Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
62
sində qalmır, eyni zamanda həmin poemalardakı romantik me-
todun başlanğıcı olur.
Kamran müəllimin araşdırmalarından bəlli olur ki, Hü-
seyn Caviddə isə bu rəsmiyyət yeni forma ilə əvəz olunur.
Mütəfəkkir sənətkar hər hansı əsərini minacat, nət, mədhiyyə,
fəxriyyə ilə başlamasa da, ayrı-ayrı əsərlərini Tanrıya, Pey-
ğəmbərə, Hökmdara və Şairə həsr edir. Beləliklə, məsafəcə
uzun əsrlərin ayırdığı bədii fakt və nümunə bədii düşüncədə
birləşir və yaxınlaşır.
Bir sözlə, tədqiqatçı bu hissədə Hüseyn Cavidin yeni janr,
yeni mövzu, yeni qəhrəman və bütövlükdə yeni poetika
müəllifi və XX əsr Azərbaycan romantizminin tarixi taleyi
olduğunu elmi faktlarla əsaslandırır.
Monoqrafiyanın “H.Cavidin həyatı və şəxsiyyəti” fəslin-
də mütəfəkkir sənətkarın qısa tərcümeyi-halı xronoloji ardı-
cıllıqla verilir.
Prof. K. Əliyev bu fəslin “Şəxsiyyət və yaradıcılıq bütöv-
lüyü” hissəsində şair, dramaturq, publisisit, müəllim, ən başlı-
cası ziyalı kimi tanınan H. Cavidin həmişə öz məsləkinə sadiq
olduğundan, bədii əsərləri ilə öz əqidəsinin daşıyıcısına çev-
rildiyindən geniş bəhs edir və haqlı olaraq H. Cavidin drama-
turgiya yolunun harаdan başlandığı sualını meydana çıxarır. Bu
sualı ən incə tərəflərinə qədər cavablandıran müəllif göstərir ki,
H. Cavidin sənətə və sənətkar şəxsiyyətinə məhəbbəti “Xəy-
yam” əsəri ilə ən yüksək zirvəyə çatır. Belə bir zirvədə isə
Xəyyamı özü kimi-necə varsa, o cür göstərmək, onun yara-
dıclığını və şəxsiyyətini vəhdətdə təqdim etmək nəinki vəzifə,
eyni zamanda borc idi.
Ötən əsrin iyirminci və otuzuncu illərində yazdığı əsərlər
bütövlükdə H. Cavidi yenidən “olduqca böyük bir sənətkar və
söz ustası” kimi məhşurlaşdırdı. Hətta 1936-cı ildə Moskvada
Yazıçılar İttifaqının üçüncü plenumunda Əli Nazim H. Cavidi
görkəmli yazıçılarla bir sırada təqdim etdi və “böyük dramatik
əsərlər yaratmış” sənətkar kimi səciyyələndirdi. Artıq bütün
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
63
bunlar təsdiq edirdi ki, H. Cavid həmişə vəhdətdə olan şəx-
siyyət və yaradıcılığı ilə dünyanın böyük sənətkarlarından biri
səviyyəsinə ucalmışdır.
Monoqrafiyanın “Ölüm var ki, həyat qədər dəyərli”
hissəsində alim Hüseyn Cavidə edilən qəsdi tarixi sənədlərin
dili ilə oxuculara çatdırır.
Alim əsərin “Bədii yaradıcılıqda şəxsiyyət” hissəsində H.
Cavid düşüncəsinin xəritəsini cızır. Bu xəritədə dahi sənətkarın
düşüncəsinin coğrafi sərhədlərinin hüdudsuzluğunu görürük.
Prof. K. Əliyev bu xəritəni özünün kamil düşüncəsi ilə orijinal
bir tərzdə təhlil edir: “Azərbaycan ədəbiyyatı tarixinin 1000 ilə
yaxın bir mərhələsində hakim olan şəxsiyyət ətrafındakı
hərəkət ənənəsini Hüseyn Cavid dəyişdirdi və yeniləşdirdi,
şəxsiyyət və şəxsiyyətə olan qlobal marağın yaddaşla bədii əsər
arasındakı qabarıq əlaqəsini ilk dəfə önə-açıq müstəviyə
çıxardı. Bu, böyük kəşf idi.”
Mütəfəkkir Cavid yaradıcılığının şəxsiyyət planını daha
da dərindən qabardan alim belə nəticəyə gəlir ki, H. Cavid
yaradıcılığının şəxsiyyət planı Azərbaycan ədəbiyyatı tarixində
heç kəsi təkrar etməyən və gələcəkdə də təkrar olunmayan bir
plandır. O, zamanı keçmiş və gələcəklə birgə, məkanı yer və
göylə vəhdətdə, şəxsiyyəti Tanrı və ruhla qovuşuqda götürür və
bədii sənəti, bədii yaradıcılığı usə onlardan kənarda təsəvvür
etmir.
Prof. K. Əliyev monoqrafiyanın “H. Cavidin ədəbiyyata
baxışı” fəslinin “Ədəbi-nəzəri mənbələr” hissəsində dahı
mütəfəkkir H. Cavidin ədəbi-bədii fəaliyyətlərində, həmçinin
Türkiyədəki ictimai-siyasi həyat şəraiti, onun irticaçı xarakteri,
türk ədəbiyyatının nailiyyətləri, onun yeni istiqamətləri, Av-
ropa ədəbiyyatı, Avropa sənətkarlarının, filosoflarının, rus ədə-
biyyatının klassiklərinin əsərlərindən bəhs etdiyini, onları iste-
dadın yaratdığı möcüzələrlə təhlil etdiyini gözlərimiz önündə
canlandırır.
Monoqrafiyanın “Romantizm uğrunda mübarizə” hissə-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
64
sində müəllif H. Cavidin mənsub olduğu romantizmin bir ədəbi
cərəyan kimi mürəkkəb xarakterə malik olduğunu və bunun
nəticəsində müxtəlif və mübahisəli fikirlərin meydana çıxdığını
göstərir, dahi Cavidin romantizm uğrunda mübarizəsini ön
plana çəkən alim romantizm estetikasında mövcud olan xeyli
məsələlərə aydınlıq gətirir. Bu araşdırma zamanı tədqiqatçı
şairin romantik lirikasına daha çox diqqət yetirir.
Prof. K. Əliyev “H. Cavidin poeziyası” adlı fəsildə şairin
“Hübuti-Adəm”, “Bakıda”, Yadi-mazi”, “Otuz yaşımda”, “Ge-
cəydi”, “Bir rəsm qarşısında”, “Elmi-bəşər “, “Qadın”, “Kiçik
sərsəri”, “Öksüz Ənvər”, “İlk bahar”, “Qız məktəbində”,
“Çiçək sevgisi”, “Verdim o gün ki, zülfi-pərişanə könlümü”,
“Novruz bayramı” , “Mənim Tanrım”, “Şərq qadını”, “Solğun
bənövşələr”, “Qaçqın”, “Bir zamanlar”, “Çəlik qolları”, “Türk
əsirləri”, “Hərb və fəlakət”, “Dəniz tamaşası”, “Şeyx Sənan”,
“Rəqs”, “Hər yer səfalı, nəşəli”, “Sevinmə, gül!...”, “Sevinmə,
gülmə, quzum!...”, “Pənbə çarşaf”, “Xuraman-xuraman “,
“Uyuyur”, “Görmədim”, “Mən istərim ki...”, “Vərəmli qız”,
“Məzlumlar üçün”, “Çoban türküsü”, “Dün və bu gün”,
“Qüruba qarşı”, “Hərb ilahi qarşısında”, “İstə bir divanədən bir
xatirə”, “Ey ruhi-pürsцkun”, “Kiçik bir lövhə”, “İki həmşireyi-
lətafətü an”, “Bir qızın son fəryadı, yaxud zindan guşəsində bir
səs”, “Qonşu çiçəyi”, “Nəcmi-geysudar “, “İbtilayi-qəram” ,
“Şeir məftunu”, “Dəniz pərisi”, “Bilməm kimə?”, “Bu gecə”,
“Ah... yalnız sən!”, “Qəmər”, “Neçin ? ”, “Get!”, “ Məyus bir
qəlbin fəryadı”, “Son baharda” şeirlərini eyni zamanda “Azər“
poemasının ideya-məzmun xüsusiyyətlərindən bəhs edir və
həmin şeirlərin yeri gəldikcə yaranma tarixini, janrlarını
müəyyənləşdirir.
Monoqrafiyanın “H.Cavidin dramaturgiyası” adlı fəslində
görkəmli dramaturqun “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şey-
da”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Tey-
mur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam “kimi dramlarının qısa
məzmununu verir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
65
“H. Cavidin ideyaları” fəsli də həddən artıq faktlarla
zəngindir. Bu fəslin “H. Cavid və tarix” hissəsində Kamran
müəllim şair-dramaturqun “Peyğəmbər”, “Topal Teymur”,
“Xəyyam” kimi əsərlərində tarixi baxış və münasibət konsep-
siyasını ortaya qoyur. Fikir və mülahizələrini onlarla dəlil üzə-
rində quran müəllif yazır ki, Hüseyn Cavidin tarixə yanaşması
bir çox sənətkarlarda olduğu kimi, tarixi hadisədən və tarixi
faktdan istifadə və yararlanmaq vasitəsi deyil. Hüseyn Cavidin
tarixə baxışı fövqəladə istedada malik sənətkar şəxsiyyətinin
qeyri-adi fəhmindən doğulan və istər Azərbaycan, istərsə də
dünya ədəbiyyatı klassiklərindən heç kəsi təkrar etməyən
fəlsəfi bir sistemdir.
H. Cavid və H Cavid sənətinin türk həqiqəti, türk idealı
və türk simvolundan kənarda təsəvvürə gətirmək qeyri-müm-
kündür. Çünki H. Cavid mənəviyyatı türk sözü, türk qüruru,
türk keçmişi və türk gələcəyi ilə daha çox bağlıdır. Bu ba-
xımdan da prof. K. Əliyev monoqrafiyanın “H. Cavid və türk-
lük idealı” hissəsində şairin dramaturgiyasında türklüyün bədii
marşrуtunu bütün istiqamətlər üzrə dərindən izləyir, onun yö-
nünü və istiqamətlərini düzgün müəyyənləşdirir: “H.Cavid
yaradıcılığı türklüyün mənəviyyat kitabıdır. Bu kitabda hər bir
türk öz keçmişindən qürur duymaq və gələcəyə aydın nəzər-
lərlə baxmaq üçün axtardıqlarını asanca tapa bilər.”
Monoqrafiyanın “H.Cavid yaradıcılığının poetikası” fəs-
lində də yeni-yeni alim fikirləri ön plandadır. Tədqiqatçı bura-
da da oxucuları Cavidşünaslıqda bu vaxta qədər məlum olma-
yan yeniliklərlə tanış edir. Bu fəslin “Romantik qəhrəmanın
hərəkəti” hissəsində alim H. Cavidin romantik qəhrəmanlarının
öz hərəkət və davranışlarında romantizm poetikasının əsas
prinsiplərini doğrultduğunu və bu mənada spesifik əlamətlərlə
qaynayıb-qarışdıqlarını, həmin əlamətlərin bir çox hallarda
obrazın özünün simvolik örtüyündə və məzmununda, bir çox
hallarda isə obrazların rəmzi detallarla əlaqəsində reallaşdığını
göstərir. Əlbəttə, bu, çox düzgün müşahidədir, heç bir tədqiqat-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
66
çının, heç bir alimin müşahidə edə bilmədiyi müşühidədir.
Əsərin “Zaman və məkan” hissəsində ədəbiyyatşünaslıq-
da bədii zaman və məkanın tədqiqini, öyrənilməsini prof. K.
Əliyev son illərin ən aktual hadisələri kimi qeyd edir və H.
Cavid yaradıcılığında da zaman və məkan probleminin араш-
дырылмасыны təbii və qanunauyğun hal kimi qiymətləndirir.
Əlbəttə, oxucu üçün də H. Cavidin yaradıcılığında zaman və
məkanın necə inikas etdirilməsi olduqca maraqlıdır. Araşdırıcı
H. Cavidin yaradıcılığında məkan adlarından və ünvanlarından,
zaman faktlarından və vahidlərindən, sadəcə olaraq, danışmır,
o, başlıca vəzifə olaraq onları dərindən araşdırır, onları Cavidin
əsərlərində nə dərəcədə əhəmiyyət kəsb etməsini, şair ideyası
ilə bağlılığını meydana çıxarır. Həmçinin alim hesab edir ki,
belə bir tədqiqat istiqaməti Cavid yaradıcılığının deyil,
bütövlükdə XX əsr Azərbaycan romantizminin özünəməxsus
cəhətlərini, onun realist yaradıcılıq metodundan fərqlənən
xüsusiyyətlərini də öyrənməyə əsas verir.
Monoqrafiyanın “H. Cavid və folklor” fəslində folklor
nümunələrinin yaranması və yaşaması, eyni zamanda onların
müəlliflik məsələsi barədə H. Cavidin A. Şaiqlə birgə söylədiyi
fikirlərin alim tərəfindən təhlil edilməsinin nə qədər vacib və
aktual əhəmiyyət daşıdığının şahidi oluruq. Bu fəslin “Folklora
elmi münasibət” hissəsində H. Cavidin folklor nümunələrinin
yaranması və formalaşması məsələləri ilə bağlı mövqeyi
işıqlandırlır. “Şeyx Sənan” faciəsi və “Əsli-Kərəm” dastanı”
adlı hissədə isə dahi şairin “Şeyx Sənan” faciəsi ilə “Əsli-
Kərəm“ dastanı müqayisə edilir və onlar arasındakı tam yaxın-
lıq meydana çıxarılır. Alim bu iki nümunənin bir-birinə ox-
şarlığınıн ilk növbədə bədii təsvirlərdə özünü göstərdiyini qeyd
edir. Tədqiqatçı Kərəmlə Şeyx Sənanın - bu iki qeyri-adi aşiqin
bir-birinə yaxınlığını və doğmalığını təsdiq edən faktları üzə
çıxarır. “Şeyx Sənan” faciəsi ilə “Əsli-Kərəm“ dastanı arasında
müəyyən müqayisələr aparan alim belə qənaətə gəlir ki, bu iki
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
67
klassik nümunəni ortaq mövqeyə gətirən ən əlamətdar cəhət elə
məhz inikas etdirilən məsələlərdən doğan ideya yaxınlığı və
ideya qohumluğudur.
Məlumdur ki, H. Cavidin şeir və dramlarında çoxəsrlik
Azərbaycan ədəbiyyatının bir sıra əlamətdar cəhətləri ilə
yanaşı, xalq ədəbiyyatından qaynaqlanan, xalq təfəkkür tərzi
ilə bağlı olan, xalq adət-ənənələri və məişəti ilə səsləşən
xüsusiyyətlər də özünü göstərir. Prof. K. Əliyev bu fəslin “H.
Cavid və xalq dramları” hissəsində xalq dramlarının yazılı
ədəbiyyatın, peşəkar teatrın inkişafında böyük əhəmiyyət kəsb
etdiyini xüsusilə vurğulayır və dahi mütəfəkkirin “Topal Tey-
mur” və “Səyavuş” pyeslərində xalq dramlarından istifadənin
klassik nümunələri ilə oxucunu tanış edir.
Bu fəslin digər hissəsi “H. Cavid və mifoloji obrazlar”
adlanır. Alim burada H. Cavid yaradıcılığının mifoloji başlan-
ğıcının öz məkanını mifik obrazlardan - Mələkdən, İblisdən,
Dərvişdən götürdüyünü və atom zərrəcikləri kimi bütün əsərə
yayıldığını göstərir və şair-dramaturqun əsərləri ilə ümumtürk
mifoloji düşüncəsi arasında gözəgörünməz telləri öz dərin
məntiqi ilə aşkarlayıb meydana çıxarır.
Belə danılmaz həqiqət mövcuddur ki, həm ideya, həm də
sənət baxımından folklor qəhrəmanları ilə romantizmin qəhrə-
manaları bir-birinə daha çox oxşayırlar. Prof. K. Əliyev düzgün
olaraq aydınlaşdırır ki, hətta Hüseyn Cavid dramaturgiyasının
qəhrəmanalrı ilə Azərbaycan dastan və nağıllarının qəhrə-
manları arasında kifayət qədər yaxınlaşmalar vardır. Alim 7-ci
fəslin “Romantik qəhrəman və dastan qəhrəmanları” hissəsində
bu yaxınlaşmaları müqayisəli şəkildə təhlil edir, romantik
qəhrəman və dastan qəhrəmanları arasında paralellər aparır,
buradakı məna və mətləb yaxınlığı, poetika baxımından mey-
dana çıxan oxşarlıqları əyani şəkildə sübut edir.
Nəticə olaraq deyə bilərik ki, prof. K. Əliyev bu mono-
qrafiyasında Hüseyn Cavidin həyat və yaradıcılığını bütün isti-
qamətlərdə dərindən izləmiş, şair, dramaturq, publisist, müəl-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
68
lim Cavidin xidmətlərini layiqincə üzə çıxara bilmişdir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
69
USTADINA HÖRMƏT VƏ
MƏHƏBBƏTLƏ
İnsan dünyaya gələndən sonra vəzifələrini – xalq qarşı-
sında eləməli olduqlarını dərk etməzdən, insan qarşısında bor-
cunu anlayır. Körpə bilir ki, ona süd verən ana ona əziz adamdır.
Ona səmimiyyət göstərənə də biganə qalmır. Dili söz tutmasa
da, məsum çöhrəsində təbəs-
süm yaranır. Söhbət sənə edi-
lən əhəmiyyəti tərəziyə qo-
yub, qiymətini dəqiq ödə-
məkdən getmir, hər halda
borc ödəmək insanın hərəkət-
verici qüvvəsidir və bununla
o, yavaş-yavaş valideynləri,
ailəsi, qohum-əqrabası, dost-
tanışları və xalqı, ümumilikdə
övladı olduğu bəşəri düşünə-
rək, ona yaranışı, yaşaması və
olumu
üçün
minnətdarlıq
borclarını ödəməklə izhar et-
məyə çalışır.
Müdrik adamlar öz us-
tadlarına ömürləri boyu hör-
mət və məhəbbətlə yanaşıblar, öz müəllimlərinə olan borcla-
rının mahiyyətini dərindən dərk etməyə çalışıblar. Təsadüfi
deyil ki, müdrik adamlar ölərkən etdikləri vəsiyyətlərdə də
ustadlarını, müəllimlərini əbədiləşdirmək istəyiblər: Teymur-
ləng, Hacı Zeynalabdin ölümlərindən qabaq müəllimlərinin, us-
tadlarının ayaqları səmtində dəfn olunmalarını vəsiyyət ediblər.
Varlığın dərk edilməsində, bəlkə də, bu, ilahi bir tapıntı –
vergidir.
Ustad əqidəsi filosof əqidəsindən də saf və dönməzdir.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
70
Ustad əxlaqı təmiz ana südü iqtidarındadır. Ustad, müəllim
sevgisi ədalət tərəzisidir. Bax müəllimlər müəllimi, ustadlar
ustadı, yüksək mənəvi sifətləri: cəsarəti, əqidə ideallığını, gənc-
liyə məhəbbəti və uzağı görmək qabiliyyətini özündə ehtiva
etmiş Azərbaycan Respublikası Elmlər Akademiyasının müx-
bir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Abbas Zamanovu ziyarət etmək, ustadına mənəvi
borcunu onun timsalında ödəmək barədə fikirlərini Kamran
Əliyev “Elm” nəşriyyatında 2011-ci ildə çapdan çıxan kita-
bında qismən də olsa cəmləşdirib. Ilk öncə onu qeyd etməliyik
ki, müəllifin “Abbas Zamanov olmasaydı” adlandırdığı əsəri bu
nadir insanın şəxsiyyəti, yaradıcılığı, fenomenliyi barədə
oxucuda güclü təsəvvür yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-
yevin Abbas Zamanovun 100 illik yubileyi haqqında 5 oktyabr
2011-ci ildə imzaladığı sərəncamla açılan bu kitaba Kamran
Əliyevin 9 məqaləsi daxil edilmişdir. Müəllifin dahi şəxsiyyət,
görkəmli alim Abbas Zamanova həsr etdiyi bu məqalələri
vaxtilə müxtəlif kitab, qəzet və jurnallarda dərc olunub. Alim
“Sözə sahiblik zirvəsi” məqaləsində yazır ki, hər bir xalqın
tarixi keçmişi və gələcəyi onun yaratdığı söz xəzinəsinin zən-
ginliyinə və gücünə borcludur. Tanıtma və tanınma yazılan və
deyilən sözdən, ona yiyəlikdən və sahiblikdən daha çox ası-
lıdır. Bu söz yalnız siyasətçinin, filosofun və yazıçının deyil,
tənqidçi və ədəbiyyatşünasın da sözü ola bilər. Necə ki,
professor Abbas Zamanov tənqidçi və ədəbiyyatşünaslar içəri-
sində öz sözünə sahiblik edən və bu sözə yiyə duran nəhəng bir
şəxsiyyət idi. Kamran müəllimin professor Abbas Zamanov
haqqındakı məhəbbətdən yoğrulan fikirlərini xırdalasaq, bəlkə
də cild-cild kitablara sığışmaz: “Abbas Zamanov bizim üçün
bir VƏTƏN CƏMİYYƏTİ idi. Bu cəmiyyətin fəaliyyət məz-
munu və məqsədini dünya azərbaycanlılarını bir araya gətir-
mək arzusundan doğan fədakarlıq təşkil edirdi. Sədri də, müa-
vini də, əməkdaşı da, hətta poçt işçisi də Abbas Zamanovun
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
71
özü olan bu cəmiyyət yalnız çox-çox sonralar rəsmi “Vətən”
cəmiyyətinə çevrildi”.
“Professor Abbas Zamanovun uşaqlığı, gəncliyi və bü-
tövlükdə ömür yolu öz ağrı-acıları, çətinlikləri, eyni zamanda
nikbinliyi canlı bir məktəb nümunəsidir”.
“Professor Abbas Zamanovun yaradıcılıq fəaliyyəti bö-
yük bir elmi-tədqiqat institutu deməkdir”
“Professor Abbas Zamanovun yaşadığı mənzilin qapısı
hamının üzünə açıq məbədgah idi”.
“Müəllimimiz və ustadımız professor Abbas Zamanovun
ömrü, şəxsiyyəti, fəaliyyəti, mənzili və məzarı indi hamıya
yalnız bir ünvan tanıdır: sözə sahiblik zirvəsi!”.
Kamran müəllim “Məfkurəvi ucalıq” məqaləsində öz
sevimli ustadı haqqındakı duyğularını tam şəkildə ifadə etmək
məqsədilə iki sadə sual qoyur:
1. Abbas Zamanovu kimlər tanıyır ?
2. Abbas Zamanovu kimlər tanımır ?
O, bu suallardan birincisini ümumi şəkildə belə cavab-
landırır: “...elm və təhsil işçiləri, digər peşələrin aparıcı sima-
ları, vətəndaşlıq keyfiyyətləri ilə seçilən ziyalılar, sayı-hesabı
bilinməyən tələbələr! Sadaladığımız bu auditoriyanı konkret-
ləşdirmək və statistik rəqəmlərlə uyğunlaşdırmaq, sadəcə ola-
raq imkan xaricindədir. Çünki onları bir yerə yığıb-yığışdırmaq
son dərəcə çətin və mürəkkəbdir. Abbas müəllimi onu tanıyan-
ların hər birinə ayrıca bir obraz kimi də təqdim etmək mümkün
deyil. Çünki Abbas Zamanov şəxsiyyəti onu kənardan tanı-
yanlar üçün qeyri-adi bir sima, yaxından və yaxşı tanıyanlar
üçün isə ədəbi-tarixi şəxsiyyətdir!”
İkinci sualın cavabında da nə qədər həqiqətin olduğunu,
ustada sonsuz məhəbbətin ifadəsini görürük: “Elm və təhsil
prosesində iştirak etməyənlər, vətəndaşlıq keyfiyyətinin nə ol-
duğunu başa düşməyənlər, yaxud bilə-bilə anlamaq istəmə-
yənlər və bir də ədəbiyyatdan, sənətdən peşə baxımından uzaq
olub ədəbiyyat və sənətlə heç zaman maraqlanmayanlar. Abbas
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
72
müəllimi tanıyanlarla müqayisədə onu tanımayanların siyahı-
sını adbaad tərtib etmək asandır. Ona görə ki, Abbas Zamano-
vu tanımayanların, onun adını bir dəfə olsun belə eşitməyən-
lərin sayı o qədər də çox deyil “.
Məqalədə Abbas Zamanovun ötən əsrin 60-cı illərində
namizədlik dissertasiyası kimi yazdığı “M.Ə.Sabir və müasir-
ləri” elmi işinin birbaşa doktorluq dissertasiyası səviyyəsində
qəbul edildiyini, onun elmi yaradıcılıq yolunun Mirzə Ələkbər
Sabir və Cəlil Məmmədquluzadədən ayrı təsəvvür etməyin
mümkünsüzlüyünü göstərən alimə görə, Mirzə Cəlil və Sabir
yaradıcılığının bugünkü tədqiqatçıya və oxucuya bu qədər ay-
dın və anlaşıqlı formada çatması üçün müasir ədəbiyyatşü-
naslıq məhz Abbas Zamanova borcludur.
Tədqiqatçı alim “əməl dostları” anlayışının Abbas Zama-
nov qələmindən çıxandan sonra nə qədər aktuallaşdığını və
vətəndaşlıq mövqeyi qazandığını göstərir və Abbas müəllimin
özünün əməl dostlarını xatırladır: “ Bakıda Qulam Məmmədli,
Naxçıvanda Yavuz Axundlu, Moskvada Əziz Şərif , Almaniya-
da Əhməd Şmide, Londonda Əli Səbri Təbrizi, Türkiyədə Ya-
vuz Akpunar, İranda Cavad Heyət və Fərzanə, İraqda Əbdül-
lətif Bəndəroğlu... Bu siyahını genişləndirmədən də, demək
olar ki, Abbas müəllimin dostlarının coğrafiyası böyük bir
ərazini əhatə edir və şərqdən qərbə, şimaldan cənuba uzanırdı”.
Abbas Zamanov ömrü boyu müxtəlif vəzifələrdə çalışıb.
Istər Universitetdə kafedra müdiri kimi, istərsə də Azərbaycan
Dövlət Filarmoniyasının, M.F. Axundov adına Opera və Balet
teatrının və Nizami adına Ədəbiyyat muzeyinin direktoru vəzi-
fələrində çalışdığı illərdə özünün rəhbər fəhmi, zəkası ilə ədə-
biyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, maarifimizin
inkişafında misilsiz xidmətlər göstərib. Kamran müəllimin bu
tarixi şəxsiyyət haqqındakı təfərrüatları oxucuda belə bir fikir
yaradır ki, Abbas Zamanov ürəyin başında gəzdirilməli adamdır.
Ustadının müqəddəs ruhu qarşısındakı mənəvi borcunun
müəyyən hissəsini (hamısını yerinə yetirmək üçün insana üç
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
73
ömür də bəs eləmir) yerinə yetirmək üçün Kamran müəllim
sevginin dili ilə danışır, bu dil isə ustadın həyat və fəaliyyət
sаlnaməsini hərtərəfli şəkildə oxucuya diqtə edir.
Kamran müəllim “Əvəzsiz sabirşünas” məqaləsində pro-
fessor Abbas Zamanovu görkəmli sabirşünas alim kimi səciy-
yələndirir, onun 1955-ci ildən 1983-cü ilə qədər qələmə aldığı
Sabir haqqındakı əsərlərinin əsas və zəruri cəhətlərini təhlil
edir, ustadının bu sahədəki xidmətlərini üzə çıxarır.
Kamran müəllim professor Abbas Zamanovu tanınmış
sabirşünas olmaqla yanaşı, həm də XX Azərbaycan ədədbiyya-
tının da mötəbər tədqiqatçısı hesab edir. O, “XX əsr Azərbay-
can ədəbiyyatı klassikləri” adlı məqaləsində professor Abbas
Zamanovun “Molla Nəsrəddin” jurnalının yaradıcısı və Azər-
baycan nəsrinin inkişafında xüsusi xidmətləri olan Cəlil Məm-
mədquluzadəyə, Azərbaycan kitab mədəniyyətinin inkişafına
təkrarolunmaz müsbət təsir göstərən öncüllərdən biri olan
Ömər Faiq Nemanzadəyə, demokratik ideyalar carçısı “Molla
Nəsrəddin” jurnalına, mollanəsrəddinçi şairlərdən Əli Nəzmi-
yə, Əliqulu Qəmküsara, Azərbaycan mədəniyyəti tarixində
müəllim, yazıçı, dərslik və lüğətlərin müəllifi Sultan Məcid
Qənizadəyə, Mirzə Cəlilin əməl dostu Eynəlibəy Sultanova,
XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndələri
olan H.Cavidə, M. Hadiyə, A. Səhhətə və A. Şaiqə həsr etdiyi
məqalələri haqqında sözün həqiqi mənasında yüksək fikirlər
söyləyir, tarixin bütün dövrlərində bu yazıların öz aktuallığını
qoruyacağını, öz əhəmiyyətini itirməyəcəyini vurğulayır.
“Abbas Zamanov olmasaydı” kitabına müəllifin 33 il
bundan əvvəl “İşıqlı yol” qəzetində dərc etdirdiyi “Mirzə Cəlil
tək deyil” məqaləsi də daxil edilmişdir. Məqalədə professor
Abbas Zamanovun “Əməl dostları” kitabının elmi məziyyətlə-
rindən söhbət açılır, nüfuzlu alimin bu əsəri ədəbiyyatşünaslıq
elmində hadisə kimi dəyərləndirilir.
Kamran Əliyev “Sabir gülür” resenziyasını professor Ab-
bas Zamanovun eyniadlı əsərinə həsr edib. “Əsl ədəbi-elmi
|