Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
50
üzə çıxmaqdan çəkindilər? Çünki müsəlman fanatikinin, möv-
humat əhlinin ona tən etməyə cürəti yetmədi. Bəlkə də, öz-
lərinə yalançı Tanrı düzəldənlər Cavidin Tanrı eşqindən - daha
geniş mənada Şeyx Sənandan, Peyğəmbərdən və Tanrıdan
qorxub üzə çıxmadılar.
Cavid yaradıcılığında Tanrı eşqi ideyasına prof. K.Əliye-
vin təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma formulları
cəlbedicidir, elmi-nəzəri baxımdan ədəbiyyatşünaslığımızda
tam yenidir.
Ruhun ölməzliyi ideyası Cavid yaradıcılığında necə əks
olunub? Bu suala cavabı əsərin “Ruhun ölməzliyi yaxud ək-
sinə: “Qozbeli qəbir düzəldər” hissəsində tapırıq. Tədqiqatçı bu
hissəni də çox məharətlə işləmişdir. Filoloq alimlərimizdən
olan M. Cəfərli və H. Həşımli doğru olaraq yazırlar ki, “Gö-
zəllərdə gözəl ruh aşılayan” şairin əsərlərində gözəllik anlayışı
da çox vaxt ruhla bağlı təqdim olunur. Əsl gözəlliyin ruhu
oxşaması, zahiri və batini gözəl olanlara “ruhum, ey qönçeyi-
bahar” xitabı, belələrinin bir sıra məqamlarda mələk səviy-
yəsində təqdimi müqəddəslik və gözləllik dünyasının məhz
ruhu paklar tərəfindən yaradılması barədə deyilənlər elmi-ədəbi
məntiqə əsaslanır. Sənətkarın ülvi qayəsi də məhz ruhun saf-
lığınдaн və ölməzliyi ideyasından pərvəriş tapmışdır.
Beləliklə, prof. K. Əliyevin “Cavid möcüzəsi” kitabı dahi
Cavidin sənət dünyasının rəngarəng, çoxcəhətli çalarlarına tam
aydınlıq gətirmək məramına xidmət edir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
51
YENĠ BĠR ĠSTĠQAMƏTDƏ
Romantiklərin folklorla əlaqəsi ədəbiyyatşünaslıqda kifa-
yət qədər öyrənilməmiş məsələlərdən biri idi. Bunu nəzərə alan
prof. Kamran Əliyev 2006-cı ildə “Romantizm və folklor” mo-
noqrafiyasını çap etdirir. Bu əsərin çapına qədər demək olar ki,
müəllif romantizm və folklor
problemi ilə bağlı bir sıra
məqalələr yazmış və bəzi
tədqiqatlarında
da
həmin
problemə toxunmuşdur. Yeri
gəlmişkən qeyd etmək la-
zımdır ki, Azərbaycan ədə-
biyyatşünaslığında və folk-
lorşünaslığında ayrı-ayrı sə-
nətkarların folklorla əlaqələri
barədə xeyli sayda tədqiqat-
lar vardır. Bu tədqiqatlar Ni-
zami Gəncəvi yaradıcılığın-
dan başlayaraq keçən əsrin
son dövrlərinə qədərki sənət-
karları əhatə edir. Nizami
Gəncəviyə, Məhəmməd Fü-
zuliyə, Qazi Bürhanəddinə, M.Ə. Sabirə, Y. V. Çəmənzəminli-
yə, Ə. Haqverdiyevə, C. Cabbarlıya, S. Vurğuna, O. Sarıvəlliyə
və başqalarına həsr edilmiş bu araşdırmalar müxtəlif istiqamət-
lərdə aparılmışdır.
Alim monoqrafiyada qarşısına qoyduğu məqsəd barədə
belə yazır: “...biz bu tədqiqatda bir yaradıcılıq metodu və bir
ədəbi cərəyan kimi romantizmin folklorla əlaqələrini araşdır-
mağı qarşıya məqsəd qoymuşuq. Şübhəsiz, bu məqsəd də hər
hansı romantik sənətkarın folklorla əlaqələrini təcrid etmir,
çünki ayrıca götürülmüş bir romantik sənətkar da folklordan
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
52
bəhrələnmişsə, onu da yazıçı və folklor problemi kimi düşün-
mək olar. Hər halda romantizm və folklor problemi bədii me-
tod və folklor problemidir və bunun da kifayət qədər özünə-
məxsus cəhətləri vardır”.
Məlimdur ki, XX əsr Azərbaycan romantiklərinin əsərlə-
rində folklora da geniş yer verilmiş, nəğmə və şərqilərin tərbi-
yəvi əhəmiyyətindən bəhs edilmiş, xalq ədəbiyyatının müəyyən
cəhətləri təhlil olunmuşdur. Prof. K. Əliyev romantiklərdən A.
Şaiqin, A. Səhhətin, H. Cavidin, M. Hadinin məqalə və kitabla-
rındakı el ədəbiyyatına dair mülahizələrini diqqətlə izləmiş, de-
mək olar ki, hamısını nəzərdən keçirmiş, faktları ümumiləş-
dirmiş, təhlil etmiş, xüsusilə tarixi mədəniyyət qatına metodo-
loji münasibətini şəffaf şəkildə üzə çıxara bilmişdir.
Konkret olaraq romantikləri folklorun hansı məsələləri
düşündürmüşdür ? Bu sualı müəllifin özü belə cavablandırır:
“Ədəbi növlər, o cümlədən folklor yaradıcılığında özünə geniş
yer tutan və yayılma coğrafiyası daha çox olan lirik növün,
romantiklərin özlərinin dediyi kimi, lirik el janrlarının yaran-
ması, bununla bilavasitə bağlı olan xalq şeiri üslubunun təşək-
külü, formalaşması və yazılı ədəbiyyata keçmək imkanları,
eyni zamanda ayrı-ayrı janrların poetika xüsusiyyətləri, ideya-
sənətkarlıq cəhətləri, romantiklərin özlərinin yazıçı və folklor
probleminə münasibəti, şifahi xalq ədəbiyyatı nümunələrinin
yaranması və cilalanıb formalaşması, onların müəlliflik məsə-
ləsi kimi ciddi əhəmiyyət daşıyan problemlər əsas diqqət mər-
kəzlərində olmuş, romantiklərin folklora dair tədqiqatlarının
ağırlıq mərkəzini təşkil etmişdir. Hər halda bu məsələlərin
izahı və şərhi qeyd-şərtsiz olaraq folklorşünaslıq tariximizin
müəyyən səhifələrini təşkil edir və birbaşa folklora dair tədqi-
qatlarla məşğul olan mütəxəssislərin mülahizələrindən heç də
geri qalmır.
Geniş erudik biliyə və savada yiyələnmiş prof. K. Əliyev
bu monoqrafiyasında XX əsr Azərbaycan romantikləri-H. Ca-
vidin, M. Hadinin, A. Şaiqin və A. Səhhətin folklor nümunələ-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
53
rindən bəhrələnmələrini də ayrıca olaraq tədqiqata cəlb etmiş-
dir. Alim bu fikri qətiyyətlə qeyd edir ki, hər hansı bir sənət-
karın folklor irsindən qidalanması onun dövründən, həyat haq-
qında düşüncələrindən nə qədər asılıdırsa, bir o qədər, bəlkə,
ondan da bir az artıq dərəcədə mənsub olduğu yaradıcılıq me-
todundan asılıdır. Ona görə də Azərbaycan romantiklərinin da-
ha çox əsatir və əfsanələrə, dini rəvayətlərə müraciət etmələrinə
təsadüf kimi baxmaq olmaz. Bu müraciətlər həmin sənətkar-
ların birbaşa məslək və ideyaları ilə bağlıdır. Öz hərəkətlərini
uzaqlarda, ənginliklərdə axtaran, ümidini xoşbəxt gələcəyə
bağlayan romantiklərin əfsanə və əsatirlərə istinadı təbii və
qanunauyğundur. Bunu şərtləndirən başlıca amil romantik
bədii düşüncə ilə əfsanə və əsatirlərdəki düşüncə arasındakı
bağlılıq və üzvi yaxınlıqdır. Eyni zamanda romantiklər xalq
dramlarına müraciət edib onlarda olan ən qabarıq tərəfləri öz
yaradıcılıqlarına gətirirlərsə, bu, onların xalq təfəkkürü ilə nə
qədər yaxından əlaqədar olduqlarına ciddi işarədir. Beləliklə,
romantiklərin folklorla bağlılıqlarını keçmişə qayıdış-keçmişi
idealızə təyin etmir. Folklora istinad öz istədiklərini həyatda
görə bilməyən və tapmaqda çətinlik çəkən romantiklər üçün
xoş gələcək axtarışlarının təkanı idi.
Biz əsəri oxuduqca belə düşünürük ki, uzun müddət filo-
logiyamızda bu sahədə mövcud olan müəyyən təsəvvürlərimizi
prof. K. Əliyev yeniləşdirir, təzələyir.
Azərbaycan romantizminin folklor qaynaqları bu roman-
tizmin milli keyfiyyətini və milli müəyyənliyini təyin edən əsas
fakt və amillərdir. Görkəmli alim bu məsələni də monoqrafi-
yada xüsusi şəkildə qabardaraq yazır ki, uzun müddət Azər-
baycan romantiklərini milli kökdən, milli həyatdan məhrum
olmaqda ittiham etmişlər. Həmçinin bu ittihamlar yalnız ədəbi
xarakter daşımamış, eyni zamanda siyasi məzmun аlaraq H.
Cavid kimi görkəmli sənətkarın repressiyası ilə nəticələnmiş-
dir. Romantiklərin folklorla sıx-sıx əlaqələri və romantizm nü-
munələrinin üzdə deyil, alt qatda olan folklor layları roman-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
54
tizmə yönələn həmin ittihamları keçmişdə də, bu gün də tama-
milə rədd edir.
Azərbaycan ədəbiyyatşünasları içərisində öncül olaraq
prof. K.Əliyev monoqrafiyada filoloji təfəkkürümüzü zəngin-
ləşdirmək məqsədi ilə diqqətimizi indiyə qədər xüsusi tədqiq
olunmayan folklor və romantik qəhrəman probleminə yönəldir.
Alim tutarlı faktlarla sübut edir ki, folklor qəhrəmanları ilə
romantik qəhrəmanlar arasında ciddi bir oxşarlıq və yaxınlıq
vardır. Bu yaxınlıq dastan qəhrəmanları ilə dramaturgiyanın
romantik qəhrəmanlarına aid müstəvidə daha aydın və şəffaf,
daha real və daha məntiqi görünür. Həmin müstəvinin hər iki
istiqamətində mövcud olan qəhrəmanların adlarının sərlöhvə-
lərə çıxarılması, mütəmadi olaraq və sürətli şəkildə məkan
dəyişmələri maneə və sədlərin bir göz qırpımında dəf edilməsi
buna əyani sübutdur.
Eyni zamanda Mələk, İblis və Dərviş kimi mifoloji obraz-
lar folklordan romantizmə gələrək romantik bədii fikrə yeni-
yeni çalarlar gətirmiş, onun obrazlar sisteminin rəngarəngliyinə
şərait yaratmış, romantizm ədəbi cərəyanını realizm ədəbi
cərəyanından, romantik sənətkarların yaradıcılıq irsini realist
sənətkarların yaradıcılıq irsindən fərqləndirən poetika əlamət-
ləri kimi özünü göstərmişdir.
Prof. K.Əliyev monoqrafiyada bu problemlərlə bağlı mü-
şahidə etdiyi çatışmazlıqları və məlum faktlara münasibətlər-
dəki yanlışlıqları da üzə çıxarmış, kobud səhvləri islah və təsis
edə bilmişdir. Alim doğru olaraq göstərir ki, bir çox araşdı-
rıcılar tərəfindən uzun müddət kobud səhv olaraq, əlahiddə bir
yaradıcılıq cərəyanı kimi yozulan romantizm ədəbi-tarixi
ənənədən, öz milli köklərindən heç vaxt ayrı düşməmişdir. Hət-
ta həmin tədqiqatçılar imkan daxilində romantizmi ümumi
ədəbi prosesedən ayırmağa və təkləməyə cəhd göstərmiş və
bəzi hallarda buna nail olmuşlar. Onlar bir xeyli müddət XX
əsr Azərbaycan romantizminə “mürtəce” damğası vurmaqdan,
onu Azərbaycan ədəbiyyatı tarixinin yad səhifəsi elan etmək-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
55
dən çəkinməmişlər. Lakin o vaxt da, indi də romantizmin hə-
qiqi tədqiqatçılarına, təəsübkeşlərinə aydın idi ki, XX əsr
Azərbaycan romantizmi, bu romantizmin klassiklərinin-H. Ca-
vidin, M. Hadinin, A. Səhhətin, A. Şaiqin yaradıcılığı mühüm
ədəbi hadisə olmuşdur. Bu sənətkarların müxtəlif janrlarda
yazıb xalq üçün zəruri ideyaları əks etdirməklə ortaya qoyduq-
ları bədii əsərlər öz vətəndaşlıq gücünü həmişə saxlamış və
bundan sonra da saxlayacaqdır.
Beləliklə, prof. K.Əliyevin “Romnatizm və folklor” mono-
qrafiyası Azərbaycan ədəbiyyatşünaslığında romantizm və folk-
lor problemini tamamilə yeni bir istiqamətdə öyrənən əsərdir.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
56
ZƏRURĠ PROBLEMLƏRĠN TƏDQĠQĠ
M.Hadinin, H.Cavidin, A.Səhhətin, A.Şaiqin əsərləri “mil-
li sərvət“ kimi artıq çoxdan mədəniyyət tariximizə daxil ol-
muşdur. Müasir dövrümüzdə həmin romantiklərin yaradıcılıq-
larını, onların ədəbi-nəzəri mülahizələrini təhlil və şərh etmək
ədəbiyyatşünaslığımız qarşı-
sında duran zəruri problem-
lərdən biri idi. Bunu nəzərə
alan prof. Kamran Əliyev
2006-cı ildə “Azərbaycan ro-
mantizminin
nəzəriyyəsi”
monoqrafiyasını çap etdirir.
Öncə onu qeyd etmə-
liyik ki, con dövrlərdə sürət-
lə inkişaf edən Azərbaycan
ədəbiyyatşünaslığı
müasir
ədəbi-nəzəri fikrin təhlili ilə
məşğul olmuş, dövri mətbua-
tın məhsulları, yeni mono-
qrafiyaların səviyyəsi və də-
yəri şərh edilmiş, lakin klas-
sik sənətkarların ədəbi mülahizələrinə dair geniş tədqiqatlar ya-
radılmamışdır. Bu baxımdan prof. Kамран Əliyevin sözügedən
monoqrafiyası ədəbiyyatşünaslığımızda bu boşluğu doldurmaq
üçün irəli atılan ilk addımlardandır.
Monoqrafiyada XX əsr Azərbaycan yazıçı-romantiklərin-
dən Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas Səhhətin və
Abdulla Şaiqin ədəbi fikirləri, elmi mülahizələri, elmi məqa-
lələri və bədii əsərləri tədqiqat obyekti seçilmişdir. Müəllif
müəyyən məsələlərin geniş elmi izahını verməkdən ötrü 20-ci
illərdə çap olunan məqalələrə də istinad etmişdir.
Monoqrafiya 4 fəsildən ibarətdir. “Romantik dünyagö-
rüş” adlı илк fəslin əsas məziyyətlərindən biri və ya birincisi
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
57
ictimai-tarixi şərait və mətbuat, romantizmin təşəkkülü, klassik
poeziya ənənələri, Şərq ədəbiyyatına münasibət, Qərb düşün-
cəsinə rəğbət, rus romantizminin təsiri, maarifçilik və roman-
tizm, inqilabi-demokratik fikir və romantizm kimi mühüm mə-
sələlərin tədqiqatçı tərəfindən aşkarlanmasıdır. Bu məsələlər
barədə olduqca dəyərli və orijinal fikirlər irəli sürən alim yazır
ki, XX əsr Azərbaycan romantiklərindən M. Hadi, H. Cavid, A.
Səhhət və A. Şaiqin 1905-1920-ci illərdəki ədəbi-nəzəri fəa-
liyyətləri ictimai-sosial görüşləri ilə vəhdətdə olmuşdur. K.Əli-
yev qəti şəkildə sübut edir ki, onların bədii yaradıcılıq və bu
yaradıcılığın prinsipləri haqqında, ayrı-ayrı sənətkarlar və hə-
min sənətkarların mübarizələri barədə mülahizələrinə yalnız
sırf ədəbi hadisə kimi baxmaq olmaz. Romantiklərin ədəbiy-
yata baxışlarındakı müddəalar onların həm də siyasi-fəlsəfi
görüşlərinin milli və xəlqi, maarifçi və demokratik cəhətlərini
təyin edir.
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin ədə-
bi-estetik görüşlərinin formalaşması məsələsi də ətraflı əks
olunmuşdur. Alim düzgün olaraq bu formalaşmanı klassik
Azərbaycan və Şərq fəlsəfəsi, ədəbi-bədii fikri, həmiçinin Av-
ropa, rus romantizmi ilə bağlayır. Bu bağlılığı tədqiqatçı onun-
la sübut edir ki, ideyalar sistemi çox zəngin olan Azərbaycan
romantizmi ilə birgə bu romantizmin nəzəriyyəsi də ümum-
dünya romantizminin, ümumdünya romantik nəzəri fikrinin
tərkib hissələrindən biridir. Həmçinin XX əsr Azərbaycan
romantiklərinin Şərq və milli ədəbiyyatlarla əlaqədar söylədik-
ləri mülahizələri onların ədəbi görüşlərindəki spesifikliyi mey-
dana çıxararaq romantik nəzəri fikrin, romantik tənqidin milli
mənliyini qoruyub saxlayır.
“Romantik ədəbiyyat” adlı 2-ci fəsildə ədəbiyyat və həyat
problemi, romantik tənqid və Sabir, romantizm və realizm,
yeni ədəbiyyat uğrunda mübarizə, romantizmin müdafiəsi,
bədii dil kimi məsələlərə geniş meydan verilir. Bu hissənin əsas
dəyəri ondadır ki, K. Əliyev ədəbiyyatşünaslıq elmimizin inki-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
58
şafını yeni-yeni fikirləri ilə zənginləşdirir, həm də eyni zaman-
da gələcək tədqiqatlara istiqamət verir.
“Romantik sənətkar” adlı 3-cü fəsildə romantiklərin sə-
nətkar taleyi və yaradıcılıq azadlığı haqqında olan mülahizələri
tədqiq edilmişdir. Monoqrafiyada sənətkar və cəmiyyət, sub-
yektə marağın səbəbi, romantiklərin vətəndaşlıq mövqeyi, ya-
radıcılıq sərbəstliyi, sənətkar və istedad, sənətkar və şəxsiyyət,
bədii əsər və oxucu kmi mühüm məsələlərin əsas mahiyyətini
açan müəllif belə nətəicəyə gəlir ki, bu məsələlər bilavasitə
mövcud cəmiyyətlə sənətkar arasında olan təzadın qabarıq
şəkildə meydana çıxarılması üçün lazım olan cəhətlərdəndir.
XX əsr Azərbaycan romantiklərinin bu barədəki mülahizələri
onların öz tərcümüyi-halları, öz yaradıcılıqları ilə sıx bağlıdır.
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin folk-
lorşünaslıq görüşləri “Folklora romantik münasibət” fəslində
qabardılır. Bu fəsildə folklora münasibətin mahiyyəti, folklor
və ədəbi dil, folklor və ideallaşdırma, xalqın lirik yaradıcılığı,
yazılı və şifahi ədəbiyyat problemləri Azərbaycan romantiz-
minin nəzəriyyəsi çərçivəsində düzgün və geniş təhlil edilir.
Prof. K. Əliyevin “Azərbaycan romantizminin nəzəriy-
yəsi” kitabı yüksək səviyyədə yazılmış uğurlu bir əsərdir. Biz-
cə, əsər müəllif tərəfindən qoyulan problemlərin həllini bütün
cəhətləri ilə özündə ehtiva etdirir. Elə buna görə də alimin bu
kitabı da sanballı ədəbiyyatşünaslıq əsərləri arasında bərq vu-
rur, şəfəq saçır.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
59
DƏQĠQLĠKĠLƏ SƏCĠYYƏLƏNDĠRĠLƏN
MƏSƏLƏLƏR
Prof. Kamran Əliyevin elmi yaradıcılıq yolunu Hüseyn
Caviddən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün cəsarətlə
deyə bilərik ki, Cavid yaradıcılığının bütün istiqamətlərini dol-
ğun və hərtərəfli şəkildə, aydın və anlaşıqlı formada oxuculara
çatdıran prof. Kamran Əli-
yevdir. Bəlkə də yaşadığımız
həyatda
Hüseyn
Cavidi
Kamran müəllim qədər se-
vən və ona sonsuz məhəbbət
bəsləyən iknci bir insan da
tapmaq çətindir. Arif Əmra-
hoğlu yazır ki, prof. K.Əli-
yev filoloji araşdırmalara
başladığı ilk vaxtlardan bu
günə qədər özünün özü ilə
söhbətinə əsaslı zəmini ilk
növbədə Azərbaycan roman-
tizmində, xüsusən də dahi
Cavidin zərif və zərif oldu-
ğundan da artıq dərəcədə
mətin Cavid şəxsiyyətində
və irsində tapıbdır. Onun tədqiqat predmetinin sabitliyi mövzu
məhdudlağuna dəlalət etmir, əksinə, araşdırıcı alim şəxsiyyə-
tinin bütövlüyünün və özünün özü ilə söhbətinin ən optimal
ifadəsinə inamı sədaqətinin göstəricisinə çevrilir. Kamran
müəllimin böyük Cavidşünas alim olmasını 2008-ci ildə çap
etdirdiyi “Hüseyn Cavid: həyatı və yaradıcılığı “ monoqrafiyası
da təsdiqləyir.
Kamran Əliyevin Hüseyn Cavid yaradıcılığını öyrənmək
istəyinin yaşı 35 ildən çoxdur. Yəni 25 yaşından başlayaraq
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
60
elmi yaradıcılığının bir istiqaməti romantizm, o cümlədən
H.Cavidə həsr olunmuşdur. Beləliklə, o, bir-birinin ardınca
xeyli məqalələr çap etdirdi. “XX əsr Azərbaycan romantik tən-
qidinin mənbələri”, “XX əsr Azərbaycan romantikləri “Ədə-
biyyat və həyat problemi haqqında”, “XX əsr romantikləri Sa-
bir haqqında”, “XX əsr Azərbaycan romantizm nəzəriyyəsində
sənətkar taleyi məsələsi”, “XX əsr Azərbaycan romantizm
nəzəriyyəsində yaradıcılıq azadlığı problemi”, “XX əsr Azər-
baycan romantizm nəzəriyyəsində vətəndaşlıq və ideyalılıq”,
“Müasirliklə tarixi qovuşduran sənətkar”, “H. Cavidin drama-
turgiya yolu” , “Cavid həqiqəti”, “Böyük sənətkar”, “Məhəb-
bətdir ən böyük din”, “XX əsr Azərbaycan romantizmi və
“uzaqlıq” konsepsiyası”, “H.Cavid dramaturgiyasında romantik
qəhrəman”, “Humanist sənətkar”, “Cavid sənətinin müasirliyi”,
“Ağac, dəniz və insan”, “Hüseyn Cavidin publisistikası”, “Mü-
təfəkkir sənətkar”, ”Hüseyn Cavid və xalq dramı”, “Hüseyn
Cavid və bədii zaman”, “Şəxsiyyət və yaradıcılıq bütövlüyü”,
“Xeyir və Şərin əbədi mübarizəsi”, “Cavidin ədəbiyyata baxı-
şı”, “Böyük mütəfəkkir”, “Cavid sənətinin qüdrəti”, “Romantik
teatrın addımları”, “Romantik poeziyada simvolika”, “Roman-
tik əsərdə məkanın xarakteri”, “Romantizm və romantik qəh-
rəmanın təbiəti”, “Şeyx Sənanın ömür yolu”, “Romantik şeirdə
müəllif və qəhrəman problemi”, “Romantik qəhrəmanın səciy-
yəsi (tənhalıq problemi)”, “Azərbaycan romantizminin folklor
qaynaqları”, “Azərbaycan romantizminin həyat konsepsiyası”,
“O illərin ağrısı”, “H. Cavid dramaturgiyasında məkan”,
“Romantik dramaturgiya və bədii tərcümənin problemləri”,
“Ölüm var ki, həyat qədər dəyərli”, “Hüseyn Cavid
yaradıcılığında şəxsiyyət planı”, “H. Cavidin yaradıcılığında
məkanın tərtib prinsipi”, “H. Cavid yaradıcılığında türklüyün
bədii təqdimatı”, “H. Cavid və tarix”, “H. Cavid və
Azərbaycan romantizmi” və. s məqalələri müxtəlif mətbu
orqanlarda dərc olunmuşdur. Müəyyən dövrlərdə isə həmin
məqalələri kitablar əvəz etdi: “Hüseyn Cavidin şəxsiyyəti və
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
61
poetikası”, “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, “Cavid
möcüzəsi” kitabları məhz bu qəbildəndir. Həmin məqalə və
əsərlər prof. Kamran Əliyevə imkan vermişdir ki, Hüseyn
Cavid kimi möhtəşəm bir sənətkarın həyat və yaradıcılığını
sözügedən bu irihəcmli kitabında (“Hüseyn Cavid: həyatı və
yaradıcılığı“) ümumiləşdirə bilsin.
Alim “Ön söz yerinə: H. Cavid və Azərbaycan roman-
tizmi” hissəsində oxucunun diqqətini Cavid və Azərbaycan
romantizmi ilə bağlı ciddi bir istiqamətə yönəldir. O yazır ki,
bu gün bütün şəxsiyyətləri və bütün bədii nümunələri ilə birgə
tanıdığımız XX əsr Azərbaycan romantizmini Hüseyn Cavidsiz
təsəvvür etsəydik, bu romantizm ya yarımçıq, ya ona doğru
meyl və təşəbbüslər, ya da ən yaxşı halda ədəbi cərəyandan
kənarda yeni və orijinal xətt səviyyəsində dəyər qazanmış
olardı.
Kamran Əliyevin tədqiqatı onu da göstərir ki, Hüseyn
Cavid antik dövrün kəşfi və intibah dövrünün sığınacaq yeri
olan faciəni Azərbaycan klassikasının romantik metod layına
malik poeziya ilə birləşdirdi. Daha geniş mənada isə yalnız
Cavid, bütövlükdə XX əsr Azərbaycan romantizmi öz janr
əsasını ayrıca götürülmüş poeziyada deyil, onların birliyi və
vəhdətində-mənzum faciədə tapdı. Azərbaycan romantizmi isə
öz növbəsində bir ədəbi cərəyan kimi yaşamaq və vətəndaşlıq
hüququ qazanmaq üçün vacib bir özül üzərində inkişaf etməyə
başladı.
Müəllif faciənin janr kimi dövrdən-dövrə, ədəbiyyatdan-
ədəbiyyata keçməsini başa düşülən hesab edir, amma klassik
poeziyadakı romantik metod əsasının mənimsənilməsinin və
yeni ifadə planı qazanmasını təhlil edərək göstərir ki, bu məqa-
mın ilk reallığı Nizami və Füzuli poemalarının rəsmi-ənənəvi
hissəsidir. Çünki həmin ənənəvi hissələr Tanrı ilə başlayır,
Peyğəmbərdən keçir, Hökmdara ünvanlanır və Şairlə qurtarır.
Əhəmiyyətli cəhət ondadır ki, həmin rəsmiyyət, sadəcə olaraq,
orta əsr romantik poemalarının yalnız “müqəddimə”si səviyyə-
|