www.vivo-book.com
497
saldı. Ġndi o, daha öskürmürdü, amma mənim gözümə daha bozarmıĢ
və daha xəstə görünürdü.
– Sağ olun, mem, deyə o, Melindaya təĢəkkür etdi.
– Yox, – deyə Melinda etiraz etdi. – Sən sağ ol, sən sağ ol Con
Koffi.
9
Geri qayıdarkən mən Harri ilə birlikdə kabinədə oturmuĢdum və
buna həddən artıq sevinirdim. Avtomobilin qızdırıcısı iĢləməsə də, ən
azından açıq havada deyildim. Biz təxminən on altı kilometr yol qət
etmiĢdik ki, Harri bir döngə görüb maĢını həmin istiqamətə sürdü.
– Nə olub? – deyə mən ondan soruĢdum. –PodĢipniklərə nəsə
olub?
Mənim fikrimcə, maĢının istənilən hissəsində problem yarana
bilərdi; “Farmall”ın mühərrik və transmissiyasının bütün detalları elə
iĢləyirdi ki, elə bil ki, bu dəqiqə dağılıb töküləcəkdi.
– Heç nə, – deyə Harri üzrxahlıqla cavab verdi. Mən iĢəmək
istəyirəm, vəssalam, yoxsa buranı batırmalı olacağam.
www.vivo-book.com
498
Belə məlum oldu ki, Condan baĢqa hamımızın buna ehtiyacı
varmıĢ. Brutus Condan aĢağı enib bizə kolları sulamağa kömək etmək
istəyib-istəmədiyini soruĢanda, o, nəzərlərini qaldırmadan, sadəcə
baĢını buladı. O, hərbi adyallardan birini Meksika Ģalı kimi çiyninə
ataraq və kürəyini kabinəyə söykəyərək oturmuĢdu. Mən onun
üzündəki ifadəni oxuya bilmədim, amma onun nəfəsinin səsini
eĢidirdim – quru və fıĢıltılı, elə bil quru samanın içindən külək keçirdi.
Bu mənim xoĢuma gəlmədi.
Mən yaxınlıqdakı söyüdlüyə girdim, Ģalvarımın qabağını açdım
və sidik kisəmi boĢaltmağa baĢladım. Bu yaxınlaradək məni incidən
infeksiyanı hələ də xatırlayırdım, bədənim bunu hələ tam unutmamıĢdı
və mən ağrıdan qıĢqırmaq ehtiyacı hiss etmədən, sadəcə iĢləyə
bildiyimə görə özümü xoĢbəxt hiss edirdim. Mən sakitcə dayanıb
səmadakı Aya baxa-baxa içimdəki duzlu suyu yerə boĢaldırdım və
yanımda dayanıb eyni iĢlə məĢğul olan Brutusun varlığından demək
olar ki, xəbərdar deyildim, o ana qədər ki, o, alçaq səslə mənə dedi:
– O, heç vaxt Old Sparkiyə oturmayacaq.
Mən təəccüblə ona baxdım, onun səsindəki əminlik məni bir
qədər təĢviĢə salmıĢdı.
– Sən nə demək istəyirsən?
– Demək istəyirəm ki, əvvəllər, içindən çölə buraxdığı o qara
Ģeyləri bu dəfə qusmaq əvəzinə, qəsdən içində saxladı. Bu bəlkə də bir
həftə çəkər – o, inanılmaz dərəcədə nəhəng və qüvvətlidir – lakin mən
www.vivo-book.com
499
əminən ki, hər Ģey çox tezliklə baĢ verəcək. Bir gün bizlərdən birimiz
kameraları yoxlayanda, onu öz yatağında ölmüĢ vəziyyətdə uzanmıĢ
görəcəyik.
Mən elə bildim ki, iĢimi bitirmiĢəm, amma həmin an
kürəyimdən qəfil gizilti keçdi və sidik yenidən axdı. Mən Ģalvarımın
qabağını düymələyə-düymələyə düĢündüm ki, Brutusun dediklərində
məntiq vardı və mən ümid edirdim ki, o öz zənnində yanılmır. Əgər
mən Detteriklərin qızları ilə bağlı düĢüncələrimdə haqlı idimsə, Con
Koffi, ümumiyyətlə edam edilməyə layiq deyildi və əgər o, edam
ediləcəkdisə, onda bunun mənim əlimlə edilməsini heç istəməzdim.
Onu edam etmək lazım olduqda, mən əlimi qaldırıb bunu edə
biləcəyimə əmin deyildim.
– Hə, tərpənin, – deyə Harri qaranlıqda bizi səslədi. – Artıq
gecdir. Gəlin bu iĢi bitirək.
Biz geriyə, yük maĢının yanına qayıdanda, mən birdən dərk
etdim ki, biz Koffini tamamilə tək qoymuĢduq – Persi Uetmorin
səviyyəsində bir axmaqlıq. Həmin an düĢündüm ki, o, asanlıqla qaça
bilər; ona heç kimin nəzarət etmədiyini görəndə, içindəki qara
mığmığaları tüpürər və Hak ilə Jim “Biq Muddi” çayı ilə qaçdıqları
kimi, aradan çıxar. Bizə də onun çiyninə atdığı adyal qalar.
Amma o, heç yana qaçmamıĢdı, hələ də kürəyini kabinəyə
söykəyərək maĢının kuzovunda oturmuĢ və əllərini dizlərinin üstünə
qoymuĢdu. Bizim yaxınlaĢan addım səslərini eĢidəndə, o, baĢını
www.vivo-book.com
500
qaldırıb gülümsəməyə çalıĢdı. Təbəssüm onun yorğun üzünü bir anlıq
iĢıqlandırandan sonra dərhal yox oldu.
– Vəziyyətin necədir, nəhəng Con? – Brutus yenidən kuzova
dırmaĢaraq soruĢdu və tez də adyala büründü.
– Qaydasındadır, boss, – deyə Con süst bir halda cavab verdi. –
Hər Ģey qaydasındadır.
Brutus əli ilə onun dizini Ģappıldatdı.
– Çox tezliklə geri qayıdacağıq. Hər Ģeyi qaydasına salandan
sonra bilirsənmi nə olacaq? Mən özüm nəzarət edəcəyəm ki, sənə
böyük bir fincan qaynar qəhvə verilsin. Özü də qənd və qaymaqla.
“Hə, özü də dərhal”, – deyə düĢünərək mən maĢının ətrafına
dolanıb kabinəyə tərəf addımladım. Əgər bizim özümüzü həbs edib
həbsxanaya atmasalar, əlbəttə.
Biz Persinin əyninə dəli köynəyi geyindirib onu karser
kamerasına atdığımız andan bəri mən bu fikirlə yaĢayırdım və bu fikir
daha məni yuxumu ərĢə çəkəcək qədər narahat da etmirdi. Mən
mürgülədim və yuxumda Qolqofa təpəsini gördüm. Qərbdə göy
gurultusu və ardıc giləmeyvələrinin iyini xatırladan qoxu. Brutus,
Harri, Din və mən baĢımızda dəmir dəbilqə ilə Sesile B. Demille
filmindəki kimi dövrə vuraraq dayanmıĢdıq. Məncə, yuxumda biz
senturionlar idik. Yerə üç xaç basdırılmıĢdı, kənarlarda Persi Uetmor
ilə Delakrua, ortada isə Con Koffi. Mən baĢımı aĢağı əyib öz əllərimə
baxanda gördüm ki, əlimdə qan bulaĢmıĢ bir çəkic tutmuĢam.
www.vivo-book.com
501
“Biz onu çarmıxdan çıxarmalıyıq, Pol! – deyə Brutus mənə
qıĢqırırdı. – Onu çarmıxdan çıxarmalıyıq!”
Amma biz onu çarmıxdan çıxara bilmirdik, çünki nərdivanı
harasa aparmıĢdılar. Mən bunu Brutusa demək istəyəndə, maĢın bərk
silkələndi və mən yuxudan ayıldım. Biz yavaĢ-yavaĢ Harrinin yük
maĢınını həmin gün gizlətdiyi yerə çatırdıq.
Biz ikimizdə kabinədən çıxıb kuzova yaxınlaĢdıq. Brutus
asanlıqla atılaraq kuzovdan düĢdü, amma Con Koffinin ayağı nəyəsə
iliĢdi və o az qala yıxılaraq yerə çırpılacaqdı. Biz üçümüz də onu
tutmağa çalıĢırdıq, amma o, yerə ayaq basmağa macal tapmamıĢ, onu
yenə öskürək tutdu, amma bu dəfəki tutma əvvəlkilərdən daha güclü
oldu. O, öskürək səslərini boğmaq üçün aĢağı əyilərək əlləri ilə ağzını
tutdu.
Öskürək tutması bir qədər sakitləĢdikdən sonra, biz yenidən yük
maĢının üstünə Ģam ağacının budaqlarını düzdük və gəldiyimiz yolla
həbsxanaya geri qayıtmağa baĢladıq. Bu fantastik məzuniyyətin ən pis
hissəsi – ən azından mənim üçün – yolumuzun son iki yüz metri oldu,
yəni biz yolun kənarı ilə geri tələsərkən. ġərqdə, səhərin ilk solğun
Ģəfəqləri ilə səmanın iĢıqlandığını mən artıq görə bilirdim (bəlkə də
mənə elə gəlirdi) və öz balqabaqlarını yığmaq, ya da son bir neçə ləki
belləmək üçün erkən çıxmıĢ bir fermerlə üzləĢəcəyimizə mən artıq
əmin idim. Hətta bu baĢ verməsə belə, mən “Ələddin” açarı ilə tunelə
gedən qapının ətrafındakı hasarın darvazasını açanda, kimsə:
www.vivo-book.com
502
“Olduğun yerdə dur” – deyə qıĢqıracağını (mənim təsəvvürümdə bu
Körtis Anderson olacaqdı) mütləq eĢidəcəkdik. Sonra da iyirmi-iyirmi
beĢ nəfər nəzarətçi əllərində karabin tüfənglər ilə ağacların arasından
çıxacaq və bizim bu sərgüzəĢtimiz beləcə baĢa çatacaqdı.
Həmin hasara yaxınlaĢanda mənim ürəyim elə sürətlə döyünürdü
ki, ürəyimin hər vuruĢunda gözlərimin önündə bəyaz nöqtələr
görürdüm. Əllərim buz kimi soyuyaraq donmuĢdu və mən uzun
müddət açarı kilidə sala bilmədim.
– Aman Allah, maĢın faraları! – deyərək Harri inildədi.
Mən baĢımı qaldırıb baxanda, yolda bir cüt parlaq nöqtə gördüm.
Son anda açar bağlamasını tutmasaydım, onları əlimdən yerə
salacaqdım.
– Ver onları mənə, – Brutus dedi. – Mən açaram.
– Yox, artıq hər Ģey qaydasındadır, – deyə mən cavab verdim.
Açar nəhayət ki, kilidin dəliyinə düĢmüĢdü və mən onu burdum. BĠr
an sonra, biz artıq içəriyə girmiĢdik. Biz yuxarı açılan qapının ağzına
yığıĢıb həbsxananın yanından keçən çörək maĢınına baxırdıq.
Yanımda dayanmıĢ Con Koffinin qeyri-müntəzəm tənəffüsünün səsini
eĢidə bilirdim. Bu səs mənə içində yağı tükənmiĢ mühərrikin səsini
xatırladırdı. Biz həbsxanadan çıxanda, yuxarı açılan qapını bizim üçün
Con asanlıqla qaldıraraq saxlamıĢdı, amma bu dəfə biz ondan yardım
istəmədik, bu mümkün deyildi. Brutusla mən qapını qaldırdıq, Harri
isə Koffini onun altından keçirərək pilləkənlər ilə aĢağı apardı. Nəhəng
www.vivo-book.com
503
çox çətinliklə, ləngər vura-vura addımlayırdı, amma bununla belə,
pilləkənlərlə aĢağı enə bildi. Onların ardınca Brutusla mən,
bacardığımız qədər cəld qapıdan keçdik və onun kilidini yenidən
qıfılladıq.
– Ġlahi, mən fikirləĢirəm ki, bizi... – deyə Brutus nəsə demək
istəyəndə, mən onun qabırğalarına sərt bir dürtmə vuraraq onun
sözünü kəsdim.
– Onu demək lazım deyil, – mən dedim. – O, sağ-salamat öz
kamerasına girməyincə, bu haqda heç düĢünməsən daha yaxĢı olar.
– Hələ Persi ilə məĢğul olmalıyıq, – Harri dedi. Tağlı kərpic
tunelin içində bizim səslərimiz əks-səda verirdi. – Biz onu razı
salmayınca gecəni bitmiĢ hesab etmək olmaz.
Sonra məlum olduğu kimi, bizim həmin gecəmizin sonuna hələ
çox qalıbmıĢ.
Altıncı hissə
CON KOFFĠ YAġIl MĠLDƏN KEÇĠR
1
www.vivo-book.com
504
Mən əlimdə atamın qələmi ilə Corciya Paynzın solariumunda
oturmuĢdum və mənim üçün zaman məfhumu öz əhəmiyyətini
itirmiĢdi. Mən xəyalən həmin dövrə, Harri və Brutus ilə birlikdə biz
Con Koffini YaĢıl Mil blokundan qaçırıb Melinda Mursun yanına
aparmıĢdıq ki, onun həyatını xilas edək. Mən özünü Ġkinci Billi Kid
hesab edən Billi Uortonu necə narkoriklərlə yuxuya verdiyimiz və
Persi Uetmora dəli köynəyi geyindirib onu necə dəhlizin sonundakı
yumĢaq divarlı otağa salıb qapısını kilidlədiyimiz haqqında artıq
yazmıĢdım. Mən bizim qəribə gecə səyahətimiz – həm dəhĢətli, həm
də həyəcanverici – və səyahətin sonunda baĢ vermiĢ möcüzə haqqında
da yazmıĢdım. Biz Con Koffinin yalnız bir ayağı qəbirdə olan deyil,
bizə görə lap onun dibində olan bir qadını ölümün pəncələrindən necə
xilas etdiyini öz gözlərimizlə görmüĢdük.
Mən bu hekayəni yazdığım zaman Corciya Paynz qocalar
evində, ətrafımda cərəyan edən həyatdan, demək olar ki, tamamilə
bixəbər idim. Qocalar Ģam yeməyi üçün aĢağı enir, sonra da
sitkomların axĢam dozasını qəbul etmək üçün istirahət mərkəzinə (hə
buna gülə bilərsiniz) çəkilirdilər. Dostum Eleynin mənə buterbrod
gətirdiyini və mən ona təĢəkkür edərək onu yediyimi, deyəsən,
xatırlaya bilirəm, amma buterbrodu nə zaman gətirdiyini və onun
www.vivo-book.com
505
içində nə olduğunu qətiyyən xatırlamıram. Mən, demək olar ki, bütün
varlığımla 1932-ci ildə idim, o zaman biz öz buterbrodlarımızı
arabasının üstünə Bibliyadan sitatlar yazılmıĢ qoca Tit-Tutdan alırdıq:
soyuq donuz əti ilə buterbrodu beĢ sentə, mal əti ilə isə on sentə.
Burada yaĢayan canlı meyitlər daha bir həssas və narahat yuxu
gecəsinə hazırlaĢanda, ətrafdakı səs-küyün necə sakitləĢdiyini
xatırlayıram. Mən Mikkinin – bəlkə də buranın ən yaxĢı sanitarı deyil,
amma ən xeyirxahı olduğuna Ģübhə yoxdur – otaqları gəzərək dərman
paylayarkən öz təmiz tenor səsi ilə “Qırmız Çay Vadisi” mahnısını
oxuduğunu eĢitmiĢdim: “Deyirlər bu vadidən köçüb gedirsən... sənin
parlaq gözlərinçün, təbəssümünçün, biz darıxacağıq...”. Bu mahnını
eĢidəndə, yenə Melinda və möcüzənin baĢ verməsindən sonra, onun
Con Koffiyə dedikləri haqqında düĢündüm. “Mən səni yuxumda
görmüĢəm. Yuxumda gördüm ki, sən də mənim kimi qaranlıqda
sərgərdan gəzirsən. Biz bir-birimizi tapdıq.”
Corciya Paynzda hər yan sakitliyə qərq olmuĢdu, gecə
yarısından keçsə də, mən hələ də yazmaqla məĢğul idim və Harrinin
bizə, Con Koffini yaxalanmadan həbsxanaya çatdırsaq da, Persi ilə
məsələni həll etməli olduğumuzu xatırlatdığı yerə çatmıĢdım. “Onunla
məsələni yoluna qoymadan biz gecəni bitmiĢ hesab edə bilmərik” –
Harri bizə təxminən belə demiĢdi.
Həmin bu yerdə atamın qələmi ilə durmadan yazı yazdığım
həmin uzun gün, nəhayət ki, bitmiĢdi. Mən qələmi yerə qoydum – bir
www.vivo-book.com
506
neçə saniyə keyimiĢ barmaqlarımı ovuĢdurub canlandırıncaya qədər,
həmin vaxt mən belə düĢünmüĢdüm – və sonra baĢımı qollarımın
üstünə qoyub gözlərimi yumdum ki, onlara bir balaca dinclik verim.
Mən gözlərimi açıb baĢımı qaldıranda, solariumun pəncərəsindən
səhər günəĢi içəri boylanırdı. Mən saatıma baxdım və gördüm ki,
doqquza iĢləyib. Mən qoca əyyaĢ kimi baĢımı qollarımın üstünə qoyub
təxminən altı saat yatmıĢdım. Mən üz-gözümü turĢudaraq ayağa
qalxdım və qurumuĢ belimi cana gətirmək üçün gərnəĢdim və
düĢündüm ki, mətbəxə enim və bir iki tikə qızardılmıĢ çörək də
götürüb səhər gəzintisinə gedim, sonra masanın üstünə səpələnmiĢ
vərəqlərə baxdım. Elə həmin andaca, səhər gəzintisini təxirə salmaq
qərarına gəldim. Bəli, mənim görəcək iĢlərim vardı, amma onlar
gözləyə də bilərdi və mən bu gün səhər Bred Dolan ilə siçan-piĢik
oynamaq həvəsində deyildim.
Gəzintiyə çıxmaq əvəzinə mən yazımı bitirə bilərdim. Bəzən
bədəninizin və ağlınızın bütün etirazlarına baxmadan özünüzü
baĢladığınız iĢi bitirməyə məcbur etmək daha yaxĢıdır. Bəzən bu bir iĢi
bitirməyin yeganə üsulu olur. Həmin səhər mənim ən böyük arzumun,
Con Koffinin xəyalətindən canımı qurtarmaq olduğunu yaxĢı
xatırlayıram.
– YaxĢı, – mən dedim. Daha bir mil, amma, əvvəlcə...
Ġkinci mərtəbənin dəhlizinin sonundakı tualetə getdim. Mən
orada dayanıb bədənimdəki artıq suyu boĢaldarkən, gözüm birdən
www.vivo-book.com
507
tavandakı tüstü detektoruna sataĢdı. Bu, Eleyni və bir gün əvvəl
mənim çölə çıxıb öz balaca iĢimi yerinə yetirməyim üçün onun Bred
Dolanın diqqətini məndən necə yayındırmağını yadıma saldı. Mən
iĢəməyimi üzümdə təbəssümlə bitirdim.
Mən yenidən solarium otağına qayıtdım və indi özümü daha
yaxĢı hiss edirdim (bədənimin beldən aĢağı hissələrində də bir rahatlıq
əmələ gəlmiĢdi). Kimsə – bunun Eleyn olduğuna Ģübhə etmirdim –
mənim vərəqlərimin yanına bir çaynik çay qoymuĢdu. Mən yerimə
oturmamıĢ, acgözlüklə iki fincan çay içdikdən sonra öz yerimdə
oturdum, qələmimin qapağını açdım və yenidən yazmağa baĢladım.
Mən yenicə öz yazımın içinə qərq olmaq üzrəydim ki, kiminsə
kölgəsi üstümə düĢdü. BaĢımı qaldırıb baxanda, qarnıma sancılar
doldu. Bu, Dolan idi. O, pəncərənin önündə dayanıb diĢlərini
ağardırdı.
– Sən bu gün səhər gəzintisinə çıxmamısan, Polli, – o dedi, –
ona görə də gəldim ki, görüm nə iĢlə məĢğulsan. Belə deyək ki, gəldim
əmin olum ki, sən xəstə deyilsən.
– Siz çox lütfkarsınız, – mən dedim. Mənim səsim əsmirdi, – ən
azından hələlik – amma ürəyim cələyə düĢmüĢ quĢ ürəyi kimi
çırpınırdı. Mən ondan qorxurdum, amma deyə bilməzdi ki, bu hiss
mənim üçün yeni idi. O mənə Persi Uetmoru xatırladırdı və mən
ondan heç vaxt qorxub çəkinməmiĢdim... amma Persini tanıdığım
vaxtlar mən hələ cavan idim.
www.vivo-book.com
508
Bredin üzündəki təbəssüm bir qədər geniĢləndi, amma daha
xoĢagəlimli olardı.
– Mənə dedilər ki, sən bütün gecəni burada keçirmisən, Polli.
Burada oturub öz balaca raportunu yazmısan. Bu isə heç də yaxĢı iĢ
deyil. Sənin kimi qoca kaftarlara yaxĢı istirahət lazımdır.
– Persi, – deyə mən sözə baĢladım, amma onun üzündəki
təbəssümün qaĢqabağa çevrildiyini görəndə, səhv etdiyimi anladım.
Mən dərindən nəfəs alıb yenidən sözə baĢladım: – Bred, sən nə üçün
mənə qarĢısan?
Bir anlıq onun üzündə çaĢqınlıq, bəlkə də bir balaca narahatlıq
ifadəsi göründü. Sonra yenə gülümsədi.
– Köhnə həmxana, – o dedi, – ola da bilər ki, sadəcə, sənin sir-
sifətin mənim xoĢuma gəlmir. YaxĢı, de görüm orada nə yazırsan elə?
Öz ölümqabağı vəsiyyətin olmasın?
O, boynunu uzadaraq irəli çəkdi. Mən əlimi yazdığım vərəqin
üstünə Ģappıldatdım. Qalan vərəqləri isə o biri əlimlə, tələsik hərəkət
etdiyimdən əzə-əzə, toplayaraq gizlətməyə çalıĢdım.
– Tez elə, – o, balaca uĢaqla danıĢırmıĢ kimi əmr etdi, – sənin
bu kələyin baĢ tutmayacaq, qoca kaftar. Əgər Bred bir Ģeyə baxmaq
istəyirsə, deməli, Bred ona baxacaq. Sən də bunu lənətə gəlmiĢ banka
qoya bilərsən.
www.vivo-book.com
509
O özünün cavan və qorxunc dərəcədə güclü əli ilə mənim
biləyimdən yapıĢıb sıxdı. Ağrı diĢ kimi mənim biləyimə iĢlədi və mən
inildədim.
– Burax biləyimi, – mən bir təhər deyə bildim.
– Yalnız mən kağızlara baxandan sonra, – deyə o cavab verdi.
O, daha gülümsəmirdi. Onun üzündə həm Ģən, həm də baĢqalarına
pislik etməkdən həzz alan insanlara xas bir ifadə vardı. – Ver baxım,
Polli. Sənin nə yazdığını bilmək istəyirəm. – Mənim əlim yavaĢ-yavaĢ
Con Koffi ilə tuneldə getdiyimiz hissə yazılmıĢ vərəqin üstündən
kənara çəkilməyə baĢlamıĢdı. – Mən bilmək istəyirəm ki, görüm bu
yazının sənin getdiyin yer ilə bir əlaqəsi varmı...
– Onu rahat burax.
Bu səs, qızmar və quru bir gündə qamçı səsi kimi cingildədi...
Bred Dolanın səksənərək dik atılmasından belə güman etmək olardı ki,
onun arxasını hədəfə almıĢdılar. O mənim biləyimi buraxanda, əlim
zərblə vərəqlərə çırpıldı və hər ikimiz də çevrilib səs gələn tərəfə
baxdıq.
Orada Eleyn Konnelli dayanmıĢdı, onu indiyədək belə təravətli
və belə gümrah görməmiĢdim. Onun əynində düz və uzun ayaqlarını
sıx tutan cins Ģalvar vardı, saçlarına isə mavi lent bağlanmıĢdı. Eleyn
artritin – oynaqların xəstəliyinin qıc etdiyi əllərində məcməyi
tutmuĢdu: meyvə Ģirəsi, qayğanaq, qızardılmıĢ çörək tikələri və çay.
Onun gözləri qığılcım saçırdı.
www.vivo-book.com
510
– Siz burada nə etdiyinizi güman edirsiniz? – deyə Bred
soruĢdu. O burada yemək yeyə bilməz.
– Yeyə bilər və yeyəcək də. – Eleyn bayaqkı quru və amiranə
bir tonda cavab verdi. Mən onun səsində bu tonu heç vaxt
eĢitməmiĢdim, amma indi bunu eĢitdiyimə sevinirdim. Mən onun
gözlərində qorxu niĢanələri axtardım, amma orada yalnız qəzəb
gördüm. – Nə qədər ki, öz tarakan səviyyəsindəki pisliyinizdən bir
balaca daha böyük parazit – deyəlim ki, Siçanus Americanus –
səviyyəsinə keçməmisiniz, buradan çıxıb getsəniz yaxĢı olar.
Bred üzündə qeyri-əminlik və eyni zamanda, qəzəbli bir ifadə ilə
Eleynə tərəf bir addım atdı. Mən bunların təhlükəli qarıĢıq olduğunu
düĢünsəm də, Eleyn heç gözünü də qırpmadı.
– Mən mərc edirəm ki, tüstü detektorunu kimin iĢə saldığını
bilirəm, – Dolan dedi. – DüĢünürəm ki, həmin adam, əllərinin əvəzinə
caynaqları olan qoca bir qancıq ola bilər. Ġndi isə buradan rədd olub
get. Bizim Polli ilə söhbətimiz hələ baĢa çatmayıb.
– Onun adı mister Eckumdur, – Eleyn dedi və eĢitsəm ki, onu
bir də Polli deyə çağırırsınız, sizə söz verirəm ki, sizin Corciya
Paynzda iĢlədiyiniz günlərin sonu çatmıĢ olacaq, mister Dolan.
– Sən özünü kim hesab edirsən? – deyərək Dolan Eleynə tərəf
hərəkət edirdi, bu zaman gülməyə çalıĢsa da, nəsə bu onda alınmırdı.
– Mən hesab edirəm ki, – deyə Eleyn sakit bir tərzdə dedi, –
mən Corciya Ģtatının Nümayəndələr Palatasının indiki spikerinin
www.vivo-book.com
511
nənəsiyəm. Öz qohumlarını sevən bir adamın, mister Dolan. Xüsusilə
də, özünün ahıl qohumlarını.
Onun üzündəki təbəssüm, yazı taxtasından nəm süngər ilə
silinən yazı kimi silinərək yox oldu. Mən onun üzündən qətiyyətsizlik,
tərəddüd, bəlkə də məni aldadırlar, birdən doğrudursa, deyə düĢünərək
qorxduğunu, məntiqlə düĢünsək, bunu yoxlamaq asandır, o da bunu
bilir, deməli, yalan danıĢmır, deyə düĢündüyünü oxudum.
Birdən mən gülməyə baĢladım, səsim xırıltılı çıxsa da, normal
idi. KeçmiĢ vaxtlarda Persinin necə tez-tez bizi öz əlaqələri ilə
hədələdiyini xatırlamıĢdım. Ġndi isə, çox uzun sürən ömrümdə ilk dəfə,
belə bir təhdid yenə səslənmiĢdi... amma bu dəfə mənim xeyrimə.
Berd Dolan qəzəblə mənə baxdı, sonra isə nəzərlərini Eleynə
tərəf çevirdi.
– Mən ciddi deyirəm, – Eleyn dedi. – Əvvəlcə düĢündüm ki,
sənin həyatını çətinləĢdirməyim, çünki daha qoca qadınam və səninlə
əlləĢməyə həvəsim yox idi. Amma görəndə ki, kimsə mənim
dostlarımı hədələyir və onlarla qaba rəftar edir, mən belə Ģeylərə əsla
dözə bilmərəm. Ġndi isə buradan get. Və bir söz belə demədən.
Onun dodaqları balığın dodaqları kimi tərpənirdi – ah son bir
sözü necə də böyük istəklə deməyi arzulayırdı (yəqin ki, “acıq” sözü
ilə həm qafiyə olanı). Amma o demədi. Dolan son dəfə mənə
baxandan sonra Elynin yanından keçərək dəhlizə çıxdı.
|