərsliyin “Azərbaycan ədəbiyyatı tarixi” bölməsində
təqdim edilən materiallarda səmərəli keyfiyyətinə və yığcam
xarakteristkasına görə diqqəti cəlb edir. Bu bölmənin “Qədim
dövr Azərbaycan ədəbiyyatı” hissəsində Azırbaycan ərazisində
yaşamış tayfalar, ilk yazılı abidələrimiz, XI-XII əsrlərdə yazıb-
yaratmış şairlərimizdən Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əf-
zələddin Xaqani haqqında təqdim edilən materiallar imtahana
hazırlaşanlara səmərəli fayda verə bilər.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
118
Tam orta məktəblərin ədəbiyyat dərslərində klassik şairi-
miz Nizami Gəncəvinin həyatı və yaradıcılığına xeyli yer
ayrılır. Bunu nəzərə alan prof. K. Əliyev vəsaitdə N. Gəncəvi-
nin həyatının ən qabarıq cəhətlərini diqqətə çatdırır. Müəllif bu
dahi şairin yaradıcılığa lirik şeirlərlə başladığını, Nizami ədəbi
məktəbinin “Xəmsə”yə görə formalaşdığını göstərir. Bunun
ardınca o, Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan əsərlərini
tam orta məktəblərin proqram tələblərinə uyğun olaraq diqqətlə
təhlil edir.
Prof. K.Əliyev vəsaitin “Orta dövr Azərbaycan ədəbiy-
yatı” hissəsində yazır ki, XIII əsrdən başlayan bu dövr qədim
dövr ədəbiyyatının bitdiyi və ana dilində olan əsərlərin yaran-
mağa başladığı dövrdür. Lakin yenə də ərəb və fars dillərində
əsərlər yazılırdı. Burada XIII-XVI əsrlərdə hansı şairlərin ərəb,
fars dilində yazdıqları, hansılarının həm ərəb, həm fars, həm də
türk dilində yazdıqları, hansılarının isə təkcə türk dilində yazıb-
yaratdıqları da şərh olunur.
Prof. K.Əliyev öyrədir, Nəsimini, Füzulini, Xətayini öyrə-
dir. Onlar haqqında çoxlu sayda rəvayət və əfsanələri xatırladır.
Müəllif Nəsimidən bəhs edərkən onun əsl adının Əli olduğunu,
amma “Seyyid”, “İmadəddin”, “Hüseyni”, “Nəsimi”, “Şirvani”
adları ilə tanındığını diqqətə çatdırır. Nəsimi yaradıcılığını iki
dövrə bölən alim onun yaradıcılığını da iki baxımdan qiymət-
ləndirir: 1) yüksək poetik sənətkarlıq; 2) humanist ideyaların
təbliği. Kitabda Nəsiminin ideyaları, hansı mövzularda yazıb-
yaratdığı, hansı janrda əsərlərinin olduğu bütün aydınlığı ilə
meydana çıxarılır. Tam orta məktəblərinin proqram tələblərinə
uyğun olaraq “Yanaram” və “Mən mülki-cahan...” qəzəllərinin
təhlilini verən müəllif bu dahi şairin sənətkarlıq xüsusiyyətləri
barədə də abituryentlərdə aydın elmi təsəvvür yaradır.
Prof. K. Əliyev Şah İsmayıl Xətayidən bəhs edərkən onu
görkəmli dövlət xadimi, təriqət başçısı, sərkərdə, şair kimi
səciyyələndirir və onun həyatının ən mühüm məqamlarını xa-
tırladır. 12-13 yaşlarında yaradıcılığa başladığını qeyd edir,
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
119
onun həm xalq şeiri janrlarında, həm də klassik şeir janrla-
rından istifadə etdiyini göstərir. Xətayinin lirik əsərlərini 4
(dörd) istiqamətə ayıran müəllif bu istiqamətləri ayrı-ayrılıqda
nümunələr əsasında təhlil süzgəcindən keçirir.
Kitabda Məhəmməd Füzulinin həyatı, onun hansı dillərdə
yazdığı, hansı janrlardan istifadə etdiyi, şairin qəsidələri, qəzəl-
ləri, nəsr əsərləri və proqrama uyğun olaraq Füzulinin “Əql yar
olsaydı” qəzəli və həmçinin “Leyli və Məcnun” poeması da
təhlil edilir.
Prof. K.Əliyev Yeni dövr Azərbaycan ədəbiyyatını aşağı-
dakı mərhələlər üzrə təhlildən keçirilir:
I mərhələ. XVII –XVIII əsrlər
II mərhələ. XIX əsr
III mərhələ. XX əsrin əvvəlləri.
Yeni dövr Azərbaycan ədəbiyyatı müxtəlif mərhələlərdən
keçsə də, aparıcı istiqamət müasirliyə can atmaqdan ibarət
olmuşdur. Bunun ən aydın təzahürü söz sənətində get-gedə
güclənən tənqidi ruh idi. M.V. Vidadinin, M.P.Vaqifin ictimai
kədəri tədricən Q. Zakirin, M.F.Axundzadənin, Ş.Ə.Şirvaninin
cəmiyyətə tənqidi münasibətini formalaşdırdı.
Vəsaitdə yuxarıdakı bölgü əsasında ayrı-ayrı mərhələlərin
səciyyəvi əlamətləri bütün incəliklərinə qədər izah edilir. Ay-
dın olur ki, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının, ümu-
mən mədəniyyətinin intibah dövrüdür. XVII-XVIII əsrlər İnti-
bahı deyəndə nə başa düşülür? XVII-XVIII əsrlər İntibahının
əlamətləri hansılardır? XVII-XVIII əsrlər İntibahının təsiri nə-
lərdə özünü göstərir? Abituriyentlər vəsaitdə bu və ya bu kimi
suallara da cavabları asanlıqla tapa bilərlər. Prof. K.Əliyev
XVII-XVIII əsrlər intibah dövrünü xarakterizə edərkən ”Ko-
roğlu” eposunu Azərbaycan intibahının ən möhtəşəm əsəri кi-
mi, Molla Pənah Vaqifi isə Azərbaycan intibahının ən böyük
sənətkarı kimi səciyyələndirir. Vəsaitdə bunun ardınca “Koroğ-
lu”eposunun məzmunu və əsas ideyaları şərh olunur, M.P.Va-
qifin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi izah edilir.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
120
II mərhələ bütövlükdə XIX əsri əhatə edir. Bu dövr Azər-
baycan xalqının həyatına ziddiyyətli bir dövr kimi daxil olur.
Əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqları Rusiya
ilə İran arasında müharibə meydanına çevrilir, digər tərəfdən də
ölkədə milli müstəqillik, ictimai azadlıq ideyaları yayılır.
XIX əsrdə həmin əsrin 20-ci illərindən təşəkkül tapan
maarifçilik geniş miqyas alır və əməli hərəkata çevrilir. Mək-
təbə, teаtra, mətbuata, ədəbiyyata xüsusi diqqət yetirilir. Dərs-
likdə prof. K.Əliyev eyni zamanda bu dövrdə yetişən A. Ba-
kıxanov, M.Ş.Vazeh, İ. Qutqaşınlı, X. Natəvan, N. Vəzirov, Q.
Zakir, M. F. Axundzadə, S. Ə. Şirvani, Aşıq Ələsgər kimi yazı-
çı və şairlərin həyat və yaradıcılıqlarının mühüm məqamlarını
testologiyanın tələblərinə uyğun olaraq kodlaşdırır.
III mərhələ Azərbaycan ədəbiyyatında, əsasən, realizm və
romantizm ədəbi cərəyanlarının meydana çıxdığı dövr hesab
olunur. Prof. K.Əliyev bu ədəbi cərəyanların əsas xüsusiyyət-
lərini, həmçinin bu cərəyanlara məxsus olan yazıçı və şairlərin
yaradıcılıq xüsusiyyətlərini qısa və dolğun şəkildə, müəyyən
bəlgülər əsasında şərh edir.
Prof. K.Əliyev ən yeni dövr Azərbaycan ədəbiyyatını isə
2 mərhələnin işığında səciyyələndirir:
I mərhələ – XX əsrin 10-cu illərini sonlarından (Xalq
Cümhuriyyətinin yarsanmasından) 50-ci illərə qədər.
II mərhələ – XX əsrin 50-ci illərindən bu günə qədər.
Müəllif XX əsrin 10-cu illərin sonlarından 50-ci illərə qə-
dər baş vermiş əsas ictimai-siyasi hadisələri maksimal səviyyə-
də xarakterizə edir. Azərbaycan milli varlığı uğrunda mübarizə
aparan F. Köçərli, H. Cavid, C. Cabbarlı, Ə. Cavad, Ü. Hacı-
bəyli, S. Hüseyn, A. Şaiq, Y. V. Çəmənzəminli, M.Ə. Rəsulza-
də kimi sənətkarların həyat və yaradıcılığı müvafiq formada,
abituriyentlərin anlaq səviyyəsinə uyğun şəkildə təhlil edilir.
Bu dövrdə Azərbaycan ədəbiyyatının mövcud ideoloji prob-
lemlərə, təzyiqlərə baxmayaraq, sürətlə inkişaf etdiyi, S. Vur-
ğun, M.Şəhriyar, M.Cəlal, R. Rza kimi böyük söz sənətkar-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
121
larının ədəbiyyatımıza yeni mövzular, ideyalar, formalar gətir-
dikləri, başlıcası isə azərbaycançılıq məfkurəsinin formalaşdı-
rıdığı diqqətə çatdırılır.
Vəsaitdə II mərhələnin XX əsrin ortalarından – 50-ci illə-
rin sonu 60-cı illərin əvvəllərindən başladığı göstərilir. Bu
mərhələdə siyasi-ideoloji ab-havanın yumşaldığı, sosialist rea-
lizm metodunun zəiflədiyi, yazıçının müstəqilliyinin artdığı
dövr kimi səciyyələndirilir. B.Vahabzadənin, N.Həsənzadənin,
X.Rzanın, M.Arazın yaradıcılığı əsasında bütün bu məsələlər
işıqlandırılır.
Beləliklə, prof. K.Əliyev kitabı hazırlayarkən elmi-meto-
diki materialların hər birini nəzərə almış, abituriyentlər üçün
asan bir öyrənmə mənbəyi yarada bilmişdir.
Prof. K.Əliyevin 2011-
ci ildə “Elm“ nəşriyyatında
çap etdirdiyi “Azərbaycan
Dostları ilə paylaş: |