www.vivo-book.com
630
– Mən gedirəm, – o dedi, – amma sabah sən buraya gələndə...
Polli... qapının üstündə yeni və iri bir qıfıl görəcəksən. Qocalar evinin
sakinlərinə buraya gəlmək olmaz, missis “Mənim Üfunətli Qoca
Kaftarım”, mənim haqqımda hansı Ģər sözləri deməsindən asılı
olmayaraq. Hələ bir döĢəməyə baxın! Bütüm taxtalar əyilib və
çürüyüb! Əgər onların üstü ilə gəzsəniz, sizin sümüklü və qoca
ayaqlarınız onların arasına düĢüb quru budaq kimi sına bilər. Ona görə
də, əgər istəyirsinizsə, öz ölü siçanınızı da götürüb buradan çıxın. Hə
bitti, sizin bu eĢq yuvanız artıq bağlandı.
O, sözünü bitirib geri çevrildi və rəqibi ilə, ən azından, heç-heçə
oynamıĢ bir adam görkəmi ilə çıxıb getdi. O, gözdən itincəyə qədər
mən gözlədim, sonra Mister Cinqlzı ehtiyatla Eleynin ovcundan
götürdüm. Birdən gözüm masanın üstündəki nanəli konfetlər olan
torbaya sataĢdı və həmin anda daha özümü saxlaya bilmədim:
gözlərimdən qeyri-ixtiyari olaraq yaĢlar axmağa baĢladı. Bilmirəm
niyə, amma son vaxtlar ağlamaq üçün elə bircə himə bənd idim.
– Köhnə dostumu dəfn etməkdə mənə yardım edərsənmi? – Bred
Dolanın ağır addım səsləri kəsiləndən sonra Eleyndən soruĢdum.
– Hə, Pol, edərəm, – deyərək o, qollarını mənim belimə doladı
və baĢını mənim çiynimə qoydu. Sonra isə bir qoca və əyri barmağı ilə
Mister Cinqlzın hərəkətsiz böyrünü sığalladı. – Bu iĢdə sənə kömək
etməkdən məmnun olaram.
www.vivo-book.com
631
Beləliklə, biz bağbanın sarayından balaca bir kürək götürdük,
axĢam kölgələri ağacların arası ilə uzandığı vaxt Delin sevimli siçanını
dəfn elədik və sonra Ģam yeməyi yemək və həyatımızın qalıqlarını bir
yerə toplamaq üçün geri qayıtdıq. Həmin axĢam mən uzun-uzadı
Delakruanın haqqında düĢündüm, onun mənim kabinetimdəki yaĢıl
xalının üstündə diz çökərək dua oxuyarkən onun qırxılmıĢ baĢının
lampanın iĢığında necə parıldaması, məndən Mister Cinqlzın qayğısına
qalmağı və o əclafı siçana yaxın buraxmamağı xahiĢ etməsi haqqında
düĢündüm. Amma yenə də, sonunda o əclafın əli bizə çatmıĢ,
hamımıza zərər yetirə bilmiĢdi, elə deyilmi?
– Pol? – deyə Eleyn sual dolu baxıĢlarını mənə zilləmiĢdi. Onun
səsi nəvaziĢli və yorğun idi. Hətta balaca bir qəbir qazıb orada siçanı
basdırmaq da bizim kimi qoca sevgililər üçün həyəcanverici ola bilər.
– Sən yaxĢısanmı?
Mənim əlim onun belindən tutmuĢdu. Mən əlimi yüngülcə
sıxdım.
– Mən yaxĢıyam, – deyə cavab verdim.
– Bir ora bax, – deyərək o mənə üfüqü göstərdi. – GünəĢin
batmasına bax, gör nə gözəl mənzərədir. Bəlkə dayanıb bir az qüruba
tamaĢa edək?
– YaxĢı, – deyə mən cavab verdim və biz bir-birimizin belini
qucaqlamıĢ vəziyyətdə çəmənlikdə dayanaraq bir müddət qüruba
www.vivo-book.com
632
tamaĢa etdik; əvvəlcə səmada al-əlvan rənglər göründü, amma sonra
bu rənglər solaraq kül rəngini aldı.
“Sainte Marie, Mere de Dieu, priez pour nous, pauvres pecheurs,
maintenant et a l'heure de notre mort” (Müqəddəs Məryəm, Tanrı
Anası, həm indi, həm də ölüm saatımızda bizim üçün, zavallı günahkar
bəndələr üçün dua elə!)
Amin.”
13
1956-cı il.
Alabamada yağıĢ yağır.
Bizim üçüncü nəvəmiz, Tessa adında bu gözəl qız Florida
Universitetinin məzunu olmağa hazırlaĢırdı. Biz Qreyhounda getdik. O
zaman mənim altmıĢ dörd – demək olar ki, hələ lap uçaq idim –
Cenisin isə əlli doqquz yaĢı vardı. O, həmiĢə olduğu kimi cazibədar
idi. Ən azından mənim üçün. Biz salonun arxa hissəsində oturmuĢduq
və bu xoĢbəxt hadisəni qeydə ala bilməsi üçün ona yeni kamera
almadığına görə durmadan, elə hey mənə deyinirdi. Bir də ki, onun
www.vivo-book.com
633
deyinməyinin əsas səbəbi, məncə, bu uzaq yol onu yormuĢ, özü ilə
götürdüyü kitab – Perri Meyson haqqında – isə onun xoĢuna gəlirdi.
Ora çatandan sonra dükanları gəzmək üçün bizim hələ bir gün
vaxtımızın olacağını və əgər o istəsə, yeni kamera ala biləcəyimizi və
bunun bizim büdcəmizə heç bir mənfi təsirin olmayacağını demək
üçün elə ağzımı açmıĢdım ki, mənim yaddaĢımda böyük bir ağ ləkə
əmələ gəldi, elə bil kameranın lentini kimsə günəĢ Ģüalarının altına
qoymuĢdu.
O qəzanı xatırlayırsınızmı? DüĢünürəm ki, bəziləriniz həmin
qəza haqqında oxumuĢ ola bilərsiniz, lakin böyük əksəriyyətinizin
yəqin bundan xəbəri yoxdur. Bununla belə, bu qəza baĢ verəndə,
sahildən sahilədək bütün qəzetlərin birinci səhifələrində bu haqda
məqalələr yazılmıĢdı. ġıdırğı yağan yağıĢda biz artıq Birminqemdən
çıxmıĢdıq, Cenis öz köhnə kamerası və partlayan təkər haqqında
durmadan gileylənirdi. Avtobus buzlu yolda kənara sürüĢmüĢ və
qarĢıdan gələn içi gübrə ilə dolu yük maĢını onun yan hissəsinə
girmiĢdi. Yük maĢını ən azı saatda yüz kilometr sürətlə gələrək
avtobusu körpünün dayağına çırpmıĢ və betona çırpılan avtobus iki
hissəyə bölünmüĢdü. Ġki parıldayan və yağıĢ suyunda islanmıĢ hissə
bir-birinə əks istiqamətdə uçdu, içində yanacaq çəni olan hissə partladı
və ondan çıxan qırmızımtıl-qara rəngli Ģarabənzər od-alov yağıĢlı boz
səmaya ucaldı. Bax, elə indicə Cenis öz köhnə “Kodak”ı haqqında
gileylənirdi, amma bir an sonra mən artıq yağıĢın altında, yeraltı
www.vivo-book.com
634
keçidin uzaq tərəfində, yerdə uzanmıĢdım və kiminsə çamadanından
havaya fırlamıĢ bir cüt mavi rəngli neylon tumana baxırdım. Onların
üstündə qara sapla “ÇərĢənbə” sözü tikilmiĢdi. Hər tərəf ağzı açıq
çamadanlar və cəsədlər ilə dolu idi. Bir də insan bədənlərinin parça-
parça olmuĢ müxtəlif fraqmentləriylə. Avtobusda yetmiĢ üç sərniĢin
vardı və onlardan cəmisi dördü xilas ola bilmiĢdi. Xilas olanlardan biri
və heç bir ciddi xəsarət almayan yeganə adam da mən idim.
Mən ayağa qalxdım və ətrafa səpələnmiĢ çamadanların, insan
cəsədlərinin və insan bədənlərinin parça-parça olmuĢ müxtəlif
fraqmentlərinin arasında ləngər vura-vura dolaĢaraq arvadımı
çağırmağa baĢladım. Yadımdadır ki, hələ ayağımla bir zəngli saatı
vurub kənara atdım, bir də yadımdadır ki, üzünün yarısı olmayan
təxminən on üç yaĢlı və ayağında “P.F. flayerz” idman ayaqqabıları
olan bir oğlan uĢağının cəsədini gördüm. YağıĢ dənələrinin üzümə
zərblə çırpıldığını hiss edirdim, sonra mən yeraltı keçidə girdim və
yağıĢ damcıları bir müddət üzümü döyəcləməyə ara verdi. Yeraltı
keçidin o biri baĢından çıxanda isə, hər Ģey yenidən baĢladı. YağıĢ
damcıları yenidən alnımı və üzümü qamçılayırdı. Cenisin yerdə, gübrə
daĢıyan yük maĢının parçalanmıĢ kabinəsinin yaxınlığında uzandığını
gördüm. Mən onu əynindəki qırmızı donundan tanımıĢdım – bu don
onun ən sevdiyi paltarlarından ikincisi idi. Ən yaxĢı paltarını isə,
əlbəttə ki, o, məzun olma mərasimi üçün saxlayırdı.
www.vivo-book.com
635
O, hələ ölməmiĢdi. Mən sonralar çox düĢünmüĢdüm ki, əgər o,
dərhal ölsəydi, daha yaxĢı olardı, ən azından mənim üçün. Əgər elə
olsaydı, onunla ayrılmaq mənim üçün daha asan, daha təbii olardı.
Bəlkə də mən özümü bu fikirlərlə, sadəcə, aldadıram. Bir Ģeyi dəqiq
bilirəm ki, mən ondan heç vaxt əlimi üzməzdim, yox, heç vaxt
üzməzdim.
Onun bütün bədəni əsirdi. Onun bir ayağından tuflisi çıxmıĢdı və
yalın ayağının necə titrədiyini görə bilirdim. Onun gözləri açıq olsa da,
heç nə görmürdü, sol gözünə qan dolmuĢdu və tüstü qoxusu verən
yağıĢın altında mən onun yanında yerə çökəndə, yalnız bir Ģey
haqqında düĢünə bilirdim: onu elektrik stulunda edam edirlər; onu
elektrik stulunda edam edirlər və nə qədər ki gec deyildi, mən cərəyanı
kəsməli idim.
– Mənə kömək edin! – deyə qıĢqırdım. – Mənə kömək edin!
Məni eĢidən varmı? Kömək edin!
Heç kim yardıma gəlmədi, hətta səsimə hay verən belə olmadı.
YağıĢ isə ara vermədən yağırdı – iri və ağır damcılar mənim qara
saçlarımı isladaraq baĢıma yapıĢdırmıĢdı – mən isə Cenisi qollarımın
arasında tutaraq yardım gözləyirdim, amma heç kim gəlmədi. Onun
donuq gözləri qəribə bir heyrət ifadəsi ilə mənə baxırdı, BaĢının arxa
hissəsindən – ağır zədə nəticəsində yarılmıĢ baĢından – qan sel kimi
axırdı. Onun titrəyən və ara-sıra qıc olurmuĢ kimi sıxılıb-açılan əlinin
yanında üstündə “GREY” yazısı olan xromlanmıĢ polad bir parça
www.vivo-book.com
636
vardı. Onun yanında isə bir zamanlar biznesmen olmuĢ qəhvəyi
kostyumlu bir adamın bədəninin dörddə bir hissəsi yerə sərilmiĢdi.
– Mənə kömək edin! – deyə yenə qıĢqırdım və dönüb yeraltı
keçidə tərəf baxdım və Con Koffinin kölgəlikdə, sanki özü də bir
kölgə imiĢ kimi dayandığını gördüm – uzun qolları aĢağı sallanan, daz
baĢlı, nəhəng bir adam. – Con! – deyə bağırdım. – Hey Con, mənə
yardım elə, lütfən! Yalvarıram, Cenisə kömək elə!
YağıĢ damcıları mənim gözümə dolurdu. Suyu gözümdən
çıxarmaq üçün gözlərimi bir neçə dəfə yumub açdım və Con Koffi
artıq orada yox idi. Mən Con Koffiyə bənzətdiyim kölgələri gördüm,
amma sizi inandırıram ki, mənim orada gördüklərim, sadəcə, kölgələr
deyildi. Mən buna tamamilə əminəm. Con orada idi. Bəlkə də mənim
gördüyüm onun xəyalı idi, amma Con orada idi və onun üzündəki
yağıĢ suyu ilə aramsız axan göz yaĢları bir-birinə qarıĢmıĢdı.
Ceni qollarımın üstündə can verdi. Elə oradaca, yağıĢın altında,
gübrə daĢıyan yük maĢınının yanmıĢ dizel yanacağının qoxusu gələn
kabinənin yanındaca öldü. Onun huĢu bir dəfə də olsun geri qayıtmadı:
gözləri aydınlaĢmadı, dodaqları son sevgi sözlərini pıçıldamadı. Onun
bədəni, sadəcə, qollarımın arasında titrəyərək dartındı və hər Ģey bitdi.
Keçən uzun illər ərzində, mən ilk dəfə Ġndianola Mərkəzi
Xəstəxanasının həkimlərinin qısa müddətdən sonra öləcəyini
söylədikləri xəstə, Melinda Murs haqqında düĢündüm. Yatağında
balıĢlara söykənərək oturmuĢ canlı və aydın gözləri ilə Con Koffiyə
www.vivo-book.com
637
baxan sağlam və gümrah Melinda Murs haqqında düĢündüm. “Mən
yuxularımda görürdüm ki, sən qaranlıqda sərgərdan dolaĢırdın, elə
mən də. Və nəhayət, biz bir-birimizi tapdıq. ”
Mən zavallı arvadımın yarılmıĢ baĢını Ģtatlararası Ģosenin islaq
yoluna qoydum, ayağa qalxdım (bunu asanlıqla etdim, çünki sol
əlimdəki yaradan baĢqa, hər yerim salamat idi) və yeraltı keçidin
önündəki kölgələrə onun adını qıĢqırdım.
– Con! Con Koffi! Haradasan, dostum?
Mən xəzi qana bulaĢmıĢ oyuncaq ayı balasını, metal sağanaqlı və
ĢüĢələrindən biri sınmıĢ eynəyi və çeçələ barmağında üzük olan
biləyindən üzülmüĢ bir əli ayağım ilə yolumdan kənara vuraraq həmin
kölgələrə tərəf addımladım.
– Sən Halın arvadını xilas etdin, bəs mənim arvadımı niyə xilas
etmədin? Niyə Cenisi xilas etmədin? Axı mənim Cenisim niyə xilas
edilməsin?
Heç bir cavab gəlmədi; sadəcə yanan cəsədlərin və dizel
yanacağının qoxusu, yalnız aramsız olaraq boz səmadan tökülən və
beton döĢəməni döyəcləyən yağıĢ damcıları. Arvadımın ölü cəsədi
mənim arxamda, yolun üstündə uzanmıĢdı. Nə onda bir cavab
gəlmiĢdi, nə də indi. Əlbəttə ki, 1932-ci ildə Con Koffi təkcə Melli
Mursun ya da Delin makara ilə min oyundan çıxan və Delakruanın
bizim blokumuza düĢməsindən uzun müddət əvvəl… Con Koffinin
www.vivo-book.com
638
həbsxanamıza gəliĢindən hələ çox-çox əvvəl Delakruanı axtaran
siçanın həyatını xilas etməmiĢdi.
Con məni də çəkdiyim ağrı-acılardan xilas etmiĢdi və uzun illər
sonra, aramsız tökən Alabama yağıĢının altında dayanıb, yeraltı
keçidin önündəki kölgələrin arasında olmayan bir adamı axtararkən və
ətrafa səpələnmiĢ baĢqa əĢyaların və ölmüĢ insanların cəsədlərinin
arasında dolaĢarkən mən çox dəhĢətli bir həqiqəti dərk etdim: bəzən
qurtulmaq və lənətlənmək arasında heç bir fərq olmadığını baĢa
düĢdüm.
Biz ikimiz də onun çarpayısının kənarında oturanda – 1932-ci
ilin noyabr ayının on səkkizində – içindən nəyinsə keçdiyini hiss
etmiĢdim. Onun içindən çıxan hər nə idisə mənim içimə dolurdu.
Onun içində olan bu qəribə güc bizim bir-birinə birləĢmiĢ əllərimizdən
keçərək, bizim sevgimizin, ümidlərimizin və xeyirxah niyyətlərimizin
heç vaxt edə bilməyəcəyi bir tərzdə, mənim içimə daxil olurdu.
Əvvəlcə, mən bədənimdə yüngül sancılar hiss etmiĢdim, sonra bu
sancılar nəyəsə böyük və aĢıb-daĢan dalğayabənzər bir Ģeyə çevrildi.
Bu elə bir güc idi ki, nə ona qədər, nə də ondan sonra buna bənzər bir
Ģey hiss etmiĢdim. O gündən bəri mən bir dəfə də olsun belə nə
sətəlcəm, nə qrip olmuĢ, nə də boğazımı soyuğa vermiĢdim. Mən daha
heç vaxt sidik yollarının infeksiyasına da tutulmadım və hətta kəsik
yaralarıma da heç bir infeksiya düĢmədi. Bəzən soyuqladığım vaxtlar
olurdu, amma çox nadir hallarda: altı yeddi ildə bir dəfə. Baxmayaraq
www.vivo-book.com
639
ki, gec-gec xəstələnən insanlar xəstələndikdə onu daha ağır keçirirlər,
amma məndə hər Ģey tamamilə əksinə idi. Günlərin birində, həmin
dəhĢətli 1956-cı ildə mənim böyrəyimdən sidik kanalı ilə daĢ çıxmıĢdı.
Ġndi deyəcəklərim sizə nə qədər qəribə görünsə də, bu daĢ çıxarkən
hiss etdiyim ağrıya içimdə hansısa bir hissəm hətta sevinirdi də. Sidik
yollarımın infeksiyasından sonra keçən iyirmi dörd il ərzində bu
mənim hiss etdiyim yeganə ciddi ağrı olmuĢdu. Mənim dostlarımı,
sevdiyim insanları bir-birinin arxasınca son nəfərinədək aparan
xəstəliklər də – iflic, xərçəng, infarkt, qaraciyər xəstəlikləri, qan
xəstəlikləri – yolda maral və ya yenotun yanından keçmək üçün
istiqamətini dəyiĢən maĢınlar kimi məndən yan keçirdi. Həyatımda
düĢdüyüm ən ciddi qəzada isə, sadəcə əlim cızılmıĢdı. 1932-ci ildə
Con Koffi mənə həyatın özünü peyvənd etmiĢdi. Demək olar ki, məni
həyat enerjisi ilə “elektrikləĢdirmiĢdi”. Sonunda, mən də öləcəyəm,
əlbəttə ki, öləcəyəm. Hətta ölümsüzlük haqqında xülyalarım vardısa
da, Mister Cinqlzın ölümü ilə onlar da öldü. Lakin ölüm məni
tapandan bir xeyli əvvəl, ölümü arzulamağa baĢlamıĢdım. Düzünü
desəm, mən ölümümü çox arzulayıram, xüsusilə də Eleyn Konnelli
vəfat edəndən sonra. Bu haqda danıĢmağına dəyərmi?
Ġndi bu səhifələri öz titrəyən və xallı əllərim ilə vərəqləyərkən,
düĢünürəm ki, görəsən, insanın mənəviyyatını zənginləĢdirən və
nəcibləĢdirən o kitablarda olduğu kimi, mənim yazdıqlarımda da bir
məna varmı? Və yenə də, xəyalən öz uĢaqlıq çağlarımdakı moizələrə,
www.vivo-book.com
640
Ġlk Ġsaya AlqıĢ, Allah Hər ġeyə Qadirdir Kilsəsindəki səsli-küylü və
təntənəli yığıncaqlara qayıdıram və yadımdadır, keĢiĢlər deyərdilər ki,
Allahın gözü hər Ģeyi görür, hətta öz məxluqlarının ən xırdalarını belə.
Mən Mister Cinqlz və tirin dəliyində tapdığımız talaĢalar haqqında
düĢünəndə, baĢa düĢürəm ki, bu həqiqətən belədir. Amma Allah
hamıya öz imkanları daxilində yaxĢılıq etməyə çalıĢan Con Koffini
qurban vermiĢdi, lap Əhdi-Ətiq peyğəmbərinin aciz bir quzunu qurban
etdiyi kimi… Ġbrahim peyğəmbərin öz oğlunu qurban kəsməyə, əgər
ona bunu etmək əmr edilərdisə, hazır olduğu kimi. Mən Con Koffinin
dediyi sözlər haqqında düĢünürəm – Uorton Detteriklərin əkiz qızlarını
onların bir-birinə olan sevgisindən istifadə edərək öldürmüĢdü və belə
Ģeylər hər gün, hər yerdə baĢ verir. Əgər belə Ģeylər baĢ verirsə,
deməli, Allah özü buna imkan verir. Və biz deyəndə: “BaĢa
düĢmürük”, Allah cavab verir: “Mənim üçün bunun fərqi yoxdur”.
Mən arxamı ona tərəf çevirib dayanarkən və bütün diqqətimin
hisləri ən yaxĢı halda kinli maraqdan baĢqa bir Ģey olmayan yaramaz
bir adamla məĢğul ikən, ölmüĢ Mister Cinqlz haqqında düĢünürəm.
YağıĢın altında, onun yanında diz çökdüyüm zaman bütün bədəni
titrəyən Cenisin ölümü və onun son anları haqqında düĢünürəm. Onun
kamerasında oturduğum gün mən ona: – “Daha bəsdir, dayan” demək
istəmiĢdim. “Əllərimi burax. Əgər buraxmasan, boğulacağam, ya da
partlayacağam. Boğulacağam ya da partlayacağam.”
www.vivo-book.com
641
– Sən partlamayacaqsan, – deyərək o mənim düĢüncəmi eĢitmiĢ
və bu fikrə gülümsəmiĢdi. Ən dəhĢətlisi də o idi ki, mən həqiqətən
partlamamıĢdım. Mənə heç nə olmamıĢdı.
Ən azından mənim də qocalara xas bir xəstəliyim var: mən
yuxusuzluqdan əziyyət çəkirəm. Gecə yarısından bir xeyli keçmiĢ mən
yatağımda uzanıb öskürərək daha dərin qocalıq yaĢlarında özləri üçün
yol açan qoca və əldən düĢmüĢ kiĢilərin və qadınların ümidsiz
səslərinə qulaq asıram. Bəzən də, çağırıĢ zənginin səsini, dəhlizdə
gəzən insanların ayaqqabılarının cırıltısını ya da missis Cavitsin gecə
xəbərlərinə köklənmiĢ balaca televizorunun səsini eĢidirəm. Mən
beləcə yatağımda uzanıram və əgər pəncərəmdə Ay görünürsə, ona
tamaĢa edirəm. Yerimdə uzanıb Brutus, Din və bəzən də Uortonun:
“Düz deyirsən, zənci, məndən pisini tapa bilməzsən” – kimi dediyi
sözlər haqqında düĢünürəm. Delakruanın: “Bir buna tamaĢa edin,
mister Eckum, görün mən Mister Cinqlza hansı yeni fəndi
öyrətmiĢəm” – deməsini xatırlayıram. Solarium otağının qapısında
dayanmıĢ Eleynin Bred Dolana məni rahat buraxmasının söyləməsini
yadıma salıram. Bəzən mürgülədiyim vaxtlar da olur, onda mən
yuxumda leysan kimi tökən yağıĢda yeraltı keçidi və onun önündəki
kölgəlikdə dayanmıĢ Con Koffini görürəm. Mənim yuxularımda
gördüklərim göz aldatmacası deyil, lap həqiqidir, mənim gördüyüm
adam Con Koffinin özüdür, mənim nəhəng dostum, o, həmiĢə orada
dayanır və baxır. Mən isə öz yatağımda uzanıb gözləyirəm. Cenis
www.vivo-book.com
642
haqqında düĢünürəm, onu necə itirdiyim haqqında düĢünürəm. Onu
qırmızı qan kimi yağıĢın altında barmaqlarımın arasından süzülərək
məni necə tərk etdiyi haqqında düĢünürəm və gözləyirəm. Biz
hamımız ölməliyik, heç bir istisna olmamalıdır. Mən bunu baĢa
düĢürəm, amma, Aman Allah, bəzən YaĢıl Mil necə də uzun olur.
Son
Dostları ilə paylaş: |