MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   2   3   4   5   6   7   8   9   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
38 
ONUN ƏDƏBĠ HƏYATI 
 
Professor Kamran Əliyevin 2003-cü ildə “Sabah” nəşriy-
yatında çap olunmuş “Mənim ədəbi həyatım” kitabına baxıram. 
Düşünə-düşünə baxıram. Alimin 50 illiyi ilə əlaqədar buraxılan 
bu  kitabın  üz  qabığının  qara  rəngdə  olması  məni  təəssüflən-
dirir. Yadıma Cəbrayıllı gün-
lərimizin birində xalq yazıçı-
sı Sabir Əhmədovla görüşüm 
düşür.  Yazıçının  “Yasаmal 
gölündə qayıqlar üzürdü” ro-
manı təzəcə çapdan çıxmışdı. 
İsti-isti oxuyub, əsər haqqın-
da düşüncələrimi yazmaq is-
təyirdim.  Lakin  kitabın  üz 
qabığı  məni  çaş-baş  salmış-
dı.  Mənim  fikrimcə,  kitabın 
üz  qabığında  rəssam  tabut 
şəkli  vermək  əvəzinə,  Yasa-
mal  gölündə  üzən  qayıq  rəs-
mi  vermişdir.  Rəssam  niyə 
belə  edib?-sualını  yazıçıya 
verdim.  S.  Əhmədov  dedi  ki,  düz  irad  tutmusan,  kitab  çapa 
gedəndə mənə bildirmədilər, çapdan çıxandan sonra isə gec idi, 
mən  də  üstün  vurmadım,  oxucuların  ixtiyarına  buraxdım.  Sö-
zümün canı budur ki, özü bütöv, sözü bütöv, danışığı təmkinli, 
hərəkətləri ağır, baxışından nur, gül, çiçək  yağan, mənəviyyatı 
zəngin,  dostluğa  sədaqətli,  istedadlı  alim,  bacarıqlı  pedaqoq, 
elmi  məntiqi  ilə  adamı  heyran  edən  belə  bir  insandan  bəhs 
olunan  kitabın  üz  qabığının  bu  rəngdə  olması  bir  daha  qeyd 
edirəm ki, məni təəssüfləndirirdi. Sözü çox uzatmıram, nə isə... 
Keçək  əsas  mətləbə.  “Mənim  ədəbi  həyatım”  kitabı  Kamran-
sevərlərin müxtəlif vaxtlarda qələmə aldığı ədəbi-tənqidi məqa-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
39 
lələrdən, rəylərdən, resenziyalardan, məktublardan, portret ciz-
giləarindən ibarətdir. Kitabın girişində Kamran müəllimin eyni 
adlı xatiratı verilib. 
Mən  bu  beş  səhifəlik  yazını  “Etirafnamə”  də  adlandırar-
dım. Çünki müəllif 50 illik ömründə başına gələn olayları qısa 
və  lakonik  şəkildə,  olduğu  kimi  etiraf  edir.  Açığını  deyim  ki, 
çoxlarımız çox zaman içərimizdə qövr eləyənləri, ömür  yolla-
rındakı  bilərəkdən  və  bilməməzlikdən  törətdiyimiz  pis  hərə-
kətlərimizi  dilimizə  gətirməyə  çətinlik  çəkirik.  Bu  insanı  əyir, 
mənən  kiçildir,vaxtsız  qocaldır.  Etiraf  etməyi  bacarırsansa, 
demək, sadəsən, qayğıkeşsən, səmimisən, mehribansan . Etiraf 
insanın ən ali ucalığıdır. Bu ali ucalıqda dayanan alimin etiraf-
larından bəzi məqamlar: ”Bütün tələbəlik illərimi yataqxanada 
keçirmişəm. Dərsə başladığımız üçüncü günü səhər-səhər trol-
leybusla  şəhərin  mərkəzində  yerləşən  Universitetə  gedirdim. 
Birdən  necə  oldusa,  gözlərim  ağ  neylon  köynəyimin  yaxasına 
sataşdı.  Heyrətdən  özümü  itirdim:  çeçələ  barmağımın  sədəfi 
boyda  qıpqırmızı  taxtabiti  ağ  köynəyin  yaxasına  yapışmışdı. 
Mən  növbəti  dayanacaqda  -  Telestudiyanın  yanında  yerə 
düşdüm.  Trolleybus  getdi.  Dayanacaqdakı  adamlardan  xeyli 
uzaqlaşıb  var  gücümlə  üfürdüm  və  taxtabitini  yerə  saldım. 
Növbəti  trolleybusu  gözləməyə  səbrim  çatmadı.  Bakını  isə, 
demək olar ki, tanımırdım. Ona görə də trolleybus xəttini nişan 
tutub piyada Universitetə gəldim”. 
Tələbə Kamranın digər bir xatırlaması: “... oktyabr ayının 
ortaları  idi.  Qəflətən  soyuqlar  düşmüşdü.  Hamı  isti  paltarını 
geyinməyə başlamışdı. Mən isə paspotumu qeydiyyat üçün ver-
diyimə görə kənddən göndərilən pulu poçtdan götürə bilmirdim 
ki,  özümə  kostyum  alım.  Tək  bir  köynəyin  umuduna  qalmış-
dım.  Hələ  bu,  bir  yana  qalsın,  köynəyin  də  qollarını  çirmələ-
mişdim ki,  heç kəs mənim üşüdüyümü  ağlına  gətirməsin. Hə-
min  günlərin  birində  dərsə  gecikdim  və  çox  ehtiyatla  audito-
riyanın qapısını açıb içəriyə daxil oldum. Müəllim üzümə xeyli 
tamaşa edib sonra bütün tələbələrin qarşısında mənə rişxəndlə 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
40 
dedi: “Sən lap Bakı qoçularına oxşayırsan!” O sözlərdən sonra 
ürəyimdə  son  dərəcə  bir  rahatlıq  hiss  etdim,  çünki  mənim 
kostyumumun  olmadığını  daha  heç  bir  tələbə  yoldaşım  ağlına 
gətirə  bilməzdi”.  Bütün  bunlar  və  buna  bənzər  xatirələr  Kam-
ran Əliyevin vahid süjet ətrafında düzülən gözəl, oxunaqlı eti-
raflarıdır. Bu etiraflarda kədər də var, sevinc də. Bu etiraflarda 
ləyaqətli  bir  ailəni  təmsil  edən  körpя  Kamran,  uşaq  Kamran, 
gənc  Kamran,  tələbə  Kamran,  müəllim  Kamran,  alim  Kamran 
İmranoğlu obrazı var. 
Alimin  “Mənim  ədəbi  həyatım”  kitabına  onun  yaradıcı-
lığını, məhəbbətini, səmimiyyətini ifadə edən çoxlu sayda mə-
qalələr  toplanıb.  Professor  Abbas  Zamanovun  “Uğur  olsun”, 
Cəfər  Əliyev,  Etibar  Tarverdiyevin  “Cığır  yola  çıxır”,  Etibar 
Tarverdiyevin  “Bir  qəlbin  döyüntüləri”,  Sultan  İsmayılovun 
“Həmyerlimizin  yeni  məqaləsi”,  Əbülfəz  Əzimlinin  “Alimin 
inamı”, filologiya elmləri namizədi Arif Rəhimoğlunun “Ömür 
karvanının  qiymətli  yükü”,  akademik  Məmməd  Cəfər  Cəfəro-
vun  “Fikir  və  mülahizələrin  çevikliyi”,  yenə  akademik  Məm-
məd  Cəfər  Cəfərovun  “Romantizm  poetikasının  incəlikləri”, 
akademik  Kamal  Talıbzadənin  “Heyrətamiz  özünəməxsusluq-
ların  araşdırılması”,  professor  Şamil  Qurbanovun  “Romantiz-
min tədqiqində yeni addım”, professor Xeyrulla Məmmədovun 
“Orijinal  elmi-nəzəri  baxış”,  Vilayət  Quliyevin  “Yaşıdlarıma 
sözüm  var...”,  professor  Əflatun  Saraclının  “  Elmdə  təsadüfi 
adam  deyil”,  Arif  Əmrahoğlunun  “Özü  ilə  danşımağı  bacaran 
bəndənin  Cavidi”,  filologiya  elmləri  namizədi  Muxtar  İma-
novun “Ədəbi görüşlər romantizm işığında”, filologiya elmləri 
namizədi  Vəli  Nəbiyevin  ”Romantizm:  problemlər,  mülahizə-
lər”, filologiya elmləri namizədi Alxan Məmmədovun “Realist-
lərlə  çiyin-çiyinə”,  Alxan  Bayramoğlunun  “Cavidin  şəxsiyyəti 
və  poetikası”,  filologiya  elmləri  namizədi  Əbülfəz  Əzimovun 
”Romantik  tənqidin  elmi  tədqiqi”,  filologiya  elmləri  doktoru 
Sabir  Əliyevin  “Romantizm  poetikasının  tədqiqi”,  filologiya 
elmləri  namizədi  Namiq  Babayevin  “Gərgin  axtarışların  nə-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
41 
ticələri”,  filologiya  elmləri  namizədi  Şamil  Vəliyevin  “Yeni 
monoqrafiya”, filologiya elmləri namizədi Yaşar Qasımzadənin 
“Ölüm  və  olum  əsrinin  vicdanı”,  tarix  elmləri  namizədi  Bəh-
ram  Məmmədlinin  “Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər”, 
dosent  Məhərrəm  Cəfərli,  filologiya  elmləri  namizədi  Hüseyn 
Həşimlinin  “Cavid  dünyasına  səyahət”,  fəlsəfə  elmləri  nami-
zədi  Nigar  Cərulla  qızının  “Seçilmişlər”,  professor  Arif  Hacı-
yevin  “Каждый  имеет  право  на  свое  мнение”,  filologiya 
elmləri  namizədi  Mənzər  İbrahimovanın”Азербайджанские 
романтики  XX  века”,  Xalq  yazıçısı  Elçinin  “İşığa  səsləyən 
sənət”,  filologiya  elmləri  doktoru  Əflatun  Məmmədovun 
“İnqilabi  poeziyanın  yaradıcıları”,  filologiya  elmləri  namizədi 
Dilarə  Məmmədovanın  “Layiqli  hədiyyə”,  filologiya  elmləri 
doktoru Muxtar Kazımoğlunun “Hər kəsin öz işığı”, filologiya 
elmləri  namizədi  Vaqif  Yusiflinin  “Bir  povest  haqqında”,  Bö-
yükkişi  Heydərlinin  “İlanların  naləsi”,  filologiya  elmləri  na-
mizədi Hacı Eyvaz Eminalıyevin  “Yalquzaq bəlası”, professor 
Tofiq  Mustafayevin  “Yalquzaq”  povestinin  müəllifi  Kamran 
İmranoğluna açıq oxucu məktubu”, filologiya elmləri namizədi 
Süleyman  Hüseynovun  “Yalquzaq  insanların  arasındadır”  və 
sair  məqalələrində  Kamran  Əliyev  şəxsiyyətinin  obrazı  bütün 
tərəflərdən  orijinal  və  parlaq  görünür.  Bu  görkəmli  alimə  ən 
səmimi  hisslərlə  ünvanlanmış  bəzi  alim,  publisist,  jurnalist 
fikirlərindən  də  yan  keçə  bilmirik,  çünki  bunların  gələcək 
səlnaməçilər üçün gərəkli mənbə olacağına şübhə etmirik: 
“K.Əliyevin  diplom  işini  oxuyarkən  əli  qələmli,  sinəsi 
sözlü,  elmi-nəzəri cəhətdən  hazırlıqlı,  çalışqan,  ədəbiyyatımızı 
sonsuz  məhəbbətlə  sevən  gənc  müəlliflə  üz-üzə  gəlir,  onun 
yazılarının məntiqinə, mühakimələrinin dolğunluğuna şübhə et-
mir, gələcəyinə ümid bəsləyirsən” ( prof. A. Zamanov). 
“Kamran  Əliyev  inamlı  alimdir.  O,  elmi  axtarışlarının, 
kəşflərinin  inamında  yaşayır.  Bir  alim  kimi  onun  şəxsiyyətini 
də  bu  amal  müəyyənləşdirir”  (filologiya  elmləri  namizədi 
Əbülfəz Əzimli). 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
42 
“Dərin, iti zəkası, qarşıqoyulmaz məntiqi, hazırcavablığı, 
incə  yumoru  Kamranın  ağıllı  insan  kimliyinin,  axıcı,  rəvan  və 
məzmunlu  danışığı,  gözəl  nitqi  onun  yaxşı  natiq  kimliyinin 
təməlində duran gerçək özəlliklərdir” (filologiya elmləri nami-
zədi Arif Rəhimoğlu). 
“Kamran Əliyevin mövzunu və tədqiqata cəlb edilən ma-
terialı  əhatəli  qavramaq,  əlaqələndirmək  bacarığı,  fikir  və 
mülahizələrinin  çevikliyi,  itiliyi  və  nəzəri  hazırlığı  çox  yaxşı 
təsir buraxır” (akademik Məmməd Cəfər Cəfərov). 
“İndi  mənim  yetirmələrim  nəinki  Azərbaycanda,  Azər-
baycanın  təhsil,  elm  ocaqlarında,  eyni  zamanda,  Türkiyənin, 
İranın və dünya məkanının digər yerlərində ciddi fəaliyyət gös-
tərirlər. 
Bunların  içərisində  həmişə  şəxsiyyətinə,  alimlik  mədə-
niyyətinə, elminə, elmi-təşkilati qabiliyyətinə xüsusi məhəbbət-
lə  yanaşdığım  və  öz  elmi  məktəbimə  mənsub  elədiyim  yetir-
mələrimdən  biri  mənim  əziz  Kamranımdır-Kamran  Əliyevdir” 
( akademik Kamal Talıbzadə). 
“Kamran  Əliyevin  “XX  əsr  Azərbaycan  romantiklərinin 
ədəbi-nəzəri  görüşləri”  monoqrafiyası  milli  romantizmin  təd-
qiqində yeni addımdır” (professor Şamil Qurbanov). 
“K.İ.Əliyevin “XX əsrin əvvəlləri Azərbaycan romantiz-
minin obrazlar sistemi” mövzusunda dissertasiya işi ədəbiyyat-
şünaslıq elminin son nailiyyətləri mövqeyindən yazılmış müa-
sir  elmi-nəzəri  mündəricəli  elmi  tədqiqat  əsəridir”(  professor 
Xeyrulla Məmmədov). 
“Bəndənin  özünün  özü  ilə  danışa  bilməsi  xoşbəxtlikdir. 
Amma bəndənin özünü özü ilə danışdırmağa qadir qaynağı tap-
ması ikiqat xoşbəxtlikdir. Kamran Əliyev ikiqat xoşbəxtlərdən-
dir-həm özü ilə danışa bilir, həm də özünü özü ilə danışdırma-
ğa  qadir  qaynağı  taparaq,  yazdığı  kitabla  özünə  mənəvi  haqq 
qazandırıb ki, desin: MƏNİM CAVİDİM...” (Arif Əmrahoğlu). 
“K.Əliyevin monoqrafiyası M. Hadi, H. Cavid, A. Səhhət 
və  A.  Şaiqin  ədəbi-nəzəri  görüşləri  haqqında  dolğun  təsəvvür 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
43 
yaratmaqla  yanaşı,  XX  əsr  Azərbaycan  romantizminin  tarixi 
potensialını  araşdırmağa  imkanlar  açır”  (filologiya  elmləri 
namizədi Muxtar İmanov). 
“Kamran Əliyevin “Cavid möcüzəsi” kitabı yeni çalarda, 
yeni  üslubda  yazılmış  elmi  tapıntılarla  zəngin  bədii-fəlsəfi 
tədqiqat əsəridir”(fəlsəfə elmləri namizədi Nigar Cərulla qızı). 
Kamran  müəllimin  şəxsiyyəti  və  yaradıcılığı  haqqında 
söylənilən bu fikirləri istənilən qədər artıra bilərik. Qısaca onu 
deyə  bilərik  ki,  bu  fikirlərin  hər  biri  ürəkdən  gəlir,  ürəkdən 
gəldiyinə görədir ki, asanlıqla da ürəklərə yol tapa bilir. 
“Mənim  ədəbi  həyatım”  kitabının  “İzahlı  biblioqrafiya” 
hissəsi  də  maraqlıdır.  Buraya  alimin  50  yaşına  qədər  işıq  üzü 
görmüş və onun özünə əbədiyaşarlıq gətirən əsərlərinin siyahısı 
verilmişdir. “İzahlı biblioqrafiya”dan aydın olur ki, alim 50 ilin 
dolaylarında  “XX  əsr  Azərbaycan  ronmantiklərinin  ədəbi-
nəzəri  görüşləri”.  Bakı,  Elm,  1985  (6  m.в),  “Hüseyn  Cavidin 
şəxsiyyəti  və  poetikası”.  Bakı,  Yazıçı,1997(5,5m.в),  “Mirzə 
Fətəlidən  Hüseyn  Cavidə  qədər”.  Bakı,  Yazıçı,  1998(8m.в), 
“Cavid  möcüzəsi”.Bakı,  Nurlan,  2002(4,4m.в.),  “Azərbaycan 
romantizminin poetikası”. Bakı., Elm, 2002(18.m.в)” kimi fun-
damental  monoqrafiyalarını,  sevimli  ustadı  ilə  birlikdə  tərtib 
etdiyi  “Mollanəsrəddinçi  şairlər”.  Bakı,  Yazıçı,1986  (  28.m.в) 
əsərini  və  eyni  zamanda  “Sədərək  döyüşləri”.  Bakı,  Sabah, 
1992 (3m.в) “Yalquzaq”(povest). Bakı, Yurd, 1998( 4, 5 m.в), 
“Vağzal” (povest). Bakı, Yurd, 2001(3,5m.в) kimi bədii-publi-
sistik əsərlərini çap etdirmişdir. 
“Biblioqrafiya”dan o da aydın olur ki, bu zaman  ərzində 
Kamran  Əliyev  133  elmi  məqaləsini  elmi  jurnallarda  və  müx-
təlif mətbuat orqanlarında dərc etdirmişdir. Alim bu məqalələ-
rin  hər  birində  qaldırdığı  problemin  həllinə  çalışmış  və  çox 
şeyə nail olmuşdur. 
Kamran  Əliyevin  yaradıcılığında  onun  1966-cı  ildən 
1992-ci  ilə  qədər  qələmə  aldığı  publisistik  məqalələri  də  mü-
hüm  yer  tutur.  Bu  məqalələrin  əksəriyyəti  Naxçıvan  MR-иn 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
44 
“Şərq qapısı”, “İşıqlı yol” qəzetlərində dərc olunub. Şəxsən biz 
bu  məqalələri  oxumamışıq,  lakin  bu  oçerklərin,  zarisovkaların 
sərlövhələri oxucuya çox şey deyir. “Unudulmuş sudaptanlar”.-
“Şərq  qapısı”  qəzeti,  26  fevral  1966-cı  il,  “Yararsız  binalar”.- 
“İşıqlı yol” qəzeti, 7 aprel 1966-cı il, “Söz verirlər, amma...”- 
“İşıqlı  yol” qəzeti, 28 avqust 1966-cı il, “Poçtalyon  yoxdur”.- 
“İşıqlı yol “ qəzeti, 28 oktyabr 1966-cı il, “Avadanlıq yoxdur”.- 
“İşıqlı yol “ qəzeti, 17 mart 1967-ci il, “Yada düşmür”.- “İşıqlı 
yol” qəzeti, 6 avqust1967-ci il, “Nöqsanlara dözürlər”.- “İşıqlı 
yol”  qəzeti,  14  avqust  1967-ci  il,  “Niyə?,  Nə  üçün  ?”-  “İşıqlı 
yol”  qəzeti,  16  yanvar  1968-ci  il  və  sair  məqalələrində  13-14 
yaşlarındakı şagird Kamran dövrün sosial problemlərini böyük 
qələm sahiblərinə məxsus bir tərzdə qabardır və çatışmazlıqla-
rın aradan qaldırılmasına çalışır. 
“Mənim  ədəbi  həyatım”  kitabında  alimin  redaktorluq 
fəaliyyəti də əks olunub. “Redaktorluq” hissəsində verilmiş si-
yahıdan aydın olur ki, K. Əliyev kifayət qədər respublikamızın 
ədəbi-elmi ictimaiyyətində tanınan qələm sahiblərinin əsərləri-
nə redaktorluq  edib. Burası  da danılmazdır ki,  redaktorluq  hər 
kəsdən dərin və əhatəli bilik, yüksək səbr, gərgin zəhmət tələb 
edir. 
Kamran  müəllimin  redaktoru  olduğu  əsərlərə  bələd  olan 
hər kəs bunların şahidi olur. 
Kamran müəllim 50 yaşına qədər 8 namizədlik dissertasi-
yasının müəlliflərinə elmi rəhbərlik edib. Onun elmi rəhbərliyi 
ilə dissertant və aspirantlardan Əbülfəz Əzimovun, Cəlal Qası-
movun, Eyvaz Eminalıyevin, Ülviyyə Rəhimovanın,  Lalə Əli-
quliyevanın,  Əli  Əliyevin  yazdıqları  əsərlər  ədəbiyyatşünaslı-
ğımızın aktual problemlərinə həsr olunub. 
Kamran müəllim ən müxtəlif qayğılarla ona üz tutan dis-
sertant,  aspirant,  doktorantlara  opponentlik  də  edib.  50 
йашына  гядяр  оnun  opponentliyi  ilə  4  doktorluq  və  11 
namizədlik 
dissertasiyası 
müdafiə 
edilib. 
Doktorluq 
dissertasiyasının mülliflərindən Tərlan Cabbar oğlu Novruzov, 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
45 
İsa  Əkbər  oğlu  Həbibbəyli,  Alxan  Bayram  oğlu  Məmmədov, 
Timurçin  İlyas  oğlu  Əfəndiyev,  namizədlik  dissertasiyasının 
müəlliflərindən  Solmaz  Abdin  qızı  Fərzəliyeva,  Elşən  Əlisəfa 
oğlu  Əbülhəsənov,  Salidə  Şəmməd  qızı  Şərifova,  Tünzalə 
Tofiq  qızı  Yaqubova,  Zümrüd  İsrafil  qızı  Abıyeva,  Gülgün 
Şükür  qızı  Rzayeva,  Nəzakət  Rza  qızı  İsmayılova,  Fərqanə 
Ramiz  qızı  Kazımova,  Əsgər  Hüseyn  oğlu  Əliyev,  Nəzakət 
Məhərrəm qızı Əzizova, Solmaz Kaloğlan qızı Həşimova məhz 
Kamran Əliyevin opponentliyi ilə müdafiə etmişlər. 
Kamran Əliyevin fəaliyyətində ədəbiyyatşünaslıq elminin 
ən mühüm problemlərinə həsr olunmuş elmi məruzələri də əsas 
yerlərdən  birini  tutur.  Onun  müxtəlif  Elmi  Sessiyalarda  “Əli 
Nazimin  tənqidçilik  sənəti”,  “Ədəbi  tənqiddə  bədiilik”,  “Sabir 
və  XX  əsr  Azərbaycan  romantikləri”,  “H.  Cavidin  dramatur-
giya  yaradıcılığı”, “Abdulla Surun bədii  yaradıcılığı”, “Müha-
ribə  əleyhinə  ümumxalq,  ümumdünya  hərəkatı  və  ədəbiyyatın 
yeni  vəzifələri”,  “Molla  Nəsrəddin”  və  Azərbaycan  romantik-
ləri”,  “Sabir  satirasının  sənətkarlığı”,  “Azərbaycan  ədəbiyyat-
şünaslığının  inkişafında  Feyzulla  Qasımzadənin  rolu”, 
“İnqilabi realist və romantik ədəbiyyat Demokratik Respublika 
illərində”,  “Cəlil  Məmmədquluzadənin  şəxsiyyəti  və  yaradı-
cılığı”, “M. F. Axundov və geopolitka”, “Dədə Qorqud” eposu 
və  etnopoetika  məsələləri”  ilə  bağlı  etdiyi  elmi  məruzələri 
dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. 
“Mənim ədəbi həyatım” kitabını qısaca olaraq beləcə şərh 
etdik.  Biz  inanırıq  ki,  sevimli  professorumuz  60,  70,  80,  90, 
100  illiyi  ilə  əlaqədar  çıxacaq  kitablardan  da  bax  beləcə  boy-
lanacaq.  
 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
46 
HÜSEYN CAVĠDĠN  
YARADICILIQ SĠRLƏRĠ 
 
Professor  Kamran  Əliyevin  “Cavid  möcüzəsi”  (Bakı, 
Nurlan,  2002)  kitabında  mütəfəkkir  Cavidin  yaradıcılıq  sirləri 
açıqlanır.  Əsər  maraqlı  bir  xətt  üzrə  yazılıb.  Kitabın  “  Baş-
lanğıc”  hissəsində  Zahir  və  Batin  məfhumlarına  aydınlıq  gə-
tirilir.  Məlum  olur  ki,  Zahir 
və  Batin  ədəbiyyata  və  bü-
tövlükdə  sənətə  birdən-birə, 
qəflətən  gəlməmiş,  bundan 
öncə müxtəlif adlarla məişət-
də  və  cəmiyyətdə  özünə  ki-
fayət  qədər  yer  tapmışdır. 
Məişətdəki  Üz  və  Astar, 
dövlətdəki  İç  və  Dış  məf-
humlarını  bədii  yaradıcılıq-
dakı Zahir və Batinin ana yu-
vası  hesab  etmək  olar.  Bu 
məfhumların Cavidin yaradı-
cılığında  təsadüfi  olmadığı 
qənaətinə  gələn  tədqiqatçı 
yazır  ki,  şübhəsiz,  həyata  və 
dünyaya  müstəqil  baxışı  olan  və  bu  baxışı  ilə  öz  müasirlə-
rindən,  həm  də  sələflərindən  ciddi  şəkildə  fərqlənən  Cavid-bu 
azman  sənətkar  (tarix  göstərir  ki,  Azərbaycan  ədəbiyyatında 
Caviddən sonra Cavid səviyyəsinə yüksələn olmadı!). Zahir və 
Batin  məsələsində  seyrçi  mövqe  tuta  bilməzdi.  Həyatda  heç 
nəyə  təsadüfi  kimi  baxmayan,  heç  bir  mövzunu  təsadüfən  qə-
ləmə  almayan  H.  Caviddə  insanın  fiziki-cismani  əlamətlərinin 
və mənəvi-ruhi keyfiyyətlərinin inikası da təsadüfi və epizodik 
məzmun  daşımır,  ardıcıllıq  qazanır  və  sistem  təşkil  edir. 
“Müəllifi  tədqiqat  boyu  düşündürən  Zahir  və  Batin  kateqo-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
47 
riyaları  və  bu  kateqoriyaların  təzahür  formalarıdır.  Fiziki 
gözəlliklə  əxlaqi  dəyərləri  obrazlar  vasitəsi  ilə  harmoniya  və 
disharmoniya  rakursundan  təhlil  edən  Kamran Əliyev  gözəllik 
və eybəcərlik, cism və ruh, iç və dış kimi anlayışların üzərində 
dayanır,  bu  anlayışların  Cavid  ədəbi-fəlsəfi  fikrində  tuduğu 
yeri müəyyənləşdirir”. (Nigar Cərulla qızı) 
Əsərin  ayrı-ayrı  hissələrinə  verilmiş  başlıqlar  olduqca 
cəlbedicidir: “Qəlbin işığı,  yaxud  əksinə:  “Lənət kor şeytana”, 
“İdrakın  gücü  yaxud əksinə: “Əqli topuğunda olanlar”, “Tanrı 
eşqi  yaxud  əksinə:  “Tanrı  qurutsun  əlini”,  “Ruhun  ölməzliyi 
yaxud  əksinə:  “Qozbeli  qəbir  düzəldər”.  Bu  başlıqlar  öz-özlü-
yündə  oxucuya  çox  şeyi  diqtə  edir,  həm  də  kitabı  sətir-sətir 
oxumağa  sövq  edir.  Kitabı  oxuyub  buradakı  dərin  fəlsəfi  qat-
ların  aşkarlanmasını  gördükcə,  düşünürsən  ki,  prof.  K.  Əliye-
vin bu tədqiqatı Cavid yaradıcılığını şəffaf güzgüdə göstərmək 
tendensiyası ilə bağlıdır.  
Cavidşünaslığa  baş  vuranlar  çox  olub,  lakin  işin  çətinli-
yini görərək bu barədə elmi axtarış aparmaqdan əl çəkənlər də 
вар, əl çəkməyənlər də. Uzun illər Cavid irsinin tədqiqi dolaşıq 
yollardan  keçib.  Hamı  tərəfindən  qəbul  edilən  inandırıcı 
araşdırma  aparanlar  Cavidşünaslıqda  birmənalı  şəkildə  qəbul 
edilib. Professor Kамран Əliyev belə Cavidşünaslardan biri və 
birincisidir.  Cavidşünaslıqda  elə  bir  məsələ,  təfərrüat  tapmaq 
çətindir  ki,  Kamran  müəllim  ona  öz  münasibətini  bildirməmiş 
olsun. Budur, “Cavid möcüzəsi” kitabının “Qəlbin işığı  yaxud 
əksinə:  “Lənət  kor  şeytana”  hissəsində  tədqiqatçı  korluq  məf-
humunun Caviddə daşıdığı məna yükünü necə də məntiqi şəkil-
də açıqlayır: “H.Cavid korluq anlayışını insanın cisminə yaraş-
dırmır, onu fikrə, duyğuya, qəlbə və ruha yaxınlaşdırır. 
H.Cavid  yaradıcılığında  işıq  axtarışı,  işıq  həsrəti  müqəd-
dəs  idealın,  arzu  və  ümidin  həqiqi  varlıq  meyarına  çevrilir. 
“Knyaz”  əsərində  “qarışıq  təcrübələrədn  çıxış  edən  Solomon 
tərəfindən Knyaza verilən ən müdrik məsləhətin ünvanı işıqdır: 
“Hər  qaranlıqda  gülümsər  bir  işıq”,  “Xəyyam”  pyesində  də 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
48 
Sevda  “başı  çox  qarışıq”  olan  Xəyyamın  narahatlığının  səbə-
bini onun “qaranlıqda işıq axtarmasında” görür. 
İşığın  kainatdakı  mənbəyi  Günəş,  cisimdəki-bədəndəki 
dayaq  nöqtəsi  isə  gözdür.  İşıq  insanın  heç  bir  bədən  üzvünə 
gözə  yaraşdığı  qədər  yaraşmır.  Bəlkə  elə  bu  sirrin  nəticəsidir 
ki,  qəlbə,  könlə  gedən  yol  da  məhz  gözdən  başlayır.  Səyavuş 
Firəngiz haqqında belə söyləyir: 
Bilmədim ki, bir gün bənd olur könül. 
O şahin gözlərin ehtişamına. 
Xəyyam da göz yaşı axıdan Saqiyə deyir: 
    
Gözlərindən saçılan incilərin, 
    
Qalacaq izləri qəlbimdə dərin. 
Caviddə gözün işığı bir az da məcaziləşib qəlbin işığı ilə 
əvəzləndiyi  kimi,  gözün  də  korluğu  məcazi  mənada  qəlbin 
korluğu ilə əvəz olunur. Beləliklə, işıq da, korluq da Zahirdə-
üzdə qalmır, Batinə-qəlbə, könlə keçir. 
   H.Cavidin  poetik  qanadlarında  təfəkkürün  idrak  nəzə-
riyyəsini,  idrak  kateqoriyasını  K.  Əliyev  ən  ali  möcüzə  sayır. 
Əsərin “İdrakın gücü,  yaxud əksinə: “Əгli topuğunda olanlar” 
hissəsində alim H. Caviddə ağıla sığınmanı və ağıla söykənmə-
ni  baş  aparıcı  qəhrəmanların  əksəriyyətinə  xas  keyfiyyət  kimi 
səciyyələndirir:  “Şeyx  Sənanın  göylərə  yüksəlmək  eşqi,  həm 
həyat  adamı,  həm  də  bədii  qəhrəman  kimi  Peyğəmbərin  “ulu 
dahi” olması, Teymurun hökmü, Səyavuşun şücaəti, İblisin mə-
nəmlik  iddiası  idrakdan  süzüülb  gəlir.  Hətta  “İblis”  əsərində 
Rəna da ağlına və düşüncəsinə şübhə edilən Arifi “Məncə sər-
səm deyil, o çox huşyar” fikri ilə tanıdır. 
Cavid  yaradıcılığında  idrakın  bir  qütbündə  əqlin  gücü, 
qüdrəti dayanırsa, digər bir qütbündə ağlın zəifliyi durur. Prof. 
K. Əliyev Cavid obrazlarındakı idrakın gücünü,  gücsüzlüyünü 
bütün  əhatəliliyi,  dərinliyi  ilə  açıqlayır  və  göstərir  ki,  idrakın 
korluğu idrakın gücsüzlüyüdür. “Uçurum” pyesində öz səhvlə-
rinin  təəssüfünü  və  iztirabını  çəkən  Edmon  deyir:  “Mənim 
idrakımı kor etdi Tanrı”. Bununla belə kor idrak bir şəxsin özü 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
49 
üçün  olanda  yalnız  həmin  şəxsin  fəlakətinə  səbəb  olur  və  o 
qədər  də  dəhşət  deyildir.  Kor  idrak  cəmiyyətə  yol  göstərəndə 
isə cəmiyyətin və millətin faciəsi başlayır”. 
Prof.  K.  Əliyev  H.  Cavidin  bütün  obrazlarını  müqayisə 
edir,  ədibin  idrak  kateqariyasına  münasibətini  bu  yolla  dərin-
dən açır.  
Professor  K.  Əliyevin  kitabına  daxil  edilmiş  “Tanrı  eşqi 
yaxud  əksin:  “Tanrı  quрutsun  əlini”  hissəsi  də  həm  qiymətli 
araşdırma  kimi,  həm  zəhmətli  axtarışın  bəhrəsi  kimi,  həm 
böyük  ədib  Cavidi  oxucuya  doğmalaşdırır,  həm  də  Cavid 
möcüzələrindən  birini  də  üzə  çıxaran  alimi  oxucuya  dərindən 
sevdirir.  Tədqiqatçının  “Tanrı  eşqi”  məfhumuna  münasibəti  o 
qədər  dərin,  o  qədər  məntiqi  əlaqə  ilə  qırılmaz  surətdə  təhlil 
edilir  ki,  oxucu  heyrət  etməyə  bilmir.  Budur,  müəllif  Cavid 
möcüzəsindən birini də belə açıqlayır: 
“Özününkü deyil, yalnız başqa birisinin sözlə yaratdığını 
ürəyinə yaxın bilib özgənin sözündən uca olanı görməsən, dərk 
etməsən  ömrünün  axırına  qədər  xələf  olaraq  qalacaqsan.  Ək-
sinə  bədii  sözü  Tanrının  əmri  kimi  qəbul  etsən  və  bədii  sözü 
Tanrının  yaratdığı  nizamı  duymağa  yönəlsən  Dahiyə  çevrilə-
cəksən, Allahla sənin aranda bir kimsə olmayacaq. 
H.Cavidin ürəyində Tanrı eşqi var. 
M.F.Axundov,  M.Cəlil,  Sabir  də  Allahı-Tanrısı  olanlar-
dır.  Bəs  onda  necə  oldu  ki,  Allahı-Tanrısı  ola-ola  Axundovu 
dinsiz-Allahsız  hesab etdilər  və  mollalar onun cənazəsi  üstünə 
gəlməkdən boyun qaçırdılar? Bəs necə oldu ki, gözünü açanda 
“Allahu Əkbər” səsini eşidə-eşidə böyüyən “Allahsız” jurnalını 
çıxarmaqdan imtina edən Mirzə Cəlil müsəlman fanatiklərinin 
məngənəsində  sıxıldı  ?  Necə  oldu  ki,  “İlahi”  çağırışı  ilə  “daş 
qəlbli  insanlarda”  mərhəmət  oyatmaq,  onların  qəlbinə  rəhm 
salmaq istəyən M.Ə.Sabir mövhumat əhlinin gözündən düşdü? 
Elə isə bəs niyə “məhəbbətdir ən böyük din”, “mənim Tanrım 
gözəllikdir,  sevgidir”  -  söyləyən  Hüseyn  Cavidə  qarşı  hücum 
etmək  üçün  özlərində  cəsarət  tapanlar  olmadı  və  olsa  da  niyə 

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin