www.vivo-book.com
512
Eleyn əlindəki məcməyini mənim qabağıma qoyub özü də
masanın arxasında oturanda, mən bərkdən ah çəkərək nəfəsimi dərdim.
– Sənin nəvən doğrudanmı Palatanın spikeridir?
– Hə, elədir ki var.
– Bəs onda sən burada nə edirsən?
– Berd Dolan kimi tarakanın dərsini vermək üçün Ģtatın
qanunverici orqanının spikeri olmaq kifayət qədər böyük vəzifədir,
amma bu vəzifə onu kifayət qədər varlı bir adam eləmir. – Eleyn
gülərək dedi. – Bundan da əlavə, mənim burada qalmaqdan xoĢum
gəlir. Ətrafımdakı insanları da xoĢlayıram.
– Mən bunu bir iltifat kimi qəbul edirəm, – deyə mən cavab
verdim.
– Pol, sən yaxĢısanmı? Çox yorğun görünürsən. – Eleyn
masanın üstündən əlini uzadıb alnıma tökülmüĢ saçlarımı kənara
itələdi. Onun qıc olmuĢ barmaqlarının toxunuĢu sərin və həzverici idi.
Mən bir anlıq gözlərimi yumdum. Gözlərimi açanda isə mən öz
qərarımı vermiĢdim.
– Hə, qaydasındayam, – dedim. – Və, demək olar ki, öz yazımı
bitirmiĢəm. Eleyn, sən mənim yazdıqlarımı oxumaq istəməzdinmi? –
Mən tələm-tələsik bir yerə yığaraq əzdiyim vərəqləri ona uzatdım.
Böyük ehtimalla onların sırası da pozulmuĢ olmalı idi, – Dolan məni
həqiqətən qorxutmuĢdu – amma vərəqlər sıra ilə nömrələnmiĢdi və
Eleyn çox asanlıqla onları yenidən sıra ilə düzə bilərdi.
www.vivo-book.com
513
Eleyn ona uzatdığım vərəqləri götürmədən fikirli-fikirli mənə
baxdı.
– Sən yazını bitirdinmi?
– Burada olanları bitirmək üçün günortayadək oxumalı
olacaqsan, – mən dedim, – Əlbəttə ki, əgər xəttimi oxuya bilsən.
O, nəhayət ki, vərəqləri alıb baxdı.
– Sənin çox gözəl xəttin varmıĢ, hətta əlin yorulanda belə, –
Eleyn dedi. – Bunu oxumaqda heç bir çətinliyim olmayacaq.
– Sən bunları oxuyub qurtarınca, mən qalan hissəsini də bitirmiĢ
olacağam, – mən dedim. – Qalan hissəni də təxminən yarım saata
oxuyub bitirərsən. Sonra isə... görək hələ də sənin üçün maraqlıdırsa...
sənə bir Ģey göstərmək istərdim.
– Bu sənin səhərlər və bəzən də günortalar getdiyin yerlə
əlaqədardır?
Mən baĢımı yırğaladım.
O, oturub mənim dediklərimi kifayət qədər uzun müddət
düĢündü, sonra isə öz-özünə baĢını yırğaladı və vərəqləri əlinə alaraq
ayağa qalxdı.
– Mən həyətə çıxacağam, – o dedi. – GünəĢ bu səhər yaxĢı
isidir.
– Əjdaha isə məğlub edilib, – mən dedim. – Bu dəfə gözəl bir
xanım tərəfindən.
www.vivo-book.com
514
Eleyn gülümsədi və mənə tərəf əyilərək məni həmiĢə titrəməyə
məcbur edən həssas yerimdən, qaĢımın üstündən öpdü.
– Ümid edək ki, bu belədir, Eleyn dedi. – Amma öz
təcrübəmdən bilirəm ki, Bred Dolan kimi əjdahaların öhdəsindən
gəlmək o qədər də asan iĢ deyil. – Eleyn elə bil nədənsə tərəddüd etdi.
– Sənə uğurlar, Pol. Ümid edirəm ki, sənə əzab verən hər nədirsə, ona
qalib gələ biləcəksən.
– Mən də ümid edirəm, – deyə cavab verdim və Con Koffi
haqqında düĢündüm. “Mən heç nə edə bilmədim – Con demiĢdi. Mən
cəhd etdim, amma artıq çox gec idi.”
Eleynin gətirdiyi qayğanağı yedim, meyvə Ģirəsini içdim,
qızarmıĢ çörəyi isə sonraya saxladım. Yenidən qələmi əlimə alıb
yazmağa baĢladım və ümid edirdim ki, bu artıq sonuncu dəfədir.
Sonuncu bir mil.
YaĢıl mil.
2
Həmin axĢam biz Conu “E” blokuna geri gətirəndə, oradakı
araba artıq dəbdəbə yox, zərurət idi. Mən inanmıram ki, Con Koffi
www.vivo-book.com
515
tuneli öz gücü ilə keçə bilərdi; çömbələrək yerimək belini Ģax tutub
yeriməkdən daha çox güc sərf etməyi tələb edir və tunelin tavanı Con
Koffi kimilər üçün həddən artıq alçaq idi. Mən Conun orada yıxılıb
qala biləcəyi haqqında düĢünmək belə istəmirdim. Biz bunu necə izah
edərdik, onsuz da Persiyə nə üçün dəli köynəyi geyindirməyizi və
onun nə üçün karser kamerasına atdığımızı izah etməli olacaqdıq?
Lakin, Allaha Ģükürlər olsun ki, bizim tuneldə arabamız vardı və
biz Conu anbar otağına çıxan pilləkənlərə tərəf apararkən, o özünü
sahilə atmıĢ kit kimi, arabanın üstündə uzanmıĢdı. Biz pilləkənlərə
çatanda, o, arabadan düĢdü, yerində bir neçə dəfə ləngər vurdu və ağır-
ağır nəfəs alaraq və baĢını aĢağı dikərək sakitcə dayandı. Onun dərisi
elə bozarmıĢdı ki, elə bil ki, o, unun içinə uzanıb ora-bura
yuvarlanmıĢdı. Mən düĢündüm ki, günortaya biz onu lazaretə aparmalı
olacağıq... əgər, əlbəttə, ölməyib sağ qalsa.
Brutus gülümsəməyə çalıĢaraq ümidsizlik dolu baxıĢlarını mənə
zillədi. Mən də ona eynilə cavab verdim.
– Biz onu yuxarı apara bilmərik, biz yalnız ona kömək edə
bilərik, – mən dedim. Sən onun sağ qolunun altına gir, mən isə sol
qolunun.
– Bəs mən? – deyə Harri soruĢdu.
– Sən də arxamızca gəl. Görsən ki, o, arxası üstə yıxılmaq
istəyir, onu kürəyindən tutub irəli itələyərsən.
www.vivo-book.com
516
– Əgər bu alınmasa, onda onun yıxılacağı yerə çömbələrsən və
bu yolla da yerə çırpılmasını yumĢaldarsan, – deyə Brutus Harriyə
sataĢdı.
– Ġlahi, – deyə Harri astadan inildədi. – Sən elə məzəlisən ki,
Orfey teatrlarında səhnəyə çıxmalısan.
– Mənim, sadəcə, yumor hissim var, vəssalam, – Brutus qeyd
etdi.
Nəhayət, biz Koffini pilləkənlər ilə yuxarı qaldıra bildik. Mənim
ən qorxduğum Ģey onun qəfildən huĢunu itirə biləcəyi idi, amma belə
bir Ģey baĢ vermədi.
– Mənim yanımdan keçib irəli get və bax gör anbarda kimsə var
ya yox, – mən təngnəfəslikdən boğula-boğula Harriyə dedim.
– Əgər orada kimsə varsa, mən nə deməliyəm? – mənim
qoltuğumun altında keçərkən, Harri soruĢdu. – “Eyvondan sizə zəng
var” – deyim və sonra geri qayıdım?
– Özünü olduğundan ağıllı göstərməyə çalıĢma, – Brutus ona
çımxırdı.
Harri ehtiyatla qapını aralayıb baĢını içəri saldı. Mənə elə gəldi
ki, o bu vəziyyətdə saatlarla qaldı. Nəhayət, o, baĢını çıxarıb bizə tərəf
döndü, onun üzündə, demək olar ki, sevinc ifadəsi vardı.
– Sahil təmizdir. Hər yanda sakitlik hökm sürür.
– Ümid edək ki, elə belə də davam edəcək, – Brutus dedi. –
Gedək, Con Koffi, biz demək olar ki, evə çatmıĢıq.
www.vivo-book.com
517
O, anbar otağından bizim yardımımız olmadan keçə bildi, amma
mənim kabinetimə gedən üç pillədən qalxması üçün biz ona kömək
etməli olduq və balaca qapıdan onu az qala itələyərək içəri soxduq.
Koffi yenidən ayağa qalxanda, o, xırıldayaraq nəfəs alırdı, onun
gözləri isə ĢüĢə kimi parıldayırdı. Biz Melindanın otağına girib onu
balıĢlara söykənərək oturmuĢ vəziyyətdə gördüyümüz vaxt ağzının sağ
tərəfi əyildiyi kimi, Koffinin də ağzının sağ tərəfi aĢağı sallanırdı.
Din bizim səsimizi eĢidib YaĢıl Milin baĢ tərəfində qoyulmuĢ
növbətçi masasının arxasından duraraq yanımıza gəldi.
– Allaha Ģükürlər olsun! Elə düĢünürdüm ki, bir də geri
qayıtmayacaqsınız, mən az qala özümü inandırmıĢdım ki, ya sizi
yaxalayıblar ya da rəis Murs sizi güllə ilə vurub ya da... – Conu görən
kimi, o, sözünü yarımçıq kəsərək susdu. – Aman Allah! Ona nə olub
belə? Elə bil bu dəqiqə öləcək!
– Onun ölmək fikri yoxdur... düz demirəmmi, Con? – Brusuts
dedi və gözlərini ağardaraq Dinə iĢarə etdi.
– Əlbəttə ki, yox, mən, əslində “öləcək” demək istəmirdim, –
deyə Din əsəbi bir tərzdə astadan güldü. – Lakin lənət Ģeytana...
– Fikir vermə, – deyərək mən onun sözünü kəsdim. – Kömək
elə onu kamerasına aparaq.
Biz yenə dağı – bu dəfə dağ milyon illər ərzində eroziyaya
məruz qalmıĢ kimi, həm baĢı yastılaĢmıĢ, həm də çox kədərli
görünürdü – ətrafındakı təpəciklər kimi onu dövrəyə aldıq. Con Koffi
www.vivo-book.com
518
çox siqaret çəkən qoca kimi ağzından nəfəs ala-ala çox ləng gedirdi,
amma yenə də gedirdi.
– Bəs Persi necədir? – deyə mən soruĢdum. – Çox hay-küy
salmadı ki?
– Əvvəlcə, bir az səs-küy saldı, – deyə Din cavab verdi. – Onun
ağzına bağladığınız yapıĢqanlı lentin altından nəsə bağırmağa cəhdlər
elədi, yəqin bizi söyürdü.
– Allahın mərhəmətidir ki, – deyə Brutus dilləndi, – bizim incə
qulaqlarımız bu söyüĢlərdən uzaq olub.
– Ondan sonra isə arada bir qatır kimi qapını təpikləyib. – Din
bizi görməyinə elə Ģad idi ki, elə hey üyüdüb tökürdü. Onun tərdən
parlayan eynəyi burnunun ucuna sürüĢmüĢdü və o, barmağı ilə onu
yuxarı itələdi. Biz Uortonun kamerasının yanından keçdik, bu heç
nəyə dəyməz gənc adam kürəyi üstə uzanıb suzafon – mis musiqi aləti
tuba kimi xoruldayırdı. Bu dəfə onun gözləri açıq deyildi.
Din mənim ona baxdığımı görəndə, güldü.
– Bu adamla heç bir problem olmadı. Çarpayısına uzandıqdan
sonra bir dəfə belə qımıldanmayıb. Elə bil ölüb. Persinin arada bir
qapıya atdığı Ģıllaqlara gəlincə, heç o da mənim vecimə olmayıb.
Düzünü desəm, mən hətta buna sevinirdim də. Əgər o, ümumiyyətlə,
heç bir səs çıxarmasaydı, sizin onun ağzına bağladığınız lentdən onun
boğulduğunu düĢünərək narahat olardım. Amma ən təəccüblüsü bu
deyil. Bilirsinizmi ən təəccüblüsü nədir? Buralar, Yeni Orleanda
www.vivo-book.com
519
Tövbə Həftəsi səhəri kimi sakitlik idi! Bütün gecə ərzində buraya heç
kimi gəlmədi! – Bu son sözləri o, böyük fərəh hissi ilə söylədi. Biz
bunu qəzasız-bəlasız bitirə bildik, uĢaqlar! Biz bunu elədik!
O, birdən bizim bu komediyanı kimin üçün oynadığımızı
xatırlayaraq Melindanı xəbər aldı:
– O necədir?, – həmin an biz Con Koffinin kamerasına
çatmıĢdıq. Dinin: “Biz bunu qəzasız-bəlasız bitirə bildik, uĢaqlar... biz
bunu elədik.” – deyə söylədiyi sözlər hələ indi bizim Ģüurumuza
çatırdı.
– Bu da... demək istəyirəm ki... siçanla olduğu kimi oldu? –
deyə Din soruĢdu. O, bir anlıq Delakrua ilə Mister Cinqlzın qaldığı
kameraya, sonra isə siçanın gəldiyi güman edilən karser kamerasına
tərəf baxdı. Onun səsi qəfildən alçaldı, insanların səsi, adətən, kilsəyə
girəndə, belə alçalır. – Orada da... – O, çətinliklə udqundu. – Bura bax,
mənim nə demək istədiyimi sən baĢa düĢürsən. Orada da möcüzə baĢ
verdimi?
Biz üçümüz artıq bizə məlum olan Ģeyi təsdiqləmək üçün bir-
birimizlə baxıĢdıq.
– O, demək olar ki, Melindanı lənətə gəlmiĢ qəbirin içindən
çıxardı. Bax o bunu etdi, – Harri dedi. – Bəli, bu əsil möcüzə idi.
Brutus kameranın qapısının qoĢa kilidini açdı və Koffini
yüngülcə içəri itələdi.
www.vivo-book.com
520
– Ġçəri gir, dostum. Bir az istirahət elə. Bu sənin haqqındır. Biz
isə indi Persi ilə məĢğul olmalıyıq...
– O, pis adamdır, – Con qeyri-iradi bir səslə dedi.
– Düzdü, buna heç kim Ģübhə eləmir. Cadugər kimi pis
niyyətlidir, – deyə Brutus mülayim bir səslə cavab verərək onunla
razılaĢdı, – amma sən heç narahat olma, biz onu sənə yaxınlaĢmağa
qoymarıq. Get öz çarpayında uzan, mən də sənə bu dəqiqə bir fincan
isti qəhvə gətirim. Qaynar və tünd. Onu içən kimi özünü yenidən
doğulmuĢ kimi hiss edəcəksən.
Con ağır-ağır öz çarpayısına çökdü. Mən elə düĢünürdüm ki, o,
çarpayısına uzanıb, həmiĢə olduğu kimi, üzünü də divara çevirəcək,
amma o, belə eləmədi, sadəcə, əllərini dizlərinin arasında salladaraq
baĢını aĢağı dikdi və ağzı ilə tövĢüyə-tövĢüyə nəfəs alaraq oturdu.
Melindanın ona verdiyi, üstündə Əziz Kristoferin əksi olan medalyon
onun köynəyinin yaxasından çölə çıxıb havada ora-bura yellənirdi.
Melinda demiĢdi ki, bu medalyon onu bütün bəlalardan qoruyacaq,
amma Con Koffi heç də xilas edilmiĢ kimi görünmürdü. Belə
görünürdü ki, o, Harrinin dediyi kimi, qəbirin kənarında Melindanın
yerini tutmuĢdu.
Lakin həmin anda mən Con Koffi haqqında düĢünmək
iqtidarında deyildim.
Mən uĢaqlara tərəf döndüm.
– Din, Persinin tapançasını və dəyənəyini götür.
www.vivo-book.com
521
– YaxĢı, – deyərək o, masaya tərəf döndü, siyirməni açdı və
tapança ilə dəyənəyi çıxartdı.
– Hazırsınızmı? – mən onlardan soruĢdum. Mənim adamlarım –
bu etibarlı adamlar ilə mən o gecə olduğu qədər fəxr etməmiĢdim –
baĢlarını yırğaladılar. Harri ilə Din, hər ikisi əsəbi görünürdü, Brutus
isə həmiĢə olduğu kimi soyuqqanlı idi.
– YaxĢı. Onunla mən danıĢacağam. Siz öz ağzınızı nə qədər az
açsanız, bir o qədər yaxĢı olacaq və hər Ģey bir o qədər tez bitəcək... ya
yaxĢılığa ya da pisliyə. DanıĢdıqmı?
Onlar yenə dinməzcə baĢlarını yırğaladılar. Mən dərindən nəfəs
alandan sonra, YaĢıl Mil ilə karser kamerasına tərəf addımladım.
Mən otağın iĢığını yandıranda, Persi gözlərini qıyaraq baĢını
qaldırdı. O, döĢəmədə oturub ağzına yapıĢdırdığımız lenti yalayırdı.
Lentin onun baĢının arxasına yapıĢdırdığım hissəsi qopmuĢdu (bəlkə
də tərdən, ya da onun saçlarına sürtdüyü brialin kreminə görə) və o,
lentin qalanını qoparmaq üçün əlləĢirdi. Bircə saat da vaxtı olsaydı,
yəqin ki, var gücü ilə bağıraraq yardım çağıracaqdı.
Biz içəri girəndə, o, ayaqları ilə özünü bir qədər geriyə itələyə
bildi, amma sonra otağın cənub-Ģərq küncündən baĢqa gedəsi yerin
olmadığını anlayaraq dayandı.
Mən tapança ilə dəyənəyi Dindən alıb Persiyə tərəf uzatdım.
– Bunları geri almaq istəyirsənmi? – deyə ondan soruĢdum.
O, ehtiyatla mənə baxandan sonra baĢını yırğaladı.
www.vivo-book.com
522
– Brutus, – mən dedim, – Harri, onu ayağa qaldırın.
Onlar aĢağı əyilərək onun əynindəki dəli köynəyinin
qoltuqlarının altından tutaraq Persini ayağa qaldırdılar. Biz burun-
burunua dayanana qədər mən ona yaxınlaĢdım. Mən onun tərinin iyini
hiss edə bilirdim. Yəqin bu tərin bir hissəsi onun dəli köynəyindən
azad olmaq cəhdlərinə ya da qapıya vurduğu təpiklərə görə əmələ
gəlmiĢdi, amma mən düĢünürəm ki, o, sadəcə, içində keçirdiyi adi
qorxu hissi sayəsində belə tərləmiĢdi: bizim geri qayıdandan sonra
onun baĢına nələr aça biləcəyimizin qarĢısında keçirdiyi qorxu hissi.
Bəlkə də Persi – “Onlar qatil deyil və mənə qorxulu heç nə
etməzlər” – deyə düĢünmüĢdü... amma bir qədər sonra, bəlkə də Old
Sparkini xatırlamıĢ və düĢünmüĢdür ki, bəli, müəyyən mənada bizlər
də qatillər idik. Mən özüm yetmiĢ yeddi insanı edam etmiĢdim,
sinəsinə qayıĢ bağladığım hər kəsdən daha çox insan öldürmüĢdüm,
hətta Birinci Dünya müharibəsində özünə ad qazanmıĢ serjant
Yorkdan da çox. Persini qətlə yetirmək məntiqə uyğun olmazdı, amma
biz artıq məntiqsiz davranıĢı səngiləmiĢdik və ağzına yapıĢdırılmıĢ
lenti dili ilə açmağa çalıĢan zaman və əlləri arxasına çarpaz bağlanmıĢ
Ģəkildə karser kamerasında oturduğu vaxt, yəqin bunları o özünə
demiĢdi. Bundan əlavə, heç bir hörümçəyin hansısa bir milçəyi tora
sala bilməyəcəyi qədər sıx bağlanmıĢ və divarları yumĢaq bir otaqda
oturmuĢ bir adamın düçüncələrində məntiqin olmasını gözləmək də
olmaz.
www.vivo-book.com
523
Demək istəyirəm ki, əgər indi ona yerini tanıda bilməsən, deməli
bunu heç vaxt edə bilməyəcəyəm.
– Əgər bağırmayacağına söz verirsənsə, ağzına yapıĢdırdığımız
lenti qoparacağam, – mən dedim. – Mən qıĢqır-bağır salmadan səninlə
söhbət eləmək istəyirəm. Buna nə deyirsən? Özünü sakit
aparacaqsanmı?
Mən onun gözlərindən rahatlandığını oxudum, elə bil baĢa
düĢmüĢdü ki, əgər mən onunla danıĢmaq niyyətindəyəmsə, deməli
onun bu vəziyyətdən sağ-salamat qurtulmaq Ģansı var. Persi baĢını
yırğaladı.
– Əgər səs-küy salmağa baĢlasan, lenti yenidən ağzına
yapıĢdıracağam, – mən ona xəbərdarlıq etdim. – Bunu da baĢa
düĢürsənmi?
O, yenə baĢını yırğaladı, amma bu dəfə daha səbirsizliklə.
Mən əlimi uzadıb lentin onun qoparmağa müvəffəq olduğu
ucundan tutdum və onu sərt bir Ģəkildə dartdım. Lent qoparkən bərk
cırtıltı səsi gəldi. Brutus səksənərək üz-gözünü turĢutdu. Persi ağrıdan
zingildədi və onun gözləri yaĢardı.
– Çıxar məni bu lənətə gəlmiĢ dəli köynəyindən, kəlpeysər, –
deyə Persi diĢlərini qıcadı.
– Bir dəqiqə gözlə.
– Ġndi, indi, elə indi...
www.vivo-book.com
524
Mən onun yanağına bir sillə vurdum. Mən bunu düĢünməyə
macal tapmamıĢ etmiĢdim... lakin iĢin bu yerə çata biləcəyini, əlbəttə
ki, bilirdim. Hətta rəis Murs ilə Persi haqqında ilk söhbətimizdə o
mənə Delakruanın edamı zamanı Persini sərəncamçı kimi önə
qoymağı məsləhət edəndə də, mən iĢin bu yerə çatmaq ehtimalı
olduğunu bilirdim. Ġnsanın əlləri yarıəhliləĢmiĢ heyvan kimidir: əksər
hallarda özünü yaxĢı aparır, amma bəzən o nəzarətdən çıxır və ilk
qarĢısına çıxanı diĢləyir.
Sillənin səsi, sınan budaq səsi kimi sərt çıxdı. Bu səsi eĢidəndə,
Din ufuldadı. Persi karıxmıĢ halda gözlərini mənə zilləmiĢdi, onun
gözləri heyrətdən elə bərəlmiĢdi ki, elə bil bu dəqiqə həlqəsindən
çıxacaqdı. Onun ağzı, akvariumdakı balığın ağzı kimi açılıb
yumulurdu.
– Səsini kəs və mənə qulaq as, – mən dedim. Delin baĢına
açdığın oyuna görə sən cəzalandırılmağı haqq etmiĢdin və biz sənə
layiq olduğun cəzanı verdik. Bu sənə verə biləcəyimiz yeganə cəza
üsulu idi. Bu iĢdə Dindən baĢqa, hamımız əlbir idik, amma onun
bizimlə bir olmaqdan baĢqa əlacı yoxdur, əks təqdirdə o buna görə çox
peĢman olacaq. Düz demirəmmi, Din?
– Bəli, – deyə Din pıçıldadı. Onun rəngi süd kimi ağarmıĢdı. –
Hə, düĢünürəm ki, baĢqa əlacım yoxdur.
www.vivo-book.com
525
– Səni isə doğulmağına peĢman edəcəyik, – deyə mən davam
etdim. Delakruanın edamını sənin necə sabotaj etdiyini insanların
bilməsi üçün biz əlimizdən gələni edəcəyik...
– Sabotaj etdiyimi!
– ... və necə az qala Dinin ölümünə səbəb olacaqdın. Biz sənin
haqqında elə Ģeylər danıĢacağıq ki, dayının köməyi ilə tapa biləcəyin
bütün iĢlər əlindən çıxacaq.
Persi qəzəblə baĢını ora-bura yırğalayırdı. O mənim dediklərimə
inanmırdı, bəlkə də inana bilmirdi. Mənim əlimin izi onun bəyaz
yanağında falçının niĢanı kimi qızarırdı.
– Və nəyin bahasına olursa olsun, səni eĢĢək sudan gələnə qədər
döyülməyinin qayğısına qalacağıq. Biz bunu özümüz etməyəcəyik. Biz
də lazımi adamları tanıyırıq, Persi, sən yəni bu qədər səfehsən ki bunu
baĢa düĢməyəsən? Onlar Ģtatın paytaxtında yaĢamırlar, amma bəzi
məsələlərin hüquqi həllinin necə olunmalı olduğunu yaxĢı bilirlər.
Həmin adamların burada dostları var, bəzilərinin bacıları və qardaĢları,
bəzilərinin isə ataları burada yaĢayırlar. Onlar sənin kimi nəcis
torbasının burnunu, ya da Ģeyini kəsməkdən böyük həzz duyarlar. Özü
də onlar bunu, sadəcə, sevdikləri birisinin gəzinti həyətində hər həftə
əlavə üç saat gəzə bilməsi üçün edərlər.
Persi daha qəzəblə baĢını ora-bura yırğalamırdı. Ġndi o, sadəcə,
gözlərini zilləyib baxırdı. Onun gözləri yaĢarsa da, yanaqlarından
www.vivo-book.com
526
aĢağı axmırdı. Məncə, onlar qəzəb və ümidlərin puç olması ilə bağlı
göz yaĢları idi. Ya da, bəlkə, mən belə düĢünmək istəyirdim.
– YaxĢı, indi isə iĢin yaxĢı tərəfinə baxaq, Persi. Əlbəttə, lenti
dartıb qoparanda, sənin dodaqların bir balaca acıĢdı, mən bunu
təsəvvür edə bilirəm, amma bundan baĢqa heç haran ağrımadı, bəlkə
bir az qürurun ağrıdı, ola bilər... amma bu haqda kimsənin bilməsinə,
məncə, ehtiyac yoxdur, sadəcə, indi bu otaqda olanlardan baĢqa. Biz
isə bunu heç kimə danıĢmaq fikrində deyilik, düz demirəmmi, uĢaqlar?
Onlar baĢlarını yırğaladılar.
– Əlbəttə, demərik, – deyə Brutus dilləndi. – YaĢıl Mildə baĢ
verənlər, elə YaĢıl Mildə də qalır. HəmiĢə də belə olub.
– Sən iĢi yerini dəyiĢib Briar Ricə keçirsən və biz də sən ora
keçənədək sənə toxunmuruq, deyə mən müdaxilə etdim. – Hə, Persi,
məsələni burada bununla bitiririk, yoxsa yenə bizimlə davanı davam
etdirmək fikrindəsən?
O mənim dediklərimi içində götür-qoy etməyə baĢladı və otağa
dərin bir sükut çökdü – o, fikrində bütün lehinə və əleyhinə olanları
düĢündükcə, mən az qala onun baĢının içindəki təkərlərin necə
döndüyünü görə bilirdim. Və sonda, məncə reallıq qalan bütün
hesablamalara üstün gəldi: lenti onun ağzından qoparmıĢ olsaq da, dəli
köynəyi hələ də onun əynində idi və bəlkə də o, yarıĢ atı kimi iĢəməli
olacaqdı.
|