www.vivo-book.com
147
– Bunu etməyi ona mən öyrətmiĢəm, – Delakrua fəxrlə dedi. “Ay
sən öləsən, sən öyrətmisən, qorx ki, o səni öyrədər...” – deyə
düĢündüm, amma bir söz demədim.
– Onun adı Mister Cinqlzdır.
– Yox bir! – Harri mehribanlıqla etiraz etdi. – Onun adı
Paroxod-Billidir, cizgi filmindəki kimi. Bu adı ona rəis Hovell verib.
– Onun adı Mister Cinqlzdır, – Delakrua israr etdi. Əgər sizə
lazım olsaydı, istənilən məsələdə qatığa qara deyərdi, amma siçanın
adına gəlincə, onu fikrindən döndərmək mümkün deyildi. – O özü
bunu mənim qulağıma dedi. Kapitan, onun üçün bir qutu ala
bilərəmmi? Mənimlə birlikdə burada yatması üçün siçanıma bir qutu
ala bilərəmmi? – Ġndi onun səsində əvvəllər dəfələrlə eĢitdiyim yaltaq
ton əmələ gəlmiĢdi. – Mən qutunu çarpayımın altına qoyacağam.
Orada o, heç kimə maneçilik törətməz, heç kimə...
– Belə görürəm ki, sənə bir Ģey lazım olanda ingilis dili
imkanların inanılmaz dərəcədə yüksəlir.
– Oooo-ho-ho-hooo, – Harri mənim böyrümü dümsükləyərək
astadan mırıldandı. – Bəla özü də təĢrif gətirdi.
Amma, məncə, Persi həmin axĢam bəlaya heç oxĢamırdı. O öz
saçlarını barmaqları ilə daramır, səfeh dəyənəyi ilə oynamırdı və hətta
uniformasının köynəyinin ən üstdəki düyməsi də açıq idi. Onu belə
vəziyyətdə ilk dəfə görürdüm və balaca bir detalın necə böyük
dəyiĢiklik yarada bilməsi məni təəccübləndirirdi. Amma məni ən çox
www.vivo-book.com
148
təəccübləndirən onun üzündəki ifadə oldu. Üz ifadəsindən özünə
arxayınlıq və sakitlik oxunurdu. Bu, rahatlıq ifadəsi deyildi –
düĢünmürəm ki, Persi Uetmorun rahatlıq haqqında nəsə anlayıĢı olsun;
əksinə, əldə etmək istədiyini ala bilmək üçün bir az gözləməli
olacağını qəfildən dərk eləmiĢ adamın ifadəsi idi. Bu da cəmi bir həftə
əvvəl Brutusun yumruqları ilə qorxutduğum cavan oğlandan onu
tamamilə fərqli birisi edirdi.
Delakrua ondakı bu dəyiĢikliyi sezmədi və dizlərini sinəsinə
sıxaraq kameranın bir küncünə qısıldı. Onun gözləri qorxudan o qədər
böyüdü ki, az qaldı üzünün yarısını tutsun. Siçan onun daz baĢına
dırmaĢaraq orada yerini rahatladı. Mən bilmirdimki, Persiyə
inanmamağa ciddi səbəblərinin olduğunu siçan xatırlayırdı, ya yox.
Lakin ona baxanda əmin oldum ki, xatırlayır. Bəlkə də baĢında
oturduğu fransızdan gələn qorxu hissinin iyini duyaraq sadəcə ona
reaksiya vermiĢdi.
– Belə de! – Persi dilləndi. – Görürəm ki, sən özünə bir dost da
tapmısan, Eddi.
Delakrua cavab verməyə cəhd elədi – yəqin ki, onun yeni
dostuna xətər yetirəcəyi təqdirdə Persinın baĢına nələrin gələ
biləcəyinə dair boĢ hədə-qorxu (mən belə düĢünürəm), – lakin səsi
çıxmadı. Onun alt dodağı bir balaca əsdi, vəssalam; Mister Cinqlz isə
qorxusundan titrəmirdi. O, arxa ayaqları ilə Delakruanın saçlarından
yapıĢmıĢ, ön ayaqlarını isə onun dazına qoyaraq sakitcə oturmuĢdu və
www.vivo-book.com
149
gözləri ilə Persini ölçürmüĢ kimi nəzərlərini ona zilləmiĢdi. Adətən
insanlar öz köhnə düĢmənlərini belə baxıĢlarla baĢdan ayağa süzərək
ölçürlər.
Persi nəzərlərini mənə çevirdi:
– Bu mənim qovduğum siçan deyilmi? Demək istəyirəm bu,
karser kamerasında özünə yuva qurmuĢ siçan deyilmi?
Bir söz demədən baĢımı yırğaladım. Mənə elə gəldi ki, Persi
yenicə “Mister Cinqlz” adı verilmiĢ bu siçanı son dəfə qovduğu
gündən bəri görməyib və onun üzündə bu siçanı yenidən qovmaq
istədiyinin əlamətləri yoxdur.
– Hə, düz tapmısan, həmin siçandır, – cavab verdim. – Lakin
Delakrua iddia eləyir ki, indi bu siçanın adı Paroxod Billi deyil, Mister
Cinqlzdır. O deyir ki, bu adı siçan özü onun qulağına pıçıldayıb.
– Demək, elə deyir, – Persi dilləndi. – Möcüzələrin arası heç
kəsilmir, elə deyilmi? – Birdən mənə elə gəldi ki, Delakruaya kimin
burada ağa olduğunu göstərmək üçün Persi öz dəyənəyini çıxarıb
kameranın dəmir barmaqlıqlarını döyəcləməyə baĢlayacaq. Lakin
Persi, sadəcə, əllərini belinə qoyaraq yerində durub baxırdı.
Və özümün də sizə sözlə izah edə bilməyəcəyim bir səbəbdən
dedim:
– Persi, Delakrua elə indicə bizdən bir qutu xahiĢ etdi. O, siçanın
qutuda yatmasını istəyir. Deyəsən, siçanı özü ilə kamerasında
saxlamaq fikrinə düĢüb. – Səsimə Ģəkk-Ģübhəli bir ton verdim və
www.vivo-book.com
150
Harrinin mənə təəccüblə baxdığını... yox, əslində, görmədim, hiss
etdim. – Bu barədə nə düĢünürsən?
– DüĢünürəm ki, siçan gecələrin birində, yəqin ki, Delakrua
yatanda, onun burnunun içini murdarlayacaq və sonra qaçacaq, – deyə
Persi sakitcə cavab verdi. – Lakin o, fransızın yeni nəzarətçisi də ola
bilər. Mən bu yaxınlarda, Tut-Tutun arabasında çox gözəl bir siqar
qutusu görmüĢəm. Amma bilmirəm onu kiməsə satıb ya yox. Bəlkə
qutunu iyirmi ya da on sentə satmağa razılaĢar.
Mən oğrun-oğrun Harriyə nəzər saldım və gördüm ki, o, ağzını
ayırıb bizə baxır. Bu, həyulalar Ġbnizar Skrucun baĢına açdıqları
oyunlardan sonrakı milad səhəri onda baĢ verən dəyiĢikliklərin
tamamilə eynisi olmasa da, ona həddən artıq yaxın idi.
Persi üzünü dəmir barmaqlıqların arasına soxaraq Delakruaya
tərəf əyildi. Delakrua küncə bir az da bərk qısıldı. Allaha and içirəm
ki, əgər imkanı olsaydı, əriyib divarın içinə girərdi.
– Siqar qutusunu almaq üçün sənin iyirmi, ya da on sentin varmı,
əbləh? – Persi soruĢdu.
– Mənim dörd sentim var. Onları qutuya ödəməyə hazıram, əgər
qutu gözəldirsə, s’il est bon (bu yaxĢıdır– fr.).
– Bilirsənmi nə var! – Persi dedi. – Əgər o diĢsiz qoca oğraĢ
“Korona” siqar qutusunu sənə dörd sentə satsa, mən əczaxanadan bir
balaca pambıq oğurlayıb qutunun içinə döĢəyərəm və nə qədər ki sən
buradasan, özümüz üçün “Siçan Hilton” açarıq, – deyəndən sonra
www.vivo-book.com
151
Persi nəzərlərini mənə yönəltdi və, – Bitterbakın edamı zamanı aparat
otağında yerinə yetirdiyim iĢ haqqında raport yazmalıyam, Pol, –
deyib bir anlıq susdu və yenə davam etdi. – Sənin kabinetində qələm
varmı?
– Əlbəttə var! – cavab verdim. – BoĢ blanklar da var. Sol yuxarı
siyirtmədə.
– Bu, əla oldu, – deyə cavab verəndən sonra o, təkəbbürlü
görkəmlə uzaqlaĢdı.
Harri ilə baxıĢdıq.
– O xəstələnməyib ki? – Harri təəccüblə soruĢdu. – Bəlkə öz
həkiminə gedib və orada ona deyiblər ki, yalnız üç aylıq ömrü qalıb?
Mən ona nə baĢ verdiyi haqqında heç bir fikrimin olmadığını
dedim. O vaxt, elə bir qədər sonra da dediklərim həqiqət idi, amma
zaman keçdikcə hər Ģeyi öyrəndim. Həmin hadisədən bir neçə il sonra
Ģam yeməyi süfrəsinin arxasında mənim Hal Mursla çox maraqlı
söhbətim oldu. O vaxt biz artıq sərbəst söhbət edə bilirdik: o, artıq
təqaüdə çıxmıĢdı, mən isə oğlan uĢaqları üçün islah-əmək
koloniyasında iĢləyirdim. Həmin Ģam yeməyində biz çox içib az
yediyimizdən, dilimiz yaman açılmıĢdı. Söhbət zamanı Hal mənə dedi
ki, Persi onun yanına gəlib məndən və ümumiyyətlə, YaĢıl Mildəki
həyatından Ģikayət edibmiĢ. Bu Ģikayəti o, məhz Delakruanın bizim
blokumuza gəliĢindən və onun yeni məhbusu ölənəcən döyməsinə
mənimlə Brutusun münasibətindən sonra edibmiĢ. Söhbətdən məlum
www.vivo-book.com
152
oldu ki, Persinin ən çox xətrinə dəyən Ģey mənim ona “gözümün
önündən rədd ol” deməm olub. Onun düĢüncəsinə görə, qubernatorun
qohumu olan adamla bu tərzdə danıĢmaq olmazmıĢ.
Murs onu da dedi ki, Persini Ģikayət etməkdən, mümkün
olduqca, saxlamağa çalıĢıb; lakin Persinin məndən Ģikayət etməyə
hazırlaĢdığını, cəzalandırılmağıma və ən azından, həbsxananın baĢqa
hissəsinə köçürülməyimə nail olmaq fikrinə düĢdüyünü öyrənəndə,
Persini öz kabinetinə çağırmıĢ və ona deyibmiĢ ki, əgər o, aranı
qarıĢdırmaqdan əl çəksə, elə edəcək ki, Delakruanın edamında Persi
öndə duracaq və əmrlər verəcək. Yəni, Persi düz elektrik stulunun
yanında duracaqdı. Hər Ģeyə, əlbəttə, həmiĢə olduğu kimi, mən
rəhbərlik edəcəkdim, amma müĢahidəçilər bunu bilməyəcəkdilər.
Onlara elə gələcəkdi ki, edam prosesinə əsas rəhbərliyi məhz cənab
Persi Uetmor edir. Murs ona bizim süfrə baĢında müzakirə
etdiyimizdən və mənim razı olacağımdan artığını vəd etməmiĢdi, lakin
Persinin bütün bunlardan xəbəri yoxdur. O, mənim baĢqa yerə
köçürülməyimlə bağlı etdiyi təhdidlərə son qoymağa razılaĢıb.
Beləliklə, “E” blokundakı iĢçi atmosfer yenidən qaydasına düĢmüĢdü.
Persi hətta özünün köhnə düĢməninin Delakrua ilə qalmasına da etiraz
etmədi. Çox qəribədir, düzgün stimul verildikdə, bəzi insanların
davranıĢları necə də dəyiĢirmiĢ! Bu kontekstdə Mursun təklifi yalnız
balaca, dazbaĢ fransızın həyatını almaq imkanını vəd etməkdən ibarət
idi.
www.vivo-book.com
153
9
Tut-Tuta elə gəldi ki, əla “Korona” siqar qutusu üçün dörd sent
çox azdır və belə düĢünməkdə bəlkə də o, haqlı idi – siqar qutuları
həbsxanalarda çox yüksək qiymətləndirilirdi. Belə qutularda min cür
xırda-xuruĢ Ģeylər saxlamaq olardı, onlardan xoĢ ətir gəlirdi və bu
qutularda bizim sakinlərimizə azadlığı xatırladan nəsə müəmmalı bir
Ģey vardı. Həbsxanalarda siqaretə icazə verilsə də, siqara icazə
verilmirdi, mənə elə gəlir ki, məhbuslara azadlığı xatırladan da elə
budur.
O vaxt artıq blokumuza yenidən qayıtmıĢ Din Stanton məbləğə
bir sent əlavə etdi, mən özüm də bir sent verdim. Tut yenə də qutunu
belə ucuz satmaq istəməyərək israr edəndə, iĢə Brutus qarıĢdı. O,
əvvəlcə qocaya belə xəsis olduğuna görə utanmalı olduğunu dedi,
sonra isə vəd etdi ki, Delakruanın edamının ertəsi günü Ģəxsən özü bu
qutunu ona qaytaracaq.
– Əgər qutunun satıĢından danıĢırıqsa, bəlkə də altı sent,
həqiqətən, ucuz qiymətdir, biz bu haqda uzun-uzadı mübahisələr edə
bilərik, – Brutus dedi. – Amma razılaĢ ki, təklif etdiyimiz pul belə bir
qutunun icarə haqqı üçün yaxĢı qiymətdir. Cəmi bir aydan, lap deyək
www.vivo-book.com
154
ki, altı həftədən sonra o, YaĢıl Mildən keçməli olacaq. Qutunun yox
olmasından sən xəbər tutunca, o, yenə sənin arabanın altındakı taxçada
olacaq.
– O özünə ürəyiyumĢaq bir hakim tapa bilər ki, ona oxunmuĢ
hökmü dəyiĢsin və o da burada beləcə oturub “Köhnə tanıĢlar heç
unudularmı” mahnısını oxuyar, – deyə Tut-Tut tutduğunu buraxmaq
istəməsə də, o, vəziyyəti hamıdan yaxĢı bilirdi və onun hər Ģeyi
bildiyini Brutus da bilirdi. Gör neçə illərdi ki, – bəlkə də hələ atlı poçt
arabaları dövründən – qoca Tut-Tut üstündə Bibliyadan seçilmiĢ
kəlamlar yazılan köhnə arabasını Kold Mauntində ora-bura sürürdü və
əlbəttə ki, onun çoxlu informasiya mənbəyi vardı... zənnimcə, onun
mənbələri bizimkilərdən daha etibarlı idi. Ona görə də o, yaxĢı bilirdi
ki, Delakrua üçün ürəyiyumĢaq hakim tapmaq mümkün olmayacaqdı.
Onun ümidi yalnız qubernatora qalmıĢdı, o da ki, bir qayda olaraq
məhbuslara cəzalarını yüngülləĢdirən fərman çıxarmırdı, əksinə, öz
seçicilərindən yarım düjününü diri-diri elektrik stulunda yandırmıĢdı.
– Hətta onun edamı təxirə salınmasa belə, bu siçan oktyabr
ayında, bəlkə də ġükran Gününədək qutunun içini batıracaq axı, –
deyə Tut-Tut israrla mübahisə etsə də, Brutus artıq onun yavaĢ-yavaĢ
yola gəlmək üzrə olduğunu sezmiĢdi. – Bir siçanın tualet kimi istifadə
etdiyi siqar qutusunu sonra kim alar?
– Aman Tanrım, – Brutus dilləndi. – Səndən indiyə qədər
bundan daha axmaq söz eĢitməmiĢdim, Tut. Məncə, bu birinci yer
www.vivo-book.com
155
tutar. Əvvəla, Delakrua bu qutunu elə təmiz saxlayacaq ki, istəyirsən
qutunun içində lap kilsə naharı ye! O öz siçanını elə sevir ki, qutunu,
yeri gəlsə, yalayıb təmizləyəcək.
– YaxĢı, bunu baĢa düĢdüm, – deyə Tut burnunu qırıĢdıraraq
razılaĢdı.
– Ġkincisi, – deyə Brutus sözünə davam etdi, – siçan peyini
nədir, axı... quĢ saçması kimi, balaca bərk kürəciklər. Götürüb çölə
silkələsən, nə iyi qalar, nə izi.
Qoca Tut-Tut baĢa düĢdü ki, bu mübahisəni davam etdirməyin
onun üçün heç bir faydası olmayacaq; o, nə vaxt üzü küləyə dura
biləcəyini və nə vaxt onun qasırğanın qarĢısında əyiləcəyini baĢa
düĢmək üçün burada kifayət qədər uzun müddət yaĢamıĢdı. Hələlik
qasırğa yox idi, lakin bizim, göy formalıların, siçandan xoĢumuz
gəlirdi, üstəlik, həm də Delakruanın bu siçanı saxlamaq fikrini
bəyənirdik. Bu isə qasırğa olmasa da, ən azından, fırtına demək idi.
Beləliklə, Delakrua qutuya sahib oldu. Persi isə verdiyi sözü tutdu –
qutunun içi əczaxanadan gətirlmiĢ yumĢaq pambıq döĢəkcə ilə
döĢəndi. Pambıq döĢəkcəni ona Persi özü verdi və Delakrua pambığı
almaq üçün əlini dəmir barmaqlıqların arasından uzadarkən, mən onun
gözlərindəki qorxunu açıq-aĢkar görə bildim. O qurxurdu ki, Persi
onun əlindən yapıĢıb barmaqlarını sındıracaq. Mən də Persinin belə
edəcəyindən bir az narahat idim, lakin bu, baĢ vermədi. Həmin an
mənim az qala Persidən xoĢum gəldiyini deyə biləcəyim yeganə an idi,
www.vivo-book.com
156
lakin hətta o anda belə onun gözlərindəki soyuq təkəbbür ifadəsini
sezməmək mümkün deyildi. Delakruanın balaca, sevimli heyvanı var;
elə Persinin də vardı. Delakrua öz sevimli heyvanını bacardığı qədər
sevib əzizləyəcək, onun qayğısına qalacaqdı; Persi isə səbirlə
gözləyəcək (ən azından, onun kimi birisinin səbir edə biləcəyi qədər)
və sonra onu diri-diri yandıracaqdı.
– “Siçan Hilton” fəaliyyətə baĢlayıb, – Harri dedi. – Ġndi məni
düĢündürən bir sual var: bu balaca oğraĢ ondan istifadə edəcək, ya
yox?
Delakrua bir əli ilə Mister Cinqlzı tutub ehmallıca qutunun içinə
qoyanda bu sualın cavabı məlum oldu. Siçan ağ pambığın içinə
dalaraq öz yerini rahatladı, elə bil, Bi Xalanın yun Ģərfinə dalmıĢdı.
Elə o vaxtdan bəri qutu onun evi oldu, o vaxta qədər ki... Yox, Mister
Cinqlzın hekayəsinin sonunu vaxtı gələndə danıĢacağam.
Siqar qutusunun siçan nəcisi ilə dolacağına dair qoca Tut-Tutun
narahatlığının da tamamilə əsassız olduğu məlum oldu. Mən qutuda
heç vaxt bir dənə də nəcis qırıntısı görmədim. Delakruanın dediyinə
görə, o da heç nə görməmiĢdi... – ümumiyyətlə, kamerasının heç bir
yerində. Bir xeyli vaxt keçəndən sonra Brutus mənə dirəkdəki dəliyi
göstərdi və biz orada xırda rəngli tiliĢkələr tapdığımız vaxt karser
kamerasının Ģərq küncündən masanı çıxardım və orada siçan
peyinindən balaca bir təpəcik aĢkar etdim. Belə məlum olurdu ki, o öz
təbii ehtiyaclarını ödəmək üçün həmiĢə eyni yerə gedirmiĢ, özü də
www.vivo-book.com
157
bizdən mümkün olduqca uzağa. Bir Ģeyi də deməliyəm: siçanın harasa
iĢədiyini də görməmiĢəm, adətən, siçanlar öz balaca kranlarını iki
dəqiqədən artıq bağlı saxlaya bilmirlər, xüsusilə də yemək zamanı.
Sizə demiĢdim axı, bu balaca yaranıĢ Allahın sirlərindən biridir.
Mister Cinlqz siqar qutusundan olan yeni evində yerləĢəndən
təxminən bir həftə sonra Delakrua bizə nəsə göstərmək istədiyini
deyərək, məni və Brutusu öz kamerasına çağırdı. O, nəsə göstərmək
adı ilə bizi elə tez-tez çağırırdı ki, artıq təngə gəlmiĢdik – əgər Mister
Cinqlz pəncələrini havada oynadaraq kürəyinin üstünə çevrilirdisə, bu,
dünyada ən maraqlı vaqiə idi – ən azından, bu qara qəpiyə dəyməz
əbləh luizianalı fransızın fikrincə; lakin bu dəfə onun göstərmək
istədiyi Ģey həqiqətən əyləncəli idi.
Delakruaya hökm oxunandan sonra, demək olar ki, hamı onu
yaddan çıxarmıĢdı, lakin onun bir qohumu – ərə getməmiĢ qoca xalası
– vardı. Məncə, xalası ona həftədə bir dəfə məktub yazırdı. Bir gün
xalası ona iri bir bağlama dolusu nanəli nabat göndərmiĢdi. Buna
bənzər konfetlər indi “Kanada Mints” adı ilə satılır. Nabatlar iri,
çəhrayı həblərə bənzəyirdi. Delakruaya bu bağlamanın hamısını
birdəfəlik götürməyə icazə verilmədi, təbii – çünki bağlamanın içində
iki kiloqramdan artıq nabat vardı. Delakrua mədə sancıları ilə
xəstəxanaya düĢənədək bu nabatları yeməyə davam edəcəkdi. Bizim
YaĢıl Milimizdəki bütün məhbuslar kimi, onun da ölçü, əndazə
www.vivo-book.com
158
haqqında heç bir anlayıĢı yox idi. Ona görə də biz ona bir dəfəyə altı
nabat verirdik, özü də yalnız onun yadına düĢüb istəyəndə.
Biz onun kamerasına yetiĢəndə Mister Cinqlz çarpayının üstündə
Delakrua ilə yanaĢı oturaraq pəncələrində tutduğu həmin çəhrayı
nabatlardan birini məmnunluqla gəmirirdi. Delakrua, sadəcə,
fərəhindən az qalırdı çatlasın – o, beĢ yaĢlı oğlunun ilk qırıq-qırıq,
dolaĢıq ifasına qıraqdan tamaĢa edən klassik pianoçuya bənzəyirdi.
Amma məni yanlıĢ baĢa düĢməyin; gördüyümüz mənzərə həqiqətən
çox gülməli idi. Nabat az qala Mister Cinqlzın bədəninin yarısı boyda
idi və onun ağ tüklü qarnı artıq əməlli-baĢlı ĢiĢmiĢdi.
– Eddi, nabatı ondan al, – deyə Brutus həm gülə-gülə, həm də bir
az narahatlıqla qıĢqırdı. – Aman Tanrım, o partlayana qədər yeyəcək.
Mən nanənin iyini elə buradanca hiss edə bilirəm. Ona neçəsini
yedizdirmisən?
– Bu ikincisidir, – Delakrua cavab verdi və bir qədər narahatlıqla
Mister Cinqlzın dombalmıĢ qarnına baxdı. – Sən həqiqətən düĢünürsən
ki, onun... demək istəyirsən... qarnı doğrudan partlaya bilər?
– Əlbəttə! – Brutus cavab verdi.
Brutusun nüfuzu Delakrua üçün kifayət idi. O, əlini yarısı
yeyilmiĢ çəhrayı nabata tərəf uzatdı. Mənə elə gəldi ki, siçan onun
əlini diĢləyəcək, lakin Mister Cinqlz itaətkarcasına nabatdan, daha
doğrusu, onun qalıqlarından imtina edərək onu verdi. Mən Brutusa
tərəf baxdım. Brutus da Ģübhə ilə baĢını yırğaladı – sanki, “yox bu ola
www.vivo-book.com
159
bilməz” deyirdi; o da bir Ģey baĢa düĢməmiĢdi. Sonra Mister Cinqlz
özünü Ģappıltı ilə siqar qutusunun içinə atdı və elə yorğun bir
görkəmlə böyrü üstə uzandı ki, onun bu hərəkətinə üçümüz də
qəhqəhə çəkərək güldük. Bundan sonra biz tez-tez siçanı Delakruanın
yanında oturaraq pəncələrinin arasında tutduğu nabatları gəmirən
görürdük. O, bu nabatları elə səliqə ilə yeyirdi ki, lap elə bil axĢam
vaxtı çay süfrəsində oturmuĢ yaĢlı xanım idi. Onların hər ikisindən
sonralar həmin dirəyin dəliyindən burnuma dəyən bir az acı, bir az da
Ģirin nanəli nabat iyi gəlirdi.
“E” blokuna əsil qasırğa kimi çökən Uilyam Uortonun
həbsxanamızda peyda olması ilə bağlı hekayəyə keçməzdən əvvəl
Mister Cinqlz haqqında demək istədiyim bir Ģey də var. Nanəli
nabatlarla bağlı hadisədən təxminən bir həftə, yəni Delakruanın öz
dostunu ölənədək yedirtməyəcəyinə tam əmin olandan sonra balaca
fransız məni öz kamerasına çağırdı. Brutus bəzi məsələləri həll etmək
üçün intendantlığa getmiĢdi, mən isə blokda təkbaĢına qalmıĢdım və
belə vəziyyətlərdə, qaydalara görə, məhbusa yaxınlaĢa bilməzdim.
Lakin Delakruanı, lazım olarsa, kürə atırmıĢ kimi, bir əlimlə iyirmi
metr kənara tullaya biləcəyimdən əmin olduğuma görə qaydaları
pozaraq onun nə istədiyini öyrənmək qərarına gəldim.
– Bir tamaĢa elə, boss Ekcum, – deyə o dilləndi. – Ġndi Mister
Cinqlzın nələrə qadir olduğunu görəcəksən! – O, əlini siqar qutusunun
arxasına uzadıb oradan balaca bir taxta makara çıxardı.
www.vivo-book.com
160
– Sən bunu haradan götürmüsən? – deyə ondan soruĢsam da,
deyəsən, verdiyim sualın cavabını bilirdim. Delakruaya bunu verə
biləcək yeganə bir adam vardı.
– Qoca Tut-Tutdan, – o cavab verdi. – Hə, bir bura bax!
Mən artıq baxırdım və Mister Cinqlzın öz qutusunun içində
ayağa qalxaraq ön pəncələrini qutunun kənarlarına söykədiyini və
muncuk kimi parıldayan qara gözlərini Delakruanın sağ əlinin baĢ və
Ģəhadət barmaqlarının arasında tutduğu makaraya zillədiyini
görürdüm. Mənzərəyə tamaĢa edəndə kürəyimlə üzüyuxarı qalxan
soyuq vicvicə hiss etdim. Həyatımda heç vaxt bir siçanın nəyəsə belə
diqqətlə, belə dərrakə ilə baxdığını görməmiĢdim. Mən Mister
Cinqlzın fövqəltəbii bir varlıq olduğuna inanmıram və əgər siçan
haqqında söylədiklərim sizi belə düĢünməyə vadar edibsə, lütfən məni
bağıĢlayın; lakin onun, öz həmcinsləri ilə müqayisədə, bir növ dahi
olduğuna heç vaxt Ģübhəm olmayıb.
Delakrua əyilib tırtılsız makaranı kameranın döĢəməsi ilə
diyirlətdi. O, bir-birinə ox ilə bərkidilmiĢ iki təkər kimi çox rəvan
hərəkət edirdi. Siçan bir göz qırpımında qutunun içindən çıxıb, it ağac
qırığının arxasınca qaçdığı kimi, döĢəmə ilə onu ardınca Ģığıdı. Mən
təəccübdən qıĢqırdım və Delakrua məmnunluqla gülümsədi.
Makara divara çırpılaraq kənara səkdi. Mister Cinqlz onun
ətrafına dolanıb arxasına keçdi və makaranı geriyə, çarpayıya tərəf
diyirlətməyə baĢladı. Makaranı geri diyirlədərkən hərəkət səmtinin
|