www.vivo-book.com
58
– Düzdür, – Murs razılaĢdı, – təxminən dediyin kimi.
– Delakrua həbsxanamıza gələndə, onunla Persi arasında nə baĢ
verdiyindən xəbərin varmı? – soruĢdum. – Persi və onun lənətə gəlmiĢ
ağac dəyənəyi...
– Hə, amma...
– Yəqin onu da bilirsən ki, bəzən o öz dəyənəyini, sadəcə,
məzələnmək üçün dəmir barmaqlıqlara necə sürtür. O əclafdır,
əbləhdir və ona dözməyə bundan sonra nə qədər səbrim çatacaq,
bilmirəm. Həqiqi sözümdür.
Biz bir-birimizi təxminən beĢ il idi ki, tanıyırdıq. Bu, bir-biri ilə
yaxĢı yola gedən insanlar üçün kifayət qədər uzun müddət idi, xüsusilə
də əgər sizin iĢinizin bir hissəsi həyat və ölüm arasında ticarətdirsə.
Demək istəyirəm ki, o, mənim nə demək istədiyimi o dəqiqə baĢa
düĢdü. Yox, mən iĢdən getməyəcəyəm, xüsusilə də belə – həbsxananın
divarlarının bayırında həbs edib kameraya salınması mümkün olmayan
təhlükəli cani kimi Depressiyanın at oynatdığı bir vaxtda. Bilirdim ki,
daha bacarıqlı insanlar küçələrdə iĢsiz gəzir və pulsuz getmək üçün
nəqliyyatın ayaqyerində gedirlər. Mənimsə bəxtim gətirmiĢdi və bunu
yaxĢı baĢa düĢürdüm: uĢaqlar böyümüĢdü və son iki ildə çiyinlərimə
“iki yüz funtluq girov” düĢmüĢdü. Ġnsan qidalanmalıdır, onun arvadı
da yemək yeməlidir. Bundan əlavə, imkanımız olanda biz öz qızımıza
və kürəkənimizə ayda iyirmi dollar göndərərdik (bəzən də imkanımız
olmayanda belə, Ceynin məktublarında yazdığı sözlərdən ümidsizlik
www.vivo-book.com
59
duyulanda). Kürəkənimiz iĢsiz müəllim idi və əgər “iĢsizlik” sözü o
günlərdəki ümidsizliyi ifadə etmirsə, onda bu sözün heç bir mənası
yoxdur. Deməyim odur ki, mənim iĢim kimi, müntəzəm maaĢ verilən
bir iĢi heç cür atmaq olmazdı, bunu elə belə, soyuqqanlılıqla etmək
mümkün deyildi. Lakin həmin payızda mən öz soyuqqanlılığımı elə də
qoruya bilmirdim. Bayırda havanın temperaturu mövsümə görə çox
isti idi, mənim içimdə gizlənmiĢ infeksiya bu istiliyi bir az da
yüksəldirdi. Ġnsan belə ovqatda olanda onun yumruğu qeyri-ixtiyari
havada uça bilər. Əgər Persi kimi güclü əlaqələri olan birisini heç
olmasa, bir dəfə vursan, daha dayana bilməzsən, çünki bu yolun
dönüĢü yoxdur.
– Səbirli ol, – Murs astadan dedi. – Mən bunu demək üçün səni
çağırmıĢam. Çox etibarlı mənbədən eĢitmiĢəm – əslində, bu səhər
mənə zəng edən adamdan. Persi Briara iĢə düzəlmək üçün ərizə
göndərib və onun ərizəsi qəbul ediləcək.
– Briar, – təkrar etdim. Briar Ric Ģtatın iki xəstəxanasından biri
idi. – Bu uĢaq nə eləmək istəyir? Dövlət müəssisələrində gəzintiyəmi
çıxıb?
– Onun ərizə verdiyi yer inzibati iĢdir. Daha yüksək maaĢ
verirlər və sadəcə, kağızlarla iĢləmək, isti günlərdə xəstələrin
çarpayılarını ora-bura itələmək lazım deyil. – O qıyqacı gülümsədi.
www.vivo-book.com
60
– Bilirsənmi, Pol, sən çoxdan canını ondan qurtara bilərdin, əgər
Ģef gedəndə, onu Van Heylə birlikdə kommutator otağına
buraxmasaydın.
Əvvəlcə onun dedikləri mənə çox qeyri-adi gəldi, nə demək
istədiyini anlaya bilmədim. Bəlkə də heç anlamaq istəmirdim.
– Onu baĢqa hara qoya bilərdim? – deyə soruĢdum. – Aman
Allah, blokda nə etdiyi haqqında onun heç bir anlayıĢı yoxdur! Onu
edamı icra edən qrupun tərkibinə salmaq... – mən cümləmi bitirmədim.
Sadəcə bitirə bilmədim. BaĢ verə biləcək mümkün fəlakətlər zənciri
mənə sonsuz görünürdü.
– Bununla belə, Delakruanın edamı zamanı onu edam qrupuna
daxil etsən, yaxĢı olar. Əlbəttə, əgər canını ondan birdəfəlik qurtarmaq
istəyirsənsə.
Mən ağzımı açıb heyrətlə ona baxırdım. Nəhayət, ağzımı
bağlamağa müvəffəq oldum və nitq qabiliyyətim geri döndü.
– Deyirsən, o, qızaran beynin necə iy verdiyini hiss etmək üçün
yaxınlıqdamı olmaq istəyir?
Murs bir söz demədən çiyinlərini çəkdi. Arvadından danıĢarkən
onun baxıĢları necə də mülayim idi, amma indi bu baxıĢlar çox
ciddiləĢmiĢdi.
– Delakruanın beyni onsuz da biĢəcək, Uetmor qrupun
tərkibində olsa da, olmasa da, – o dedi. – Elə deyilmi?
www.vivo-book.com
61
– Hə, elədir, amma o, hər Ģeyi korlaya bilər axı! Həqiqətən, Hal,
o, praktiki olaraq, bütün iĢi korlamağa məhkumdur. Otuzdan artıq
Ģahidin gözlərinin önündə... Luiziananın hər tərəfindən gəlmiĢ Ģahid-
jurnalistləri hələ demirəm.
– Sən və Brutus Hovell elə eləyin ki, o, heç nəyi korlamasın, –
Murs dedi. – Əgər hər Ģeyə rəğmən yenə də iĢləri korlasa, bu onun
Ģəxsi iĢinə yazılacaq və uzun müddət orada qalacaq, hətta onun
bugünkü əlaqələri yox olub gedəndən sonra da. BaĢa düĢürsənmi?
Mən onun nə demək istədiyini baĢa düĢürdüm. Bundan iyrəndim
və qorxdum, amma baĢa düĢdüm.
– Ola bilsin ki, o, Con Koffinin də edamında iĢtirak etmək
istəsin, amma bəxtimiz gətirsə, Delakruanın edamında iĢtirakla
kifayətlənəcək. Elə et ki, onu edam qrupunun tərkibinə salsınlar.
Mən yenə də onu aparat otağında, sonra Delakruanı həbsxananın
önündəki yolun qarĢı tərəfində dayanmıĢ polis maĢınına aparanda
tuneldə silahlı mühafizəçi kimi saxlamaq niyyətində idim, amma çox
düĢünmədən bütün bu planları bir kənara atdım və razılaĢdığımı
bildirmək üçün baĢımı yırğaladım. Fırıldaq bir oyuna alət olduğumu
hiss edirdim, amma indi mənim üçün bunun heç bir fərqi yox idi.
Persidən canımı qurtarmaq üçün mən Ģeytanın burnunu çimdikləməyə
belə hazır idim. Persi edamda iĢtirak edəcək, dəbilqəni məhbusun
baĢına taxacaq və barmaqlığın arxasından baxaraq, Van Heyə ikincini
qoĢmaq əmrini verəcəkdi. Balaca fransız onun, Persi Uetmorun
www.vivo-book.com
62
butulkadan buraxdığı ildırımın üstündə necə bərk çapdığını görəcəkdi.
Əgər dövlətin icazə verdiyi qətl onun üçün zövq vericidirsə, qoy
istədiyi qədər öz iyrənc zövqünü təmin eləsin. Qoy, sonra da öz
kabineti və sərinləmək üçün ventilyatoru olacaq Briar Ricə getsin.
Əgər gələn seçkilərdə onun bibisinin ərini seçməsələr, onda o, günəĢin
yandırdığı dünyada iĢləməyin nə olduğunu və həbsxana
barmaqlıqlarının arxasına heç də həmiĢə pis oğlanların düĢmədiyini
dərk etməli olacaq. Qoy olsun, daha da yaxĢı.
– YaxĢı, – yerimdən qalxaraq dedim. – Delakruanın edamında
onu önə qoyaram. Hələlik, onunla vuruĢmaram da.
– DanıĢdıq, – deyə o da ayağa qalxdı. – Hə, yeri gəlmiĢkən,
səndə vəziyyət necədir? – Murs ədəblə mənim qasığıma iĢarə etdi.
– Deyəsən, indi daha yaxĢıyam.
– Bu əla xəbərdir, – deyə məni qapıya qədər ötürdü. – Hə, Koffi
ilə necə dolanırsınız? Sizə problem yaratmır ki?
– DüĢünmürəm problem yaratsın, – dedim. – Hələlik özünü quzu
kimi sakit aparır. Qəribə adamdır, qəribə, amma sakit gözləri var. Biz
ona göz qoyuruq. Ona görə narahat olmağa dəyməz.
– Sən, əlbəttə, onun nə törətdiyindən xəbərdarsan.
– Əlbəttə.
O, məni yaĢlı miss Hannanın, həmiĢə olduğu kimi, səs-küy
saldığı qəbul otağından keçirərək yola saldı. Mən buranı tərk etdiyimə
görə məmnun idim, çünki hiss edirdim ki, canımı yaxĢı qurtarmıĢdım.
www.vivo-book.com
63
Persini, nəhayət, buradan rədd edə biləcəyimə inanmaq da ovqatımı bir
xeyli yüksəltmiĢdi.
– Melindaya qucaq dolusu sevgilərimi çatdır, – ayrılarkən
dedim. – Özün üçün əlavə problemlər də yaratma. Ola bilsin ki, bu,
miqrendən – baĢın bir yarısında əmələ gələn əsəbi ağrıdan – baĢqa bir
Ģey deyil.
– Allah ağzından eĢitsin, – onun dodaqları xəstə gözlərinin
altında gülümsəyərək cavab verdi. Çox qorxunc bir kombinasiya idi.
Yeni bir günə baĢlamaq üçün yenə “E” blokuna qayıtdım.
Oxunacaq və yazılacaq kağızlar vardı, döĢəmə yuyulmalı, yemək
paylanmalı, gələn həftənin növbətçi cədvəli tutulmalı idi. Bundan
baĢqa, icrasını gözləyən yüzlərlə təfərrüatlar vardı. Ən əsası isə
gözləmək: həbsxanada bundan o qədərdir ki, onu bitirmək qeyri-
mümkündür; Delakruanın YaĢıl Mil ilə getməsini gözləmək, “Körpə
Billi” döyməsi ilə Uilyam Uortun gəliĢini gözləmək və bunlardan ən
əsası isə Persi Uetmorun həyatımdan nə vaxtsa rədd olub gedəcəyini
gözləmək...
7
www.vivo-book.com
64
Delakruanın siçanı Allahın sirlərindən biri idi. Həmin yaya qədər
mən “E” blokunda heç vaxt siçan görməmiĢdim və isti, zülmət
qaranlıq oktyabr axĢamında Delakruanın bizi tərk etdiyi – o bizi elə
tükürpərdici formada tərk etdi ki, həmin gecəni heç xatırlamaq belə
istəmirəm – payızdan sonra da görmədim. Delakrua iddia edirdi ki,
bizim həyatımıza – Paroxod Billi kimi daxil olan bu siçanı o özü
əhliləĢdirib, amma düĢünürəm ki, əslində, hər Ģey onun dediyinin tam
tərsi idi. Din Stanton və Brutus da mənim kimi düĢünürdülər. Siçan ilk
dəfə ortaya çıxdığı gecə onlar ikisi də növbədə idilər və Brutusun
dediyinə görə, siçan artıq demək olar ki, əhliləĢmiĢ idi və siçanın ona
məxsus olduğunu düĢünən o fransızdan iki dəfə ağıllı idi.
Dinlə mənim klabinetimdə keçən ilin sənədləri ilə iĢləyirdik;
əvvəlcə beĢ edamın Ģahidlərinə cavab məktubları yazmağı
planlaĢdırırdıq, sonra da daha altısının cavab məktublarına cavab
məktubları – ta ki 1929-cu ilədək. Əslində, biz sadəcə bir Ģeyi bilmək
istəyirdik: göstərdiyimiz xidmətdən məmnun qalıblarmı? Bunun
mənasız fikir kimi səsləndiyini baĢa düĢürəm, lakin onların rəyi bizim
üçün çox vacib idi. Hərçənd çox pis fikir olsa da, vergi ödəyiciləri
kimi onlar bizim müĢtərilərimizdirlər. Qadın və ya kiĢi, əgər gecəyarısı
bir insanın ölümünə Ģahidlik edirlərsə, deməli, onların orada olmaq
üçün ciddi və vacib səbəbləri, xüsusi bir ehtiyacları olmalıdır və əgər
edam ədalətli bir cəzadırsa, onda həmin ehtiyac təmin edilməlidir.
www.vivo-book.com
65
Onlar kabus yaĢayıblar. Edamın da məqsədi bu kabusun artıq bitdiyini
onlara göstərməkdir. Bəzən...
– Ey! – dəhlizin baĢındakı masanın arxasında oturmuĢ Brutus
qapının arxasında qıĢqırdı. – Ey siz ikiniz, cəld bura gəlin!
Din və mən eyni təlaĢla bir-birimizə baxdıq. Ġkimizə də elə gəldi
ki, ya Oklahomadan olan hindunun (onun adı Arlen Bitterbak idi,
amma biz onu “BaĢçı” deyə çağırırdıq, Harri Tervilliger isə ona “Keçi
Pendirli BaĢçı” deyirdi, çünki ona elə gəlirdi ki, BaĢçıdan məhz belə iy
gəlir), ya da “Prezident” ləqəbi verdiyimiz oğlanın baĢına nəsə bir iĢ
gəlib. Lakin Brutus gülməyə baĢlayanda, biz nə baĢ verdiyini görmək
üçün yerimizdən götürüldük. “E” blokunda gülmək kilsədə gülmək
kimi yersiz səslənirdi. Etibarlı məhbuslardan olan qoca Tut – həmin
günlərdə o, ərzaq arabası sürürdü – özünün ərzaqla dolu arabası ilə
yaxınlıqda idi, Brutus isə bütün gecə üçün əməlli-baĢlı tədarük
görmüĢdü – üç sendviç, iki ĢüĢə qazlı içki, iki tikə piroq və yarım
boĢqab kartof salatı – bu salatı Tut, heç Ģübhəsiz, həbsxana
mətbəxindən oğurlamıĢdı. Görünür, ora istədiyi vaxt girib-çıxa bilirdi.
Brutusun qarĢısındakı növbətçi jurnalı açıq olsa da, hələlik o, jurnala
ləkə salmamıĢdı – bizi təəccübləndirən də bu idi. Düzdü, o, hələ yeni
baĢlamıĢdı...
– Nə olub? – Din soruĢdu. – O nədi elə?
www.vivo-book.com
66
– ġtatın qanunverici məclisi, deyəsən, bu il əlavə mühafizəçilər
götürmək üçün pul kisəsinin ağzını açıb, – Brutus hələ də gülə-gülə
dedi. – Ora baxın!
Onun iĢarə etdiyi tərəfə baxanda biz balaca bir siçan gördük və
biz də güldük. Buna gülməmək mümkün deyildi, çünki siçan özünü
kameraları hər on beĢ dəqiqədən bir yoxlayan nəzarətçi kimi aparırdı:
məhbuslardan kiminsə qaçmağa, ya da intihar etməyə cəhd edib-
etmədiyini yoxlayan balaca, tüklü nəzarətçi. Əvvəlcə, o, YaĢıl Mil ilə
cəld addımlarla bir qədər bizə tərəf gəlir, sonra kameraları yoxlayırmıĢ
kimi baĢını ora-bura çevirirdi. Ondan sonra yenə sürətlə irəli Ģığıyırdı.
Bizim qıĢqır-bağrımızın və gülüĢ səslərimizin arasından kameralarda
yatan məhbusların xorultusunun eĢidilməsi vəziyyəti bir az da gülməli
edirdi.
Bu, özünəməxsus Ģəkildə kameraları yoxlayırmıĢ kimi hərəkətlər
etməsi istisna olmaqla, bozumtul rəngliadi bir siçan idi. O, hətta dəmir
barmaqlıqların altından rahatlıqla keçərək kameralardan bir neçəsinin
içinə də girdi. Əminəm ki, siçanın belə asanlıqla bağlı kameralara
girib-çıxmasına bizim keçmiĢ və indiki məhbuslarımız həsəd edərdilər.
Düzdür, məhbusları, əlbəttə ki, bu kameralardan çıxmaq
maraqlandırırdı.
Siçan dolu kameraların heç birinə girmədi, yalnız boĢ
kameralara baĢ vurdu. Nəhayət o, demək olar ki, düz bizim yanımıza
www.vivo-book.com
67
gəldi. Mən yolun yarısından geri dönəcəyini gözləsəm də, o,
qayıtmadı. Deyəsən, bizdən heç qorxmurdu.
– Bu normal deyil, siçanlar adətən insana bu qədər
yaxınlaĢmırlar, – Din bir balaca əsəbiliklə dedi. – Bəlkə onda
quduzluq var?
– Aman Allah, – ağız dolusu diĢlədiyi duzlu mal ətindən
hazırlanmıĢ sendviç tikəsini çeynəyə-çeynəyə dedi. – Bu da mənimçün
siçan eksperti olub. Siçan bəsləyən adam. Onun ağzındakı köpüyü
görürsənmi, siçan bəsləyən adam?
– Heç onun ağzını görə bilirəm ki! – deyə Din cavab verdi və biz
yenə hamımız birlikdə gülüĢdük. Mən də siçanın ağzını görə
bilmirdim, amma onun muncuq kimi xırda gözlərini yaxĢı görürdüm
və bu gözlər mənə heç də ağlını itirmiĢ, ya da quduzlaĢmıĢ kimi
gəlmədi. O gözlərdə, sadəcə, ağıl və hər Ģeyə maraq görmək olardı.
Mən məhbusları ölümə göndərəndə – deyilənə görə, ölməz ruha sahib
olan insanları – onlar bu siçandan daha axmaq görünürdülər.
O, YaĢıl Mil ilə bizim masamızdan təxminən üç metr məsafədə
olan nöqtəyə qədər çevik addımlarla irəlilədi... bizim masamızda
xüsusi diqqət çəkəcək heç nə yox idi və vilayət məktəb müəllimlərinin
arxasında oturduğu masalardan heç nə ilə fərqlənmirdi. Birdən o
dayandı və zabitəli qoca qadın öz tumanını düzəldən kimi, quyruğunu
ayaqlarının ətrafına doladı.
www.vivo-book.com
68
Mən sümüyümə iĢləyən soyuqluq hiss edərək, gülməyimi dərhal
kəsdim. Niyə birdən-birə belə qəribə hisslər keçirdiyimin səbəbini
bilmirəm – heç kim, əlbəttə ki, gülünc görsənmək istəməz – amma,
düzünü desəm, belə Ģeylər heç vecimə də deyil, ona görə sizə bunu da
danıĢacağam.
Bir anlıq özümün nəzarətçi yox, bu siçan olduğumu təsəvvür
etdim: YaĢıl Milə məhkum edilmiĢ cinayətkarlardan biri. Məhkum
edilsə də, baĢı üzərində kilometrlərlə yüksəyə ucalan bu masaya (sanki
Allahın məhĢər günündə qurulacaq taxtı; əlbəttə ki, bir vaxt onu
hamımız görəcəyik) və onun arxasında oturmuĢ mavi geyimli, qalın
səsli bu nəhənglərə baxmağa hələ də cəsarəti çatır. Bu nəhənglər onun
kimilərinə BB tapançalarından atəĢ açır, süpürgə ilə qovur, ya da
balaca mis lövhəciyin üstündəki pendir qırığına yaxınlaĢarkən bel
sümüklərini qıran tələlər qurur.
Növbətçi masasının yaxınlığında süpürgə yox idi, amma
yaxınlıqdakı vedrənin içində bir ucu hələ də sıxıcı qurğuda olan
polağacı vardı. Din ilə birlikdə sənədlərlə iĢləməyə oturmazdan öncə,
yaĢıl linoliumu və altı kameranın hamısını yumaq növbəsi mənim
olduğundan, bu iĢi yerinə yetirmiĢdim. Dinin polağacını götürüb,
siçanı vurmaq istədiyini hiss edən kimi onun biləyinə toxundum:
– Dəymə, qoy yaĢasın, – dedim.
www.vivo-book.com
69
O, çiyinlərini çəkərək əlini artıq ağacın sığallı dəstəyindən tutan
əlini geri çəkdi. Mən elə baĢa düĢdüm ki, heç o da siçanı vurmamağı
məndən az istəmir.
Brutus mal ətindən olan buterbroddan bir tikə qoparıb ehtiyatla,
iki barmağının arasında tutaraq masanın üstündən irəli uzatdı. Siçan
maraqla onun əlinə baxdı, elə bil, onun nə olduğunu bilirdi. Bəlkə
doğrudan da bilirdi, çünki onun bığlarının necə tərpəndiyini və
burnunun necə dartıldığını özüm gördüm.
– Brutus, lazım deyil! – Din qıĢqırdı, sonra da mənə tərəf baxdı.
– Ona siçanı yemləməyə icazə vermə, Pol! Əgər o, bu lənətə gəlmiĢ
heyvanı yemləməyə baĢlasa, onda biz bütün dördayaqlı məxluqat üçün
“xoĢ gəldin” süfrəsi açmalı olacağıq.
– Mən, sadəcə, onun nə edəcəyini görmək istəyirəm, – Brutus
dedi. – Elmi maraqlar üçün. – O mənə baxdı: rəis mən idim – hətta
qaydalardan belə kənara çıxanda da. Bir qədər fikirləĢəndən sonra
çiyinlərimi çəkdim, çünki mənim üçün heç bir fərqi yox idi. Elə mən
də siçanın nə edəcəyini görmək istəyirdim.
Əlbəttə, siçan tikənin hamısını yedi – bayırda Depressiya davam
eləyirdi axı – və siçanın tikəni necə yeməsi bizi valeh etdi. O, sendviç
tikəsinə yaxınlaĢdı, onu hər tərəfdən iylədi, sonra it kimi onun önündə
oturdu və əti götürmək üçün çörəyi əlləri ilə tutub iki yerə böldü. O,
bunu elə dəqiq və düĢüncə ilə elədi ki, sanki öz sevimli restoranında
rostbif – mal əti qızartması – yeməyə hazırlaĢan adam idi. Mən heç
www.vivo-book.com
70
vaxt bir heyvanın belə yemək yediyini görməmiĢdim, hətta gözəl təlim
keçmiĢ it də belə yemirdi. Siçan tikəni yediyi müddət ərzində gözlərini
bir an belə bizdən çəkmədi.
– Ya bu ağıllı siçandır, ya da acından ölürmüĢ, – deyən yeni bir
səs eĢidildi. Bu, Bitterbak idi. O ayılmıĢdı və indi əynində yalnız
tumanla kameranın barmaqlıqlarının yanında dayanmıĢdı. O, sağ əlinin
Ģəhadət və orta barmaqları arasında eĢmə papiros tutmuĢdu, onun
polad kimi boz, dən düĢmüĢ saçlarından hörülmüĢ iki hörüyü bir
zamanlar əzələli, indi isə boĢalmağa baĢlayan çiyinlərinin üstünə
düĢürdü.
– Sən siçanlar haqqında hinduların dediyi nəsə hikmətli bir söz
bilirsənmi, BaĢçı? – siçanın yeməsinə tamaĢa edən Brutus soruĢdu. Biz
hamımız, siçanın duzlu mal əti tikəsini pəncələri ilə necə səliqəli
tutmasına və hərdən o üz-bu üzə çevirərək ətə heyranlıq və
minnətdarlıqla baxmasına, sadəcə, heyran olmuĢduq.
– Yox, – Bitterbak cavab verdi. – Bir cəsur adam tanıyırdım,
onun bir cüt əlcəyi vardı. O deyirdi ki, əlcəklər siçan dərisindən
hazırlanıb, amma mən ona inanmadım. – Sonra o, ucadan gülərək
barmaqlıqlardan aralandı, sanki onun bütün dedikləri, sadəcə, bir
zarafat idi. O, yenidən yatağına uzananda, biz çarpayının cırıltısını
eĢitdik.
Bu səs siçan üçün getmək vaxtının gəlib çatdığını bildirən bir
siqnal oldu. O, əlindəkini yeyib bitirdi, yeməyin qalıqların iylədi
www.vivo-book.com
71
(əsasən, içinə sarı xardal çəkilmiĢ çörək idi), sonra bizə tərəf baxdı,
sanki bir də görüĢəcəyimiz halda bizi tanımaq üçün üzlərimizi yadda
saxlamaq istəyirdi. Sonra geri çevrilib gəldiyi yolla qaçaraq getdi,
amma bu dəfə heç bir kameraya tərəf baxmadı. Onun bu tələskənliyi
mənə “Alisa möcüzələr diyarında” nağılındakı ağ dovĢanı xatırlatdı və
gülümsədim. O, karserin qarĢısında ləngiməyərək qapının ağzında
gözdən itdi. Beyinləri yüngülcə yumĢalmıĢ insanlar üçün bu otağın
divarları yumĢaq idi. Biz otaqdan təyinatı üzrə istifadə etmədiyimiz
vaxtlarda orada təmizləyici avadanlıq və bir neçə kitab saxlayırdıq
(əsasən Klarens Milfordun vestern – qərb kitablarını və bir də, xüsusi
hallarda ələ verilən kitab – Popey, Bluto və hətta Uimpinin –
Hamburger udanın – növbə ilə Oliv Oylun qəlbini qazanan
qəhrəmanlarından danıĢan çoxlu illüstrasiyalar ilə bəzədilmiĢ bir
kitab). Orada, Delakruanın sonralar yaxĢı istifadə üsulu tapdığı rəngli
karandaĢlar kimi, bir çox baĢqa əĢyalar da vardı. Karserdə heç kimin
geyinmək istəmədiyi bir gödəkcə də vardı: ağ, ikiqat kətandan,
arxasında düymələr, qarmaqlar və toqqalı. Biz “problem yaradan
uĢağı” bu gödəkcənin içinə bir anda necə qablaĢdırmalı olduğumuzu
yaxĢı bilirdik. Bizim itirilmiĢ oğlanlar elə də tez-tez dəlilik etmirdilər,
amma onlar coĢub özlərindən çıxanda, inan mənə, qardaĢım, onların
öz-özünə sakitləĢməsini heç kim gözləmirdi.
Brutus masanın siyirməsindən dəri cildinin üstündə qızılı
hərflərlə “ZĠYARƏTÇĠ” sözü həkk edilmiĢ böyük bir kitab çıxardı.
www.vivo-book.com
72
Adətən, bu kitab siyirmədə aylarla qalardı. Məhbusun yanına ziyarətçi
gələndə – vəkil və keĢiĢdən baĢqa – onu yeməkxananın arxasındakı
belə görüĢlər üçün ayrılmıĢ xüsusi otağa aparırdılar. Biz oranı “pasaj”
adlandırırdıq, amma bilmirəm niyə.
– Allah xatirinə, de görüm, neyləmək istəyirsən? – Brutus kitabı
açıb artıq həyatda olmayan insanların yanına gələn ziyarətçilərin
adlarının qeyd edildiyi vərəqləri çevirməyə baĢlayanda, Din Stanton
eynəyinin üstündən baxaraq soruĢdu.
– 19-cu qaydaya görə, – həmin səhifəni tapan Brutus sözə
baĢladı. O karandaĢı götürüb ucunu yaladı – bu pis vərdiĢdən o heç cür
əl çəkə bilmirdi – və yazmağa hazırlaĢdı. – 19-cu qaydada deyilir: “E
blokuna gələn hər bir ziyarətçi müdiriyyətin verdiyi sarı buraxılıĢ
vərəqəsini göstərməli və hökmən müvafiq jurnalda qeydiyyata
alınmalıdır”.
– O, deyəsən, ağlını itirib, – Din mənə dedi.
– O, bizə öz buraxılıĢ vərəqəsini göstərmədi, amma bu dəfə onu
buraxacağam, – Brutus dedi. KarandaĢın ucunu bir də yaladı və “gəliĢ
vaxtı” sütununda 9:49 yazdı.
– Əlbəttə, niyə də yox? Böyük rəislər siçanlar üçün istisnalar
edirlər, – dedim.
– Doğrudur, – Brutus mənimlə razılaĢdı. – Onun cibləri yox idi,
– masanın arxasında divardan asılmıĢ saata baxmaq üçün geri çevrildi
və sonra “Getmə vaxtı” sütununa 10:01 yazdı. Bu iki rəqəmin
|