www.vivo-book.com
16
və biz bu insanların ölü ruhlarını gəzdirən bədənlərini öldürmək
məcburiyyətində qalırıq.
Mən yenidən nəhəngə tərəf döndüm:
– Əgər Harriyə sənin zəncirlərini açmağa icazə versəm, özünü
yaxĢı aparacaqsanmı?
O, baĢını yırğaladı – aĢağı və yuxarı, sonra yenə öz yerinə –
mərkəzə. Onun soyuq baxıĢlı gözləri mənə baxırdı. Bu gözlərdə qəribə
bir sakitlik vardı, amma bu etibar edəcəyim sakitlik deyildi.
Barmağımla Harrini çağırdım, o, kameraya daxil olub zəncirləri
açdı. Harri qorxmurdu – hətta əyilib Koffinin ağac gövdəsi kimi iri
ayaqlarındakı buxovları açanda belə. Onun bu davranıĢı mənə də
sirayət elədi. Harri Persiyə görə təlaĢlanırdı, mən isə onun duyumuna
inanırdım. Mən Persidən baĢqa “E” blokundakı bütün iĢçilərimin
duyumuna inanırdım.
Yeni gələnlər üçün mənim qısa bir nitqim vardı, amma bu nitqi
belə qeyri-normal görünən Koffi üçün söyləməyin doğru olub-
olmadığına əmin deyildim.
Harri kənara çəkiləndən sonra (Koffi zəncirlərin açılma
mərasimi ərzində heykəl kimi tərpənmədən durmuĢdu) barmağımla
qovluğu tıqqıldadaraq, yeni gəlmiĢ bu məhbusa baxıb dedim:
– DanıĢa bilirsənmi cavan oğlan?
– Bəli, ser, boss, bilirəm, – o, cavab verdi. Onun səsi dərin və
kifayət qədər gurultulu idi. Bu səs yenicə sazlanmıĢ traktor
www.vivo-book.com
17
mühərrikini xatırladırdı. Onun nitqində cənub ləhcəsi hiss olunmasa
da, sonralar onun cümlələrində cənuba aid bəzi Ģeyləri tuta bilmiĢdim.
Sanki cənubdan gəlmiĢdi, amma orada doğulub böyüməmiĢdi. DanıĢıq
tərzindən ona nə savadsız, nə də savadlı demək olardı. Həm nitqi, həm
də bir çox baĢqa Ģeyləri ilə Koffi mənim üçün bir tapmaca idi. Məni ən
çox narahat edən isə onun gözlərindəki sakitlik və laqeydlik ifadəsi idi,
elə bil, bədəni burada olsa da, özü çox-çox uzaqlarda idi.
– Sənin adın Con Koffidir?
– Bəli ser, boss! Ġçki adı kimi, lakin baĢqa cür yazılır.
– Deməli, sən sözlərin yazılıĢını, yazıb-oxumağı bilirsən, eləmi?
– Bircə öz adımı, boss, – o, sakit səslə dedi.
Nəfəsimi dərdim və öz hazır nitqimin qısa variantını ona
söylədim. Onunla heç bir problemimin olmayacağını artıq baĢa
düĢmüĢdüm. Eyni zamanda, həm haqlı idim, həm də yanılırdım.
– Mənim adım Pol Eckumdur, – dedim. – “E” blokunun baĢ
nəzarətçisiyəm. Əgər sənə bir Ģey lazım olsa, məni adımla çağır. Əgər
olmasam, bu adamdan xahiĢ elə. Onun adı Harri Tervilligerdir. Ya da
cənab Stantonu və ya cənab Hovelli çağır. BaĢa düĢdünmü?
Koffi baĢını yırğaladı.
– Amma düĢünmə ki, hər istədiyini alacaqsan. Sənə nə lazım
olduğuna burada biz qərar veririk. Bura mehmanxana deyil. BaĢa
düĢdünmü?
O, yenə baĢını yırğaladı.
www.vivo-book.com
18
– Həbsxananın baĢqa yerlərindən fərqli olaraq, bura sakit yerdir,
dostum. Burada yalnız sən və Delakrua var. Sən iĢləməyəcəksən,
əsasən, öz kameranda oturacaqsan. DüĢünmək üçün kifayət qədər
vaxtın olacaq – hətta deyərdim ki, lazım olandan da çox. Amma hesab
et ki, bunu mən deməmiĢəm. Bəzən biz radionu da qoĢuruq. Radioya
qulaq asmağı xoĢlayırsanmı?
O, yenə baĢını yırğaladı, amma bu dəfə bir qədər qeyri-
əminliklə. Elə bil, bunun nə olduğunu bilmirdi. Sonralar mən,
müəyyən mənada, bunun belə olduğunu öyrəndim. Koffi əvvəllər
rastlaĢdığı əĢyaları tanıya bilirdi, amma sonra onları yaddan çıxarırdı.
O, “Bizim qızın bazar günü”dəki personajları tanıyırdı, amma sonda
onların baĢına nə gəldiyini yadına sala bilmirdi.
– Özünü yaxĢı aparsan, yeməyini vaxtında yesən, nə dəhlizin
baĢındakı tək kameraya düĢəcəksən, nə də kürəyində düymələri olan o
brezent paltarı geyinəcəksən. Bizim məhbusların futbol oynadığı Ģənbə
günləri istisna olmaqla, hər gün saat dörddən altıyadək həyətdə iki
saatlıq gəzintiyə çıxacaqsan. Əgər səni görmək istəyən bir kimsən
varsa, bazar günləri nahardan sonra ziyarət saatlarıdır. Belə bir adamın
varmı, Koffi?
O, baĢını yırğaladı:
– Belə bir adam yoxdur, boss, – dedi.
– Bu, sənin vəkilin də ola bilər.
www.vivo-book.com
19
– Məncə, onu daha görməyəcəyəm, – dedi. – Mənə vəkili
müvəqqəti vermiĢdilər. Onun buraya yol tapacağını düĢünmürəm.
Zarafat edib etmədiyini aydınlaĢdırmaq üçün ona diqqətlə
baxdım: o, zarafat etmirdi. Əslində, baĢqa cür də gözləmirdim.
BağıĢlanmaq Con Koffi kimilər üçün deyildi, ən azından, o vaxtlar.
Onlara məhkəmədə bir gün sərf edilirdi və sonra qəzetlərdə “filankəs
gecəyarısı bir qədər elektrik qəbul etdi” kimi sətirlər gedənədək bütün
dünya onları yaddan çıxarırdı. Arvadı, uĢaqları və dostları ilə
görüĢmək üçün bazar günlərini gözləyənlərə nəzarət etmək daha asan
idi – ümumiyyətlə, onlara nəzarətə ehtiyac vardısa. Bizim
timsalımızda yaxĢı ki, buna heç bir ehtiyac yox idi. Çünki o,
həqiqətən, nəhəng idi.
Mən bir qədər çarpayıda qurcalandım, sonra düĢündüm ki, ayağa
dursam, qasığımdakı ağrı-acı bir qədər azalar. Ayağa qalxdım. O,
ehtiramla kənara çəkilib əllərini sinəsində çarpazladı.
– Sənin üçün burada həyatın rahat, yoxsa ağır olacağı yalnız
özündən asılıdır, dostum. Mən bunu sənə demək üçün buradayam: sən
bizim hamımız üçün həyatı asanlaĢdıra bilərsən, çünki nə edirsən et,
son həmiĢə eynidir. Biz səninlə layiq olduğun kimi rəftar edəcəyik.
Sualın var?
– Yuxu saatlarında iĢığı yana-yana qoyursunuzmu? – o, fürsət
gözləyirmiĢ kimi dərhal soruĢdu.
www.vivo-book.com
20
Diqqətlə ona baxdım. Mən “E” blokuna yeni gələnlərdən qəribə
suallar çox eĢidirdim, – bir dəfə məndən arvadımın döĢlərinin
ölçüsünü də soruĢmuĢdular, – amma belə sual verən olmamıĢdı.
Koffi utancaq bir tərzdə gülümsədi, sanki bu suala görə onun
axmaq olduğunu düĢünəcəyimizi dərk etsə də, soruĢmaqdan özünü
saxlaya bilməmiĢdi.
– Bəzən qaranlıqdan qorxuram, – o, izah etməyə çalıĢdı. –
Xüsusilə də yad yerdə.
Mən yenə ona baxdım – onun nəhəng gövdəsinə – və ona qarĢı
qəribə, kövrək hisslər duydum və ona acıdım. Onlara acımaq olardı,
çünki biz onların pis keyfiyyətlərinin dəmirçi ocağının baĢında durmuĢ
Ģeytan kimi üzə çıxaraq meydan oxuduğu anları görmürdük.
– Hə, burada bütün gecə kifayət qədər iĢıqlı olur, – onu
sakitləĢdirməyə çalıĢdım. – Mildəki lampaların yarısı axĢam
doqquzdan səhər beĢədək yanır. – Sonra baĢa düĢdüm ki, nə dediyim
haqqında Koffinin heç bir anlayıĢı yoxdur: onun üçün YaĢıl Mil ilə
Missisipi çayındakı lil arasında heç bir fərq yoxdur, ona görə də əlimi
uzadaraq, – orada, dəhlizdə, – dedim.
O, rahatlaĢaraq baĢını yırğaladı. Mən hətta əmin deyildim ki, o,
dəhlizin nə olduğunu bilir, amma naqil torlu plafonların içindəki
ikiyüzlük lampaları görə bilərdi.
O vaxtadək heç bir məhbusa etmədiyim bir Ģey etdim – əlimi
ona uzatdım. Hələ də bunu nə üçün etdiyimi bilmirəm. Məndən
www.vivo-book.com
21
lampaları soruĢmuĢdu, bəlkə ona görə? Ola bilər. Harri Tervilligerin
heyrətdən gözləri bərəldi, həqiqi sözümdür. Koffi mənim əlimi qeyri-
adi bir zərifliklə öz əlinə aldı, əlim onun ovcunda görünməz oldu.
Bununla da hər Ģey bitdi. Mənim qatran qabıma daha bir pərvanə
düĢmüĢdü. Biz iĢi bitirdik.
Kameradan çıxdım. Harri qapını örtüb, hər iki kilidi bağladı.
Koffi tərpənmədən bir neçə saniyə dayandı, sanki bundan sonra nə
edəcəyini bilmirdi. Çarpayısına oturdu və dərd çəkən, ya da dua eləyən
adam kimi əllərini dizlərinin arasına alıb baĢını aĢağı dikdi. O öz
qəribə cənublu ləhcəsi ilə nəsə mızıldandı. Bunu çox aydın eĢitdim,
baxmayaraq ki, onun nə etdiyi haqqında çox Ģey bilmirdim –
etdiklərinə görə cəzasını alacağı vaxtadək onu bəsləmək və ona qulluq
etmək üçün haqqında çox Ģey bilməyə də ehtiyac yox idi – amma hələ
də yadıma düĢəndə tüklərim biz-biz olur.
– Əlimdən bir Ģey gəlmədi, boss, – o dedi. – Mən hər Ģeyi geri
qaytarmağa cəhd etdim, amma çox gec idi.
3
– Sənin Persi ilə problemin olacaq, – dəhlizlə kabinetimə
qayıdanda Harri dedi. Sin Stanton – mənim taqımımdakı, belə demək
olarsa, üçüncü Ģəxs (əslində, bizim qrupun daxilində heç bir tabeçilik
www.vivo-book.com
22
bölgüsü yox idi, amma bu vəziyyəti Persi anında yoluna qoyardı) –
masamın arxasında oturub sənədlərlə iĢləyirdi. Bu iĢlə özüm məĢğul
olmağa qətiyyən vaxt tapa bilmirdim. Ġçəri girəndə bizə baxdı və
eynəklərini iri barmaqları ilə silib, yenidən diqqətini kağızlara
yönəltdi.
– Elə birinci gündən bu sözgəzdirən satqınla problemlərim olub,
– deyə cavab verəndən sonra üzümü turĢudaraq, Ģalvarımın dibini
aĢağı çəkib ona göz vurdum. – O yekəpəri gətirərkən Persinin nə
qıĢqırdığını eĢitdinmi?
– Yox, – Harri dedi. – Mən burada idim. Buradan heç nə
eĢidilmir.
– Mən tualetdə idim və hər Ģeyi çox gözəl eĢitdim, – Din
dilləndi. O, bir kağız götürüb iĢığa tutaraq baxdı – mən çap edilmiĢ
mətnin üstündə qəhvə fincanının yumru izini gördüm – və sonra zibil
qabına atdı. – “Meyit gəlir”. Ola bilsin, bunu o öz sevimli
jurnallarından oxuyub.
Yəqin elə idi. Persi Uetmor “Argosi”, “Staq” və “KiĢi
Macəraları” jurnallarını çox sevirdi. Demək olar ki, bu jurnalların hər
nömrəsində həbsxana hekayələri dərc olunurdu. Yəqin Persi də bu
yazıları, tədqiqat aparan birisi kimi, böyük maraqla oxuyurdu. Elə bil,
o özünü bu mühitdə necə aparmalı olduğunun cavabını bu jurnallardan
tapmağa çalıĢırdı. O biz baltalı qatil Entoni Reyni edam etdikdən sonra
www.vivo-book.com
23
gəldi. BaĢ verənləri aparat otağından müĢahidə etsə də, edamda iĢtirak
etməmiĢdi.
– Onun qüdrətli tanıĢları var, – Harri dedi. – YaxĢı əlaqələri var.
Onu blokdan göndərdiyinə və real bir iĢ görməyə məcbur etmək
istədiyinə görə cavab verməli olacaqsan.
– Mən elə düĢünmürəm, – dedim. Mən elə düĢünmürdüm...
amma ümid edirdim. Bill Doc birisinin heç nə etmədən, dayanıb
qıraqdan baxmasına dözəcək bir insan deyildi. – Ġndi məni bu yekəpər
daha çox maraqlandırır. Yəni bizə problem yaradacaq, ya yox?
Harri cavabında baĢını yırğaladı.
– Trapinqus Kaunti vilayət məhkəməsində o özünü quzu kimi
sakit apardı, – Dinin səsi eĢidildi. O, sağanaqsız eynəyini çıxarıb
jiletinə sürtərək təmizləməyə baĢladı. – Onlar onun üstünə Skruc
Marlinin xəyalətinin üstündə gördüyündən daha çox zəncir asmıĢdılar,
amma o istəsəydi, bir anda onları qırıb cəhənnəmə vasil edə bilərdi. Bu
söz oyunudu, oğlum.
– BaĢa düĢdüm, – deyə cavab verdim, amma əslində heç nə
anlamamıĢdım. Sadəcə, Din Stantonun məni üstələməsini sevmirdim.
– O nəhəng birisidir, elə deyilmi? – Din soruĢdu.
– Hə, – təsdiqlədim, – inanılmaz dərəcədə nəhəngdir.
– Onda onun arxasını yaxĢıca qızartmaq üçün Qoca Qığılcıma
gedən cərəyanı artırmaq lazım olacaq.
www.vivo-book.com
24
– Qoca Qığılcıma görə narahat olmayın, – etinasız tərzdə dedim.
– O, necə nəhənglərin öhdəsindən gəlib.
Din burnunda eynəyin qırmızı iz saldığı yanlarını qaĢıdı və
baĢını yırğaladı.
– Hə, – deyə razılaĢdı. – Dediklərində həqiqət var. Bunu inkar
etmək olmaz.
Mən soruĢdum:
– Ġçinizdən kiminsə onun... Teftonda görünənədək haralarda
olduğu haqqında bir məlumatı varmı? Yerin adı Teftondur, elə
deyilmi?
– Hə, – Din dedi. – Tefton, Trapinqus qraflığında. Ora
gəlməzdən əvvəl onun haralarda olduğu və nə elədiyi haqqında heç
kim heç nə bilmir. Yəqin qraflıqda avara-avara gəzirmiĢ. Əgər bu
sənin üçün həqiqətən maraqlıdırsa, həbsxananın kitabxanasındakı
qəzetlərdən bu haqda daha çox məlumat tapmaq olar. Gələn
həftəyədək yəqin heç kim buralarda görünməyəcək, – Din qımıĢdı. –
Sən həm də öz kiçik dostunun yuxarıda necə inləyib sızıldadığına da
qulaq asa bilərsən.
– Hər halda, sınamağına dəyər, – dedim və bir qədər sonra,
axĢama yaxın oraya getdim.
Kitabxana həbsxananın avtomobil emalatxanası üçün nəzərdə
tutulmuĢ binasının – ən azından, plan belə idi – arxa tərəfində
yerləĢirdi. Məncə, bu, hökumətdən kim üçünsə pul qoparmaqdan
www.vivo-book.com
25
baĢqa bir Ģey deyildi; amma depressiya dövrü hələ də davam
etdiyindən mən, Persi barədə düĢündüklərim haqqında dilimi
saxladığım kimi, bu fikirlərimi də heç kimə söyləmirdim –
baxmayaraq ki, bəzən insan öz dilini dinc saxlaya bilmir. Çox vaxt dil
insana onun cinsiyyət orqanından daha çox problem yaradır.
Avtoemalatxana elə sözdə də qaldı və növbəti yaz həbsxana altmıĢ mil
uzağa, Brayton tərəfə köçdü. Zənnimcə, bunun arxasında daha çox
gizli sövdələĢmələr vardı, daha çox çirkli pullar ciblərə axdı. Mənə
görə, yaxĢı heç nə yox idi.
Administrasiya həyətin Ģərq hissəsindəki binaya köçdü,
xəstəxananı da köçürdülər (xəstəxananı ikinci mərtəbədə yerləĢdirmək
hansı əbləhin ağlına gəlmiĢdi? – bu, elə sirr olaraq qaldı). Kitabxana
avadanlıqla yalnız alayarımçıq təmin olunmuĢdu, – düzdü, elə əvvəllər
də burada çox Ģey yox idi, – o, boĢ dururdu. Köhnə bina üzünə taxta
vurulmuĢ isti bir qutu idi və “A” və “B” bloklarının arasında
yerləĢirdi. Tualetlər blokların divarlarına bitiĢik olduğuna görə bütün
binanı güclə sezilən sidik iyi basmıĢdı. Məncə, bu özü köçmək üçün
yeganə gözəl səbəb idi. “L” formalı kitabxana otağı isə mənim
kabinetimdən çox da böyük deyildi. Mən sərinləmək üçün ventilyator
axtardım, amma bir dənəsini belə tapa bilmədim. Ġçəridə havanın
temperaturu qırx dərəcədən yüksək olardı. Bir yerə əyləĢəndə qaynar
nəbz vurmasını öz qasığımda hiss edirdim. Bu da bir növ diĢ ağrısı
kimi idi. Bu cür bənzətmənin absurd olduğunu baĢa düĢürəm, xüsusilə
www.vivo-book.com
26
də haqqında söhbət etdiyim nahiyə baxımından, amma neyləyim ki,
keçirdiyim hissləri müqayisə üçün bundan uyğunu yoxdur. Bunun ən
ağrılı dövrü sidiyə çıxdığım an və dərhal bundan sonrakı dəqiqələrdir.
Tərslikdən də bura gəlməzdən əvvəl ayaqyoluna dəymiĢdim.
Burada məndən baĢqa bir nəfər də vardı – Gibbonz familiyalı
etibar qazanmıĢ arıq, qoca məhbus. ġlyapasını gözlərinə qədər çəkmiĢ
bu qoca dizlərinin üstündəki VəhĢi Qərbə aid bir romanla küncə
qısılaraq mürgü vururdu. Nə isti, nə də yuxarı mərtəbədəki
xəstəxanadan (orada temperatur, məncə, ən azı, on dərəcə daha yüksək
olmalıydı və ümid edirdim ki, ora Persi Uetmorun xoĢuna gəlir) gələn
donquldanma, taqqıltı və söyüĢlər onun heç vecinə deyildi. Qocanı
narahat etmədim, “L”-in qəzetlər saxlanan qısa hissəsinə getdim.
Dinin dediklərinin əksinə olaraq, qəzetlərin də ventilyatorlarla birgə
aparılacağından narahat idim. Amma... qəzetlər yerində qalmıĢdı və
Detteriklərin əkizlərinə dair yazını tapmaq o qədər də vaxt aparmadı;
cinayətin törədildiyi iyun ayından avqust-sentyabr aylarındakı
məhkəməyədək bu haqda qəzetlərin birinci səhifələrində yazılar
getmiĢdi.
Tezliklə istini də, yuxarıdakı taqqıltını da, hətta küncdə
mürgüləyən Gibbonzun xorultusunu da unutdum. Ġki doqquz yaĢlı,
sarıĢın, mələksima qız uĢaqlarının bu qaradərili yekəpər Koffinin əlinə
düĢdükləri haqqında düĢünmək adama əziyyət verirdi, amma bu haqda
düĢünməmək də mümkün deyildi. Koffinin ölçülərini yada salanda,
www.vivo-book.com
27
onun bu qızcığazları, nağıldan çıxmıĢ nəhəng kimi, necə gəmirdiyini
təsəvvür etmək olar. Onun bu qızcığazların baĢına açdığı isə daha pis
idi. Hələ bəxti gətirmiĢdi ki, ona elə oradaca, çayın kənarında divan
tutulmamıĢdı, – əlbəttə, YaĢıl Mildə gəzintini və sonra Qoca
Qığılcımın qucağına oturmağı bəxti gətirmək hesab etmək olarsa.
4
“King Kotton” (“Kral Pambığı”)ferması bu hadisələr baĢ
verməzdən yetmiĢ il əvvəl yaradılmıĢdı. Bir də heç vaxt “King
Kotton” olmayacaq, lakin otuzuncu illərdə ferma öz rifah illərini
yaĢayırdı. Bizim Ģtatımızın cənub bölgələrində artıq pambıq
plantasiyaları yox idi, amma qırx ya da əlli ədəd firavan yaĢayan
pambıq ferma təsərrüfatı vardı. Bu fermalardan birinin sahibi Klaus
Detterik idi. Əllinci illərin meyarlarına görə, onu elə də zəngin hesab
etmək olmazdı, amma otuzuncu illərdə o, varlı fermer sayılırdı, çünki
əksər ayların sonunda o, bir qayda olaraq, öz dükan hesablarını nağd
pulla ödəyirdi və küçədə təsadüfən rastlaĢdığı bank müdirinin
gözlərinin içinə baxa bilirdi. Onun fermadakı evi təmiz və geniĢ idi.
Pambıqdan əlavə, onun daha iki biznesi vardı – toyuqlar və bir neçə
inək. Onun üç övladı vardı: Hovard – təxminən on iki yaĢında oğlan və
əkiz qızlar – Kora və Keyt.
www.vivo-book.com
28
Həmin ilin isti iyun gecələrinin birində, qızların evin perimetri
boyu uzanan, miçətkənlə bağlı eyvanda yatmaq istəyinə icazə
veriləndə, onlar çox sevindilər. Anaları onları öpüb Ģirin yuxular
arzulayanda hava yenicə qaralmağa baĢlayırdı, hələ saat doqquz
olmamıĢdı. Bu, ananın öz qızları ilə son görüĢü oldu; bir də ana öz
övladlarını dəfn zamanı tabutda, dəfn bürosunun qrimçisinin onların
bədənlərindəki ən qorxunc yaraları gizlətməyə nail olduqdan sonra
görə bilmiĢdi.
Kənd camaatı o vaxtlar yatağa erkən saatlarda girərdilər –
“masanın altı qaralar qaralmaz”, anam belə deyərdi – və bərk
yatardılar. Əkizlərin qaçırıldığı həmin gecə, görünür, Klaus və Marcori
Detteriklər də bərk yatıblarmıĢ. Əlbəttə, ailənin saxladığı, kolli cinsi
ilə qarıĢığı olan Bauzer adlı böyük it həmin axĢam hürsəydi, Klaus
yəqin ki, onun səsinə ayılardı. Amma Bauzer hürməmiĢdi. Nə həmin
axĢam, nə də baĢqa vaxt.
Ġnəkləri sağmaq üçün Klaus dan yeri ağarar ağarmaz qalxmıĢdı.
Eyvan evin tövləyə əks tərəfində idi və qızlara baxmaq Klausun heç
ağlına da gəlməmiĢdi. Bauzerin onun yanına gəlməməsindən də
təĢviĢə düĢmədi. Ġt toyuqlara və inəklərə qarĢı tamamilə etinasız
olduğundan, hamı iĢləyərkən, o, vaxtını tövlənin arxasındakı budkada
keçirərdi. Ġt lazım olanda, onu çağırırdı... özü də təkidlə.
Əri ayağına çəkmələrini geyinib tövləyə gedəndən təxminən on
beĢ dəqiqə sonra Marcuri evdən çıxaraq aĢağı düĢdü. O, qəhvəni dəmə
www.vivo-book.com
29
qoyub donuz əti qızartmağa baĢladı. Qəhvə ilə qızardılan ətin
tamahlandırıcı ətri Hovini özünün damın lap altındakı otağından
çıxararaq aĢağı enməyə məcbur etdi, amma qızlar gəlmədilər. Ana
Hovini qızları çağırmaq üçün göndərdi və tavadakı bekonun üstünə
yumurta qırmağa baĢladı. Səhər yeməyindən sonra təzə yumurtaları
götürmələri üçün Klaus, adətən, qızları göndərərdi. Amma həmin gün
Detteriklər səhər yeməyini yeyə bilmədilər. Hovi eyvandan üzündə
qorxu və dəhĢət ifadəsi ilə qayıtdı. Yuxudan yenicə durduğuna görə bir
az ĢiĢkin gözləri dəhĢətlə bərəlmiĢdi.
– Onlar yataqda yoxdular, – Hovi həyəcanla dedi.
Marcuri heç bir Ģeydən təlaĢlanmadan, sadəcə, əsəbiliklə eyvana
tərəf getdi. Sonralar o demiĢdi ki, əvvəlcə, qızların səhər tezdən
gəzməyə və ya çiçək toplamağa getdiklərini, ya da nə bilim, baĢqa bir
qız səfehliyi etdiklərini düĢündüm. Amma eyvana bircə dəfə baxanda,
Hovinin niyə ağardığını baĢa düĢmüĢdü.
O, bərkdən qıĢqıraraq Klausu çağırdı. Klaus da qaçaraq onun
yanına gəldi. O, tələsdiyi üçün süd vedrəsini çəkmələrinin üstünə
aĢırdığından, onlar ağappaq idi. Eyvanda onun gördükləri hətta ən
mətin valideynlərin də dizlərini əsdirə bilərdi. Gecə hava soyuqlaĢanda
qızların büründükləri adyal yumurlanaraq bir tərəfə atılmıĢdı. Üst
rəzəsi qırılmıĢ tor qapı əyri sallanaraq ora-bura yellənirdi. Həm
eyvanın döĢəməsində, həm də qırılmıĢ qapıdan bayırdakı pillələrin
üstündə qan izləri vardı.
www.vivo-book.com
30
Marcori ərinə qızların dalınca tək getməməsi, əgər hökmən
getməli olduğunu düĢünürsə, heç olmasa, oğlunu özü ilə götürməməsi
üçün yalvardı, amma onun yalvarıĢlarına fikir verən yox idi. Klaus
uĢaqların əlinə keçməsin deyə, anbarın yuxarı taxçasında saxladığı
silahını da götürdü və iyul ayında Hovinin ad günündə ona hədiyyə
etmək üçün saxladığı 22 kalibrli tüfəngi də oğluna verdi. Və yolda
baĢıpozuq avaralara, ya da Ladukdakı fermadan qaçmıĢ pis zəncilərə
rast gələcəkləri təqdirdə onların nə edəcəklərini bilmək istəyən qadının
qıĢqır-bağır salaraq acı-acı ağlamasına heç bir əhəmiyyət vermədən
getdilər. Zənnimcə, kiĢilər düzgün hərəkət etmiĢdilər. Qan artıq
laxtalansa da, hələlik yapıĢqanlı idi. Qanın rəngi açıq-qırmızı idi,
quruduqdan sonra olduğu kimi, tünd deyildi. Deməli, qızların
qaçırıldığı vaxtdan o qədər də çox keçməmiĢdi. Klaus yəqin baĢa
düĢürdü ki, hələ də ümid yeri var və o, bu Ģansdan istifadə etmək
niyyətində idi. Nə ata ləpirçi və ya ovçu idi, nə də oğul – onlar
toplayıcı idilər; yenot və ya maralın izi ilə meĢəyə ona görə getmirdilər
ki, bunu çox xoĢlayırdılar, ona görə gedirdilər ki, belə lazımdır. Evin
ətrafındakı həyətin torpağı tapdanmıĢdı, oradakı izlər bir-birinə dolaĢıq
yumaq kimi qarıĢmıĢdı. Onlar tövlənin arxasından keçəndə baĢa
düĢdülər ki, tutmaqda əli olmayan, amma yaxĢı hürən Bauzer nə üçün
hürərək həyəcan siqnalı qaldırmayıbmıĢ. Ġtin yarısı tövlədən qalmıĢ
taxtalardan tikilmiĢ itdamının çölündə, yarısı isə içəridə idi (itdamının
yarımdairəvi giriĢində səliqə ilə “Bauzer” yazılmıĢ bir lövhə də vardı –
|