www.vivo-book.com
204
qasığımdan baĢqa: o hissəm hələ də od tutub yanırdı, sanki onu yarıb
içinə yanan közlər doldurandan sonra yenidən tikmiĢdilər.
– Hə, danıĢ görüm, Con Koffi, – mən öz səsimi sakit və rəvan
saxlamağa çalıĢaraq dedim. Bizim “E” blokumuza gəliĢindən bəri ilk
dəfə Con Koffi görünüĢündən harada olduğunu dərk etməyə baĢlayana
oxĢayırdı; deyəsən, bizim aramızda olduğunu baĢa düĢürdü. Onun
gözünün kənarlarından, demək olar ki, fasiləsiz axan yaĢlar
qurumuĢdu, ən azından indilik. Ġndi mənə tamamilə aydın idi ki, o,
iĢlədiyi dəhĢətli cinayət əməlini düzəltmək üçün geri qayıtmağı
arzuladığı məkanı deyil, baxdığı adamı görə bilir – “E” blokunun baĢ
nəzarətçisini, cənab Pol Eckumu.
– Yox, – deyə israr etdi. – Siz buraya, mənim yanıma
girməlisiniz.
– Sən baĢa düĢməlisən ki, mən indi ora daxil ola bilmərəm, –
hələ də səsimi sakit saxlamağa çalıĢaraq cavab verdim. – Ən azından,
indiki anda bunu edə bilmərəm. Burada indi təkəm, sən isə çəkidə
məndən ən azı ton yarım ağırsan. Bu günlük mənim üçün bir dava-
dalaĢ artıqlaması ilə kifayətdir. Ona görə də əgər sənin üçün fərqi
yoxdursa, gəl elə barmaqlıqların arasından danıĢaq və...
– Çox xahiĢ edirəm! – Dəmir barmaqlıqları elə bərk sıxmıĢdı ki,
barmaq buğumları və dırnaqları ağarmıĢdı. Keçirdiyi əzabdan üzü
uzanaraq kədərli ifadə almıĢdı, qəribə gözlərindəki donmuĢ narahatlığı
isə heç nə ilə izah edə bilmirdim. “Bəlkə də bu lənətə gəlmiĢ infeksiya
www.vivo-book.com
205
və onun verdiyi acı olmasaydı, mən bütün bunları baĢa düĢərdim” –
deyə o vaxt fikrimdən keçirdiyim indiki kimi yadımdadır. Bu fikir
hətta məni bir qədər rahatlaĢdırmıĢdı və onunla söhbət etməyə
baĢlamıĢdım. Əgər bir insana nə lazım olduğunu bilirsənsə, çox vaxt
bu sənə həmin insanı düzgün tanımağa yardım edir.
– Lütfən, Boss Ekcum! Siz mənim kamerama daxil olmalısınız!
“Ġndiyədək belə axmaq söz eĢitməmiĢəm” – deyə düĢündüm və
bir an sonra, bundan da axmağının mənim ağlıma gəldiyini dərk etdim:
kameraya girmək niyyətində idim. Kəmərimdən asılmıĢ açar
bağlamasını çıxarıb Con Koffinin kamerasının açarını axtarmağa
baĢladım. O məni, hətta sağlam olduğum və özümü əla hiss etdiyim
vaxtımda belə, əlləri ilə havaya qaldıra, sonra isə dizinə çırparaq ikiyə
bölə bilərdi, amma bu gün mən nə sağlam idim, nə də özünü yaxĢı hiss
edirdim. Bununla belə, onun kamerasına girmək fikrində idim;
məhkum
edilmiĢ qatillərlə iĢləyən zaman axmaqlığın və
ehtiyatsızlığın, cəmi yarım saat əvvəl, nələrə gətirib çıxaracağının
Ģahidi olduğum halda, bu qaradərili nəhəngin kamerasının qapısını
açmaq, ora daxil olmaq və onunla yanaĢı oturaraq söhbət etmək
niyyətində idim. Əgər kimsə belə etdiyimi görsəydi – hətta o özünü
yaxĢı aparsa və heç bir insident baĢ verməsəydi də – iĢimi dərhal
itirərdim. Bütün buları dərk etdiyimə baxmayaraq, yenə də onun
kamerasına girmək fikrində idim.
www.vivo-book.com
206
“Dur, – öz-özümə deyirdim, – nə qədər ki, gec deyil,
dayanmalısan, Pol”. Lakin öz məsləhətimə qulaq asmadım. Əvvəlcə
açarla üstdəki kilidi, sonra isə aĢağıdakını açdım, ondan sonra isə
qapını öz novu ilə yana sürüĢdürdüm.
– Ey, rəis, məncə, bu yaxĢı fikir olmaya bilər, – Delakrua səsi
gərginlikdən əsə-əsə öz kamerasından mənə səsləndi. Bəlkə də baĢqa
bir Ģəraitdə bu səs məni gülməyə vadar edərdi.
– Sən öz iĢinlə məĢğul ol, mən də öz iĢimlə! – geri dönmədən
dedim. Gözlərim Con Koffinin gözlərinə kilidlənmiĢdi, özü də elə
möhkəm kilidlənmiĢdi ki, elə bil, mıxlanmıĢdılar. Bu hipnoz altında
olan adamın halına bənzəyirdi. Öz səsim öz qulağıma əks-səda
verərək, elə bil çox uzaq bir vadidən gəlirdi.
“Lənət olsun, deyəsən, mən hipnoz edilmiĢəm”.
– Sən beləcə uzan və istirahət elə.
– Aman Tanrım, bura lap əsl dəlixana imiĢ ki! – Delakruanın
titrək səsi eĢidildi. – Mister Cinqlz, az qalıram arzulayım ki, kaĢ məni
qızardaydılar və bütün bunları görməyəydim!
Mən Koffinin kamerasına daxil oldum. Ġçəri girəndə, o, kənara
çəkilərək mənə yol verdi. Çarpayısının yanında durdu – çarpayı onun
baldırlarına ancaq çatırdı, yəni, görün o necə ucaboy idi – sonra
çarpayıya oturdu. Bayaqdan gözlərini gözlərimdən bir an olsun belə
ayırmayan Koffi əlini döĢəyin üstünə vuraraq yanında mənə yer
göstərdi. Onun yanında oturdum və o, qolunu çiynimə qoyaraq məni
www.vivo-book.com
207
qucaqladı: sanki kinoteatrda oturmuĢduq və mən də onun sevgilisi
idim.
– Sən nə istəyirsən, Con Koffi? – hələ də onun kədərli və
təmkinli gözlərinin içinə baxa-baxa soruĢdum.
– Sadəcə, kömək eləmək, – deyə cavab verdi. Sonra qarĢısında
duran iĢi yerinə yetirməyə o qədər də həvəsli olmayan adam kimi
dərindən bir ah çəkdi və ovcunu göbəyimdən təxminən bir qarıĢ
aĢağıya, qasıq nahiyəmin üstünə qoydu.
– Ey! – deyə bağırdım. – Lənətə gəlmiĢ əllərini çək...
Birdən içimdən elektrik cərəyanına bənzər bir Ģey keçdi, onun
zərbəsi çox güclü, amma ağrısız oldu. Bu zərbə məni çarpayının
üstündə ora-bura dartınmağa və irəli əyilməyə, bir də qoca Tut-Tutun,
“yanıram, yanıram, mən qızardılmıĢ hind xoruzuyam” – deyə
qıĢqırmasını xatırlamağa məcbur etdi. Nə istilik, nə də elektrik
cərəyanı hiss etdim, lakin bir anlıq hər Ģey öz rəngini itirdi, sanki
dünyanı necəsə sıxıb suyunu çıxarmıĢdılar. Mən Con Koffinin
üzündəki bütün məsamələri görə bilirdim; mən onun qızarmıĢ
gözlərindəki hər bir qançırlı damarı görə bilirdim; mən onun çənəsində
artıq sağalmaq üzrə olan balaca cızığı belə görə bilirdim; mən
barmaqlarımın necə əyildiyini və caynaqlara çevrilərək havanı
cırmaqladığını, ayaqlarımın isə Con Koffinin kamerasının döĢəməsini
necə döyəclədiyini hiss edə bilirdim.
www.vivo-book.com
208
Sonra qəfildən hər Ģey keçdi. Mənə əzab-əziyyət verən sidik
yollarının infeksiyası da keçmiĢdi. Qasığımdakı od-alov və ürək kimi
döyünən mənfur ağrı da bütün bədənimi lərzəyə salan titrətmə ilə
bilikdə harasa yox olmuĢdu. Mən hələ də onun bədənimdən çıxardığı
tərin buxarlanmasını hiss edirdim, onun iyini hiss edirdim, lakin bir an
sonra onlar da harasa yox oldular.
– Orda nə olub? – Delakrua var-gücü ilə bağırdı. Onun səsi
qulağıma hələ də haradansa çox uzaqdan gəlirdi, lakin Con Koffi,
nəhayət, gözlərini məndən çəkib irəli əyiləndə, balaca fransızın səsi
aydınlaĢdı. Elə bil, kimsə mənim qulaqlarıma tıxanmıĢ pambıq
parçalarını və ya niĢançıların qulaq tıxaclarını çıxarmıĢdı. – O sənə nə
edir?
Mən Delakruaya cavab vermədim. Koffi dizlərinin üstündə irəli
əyilmiĢdi; gərginlikdən üzü əyilmiĢ, boğazındakı damarlar isə
ĢiĢmiĢdi, gözləri az qalırdı hədəqəsindən çıxsın. O, boğazında toyuq
sümüyü qalmıĢ adamı xatırladırdı.
– Con, – deyə əlimlə onun belinə vurdum; ağlıma baĢqa heç nə
gəlmədi. – Con, sənə nə oldu?
Onun bədəni əlimin altında titrədi və birdən o, dərin və
xoĢagəlməz bir səs çıxararaq gəyirdi, elə bil, qusmağa hazırlaĢırdı. O,
bəzən atların etdiyi kimi – əlacsız təbəssümlə dodaqlar geri çəkilərək
diĢlər ağarır – ağzını açdı. Sonra diĢlərini aralayıb nəfəsini verəndə
havaya xırda qara mığmığa və ya ağcaqanada bənzər həĢəratlar
www.vivo-book.com
209
dumanı buraxdı. Onlar, əvvəlcə, Ģiddətlə onun dizlərinin arasında ora-
bura uçuĢdular, sonra rəngləri ağardı və yox oldular.
Birdən qarnımın alt hissəsində bütün gücümün qeyb olduğunu
hiss etdim, elə bil, oradakı əzələlərim suya çevrilmiĢdi. Mən
müvazinətimi itirdim və kürəyimlə Koffinin kamerasının daĢ divarına
çırpıldım. Bircə o yadımdadır ki, durmadan içimdə Xilaskarın adını
zikr edirdim – təkrar-təkrar, bax beləcə: Ġsa Məsih, Ġsa Məsih, Ġsa
Məsih... Bir də, yəqin qızdırmadan sayıqlamağa baĢlamıĢam deyə
düĢündüyümü xatırlayıram. Vəssalam.
Sonra eĢitdim ki, Delakrua var gücü ilə bağıraraq köməyə adam
çağırır; o, bütün dünyaya hayqırırdı ki, Con Koffi məni öldürür və bu
zaman ağ ciyərlərinin bütün gücündən istifadə edərək çığırırdı. Con
Koffi həqiqətən də mənim üzərimə əyilmiĢdi, lakin onun yeganə qəsdi
mənim özümü yaxĢı hiss etdiyimə əmin olmaq idi.
– Səsini kəs, Del, – deyə qıĢqırdım və ayağa qalxdım. Elə
düĢünürdüm ki, indi bütün içalatımı kəsib-doğrayan bir ağrı hiss
edəcəyəm, lakin heç bir ağrı hiss etmədim. Mən daha özümü yaxĢı hiss
edirəm. Həqiqətən, hər Ģey əla idi. Bir anlıq baĢım gicəlləndi, lakin öz
müvazinətimi qorumaq üçün Koffinin kamerasının qapısına əlimi
uzadıb ondan yapıĢmağa macal tapmamıĢ baĢgicəllənməsi də keçib
getdi. – Mən, həqiqətən, özümü yaxĢı hiss edirəm.
– Tez oradan çıxın, – Delakrua elə sinirli bir tərzdə dedi ki, sanki
yaĢlı qadın balaca uĢağa “O alma ağacından tez aĢağı en!” deyə əmr
www.vivo-book.com
210
edirdi. – Blokda heç kim olmayanda, sizə kameralara girmək
qadağandır.
BaĢımı qaldırıb Con Koffiyə baxdım. O, iri əllərini ağac
kötüklərinə bənzər dizlərinin üstünə qoyub çarpayıda oturmuĢdu. Con
Koffi də mənə baxdı. Bunu etmək üçün ona baĢını bir azca yuxarı
qaldırmaq kifayət idi.
– Sən nə elədin, dostum? – az qala pıçıltı ilə ondan soruĢdum. –
Sən mənə nə elədin?
– Kömək etdim. Sizə, sadəcə, kömək etdim, elə deyilmi?
– Hə, yəqin ki, elədin. Amma necə? Sən bunu necə elədin, axı?
O, bir söz demədən baĢını buladı – sağa, sola, sonra isə mərkəzə,
öz yerinə. Məni necə sağaltdığını heç Koffi özü də bilmirdi; onun sakit
və qayğısız üz ifadəsindən belə anladım ki, bunu necə etdiyini bilmir
və bu onun heç vecinə də deyil – lap elə Müstəqillik Günü Ģərəfinə
təĢkil edilmiĢ qaçıĢ yarıĢının son əlli metrində irəlidə olarkən, qaçıĢ
mexanikasının necə olmasının mənim vecimə olmadığı kimi. Hər
Ģeydən öncə, ondan xəstə olduğumu necə öyrəndiyini soruĢmaq
haqqında düĢündüm, lakin soruĢmadım, çünki bu sualın da cavabı,
yəqin ki, lal-dinməz baĢ bulamasından baĢqa bir Ģey olmayacaqdı.
Haradasa bir ifadə oxumuĢdum və bu heç zaman yadımdan çıxmır:
“müəmmaya bələnmiĢ tapmaca” haqqında nəsə. Con Koffi məhz belə
bir insan idi və gecələr onun rahat yata bilməsinin yeganə səbəbi də,
yəqin ki, heç nəyi vecinə almamasına görədir. Persi onu “əbləh” deyə
www.vivo-book.com
211
çağırırdı; bu ad bir az kobuddur, amma həqiqətdən o qədər də uzaq
deyil. Bizim nəhəng öz adını da, adının içki adı kimi yazılmadığını da
bilirdi və bu, bilmək istədiyi yeganə Ģey idi.
Sanki bunu bir daha diqqətimə çatdırmaq üçün o, baĢını yenə
buladı və əllərini sol yanağının altına balıĢ kimi qoyaraq çarpayısına
uzandı və üzünü divara çevirdi. Ayaqları çarpayıdan çölə çıxaraq
döĢəməyə sallanırdı, amma deyəsən bu vəziyyət onu heç narahat
etmirdi. Köynəyinin arxa hissəsi bir balaca yuxarı qalxdığından,
belindəki çalın-çarpaz çapıqları görə bilirdim.
Kameradan çıxdım, kilidləri yenidən bağlayandan sonra dəmir
barmaqlıqdan bərk-bərk yapıĢaraq dəhlizə tərəf boylanan Delakruaya
baxdım, onun gözlərində narahatlıq, bəlkə də qorxu ifadəsini açıq-
aĢkar görmək olurdu. Mister Cinqlz onun çiynində oturub, telə bənzər
incə bığlarını əsdirirdi.
– O qaradərili adam sənə nə elədi? – Delakrua astadan soruĢdu. –
Onda nə var elə, tilsim? O, sənə tilsim elədi? – Qəribə fransız Ģivəsi ilə
dediyi “tilsim” sözü “siydim” sözü ilə həm qafiyə idi.
– Nə haqda danıĢdığını baĢa düĢə bilmirən, Del.
– Sən dedin, mən də inandım! Bir özünə bax! Tamam
dəyiĢmisən! Hətta yeriĢin də dəyiĢib, boss!
Bəlkə də yeriĢim doğrudan da dəyiĢmiĢdi. Qasığımda çox xoĢ
bir rahatlıq hissi vardı. Bu rahatlıq hissi vəcdə gəlmək kimi idi – çox
www.vivo-book.com
212
güclü ağrı-acı çəkmiĢ və sonra bu ağrılardan canını qurtarmıĢ hər kəs
nə demək istədiyimi çox gözəl baĢa düĢəcəklər.
– Hər Ģey qaydasındadır, Del – israr etdim. – Gecə Con Koffi
yuxusunda kabus görüb, vəssalam.
– O, tilsimi olan cadugərdir, – Delakrua coĢqunluqla dedi. Onun
üst dodağında tər damcıları parıldayırdı. Del, demək olar ki, elə də çox
Ģey görməmiĢdi, amma gördükləri onun qorxudan yarımcan hala
düĢməsinə bəs eləmiĢdi. – O bədbəxtlik gətirən cadugərdir.
– Nə üçün belə düĢünürsən?
Delakrua əlini uzadıb siçanı ovcuna aldı. Siçanın baĢını o biri
ovucu ilə örtüb öz üzünə yaxınlaĢdırdı. Sonra əlini cibinə salıb, oradan
çəhrayı rəngli balaca bir Ģey çıxardı – həmin o nanəli nabatlardan – və
onu siçana tərəf uzatdı, lakin siçan əvvəlcə ona əhəmiyyət verməyərək
boynunu adama tərəf uzatdı və insanın bir dəstə gülün rayihəsini
ciyərlərinə çəkərkən etdiyi kimi, onun nəfəsini iylədi. Onun balaca
muncuğa bənzər yumru gözləri yarımqapalı idi, üzündə isə valeh
olduğunu göstərən qəribə ifadə vardı. Delakrua onun burnundan öpdü
və siçan da burnunun öpülməsinə izn verdi. Sonra o, təklif edilən nabat
qırığını aldı və gəmirməyə baĢladı. Bir neçə saniyə siçana tamaĢa
edəndən sonra Delakrua nəzərlərini mənə çevirdi. Elə həmin an mən
hər Ģeyi anladım.
– Sənə bunu siçan dedi, – astadan soruĢdum. – Elə deyilmi?
– Oui. (Bəli – fr.)
www.vivo-book.com
213
– Sənin qulağına lap elə öz adını pıçıldadığı kimi.
– Oui, elədir, mənim qulağıma pıçıldadı.
– Çarpayına uzan, Del, – ona təklif etdim. – Bir balaca istirahət
elə. Bütün bu pıçıltılar yəqin səni əldən salıb.
O, yenə nəsə dedi – yəqin məni inanmamaqda ittiham elədi.
Onun səsi yenə çox uzaqlardan gəlirdi. Növbətçi masasına qayıdanda,
mənə elə gəlirdi ki, gəzmirəm, sadəcə, süzürəm, ya da ki, tərpənmədən
yerimdə durmuĢam və kinolarda olduğu kimi, kameralar gizli təkələrin
üstü ilə hərəkət edərək hər iki tərəfimdən süzərək keçirlər.
Masanın arxasındakı stula oturmaq istəyərkən qəfildən dizlərim
büküldü və bütün ağırlığımla Harrinin evdən gətirdiyi mavi
döĢəkcənin üstünə çökdüm. Əgər stul öz yerində yox, bir qədər aralı
olsaydı, yəqin ki, göz qırpmağa macal tapmamıĢ Ģappıltı ilə döĢəməyə
çırpılacaqdım.
On dəqiqə bundan əvvəl alov düĢmüĢ meĢə kimi yanıb-
qovurulan qasığımda heç bir ağrı hiss etmədən masanın arxasında
rahatca oturmuĢdum. “Mən sizə kömək etdim, elə deyilmi?” – deyə
Con Koffi soruĢmuĢdu. Bədənimin mənə söylədiklərinə qulaq assam,
Koffinin dedikləri həqiqət idi. Amma mənəvi rahatlığıma gəlincə,
məsələ baĢqa cür idi. Bunun üçün Con Koffi heç bir yardım edə
bilməmiĢdi.
Nəzərlərim masanın küncündə saxladığımız külqabının altındakı
blanklar topasına sataĢdı. Vərəqin ən üst hissəsində “Blok üzrə
www.vivo-book.com
214
raportlar” baĢlığı çap edilmiĢdi və haradasa orta hissədə isə “Qeyri-adi
hadisələr haqqında hesabat” baĢlığı altında boĢ yer vardı. Bu gün
axĢam Uilyam Uortonun səs-küylü gəliĢi haqında yazacağım
hesabatda bu hissəni də dolduracaqdım. Lakin Con Koffinin
kamerasında baĢıma gələnləri raportda yazmağa ehtiyac vardımı? Mən
karandaĢı – Brutusun daim ucunu yaladığı karandaĢı deyirəm – necə
götürdüyümü və iri hərflərlə bircə MÖCÜZƏ sözünü necə yazdığımı
təsəvvür etdim.
Bu hamı üçün yəqin ki, gülməli olardı, amma gülümsəmək
yerinə birdən hiss etdim ki, bu dəqiqə hönkür-hönkür ağlamağa
hazıram. Əllərimlə üzümü tutdum və hıçqırtılarımı gizlətmək üçün
ovuclarımla ağzımı sıxdım – Deli yenə qorxutmaq istəmirdim, çünki o,
yenicə sakitləĢərək özünə gəlmiĢdi. Nə hönkürtü eĢidildi, nə də göz
yaĢları axdı. Bir neçə saniyə sonra artıq əllərimi üzümdən çəkib
masanın üstünə qoymuĢdum. Ġçimdə nələr hiss etdiyimi dərk edə
bilmirdim, yalnız onu bilirdim ki, özümü ələ alıncaya qədər bloka heç
kim gəlməyib. Kiminsə üzümdə görə biləcəyi Ģey məni qorxudurdu.
“Bloka dair Raport” blankını özümə tərəf çəkdim. Ən yeni
“çətin uĢağımın” az qala Din Stantonu necə boğduğunu yazmaq üçün
bir qədər gözləmək və sakitləĢmək lazım idi, amma blankın Ģablon
hissəsini elə indi də yazıb doldura bilərdim. Elə düĢünürdüm ki, əl
yazım da qəribə, gülməli – titrək – alına bilər, amma yazdıqca
görürdüm ki, normal, həmiĢə olduğu kimi alınır.
www.vivo-book.com
215
Raportu yazmağa baĢlayandan cəmi beĢ dəqiqə sonra karandaĢı
masanın üstünə qoyub yerimdən qalxdım və fizioloji ehtiyacımı
ödəmək üçün kabinetimin qonĢuluğundakı tualetə getdim. Əslində, o
qədər də güclü ehtiyacım yox idi, amma düĢünürəm ki, mənə nə
olduğunu bir an öncə yoxlamaq üçün səbirsizlənirdim. Sidiyin
axmasını gözləyərkən mənə elə gəlirdi ki, səhər tualetə gedəndə
olduğu kimi, yenə içimdən sınıq ĢüĢələr “çıxacaq”, dözülməz ağrı hiss
edəcəyəm. Çünki o, yalnız məni hipnozla müvəqqəti olaraq rahatlada
bilərdi.
Amma heç bir ağrı hiss etmədim, unitaza tökülən mayedə irinə
bənzər heç nə görünmürdü, tamamilə tərtəmiz idi. Mən Ģalvarımın
qabağını düymələdim, unitazın zəncirini dartıb suyu boĢaltdım və
növbətçi masasına geri dönüb yerimə oturdum.
Nə baĢ verdiyini bilirdim; məncə, hipnoz altında olduğuma
özümü inandırmaq istəyəndə də bunu bilirdim. Mən həqiqətən
sağalmıĢdım. Qadir Allahıma Ģükürlər olsun! Hələ kiçik yaĢlarından
anam və xalalarımın xüsusi rəğbət bəslədiyi baptist və ya əllibaĢılar
kilsələrinə müəyyən aylarda gedə-gedə böyümüĢdüm və “Qadir
Allahıma Ģükürlər olsun” kimi möcüzəvi sağalmalar haqqında çox
hekayələr eĢitmiĢdim. Bu hekayələrin hamısına inanmasam da, belə
rəvayətləri danıĢan bir çox insana inanırdım. Söhbətlərinə inandığım
adamlardan biri də Roy Delfins idi. Mənim altı yaĢım olanda o öz
ailəsi ilə bizdən təxminən iki mil uzaqlıqda olan bir evdə yaĢayırdı. O,
www.vivo-book.com
216
təsadüfən öz oğlunun balaca barmağını balta ilə kəsmiĢdi. Evin
arxasında odun yararkən ona kömək eləyən oğlu ehtiyatsızlıq edərək
barmağını tutduğu tirin üstünə qoymuĢ və o da baltanı uĢağın
barmağına vurmuĢdu. Roy Delfins deyirdi ki, o, həmin il bütün payız
və qıĢı ibadət etməklə keçirərək dizləri ilə xalını sürtüb dəlibmiĢ,
yazda isə onun oğlunun balaca barmağı, hətta dırnağı da yenidən
əmələ gəlibmiĢ. Cümə axĢamı keçirilən Ģənlikdə Roy Delfins bu
hadisəni danıĢanda mən ona inandım. O, əllərini kombinezonun
ciblərinə salıb bizə bu hekayəni danıĢanda sözlərində həqiqi bir
səmimiyyət hiss olunurdu. Ona görə də ona inanmamaq mümkün
deyildi. “Barmaq böyüməyə baĢlayanda yaman qaĢınırdı və oğlum
gecələri yata bilmirdi, – Roy Delfins deyirdi, – amma oğlum bunun
ilahi bir qaĢınma olduğunu baĢa düĢürdü və ona görə də Ģikayət
etmədən dözürdü. Hər Ģeyə qadir olan Tanrıma Ģükürlər olsun!”
Roy Delfinsin danıĢdığı bu tipli saysız-hesabsız hekayələrdən
yalnız biri idi. Mən beləcə möcüzələr və Ģəfa tapmalara inam ənənələri
ilə tərbiyə edilərək böyümüĢəm, – əlbəttə ki, həm də tilsimlərə (amma
orada, dağlarda biz onu “mövsüm” sözü ilə qafiyələndirirdik): ziyilə
qarĢı bataqlıq suyu, itirilmiĢ məhəbbətdən ağrıyan ürəyin acılarını
yüngülləĢdirmək üçün balıĢın altında mamır saxlamaq və s. “tilsim”
adlandırdığımız bir çox baĢqa Ģeylər... Lakin mən Con Koffinin
cadugər olduğuna inanmırdım. Onun gözlərinin içinə baxmıĢdım.
www.vivo-book.com
217
Daha vacibi isə mən onun toxunuĢunu hiss etmiĢdim; bu, bir nov
əsrarəngiz və əcaib bir həkimin toxunuĢuna bənzəyirdi.
“Mən sizə kömək etdim, elə deyilmi?”
Bu sözlər beynimdə elə hey durmadan səslənir, səslənirdi, sanki
beynindən silib ata bilmədiyin bir mahnının nəqarəti, ya da ovsun
sözləri idi.
“Mən sizə kömək etdim, elə deyilmi?”
Hə, elədi, amma mənə kömək eləyən o yox, Tanrı idi. Con Koffi
hər dəfə “mən” sözünü təkəbbürdən yox, bilməməzlikdən deyirdi;
lakin iyirmi iki yaĢlı anamın və xalalarımın sidq-ürəkdən bağlı
olduqları kilsələrdə – onların böyük əksəriyyəti Ģam ağacından balaca
daxmalar idi – eĢitdiklərimdən bilirdim (ən azından inanırdım) ki,
sağalma nə Ģəfa tapandan, nə də xəstəni sağaldandan asılıdır. Burada
əsas Ģey, sadəcə, Qadir Tanrının iradəsidir. Xəstə adamın sağaldıqdan
sonra sevinməsi normaldır, lakin xəstəlikdən sağalmıĢ Ģəxs sonra –
Allahın iradəsi və bu iradənin hansı fövqəltəbii yollardan keçərək
yerinə yetirildiyini düĢünmək üçün – özünə “nə üçün” sualını verməyə
borcludur.
Bəs belə olan halda Allah məndən nə istəyirdi? UĢaq qatilinin
əllərinə Ģəfa gücünü tapĢıranda Allahın belə Ģiddətlə istədiyi Ģey nə
idi? Səbəb nə idi ki, Allah mənim evdə it kimi, xəstə halda, dərimdən
axan tərin kükürd iyi verdiyi yatağımda qalmaq əvəzinə, iĢdə
olmağımı istədi?
|