www.vivo-book.com
88
2
Persi YaĢıl Milin döĢəməsi ilə arxasına düĢüb qovandan üç gün
sonra siçan yenə ortalıqda göründü. Din Stantonla Bill Doc siyasətdən
danıĢırdılar... Siyasətdən danıĢmaq deyəndə, bu, o demək idi ki,
Ruzveltlə Huveri (C.Edqarı deyil, Huver Herberti) müzakirə edirdilər.
Onlar Dinin təxminən bir saat öncə qoca Tut-Tutdan aldığı qutudan
Ritz quru peçenyelərini yeyirdilər. Persi kabinetin qapısının ağzında
durub söhbətə qulaq asır və öz sevimli dəyənəyi ilə qısa zərbələri məĢq
edirdi. O öz dəyənəyini haradansa əlinə keçirdiyi gülünc əldəqayırma
çexolundan çıxarır, havada oynadır (ya da oynatmağa çalıĢırdı, çünki
əgər dəyənək dəri qayıĢla biləyinə bağlı olmasaydı, onu əksər hallarda
yerə salardı), sonra da yenidən çexoluna salırdı. Həmin gecə mən
növbədə deyildim, amma növbəti axĢam Dindən baĢ verənlər haqqında
tam hesabat almıĢdım.
Əvvəl olduğu kimi, siçan yenə xırda addımlarla qaça-qaça YaĢıl
Mildə göründü. Bir qədər irəliləyəndən sonra dayanıb boĢ kameralara
baxdı, elə bil onları yoxlayırdı. Siçan kameralara bir qədər baxandan
sonra heç tərzini pozmadan yoluna davam etdi. Elə bil, bunun üçün
axtarıĢ olacağını bilirdi və buna tam hazır idi.
Bu dəfə Prezident oyaq idi və öz kamerasının qapısının yanında
dayanmıĢdı. O, əla oğlan idi, həbsxana paltarında belə səliqəli
www.vivo-book.com
89
görünməyə bacarırdı. Xarici görünüĢünə baxandaca biz baĢa
düĢmüĢdük ki, o, Qoca Qığılcım üçün yaranmayıb və bu fikrimizdə
yanılmamıĢdıq – Persi ikinci dəfə siçanı qovandan heç bir həftə
keçməmiĢ onun cəzası “ömürlüklə” əvəz edildi və o, adi məhbuslara
qoĢuldu.
– Ey, – deyə o qıĢqırdı. – Burada siçan var! Bu necə
həbsxanadır, uĢaqlar? – Bizə elə gəldi ki, o gülür. Amma Dinin
dediyinə görə, o əməlli-baĢlı hiddətlənibmiĢ, sanki çıxarılmıĢ ölüm
hökmü onu özündən çıxarmaq üçün kifayət deyildi. O, Orta Cənubda
DaĢınmaz Əmlak Ģirkətinin regional rəhbəri idi və qoca atasını binanın
üçüncü mərtəbəsinin pəncərəsindən ataraq, ikiqat sığorta pulu alacaq
qədər özünü ağıllı birisi hesab edirdi. Bax, bu məsələdə o heç haqlı
deyildi, amma ola da bilər ki, o qədər də yox.
– Kəs səsini, nataraz, – Persi onun üstünə qıĢqırdı, amma
birtəhər, mexaniki olaraq. Onun nəzərləri siçana zillənmiĢdi. O,
dəyənəyini çexolun içinə qoyub, əlinə bir jurnal almıĢdı, amma birdən
əlindəki jurnalı növbətçi masasının üstünə atıb yenidən dəyənəyini
çexolundan çıxardı və onu fikirli-fikirli sol əlinin ovcuna vurmağa
baĢladı.
– Qancıq oğlu, – Bill Doc dedi. – Əvvəllər mən burada heç vaxt
siçan görməmiĢdim.
– Ah, o elə qəĢəngdir ki, – Din dedi. – Özü də heç nədən
qorxmur.
www.vivo-book.com
90
– Qorxmadığını haradan bilirsən?
– Bir dəfə də gəlmiĢdi. Persi də onu görüb. Billi isə ona
“Paroxod Billi” adını verib.
Bu sözləri eĢidəndə Persi qəribə tərzdə fınxırdı, amma heç nə
demədi. O, dəyənəyi indi daha sürətlə əlinə vururdu.
– Bir ora bax! – Din dedi. Siçan artıq masaya lap yaxınlaĢmıĢdı.
– Mənə maraqlıdır, bəlkə o, yenə keçən dəfəki kimi edəcək?!
Siçan sanki ata qatilinin iyindən xoĢu gəlmirmiĢ kimi,
Prezidentdən bir xeyli aralı keçərək yaxınlaĢdı. O, iki boĢ kameranı
yoxladı, hətta üstündə döĢək olmayan çarpayılardan birinin altına girib
nəyisə iylədi və yenə YaĢıl Milə döndü. Persi isə öz dəyənəyini əlinə
döyəcləyə-döyəcləyə sakitcə yerində dayanmıĢdı, sanki geri
qayıtdığına görə siçana yaxĢıca dərs vermək istəyirdi.
– UĢaqlar, nə yaxĢı ki, bu siçanı Qoca Qığılcımın qucağına
oturtmalı deyilsiniz, – Bill təbii bir maraqla dedi. – Yoxsa onun
pəncələrini bağlamaq və baĢına dəbilqəni geyindirmək üçün xeyli
əziyyət çəkməli olardınız.
Persi yenə də bir söz demədi, amma əlindəki dəyənəyi
barmaqlarının arasında siqar kimi astaca sıxdı.
Siçan, keçən dəfəki kimi, yenə masadan təxminən bir metr
aralıda dayandı, barmaqlıqlar arxasındakı məhbus kimi, gözlərini Dinə
zillədi. O, gözlərini döndərib bir anlıq Billə baxandan sonra nəzərlərini
www.vivo-book.com
91
ondan ayırıb yenə diqqətini Dinə yönəltdi. Elə bil Persini heç
görmürdü.
– Necə də cəsurdur, balaca Ģeytan. Mən bunu ona verməliyəm, –
deyəndən sonra Billi səsini bir balaca ucaltdı: – Ey! Ey! Paroxod Billi!
Siçan yerində azca qımıldandı və qulaqlarını tərpətdi, amma heç
hara qaçmadı və hətta qaçmaq istədiyinin iĢarəsini belə vermədi.
– Ġndi buna tamaĢa elə, – deyərək Din Brutusun siçana necə
buterbrod tikəsi verdiyini xatırladı. – Bilmirəm, o bunu edəcək, ya
yox...
O, quru Ritz peçenyesindən bir tikə qoparıb düz siçanın önünə
atdı. Siçan öz iti və qara gözləri ilə narıncı tikəyə, sadəcə, baxdı. O,
tikəni iyləyəndə nazik uzun bığları hərəkətə gəldi. Sonra pəncələrini
uzadıb quru peçenye tikəsini götürdü, yerə oturaraq yeməyə baĢladı.
– BaĢıma xeyir! – Bill ucadan dedi. – Lap məhəllə keĢiĢinin
Ģənbə günündə yediyi kimi yeyir, tamam səliqə ilə.
– Amma o mənə qarpız yeyən zəncini xatırladır, – Persi istehza
ilə dedi, lakin nəzarətçilərdən heç kim onun dediklərinə əhəmiyyət
vermədi. BaĢçı ilə Prezident də onun dediklərini qulaqardına vurdu.
Siçan isə quru peçenyeni yeyib bitirdikdən sonra da öz məharətli
quyruğu ilə müvazinətini saxlayırmıĢ kimi gözlərini masadan
çəkməyərək tərpənmədən yerində oturmuĢdu.
www.vivo-book.com
92
– Ver, mən də yoxlayım. – deyərək Bill quru peçenyedən bir tikə
qopardı, masanın üstündən irəli əyildi və tikəni ehtiyatla siçanın önünə
atdı. Siçan tikəyə yaxınlaĢıb onu iynəsə də, toxunmadı.
– Hə.., – Bill dedi. – Deyəsən, daha ac deyil.
– Heç də yox, – Din dilləndi. – O, sənin müvəqqəti iĢçi olduğunu
bilir, əsl səbəb budur.
– Müvəqqəti? Mən? Buna sözünüz varmı?! Mən burada ən azı
Harri Tervilliger qədər iĢləmiĢəm. Bəlkə də ondan da artıq!
– Özündən çıxma, köhnə dost, özündən çıxma, – Din
gülümsəyərək dedi. – Bax və gör ki, mən düz deyirəm, ya yox, –
deyərək, daha bir quru peçenye tikəsini siçanın önünə atdı. Siçan heç
tərəddüd etmədən məhz Dinin atdığı tikəni götürüb yeməyə baĢladı,
Billin ona verdiyi yeməyə isə heç gözünün ucu ilə də baxmadı. Siçan
peçenye tikəsindən heç bir-iki diĢlək almağa fürsət tapmamıĢ, Persi
əlindəki dəyənəyi nizə atırmıĢ kimi onun üstünə tolazladı.
Siçanın balaca hədəf olduğunu deməyə ehtiyac yoxdur, amma o
balaca Ģeytanın da cəldliyini qeyd etmək lazımdır, çünki Persinin
zərbəsi elə dəqiq alınmıĢdı ki, əgər siçan vaxtında ildırım sürəti ilə
ondan yayınmasaydı, dəyənək baĢını parça-parça edəcəkdi. O, eynilə
insan kimi yerə əyildi və peçenye tikəsini yerə saldı. Ağır ağac
dəyənək onun baĢı və belinə elə yaxından keçdi ki, siçanın
peysərindəki tükləri pırtlaĢdırdı (Dinin dediyinə görə, doğrusu, mən də
onun yalançısıyam və heç özüm də onun dediklərinə bir elə
www.vivo-book.com
93
inanmıram). Dəyənək yaĢıl linoliuma çırpılandan sonra səkərək boĢ
kameranın barmaqlıqlarına tərəf uçdu. Siçan bu hücumun səhvən olub-
olmadığını aydınlaĢdırmaq üçün heç gözləmədi; baĢqa yerdə vacib bir
iĢinin olduğunu xatırlayıbmıĢ kimi, qəfildən geri dönərək sürətlə
dəhliz boyu karser kamerasına tərəf qaçmağa baĢladı.
Persi hikkəsindən bağırdı – öz istəyinə nə qədər yaxınlaĢmıĢ
olduğunu dərk edirdi axı – və yenidən siçanın arxasınca götürüldü. Bill
Doc onun qolundan tutdu, böyük ehtimalla o bunu sövq-təbii
hisslərinin diktəsi ilə etmiĢdi. Lakin Persi onun əlindən çıxa bildi.
Yenə də, Dinin dediklərin inansaq, məhz elə bu bir anlıq gecikmə
Paroxod Billinin həyatını xilas etmiĢdi, axı o, siçana çox
yaxınlaĢmıĢdı. Persi siçanı sadəcə öldürmək yox, əzib suyunu
çıxarmaq istəyirdi. Ona görə də siçanın arxasınca iri, biçimsiz
sıçrayıĢlarla, lap maral kimi, qara, “padoĢ” iĢ ayaqqabılarını döĢəməyə
bərk-bərk vura-vura qaçırdı. Siçan dəhlizdə bir neçə ziqzaq vuraraq
Persinin son iki sıçrayıĢından güclə canını qurtardı. O, son dəfə
“salamat qal, yad adam” – deyirmiĢ kimi uzun quyruğunu havada
yelləyərək kameranın qapısının arxasında gözdən itdi.
– Sənin ananı! – Persi söyərək əlini qeyzlə qapıya çırpdı. Sonra
karser kamerasına girib bu təqibi davam etdirmək üçün öz açarlarının
arasında lazım olan açarı axtarmağa baĢladı.
Din dəhlizlə onun arxasınca getdi. Lakin bilərəkdən tələsmirdi
ki, əsəblərini sakitləĢdirməyə, özünü ələ almağa vaxtı olsun. Sonralar
www.vivo-book.com
94
mənimlə söhbət zamanı deyirdi ki, onun bir tərəfdən Persinin
etdiklərinə gülməyi gəlirdi, bir tərəfdən də onun yaxasından yapıĢıb
özünə tərəf çevirmək və kürəyini karser kamerasının qapısına sıxaraq
yaxĢıca əziĢdirmək istəyirdi. Hər Ģeydən əvvəl bu səs-küy onu
qorxutmuĢdu, çünki bizim “E” blokumuzda iĢimizin əsas qayəsi səs-
küyü mümkün olduqca minimum səviyyəyə salmaqdan ibarət idi və
bədbəxtlikdən, səs-küylə Persi bir-birindən ayrılmayan dostlar kimi
idilər. Persi ilə birlikdə iĢləmək, arxanızda birisi dayanıb orkestr
boĢqabını bir-birinə vurarkən, bombanı zərərsizləĢdirməyə bənzəyirdi.
Bir sözlə, onunla birlikdə iĢləmək insanı dilxor edirdi. Din deyirdi ki,
o, Arlen Bitterbakın gözlərində bu dilxorluğu görmüĢdü... və hətta
Prezidentin gözlərində də – baxmayaraq ki, bu cənab, adətən, həmiĢə
heykəl kimi sakit qalmağa bacarırdı.
Lakin məsələ sadəcə bundan ibarət deyildi. Din düĢüncəsinin
hansısa bir hissəsində siçanı artıq – hə, ola bilər ki, onu öz dostu kimi
deyil, lakin bizim blokumuzdakı həyatın bir hissəsi kimi – qəbul
etməyə baĢlamıĢdı. Buna görə də Persi həm artıq elədiyi, həm də
eləməyə çalıĢdığı Ģeyə görə haqlı deyildi. Persinin haqlı olmadığını
ona görə demirik ki, o, düĢündüyü Ģeyi siçana qarĢı eləmək istəyirdi.
Özünün nə üçün haqsız olduğunu heç vaxt baĢa düĢməyəcəyi faktı
Persinin bu iĢin icrası üçün qətiyyən yaramadığını isbat edən ən tutarlı
dəlillərdən biri idi. Din dəhlizin sonuna çatanda, o, artıq tamamilə
sakitləĢərək özünü ələ almıĢdı və bu məsələni necə həll etməli
www.vivo-book.com
95
olduğuna dair müəyyən bir fikir hasil etmiĢdi. Persinin ən çox nifrət
elədiyi Ģey gülünc vəziyyətə düĢmək idi və biz hamımız bunu bilirdik.
– Hə, ləpirçi, yenə izi itirdinmi? – Din yüngülcə gülümsəyərək,
Persiyə sataĢmaq məqsədi ilə dedi.
Persi onu nifrətlə süzəndən sonra baĢını kəskin bir hərəkətlə
yana çevirərək saçlarını geri atdı.
– Dördgöz, danıĢanda ağzından çıxan sözlərə fikir ver.
Görmürsənmi, onsuz da qanım qaradır. BoĢ-boĢ danıĢıb, məni bir az
da özümdən çıxarma.
– Deməli, yenə əĢyaları ora-bura daĢımaq günüdür, hə? – Din
dedi. O, bu dəfə gülümsəmirdi... amma onun gözləri gülürdü. – YaxĢı,
amma hər Ģeyi çölə çıxarandan sonra lütf edib döĢəməni yuyarsanmı?
Persi bir qapıya baxdı, bir də əlindəki açarlara. Sonra uzun
müddət nəsə haqqında düĢünərək, fikrə daldı. Onun fikri yumĢaq
divarlı bu kamerada uzun-uzadı və heç bir nəticə verməyəcək bu
yorucu axtarıĢla məĢğul idi. Bu axtarıĢ zamanı hamının... hətta
BaĢçının və Prezidentin də... kənardan durub ona tamaĢa edəcəklərini
düĢünürdü.
– ġəxsən mən burada gülməli heç nə görmürəm, – deyə Persi
mırıldandı. – Həbsxana korpusunda bircə siçanımız çatmırdı, onsuzda
burada parazitlər qaynaĢır.
www.vivo-book.com
96
– Sən necə istəyirsən, Persi, – Din əllərini yuxarı qaldıraraq dedi.
Növbəti axĢam mənimlə söhbət zamanı Din iddia edirdi ki, məhz o an
ona elə gəlmiĢdi ki, Persi onun üstünə atıla bilər.
Həmin vaxt yaxınlaĢan Bill Doc onların arasındakı gərginliyi
yumĢaltdı.
– Məncə, bu səndən düĢüb, – deyə əlində tutduğu dəyənəyi
Persiyə uzatdı. – Bir neçə santimetr aĢağı atsaydın, yazıq heyvanın
belini qıracaqdın.
Bu sözlərin cavabında Persi lovğalıqla sinəsini qabartdı.
– Hə, pis atıĢ deyildi, – öz dəyənəyini ehtiyatla yenidən çexoluna
qoyaraq dedi. – Orta məktəbdəki beysbol komandasında top atan idim.
Atdığım topları heç kim geri qaytara bilmirdi.
– Doğru deyirsən? – Bill soruĢdu və onun səsindəki hörmət
ahəngi (baxmayaraq ki, Persi dönəndə, o, Dinə göz vurmuĢdu) bu
konfliktin çözülməsinə bəs elədi.
– Bəli, – Persi təsdiqlədi. – Noksvilldə mən əla top atırdım. O
Ģəhərli uĢaqlar nə baĢ verdiyini anlamağa belə macal tapmırdılar. Ġki
qaçıĢ məsafəsi qət etdik. Əgər hakim mal kimi key olmasaydı, əla
oyun alına bilərdi.
Bu vəziyyəti Din qoruyub saxlaya bilərdi, lakin o, Persidən
vəzifəcə yüksək olduğundan, vəzifəsinin bir hissəsi də iĢə yeni
gələnləri təlimatlandırmaq idi. O vaxtlar – Con Koffi, Delakrua
gəlməmiĢdən əvvəl – Din hələ Persiyə bir Ģey öyrətməyin mümkün
www.vivo-book.com
97
olacağına inanırdı. Ona görə də əlini uzadıb bu cavanın biləyindən
tutdu.
– Zənnimcə, sən indi etdiklərin haqqında bir qədər
düĢünməlisən, – Din dedi. Sonralar o mənə demiĢdi ki, məqsədi
Persini məzəmmət eləmək yox, onunla ciddi-ciddi danıĢmaq idi. Ən
azından, o qədər də məzəmmət eləməmək.
Lakin Persi ilə bu metod iĢə yaramadı. O, nəsə öyrənə
bilənlərdən deyildi... – biz bunu sonradan baĢa düĢdük.
– Bura bax, dördgöz, mən nə etdiyimi yaxĢı baĢa düĢürəm, –
siçanı tutmağa çalıĢıram! Nədir, korsan, görmürsən?
– Sən Billi, məni və hətta onları elə qorxutdun ki, az qala,
ruhunuzu tapĢıracaqdıq, – Din əlini Bitterbakla Flanders tərəfə
uzadaraq dedi.
– Hə, nə olsun ki? – Persi qəddini düzəltdi. – Əgər yaddan
çıxarmısınızsa, qoy deyim: nə onlar uĢaq baxçasındadırlar, nə də bura
uĢaq baxçasıdır. Bəzən onlarla uĢaq baxçasındaymıĢlar kimi
davranmağınızı da baĢa düĢə bilmirəm.
– Lakin məni qorxudanda, xoĢuma gəlmir, – deyə Bill acığını
gizlətməyərək nərildədi, – və mən də burada iĢləyirəm, Uetmor, bunu
unutma. Mən sənin dediyin key adamlardan deyiləm.
Persi gözlərini qıyaraq Ģübhə ilə ona baxdı.
– Biz məhbusları zərurət olmadıqda və lazım olduğundan daha
çox qorxutmuruq. Ona görə ki, onlar onsuz da stress keçirirlər. – O
www.vivo-book.com
98
hələ də sakit tərzdə danıĢmağa çalıĢırdı. – Və məlumat üçün deyim ki,
stress altında olan insanlar tez sına bilərlər – özlərinə, baĢqalarına
xətər yetirə və hətta bizim üçün də problemlər yarada bilərlər.
Bu sözləri eĢidəndə Persi dodaqlarını büzdü. “Problem”
anlayıĢının onun üzərində xüsusi təsiri vardı. Bir baĢqası üçün problem
yaratmaq normal idi. Amma bu problemlərlə əlləĢmək heç yaxĢı
deyildi.
– Bizim iĢimiz söhbət eləməkdən ibarətdir, qıĢqırmaqdan yox, –
Din davam etdi. – Əgər bir insan məhbusların üstünə qıĢqırırsa,
deməli, o öz soyuqqanlılığını itirib.
Bu nitqin müəllifinin kim olduğunu Persi yaxĢı bilirdi – mən.
Rəis. Persi Uetmor ilə Pol Eckum arasında heç vaxt xoĢ və isti
münasibətlər olmayıb, o vaxt hələ yay mövsümü idi, yadımızda
olmalıdır – hələ əsl hadisələr baĢ verməmiĢdən çox öncə.
– Ən yaxĢısı o olardı ki, sən buraya xəstəxananın reanimasiya
palatasına bənzər bir yer kimi baxasan, – Din davam edirdi, – bura
üçün ən yaxĢı Ģey sakitlikdir...
– Amma, məncə, bura içində siçovulları boğmalı olduğumuz
sidiklə dolu vedrədən baĢqa bir Ģey deyil, – Persi inad etdi, – vəssalam.
Ġndi isə qolumu burax.
O, dartınaraq qolunu Dinin əlindən azad etdi və baĢını aĢağı
dikib Din ilə Billin arasından keçərək dəhlizlə addımladı. Dəhlizlə
gedərkən
o, Prezidentin kamerasının barmaqlıqlarının lap
www.vivo-book.com
99
yaxınlığından keçdi – elə yaxın ki, Flanders əlini uzadıb onu tuta və
onun öz məĢhur dəyənəyi ilə onu yaxĢıca kötəkləyə bilərdi – əlbəttə ki,
əgər Flanders belə bir adam olsaydı. O, bu tip insanlardan deyildi,
amma BaĢçı, yəqin ki, belələrindən idi.
BaĢçı belə bir fürsəti əldən verməzdi, ona yaxĢıca dərs vermək
üçün yəqin əməlli-baĢlı kötəkləyərdi. BaĢ vermiĢ bütün bu hadisələr
haqqında Din növbəti axĢam mənə belə demiĢdi – dəqiq xatırlayıram;
çünki sonradan onun dediklərinin peyğəmbərcəsinə söyləmiĢ sözlər
olduğu üzə çıxdı.
– Uetmor baĢa düĢmür ki, onlar üzərində heç bir nüfuzu yoxdur,
– Din dedi. – O baĢa düĢmür ki, nə edir etsin, fərqi yoxdur, insanı bir
dəfə öldürmək olar. Əgər sonları elektrik stulunda edam edilməkdirsə,
onlar üçün bundan daha pisini etmək mümkün deyil. Bunu dərk
etməyincə, o həm özü, həm də ətrafındakılar üçün təhlükəlidir.
Persi mənim kabinetimə girdi və arxasınca qapını çırparaq
bağladı.
– Ancaq “mənəm, mənəm” deyir, – deyə Bill Doc dedi. – ġiĢmiĢ
və xəstəliyə yoluxmuĢ xaya kimi.
– Sən hələ heç iĢin yarısını belə bilmirsən, – Din dilləndi.
– Hə, onda gəl buna yaxĢı tərəfdən baxaq, – Bill dedi. O, həmiĢə
“hər Ģeyə yaxĢı tərəfdən baxmağı” təklif edirdi. Bununla o qədər
zəhləmizi tökmüĢdü ki, bu sözləri eĢidəndə adam onun burnuna bir
www.vivo-book.com
100
çırtma vurmaq istəyirdi. – Axı, sənin ağıllı siçanın qaçıb canını qurtara
bildi!
– Orası elədi, amma qorxuram, biz daha onu görə bilməyək. –
Din cavab verdi. – Lənətə gəlmiĢ Persi Uetmorun o balaca məxluqu
necə qorxutduğunu təsəvvür edə bilirəm.
3
Bu, məntiqə uyğun olsa da, düzgün deyildi. Siçan növbəti
axĢam, Persi Uetmorun, gecə növbəsinə keçirilməsindən öncə növbədə
olmadığı iki gecədən birincisində geri qayıtdı.
Paroxod Billi təxminən axĢam saat yeddi radələrində göründü.
Həmin axĢam mən, Din və Harri Tervilliger növbədə idik və onun
gəliĢinin Ģahidi olduq. Harri növbətçi masasının arxasında oturmuĢdu.
Əslində, adətən gündüzlər iĢdə olurdum, amma həmin axĢam iĢdə
qalmıĢdım ki, BaĢçı ilə əlavə bir saat vaxtımı keçirim, çünki onun
edam saatı yaxınlaĢırdı. Bitterbak mənsub olduğu qəbilənin
ənənələrinə uyğun olaraq, zahirən özünü çox sakit və mətanətli
aparırdı, amma yaxınlaĢan sonluq qarĢısında onun içində qorxunun
zəhərli bir çiçək kimi necə baĢ qaldırdığını aydınca hiss edirdim. Və
biz söhbətə baĢladıq. Gündüz vaxtı da onlarla danıĢmaq mümkündür,
www.vivo-book.com
101
amma bu söhbətlərin elə bir təsiri olmur: gəzinti həyətindən gələn səs-
küy (vaxtaĢırı baĢ verən davaları hələ demirəm), mətbəədəki
Ģtamplama dəzgahlarının ritmik taqqıltısı, bir Ģeyi götürmək və ya
yerinə qoymaq haqqında, ya da sadəcə: “Bura gəl, Harvey, səni
yaramaz heyvan”, – deyə ara-sıra kiməsə əmrlər verən gözətçilərin
qıĢqır-bağırı... Saat dörddən sonra vəziyyət bir qədər düzəlir, saat
altıdan sonra isə ətraf əməlli-baĢlı sakitləĢir. Altıdan saat səkkizədək
olan müddət ən yaxĢı vaxtdır. Bu vaxt onların baĢlarına yenə dərin
fikirlər axĢam kölgələri kimi axıĢır – bunu onların gözlərindən oxumaq
olur. Həmin vaxt ən yaxĢısı susmaqdır. Bu vaxt onlar hələ də sizin
dediklərinizə qulaq asırlar, amma dedikləriniz onlar üçün artıq heç bir
məna kəsb etmir. Saat səkkizdən sonra gecə saatlarına hazırlaĢırlar və
dəbilqənin baĢlarına necə oturacağını və tərli üzlərinə geyindiriləcək
qara torbanın içindəki havadan nə qoxusu gəldiyini düĢünməyə
baĢlayırlar.
BaĢçını mən əla vaxtda tutdum. O mənə özünün birinci arvadı və
Montanada onunla birlikdə özləri üçün necə viqvam – koma –
qurduqları haqqında danıĢdı. Həmin günlərin həyatında ən xoĢbəxt
günlər olduğunu da dedi. Su elə təmiz və elə soyuq idi ki, hər dəfə
udum alanda, elə bil, diĢlərin sınacaqdı.
– Bura baxın, cənab Eckum, – BaĢçı dedi. – Sizcə, əgər insan öz
etdiklərinə görə həqiqətən peĢman olarsa, o, ömrünün ən xoĢbəxt
www.vivo-book.com
102
çağlarına qayıdıb orada əbədiyyən yaĢaya bilərmi? Cənnət – elə
mənim dediyimə bənzər bir Ģey deyilmi?
– Mən də məhz belə olduğuna inanıram, – cavab verdim.
Cavabım, əlbəttə ki, yalan idi, amma bu yalana görə qətiyyən peĢman
deyiləm. Mən əbədi dəyərlər haqqında anamın qəĢəng dizlərinin
yanında öyrənmiĢəm və Ġlahi Kitabda qatillər haqqında deyilənlərə
inanıram: onlar üçün əbədi cənnət həyatı yoxdur. Məncə, onlar elə
birbaĢa cəhənnəmə düĢür və Allah Cəbrayıl mələyə Hökm ġeypurunu
çalmaq əmri verməyincə, cəhənnəm odunda yanaraq dəhĢətli əzablara
düçar olurlar. Cəbrayıl Ģeypuru çalanda, onlar sönərək yox olacaq... və
yəqin ki, buna da sevinəcəklər. Mən özümün bu inancım haqqında nə
Bitterbaka demiĢəm, nə də baĢqa məhbuslara. DüĢünürəm ki, onlar
daxilən bunu onsuz da bilirdilər. “Sənin qardaĢın haradadır? – Allah
Qabildən soruĢdu, – onun qanı torpağın altından ağlayaraq məni
səsləyir”. Bu sözlərin yolunu azmıĢ uĢaq üçün gözlənilməz olduğuna
Ģübhə edirəm. Habilin qanının torpağın altında inildədiyini Qabilın
torpağa basdığı hər addımında eĢitdiyinə baĢımla cavabdehəm.
Mən gedəndə BaĢı gülümsəyirdi, yəqin özünün Montanadakı
viqvamını və ocağın yanında döĢləri açıq uzanmıĢ arvadını yadına
salırdı. Onun tezliklə odun içinə girəcəyinə Ģübhəm yox idi.
Dəhlizə çıxanda Dinlə rastlaĢdın və o, mənə dünən axĢam Persi
ilə arasında baĢ vermiĢ münaqiĢə haqqında danıĢdı. Fikrimcə, o,
məxsusən məni gözləmiĢdi ki, bu söhbəti danıĢsın. Ona diqqətlə qulaq
|