www.vivo-book.com
364
söylənilən heç bir sözün elə də böyük əhəmiyyəti yox idi. Persi
Uetmorların dünyasında əhəmiyyət daĢıyan bir Ģey vardı, o da vacib
insanlara yazılı, ya da Ģifahi Ģəkildə hansı məlumatlar, özü də hansı
tərzdə çatdırılacaqdı. Persilərin dünyasında vacib olan Ģey bunun
qəzetlərə hansı Ģəkildə düĢəcəyi idi.
Anderson nəzərlərini tərəddüdlə bizim beĢimizin də üzündə
gəzdirdi. O, hətta Delə də baxdı, lakin Del artıq danıĢmırdı.
– Məncə, iĢlər bundan da pis ola bilərdi, – deyə nəhayət,
Anderson dilləndi.
– Hə, düz deyirsən, – deyə mən onun sözünü təsdiqlədim. – O,
hələ də sağ qalmıĢ ola bilərdi.
Körtis çaĢqınlıqla gözlərini döydü: deyəsən, bu fikir heç onun
ağlına gəlməmiĢdi.
– Sabah səhər tezdən bütün baĢ verənlər haqqında müfəssəl
hesabat mənim masamın üstündə olmalıdır. – o dedi. – Və mən
həbsxananın rəisi Mursla danıĢmamıĢ, sizlərdən heç kim ona bircə
kəlmə də deməməlidir. DanıĢdıqmı?
Hamımız birlikdə həvəslə baĢımızı yırğaladıq. Əgər bütün baĢ
verənlər haqqında həbsxananın rəisinə Anderson özü məlumat vermək
istəyirsə, qoy elə də olsun, biz etiraz etmirik.
– Əlbəttə, o cızma-qaraçılar öz qəzetlərində bu haqda yazıb
hamıya car çəkməsələr...
www.vivo-book.com
365
– Onların bu haqda yazacaqlarını düĢünmürəm, – deyə mən
dilləndim. – Əgər onlar bir Ģey yazmağa cəhd eləsələr, qəzetlərin
redaktorları bu yazıları çapa buraxmazlar. Ailə arasında oxunması
üçün çox dəhĢətli mövzudur. Heç yazmağa cəhd edəcəklərini də
düĢünmürəm, çünki bu gecə onların arasında yeni heç kim yoxdu,
hamısı bu iĢin veteranları idilər. Bəzən iĢlər tərs də gedə bilər. Bunu
bizim bildiyimiz kimi, onlar da baĢa düĢürlər.
Anderson mənim dediklərimi bir müddət düĢünəndən sonra
razılıqla baĢını yırğaladı. Adətən, gülərüzlü olan bu adam bu dəfə
üzündə nifrət ifadəsi ilə Persiyə tərəf döndü.
– Sən balaca və murdar əclafsan, – o dedi, – və səni görən
gözüm yoxdu. Persinin üzündə təəccüb ifadəsi ilə ona baxmasının
cavabında, o, sadəcə, baĢını yırğaladı. – Əgər sən özün kimi ağciyər
dostlarına burada baĢ verənlər haqqında bir söz belə desən, dəvə
incəlib iynənin boğazından keçənədək mən bunu inkar edəcəyəm və
bu gördüyün uĢaqlar da mənim tərəfimdə olacaqlar. Sən özünü zibilə
salmısan, övlad.
O çevrildi və pilləkənlər ilə yuxarı qalxmağa baĢladı. Mən onun
dörd pillə qalxmasına qədər gözlədim və sonra dedim:
– Körtis?
O, dinməzcə geri döndü və qaĢlarını çataraq sualedici nəzərlərini
mənə zillədi.
www.vivo-book.com
366
– Persi haqqında çox da narahat olmamalısan, – mən dedim. – O,
tezliklə iĢ yerini dəyiĢəcək və Briar Ricə keçəcək. Daha çox maaĢ və
daha yaxĢı Ģərait. Düz demirəmmi, Persi?
– Onun köçürülməsi haqqındakı sənəd imazalana kimi, – deyə
Brutus əlavə etdi.
– Nə qədər ki, bu sənəd imzalanmayıb, o, bütün axĢam növbələri
üçün xəstəlik məzuniyyəti alacaq, – deyərək Din də söhbətə qarıĢdı.
Bu məqamda elə bil kimsə Persini silkələyib ayıltdı. Çünki
ödəniĢli məzuniyyət alması üçün o, həbsxanada kifayətə qədər
iĢləməmiĢdi. Persi üzündə aĢkar nifrətlə Dinə tərəf baxdı.
– Heç buna ümid belə eləmə, – deyə cavab verdi.
6
Təxminən ikiyə on beĢ dəqiqə iĢləmiĢ biz öz blokumuza qayıtdıq
(bircə Persidən baĢqa, ona anbar otağını silib təmizləməsi əmr
edilmiĢdi və o, hər Ģeyə lənət yağdıra-yağdıra bu iĢi yerinə yetirirdi) və
mən hesabatı yazmalı idim. Mən bu hesabatı növbətçi masasında
yazmağı düĢünürdüm, çünki öz kabinetimdəki yumĢaq və rahat
kresloya otursam, məni yuxu tutacağından qorxurdum. Cəmi bircə saat
www.vivo-book.com
367
əvvəl nə baĢ verdiyini nəzərə alsaq, mənim bu sözlərim sizə qəribə
gələ bilər, lakin axĢam saat on birdən baĢlayaraq mən elə bil üç ömür
yaĢamıĢdım və bütün bu ömürlərin heç birində yatamamıĢdım.
Con Koffi öz kamerasının qapısnın önündə dayanmıĢdı, onun
qəribə və qeyri-adi gözlərindən durmadan yaĢ axırdı. Ona baxanda,
adama elə gəlirdi, sanki, bunlar göz yaĢları deyildi, elə bil heç zaman
sağalmayan və anlaĢılmaz bir Ģəkildə ağrı verməyən bir yaradan qan
axırdı. Növbətçi masasının yaxınlığında olan baĢqa bir kamerada
Uorton öz çarpayısında oturub bədənini ora-bura yellədərək bir mahnı
oxuyurdu, özü də, deyəsən, bu mahnını özü bəstələmiĢdi, amma
mahnıda məntiqin olmadığını demək mümkün deyildi. Əgər yaddaĢım
məni aldatmırsa, mahnını sözləri belə idi:
Man-qal! Sən və Mən!
Cızıldayır və qızarır, püf-püf püf!
Bu, nə Billidir, nə də Filadelfiya Filli,
Nə Ceki, nə də Roy!
O bir az istilənmiĢdir, bunda nə var,
Delakrua adında bir az qızmıĢ xiyar!
Kəs səsini, əbləh, – deyə mən onun üstünə qıĢqırdım.
Uorton ağzındakı qaralmıĢ diĢlərinin hamısını göstərərək iriĢdi.
O, hələ ölmürdü, ən azından hələlik; o, sağ-salamat ayaqlarının
www.vivo-book.com
368
üstündə dura bilirdi, onu çulğalayan xoĢbəxtlik duyğuları ilə o, az
qalırdı “step” rəqs eləsin.
– Bəlkə içəri gəlib özün məni susdurasan, hə? – deyə o, üzündə
xoĢbəxt bir ifadə ilə qıĢqırdı və sonra “Manqal” mahnısının baĢqa
bəndlərini oxumağa baĢladı. Onun qoĢduğu sözlər elə də məntiqsiz
deyildi. Onun sözlərində nəsə bir Ģey vardı. Mən deyərdim ki, nəsə,
üfunət iyi verən dərrakə vardı və məncə, o sözlərdə özünəməxsus
gözəllik də vardı.
Mən Con Koffinin kamerasına yaxınlaĢdım. Mən yaxınlaĢanda,
o, əlinin arxası ilə gözlərini sildi. Onun gözləri qırmızı və ĢiĢkin idi və
birdən mən elə gəldi ki, nədənsə o, çox yorğun görünürdü. O, nə üçün
yorğun olmalıydı, axı o, gəzinti həyətində cəmi iki saat veyilləndikdən
sonra, bütün vaxtını öz kamerasında, gah çarpayısında oturmaqla, gah
da yatmaqla keçirir. Bunun səbəbi mənə məlum deyildi, amma o,
doğrudan da çox yorğun görünürdü. Gözlərimin məni aldatmadığına
tam əmin idim. Bunun belə olduğu açıq-aĢkar görünürdü.
– Zavallı Del, – Koffi asta və xırıltılı səslə dedi. – Zavallı qoca
Del.
– Hə, – deyə mən cavab verdim. – Zavallı qoca Del. Con, özünü
necə hiss edirsən?
– Onun üçün artıq hər Ģey bitib, – Koffi yenə də dedi. Onun üçün
artıq hər Ģey bitib, elə deyilmi boss?
www.vivo-book.com
369
– Hə, elədir. Mənim sualıma cavab ver, Con. Sən özünü necə
hiss edirsən?
– Onun üçün artıq hər Ģey bitib, o, xoĢbəxt adamdır. Bunun necə
olduğunun isə mənası yoxdur, o, xoĢbəxt adamdır.
Mən düĢündüm ki, bununla bağlı Delakrua Koffi ilə mübahisə
edərdi, lakin mən bunu ona söyləmədim. Bunun əvəzində, mən
Koffinin kamerasına göz gəzdirdim.
– Bəs Mister Cinqlz haradadır?
– O tərəfə qaçdı. O, dəmir barmaqlıqların arasından əlini
dəhlizin o biri baĢına tərəf uzadaraq karser kamerasını göstərdi. Mən
baĢımı yırğaladım.
– Hə, eybi yoxdur, o yenə qayıdacaq.
Amma o bir daha qayıtmadı, Mister Cinqlzın YaĢıl Mildə
yaĢadığı günlər baĢa çatmıĢdı. Onun yeganə izini Brutus qıĢda
tapmıĢdı: əlvan rənglərə boyanmıĢ bir neçə ağac tiliĢkəsi və dirəkdəki
dəliyin içindən gələn nanəli nabatın qoxusu.
Mən arıq oradan uzaqlaĢmaq istədim, amma bacarmadım. Mən
dinməzcə Con Koffiyə baxırdım, o da mənə, elə baxırdı ki, elə bil
mənim düĢündüklərimi oxuya bilirdi. Mən öz-özümə dedim ki,
hərəkətə gəlməliyəm və növbətçi masasına geri qayıdaraq hesabatı
yazmağa baĢlamalıyam. Bunun əvəzinə mən onun adını söylədim.
– Con Koffi.
– Bəli, boss, – deyə o, dərhal cavab verdi.
www.vivo-book.com
370
Bəzən insan nəyisə öyrənmək üçün çırpınır, həmin an mənim
baĢıma gələn də elə bu idi. Mən kameranın önündə diz çökdüm və
ayaqqabılarımdan birini çıxarmağa baĢladım.
7
Mən evə çatanda, yağıĢ artıq kəsmiĢdi və Ģimaldakı dağların
təpəsindən Ayın hilalı görünməkdə idi. Buludlar ilə birlikdə, deyəsən,
mənim yuxum da harasa çəkilib yox olmuĢdu. Daha yatmaq
istəmirdim və üstümdən Delakruanın qoxusu gəldiyini hiss edirdim.
DüĢündüm ki, yəqin hələ uzun müddət onun qoxusu mənim üstümdən
gələcək – “Man-qal! Sən və Mən! Cızıldayır və qızarır, püf-püf-püf!”
Cenis yatmayaraq məni gözləyirdi – edam olan gecələr o, hər
zaman oyaq qalıb məni gözləyərdi. Mən bu gecə baĢ verənlər haqqında
ona danıĢmaq fikrində deyildim, çünki baĢ verənləri danıĢıb onu
qorxutmağın heç bir mənası yox idi. Lakin mən mətbəx qapısından
içəri daxil olanda, o mənim üzümə baxaraq hər Ģeyi anlamıĢdı. Ona
görə də mən masanın arxasında oturdum, onun isti əllərini öz soyuq
əllərimin içinə aldım (mənim köhnə “ford”umda qızdırıcı, demək olar
www.vivo-book.com
371
ki, iĢləmirdi və hava da fırtınadan sonra yüz səksən dərəcə dəyiĢmiĢdi)
və bu gecə baĢ verənlər haqqında onun eĢitmək istədiyi hər Ģeyi ona
danıĢdım. Haradasa, söhbətin ortalarında mən qəfildən özümü saxlaya
bilməyib hönkür-hönkür ağladım, bunu özümdən gözləmirdim. Öz
ağlamağımdan bir balaca utandım, amma bir o qədər də yox, çünki
yanımdakı Cenis idi axı; bəzən özümü kiĢiyə yaraĢmadığını
düĢündüyüm tərzdə aparmağıma görə... yəni özümü necə aparmalı
olduğumu düĢündüyümdən fərqli davrananda, o, heç vaxt məni
məzəmmət eləməzdi. Əgər bir kiĢinin yanında yaxĢı arvad varsa,
deməli o, Allahın yaratdığı ən xoĢbəxt bəndədir, yanında belə bir
arvad olmayan kəs isə ən miskin və bədbəxt məxluqlar arasında
olmalıdır. Məncə, onların yeganə təsəllisi isə necə miskin bir həyat
sürdüklərindən xəbərləri olmaması ola bilər. Mən ağlayırdım, o isə
mənim baĢımı öz sinəsinə sıxaraq saçlarımı tumarlayırdı və mənim öz
tufanım keçəndən sonra, mən də özümü bir azca rahatlamıĢ hiss
etdim... az da olsa rahatlanmıĢdım. Və, məncə, məhz həmin an ilk dəfə
olaraq fikirlərim durularaq təmizləndi. Ayaqqabımı demirəm; onu
nəzərdə tutmuram, yox. Ayaqqabımın da bu fikirlə əlaqəsi vardı,
amma tamam baĢqa mənada. Məhz həmin anda mən hər Ģeyi baĢa
düĢdüm: Cinsləri, dərilərinin rəngi və bədən ölçüləri arasında nə qədər
böyük fərq olsa da, Con Koffi ilə Melindanın gözlərindəki ifadə
tamamilə eyni idi: bədbəxt, kədərli və laqeyd. Ölüm ayağında olan
gözlər.
www.vivo-book.com
372
– Gəl gedək yataq, – deyə arvadım, nəhayət dilləndi. Gəl
mənimlə birlikdə yatağa gedək, Pol.
Biz yatağa birlikdə getdik, seviĢdik və bu iĢi bitirəndən sonra
arvadım yuxuladı. Mən yerimdə uzanıb Ayın hilalına tamaĢa edir,
divarların çartıltısına qulaq asırdım. Divarlar yavaĢ-yavaĢ soyuyaraq
sıxılırdı, deməli yay mövsümü payız ilə əvəz olunurdu. Mən
yatağımda uzanıb Con Koffi haqqında, onun – “Mən Delin siçanına
kömək etdim. Mən Mister Cinqlza kömək etdim. O sirk siçanıdır” –
deməsi haqqında düĢünürdüm. Əlbəttə. Və mən düĢündüm ki, bəlkə
elə biz hamımız ora-bura Ģütüyən, Allah və onun səmadakı
mələklərinin yuxarıdan bizim sintetik qatranlı evlərimizdə nə
etdiyimizə jelatin pəncərələrdən tamaĢa etdikləri haqqında dumanlı
təsəvvürü olan sirk siçanlarıyıq.
GünəĢ qalxana yaxın mən bir balaca mürgülədim və deyəsən,
indi Corciya Paynzda yatdığım kimi, o vaxtlar nadir hallarda baĢ verən
kiçik fasilələrlə iki-üç saat yata bildim. Mən öz uĢaqlığımın kilsələri
haqqında düĢünə-düĢünə yuxuya getmiĢdim. Kilsələrin adı mənim
anamın və onun bacılarının həvəslərindən asılı olaraq dəyiĢirdi, lakin
onların hamısı, əslində, eyni idi: Bekvudzdakı Ġlk Ġsaya AlqıĢ, Allah
Hər ġeyə Qadirdir Kilsəsi. Onun küt və kvadratĢəkilli zəng
qüllələrinin kölgəsində günahlardan arınma konsepsiyası, möminləri
ibadətə çağıran zəngin cingiltisi kimi, daim orada idi. Yalnız Allah
günahları bağıĢlaya bilərdi və öz çarmıxa çəkilmiĢ Oğlunun ölüm
www.vivo-book.com
373
ayağındakı qanı ilə bu günahları yuyaraq bağıĢlayırdı da, lakin bu heç
də onun övladlarının hər düĢən fürsətdə öz günahlarını (hətta sadə
səhv davranıĢ və yanlıĢ mühakimələrə qapılarkən qazanılmıĢ günahları
da) yumaq məsuliyyətindən azad etmirdi. Günahlardan arınma ayini
çox güclüydü, çünki o səni öz keçmiĢindən ayıran qapının kilidi idi.
Mən günahlardan arınma, ildırımın belində çapan Delakrua və
Melinda Mur və mənim daim gözüyaĢlı olan nəhəng dostum
haqqındakı düĢüncələrim ilə yuxuya daldım. Hər necə olmuĢdusa, bu
düĢüncələr mənim yuxuma da yol tapa bilmiĢdi. Mənim bu yuxumda
Con Koffi bir çayın kənarında oturmuĢ və üzünü yay səmasına tutaraq
öz anlaĢılmaz dilində nəsə hayqırırdı, çayın o biri sahilində isə bir yük
qatarı bitib-tükənmək bilməyən bir zolaq kimi Trapinqusun paslanmıĢ
dəmir körpüsünə tərəf Ģütüyürdü. Qaradərili bu nəhəng hər qolunda bir
sarıĢın və çılpaq qız uĢağı tutmuĢdu. Onun nəhəng qəhvəyi rəngli
daĢları xatırladan yumruqları sıxılmıĢdı. Onun ətrafında sisəklər
cırıldaĢır və qara duman kimi mığmığalar uçuĢurdu; hər yan elə isti idi
ki, qulağa uğultu dolurdu. Yuxumda mən ona yaxınlaĢaraq diz çökdüm
və onun əlini öz əlimə aldım. Onun yumruqları dərhal boĢalaraq
içindəki sirri faĢ elədi. Onun bir ovcunda yaĢıl, qırmızı və sarı rənglərə
boyanmıĢ makara, o biri əlində isə həbsxana nəzarətçisinin ayaqqabısı
vardı.
– Mən heç nə eləyə bilmədim, – Con Koffi dedi. – Mən hər Ģeyi
geriyə qaytarmağa çalıĢdım, lakin artıq çox gec idi.
www.vivo-book.com
374
Bu dəfə mən yuxuda ikən onun nə demək istədiyini dəqiq baĢa
düĢdüm.
8
Ertəsi gün səhər saat doqquzda, mən mətbəxdə artıq üçüncü
fincan qəhvəni içərkən (arvadım mənə bir söz deməsə də, qəhvə
fincanını mən verəndə onun üzündəki ifadədən məni üçüncü fincan
qəhvə içməyimdən narazı olduğunu baĢa düĢmüĢdüm), telefonumuz
zəng çaldı. Dəstəyi qaldırmaq üçün mən dəhlizə keçdim və dəstəyi
qulağıma yaxınlaĢdıranda, Mərkəzdəki telefonçu qızın kiməsə “sizin
xəttiniz məĢğuldur” dediyini eĢitdim. Sonra mənə sabahımın xeyirlərə
açılmasını diləyərək xətdən ayrıldı... Belə güman edirəm ki, bu telefon
stansiyası ilə heç nəyi dəqiq bilmək mümkün deyil.
Telefonda Hal Mursun səsini eĢidəndə, mən sarsıldım. Titrək və
xırıltılı, onun səsi səksən yaĢlı bir adamın səsi kimi çıxırdı. Birdən
ağlıma gəldi ki, nə yaxĢı dünən tuneldə Körtis Anderson ilə iĢimiz
yolunda getdi, nə yaxĢı ki, o da Persi haqqında bizimlə eyni fikirdədir,
www.vivo-book.com
375
çünki indi telefonda danıĢdığım bu adam çətin ki, Kold Mauntində bir
gün belə iĢləməyə qalardı.
– Pol, mən baĢa düĢürəm ki, dünən sizin problemləriniz olub.
Onu da baĢa düĢürəm ki, bu problemlərin yaranmasında bizim
dostumuz mister Uetmorun da barmağı olub.
– Hə, bəzi problemlərimiz oldu, – deyə dəstəyi qulağıma sıxaraq
və boynumu mikrofona tərəf uzadaraq mən razılaĢdım, – lakin iĢ icra
edilib. Vacib olan da budur.
– Hə, əlbəttə.
– SoruĢa bilərəmmi bunu sənə kim deyib? – “Bunu bilim ki,
onun quyruğuna vedrə bağlayım” – deyə düĢünsəm də, ona demədim.
– SoruĢmağına soruĢarsan, amma bu məsələnin sənə dəxli
olmadığına görə, yaxĢısı budur mən ağzımı bərk tutum. Lakin mən bir
məlumat, ya da təcili bir iĢin olub-olmadığını öyrənmək üçün ofisimə
zəng edəndə, mənə çox maraqlı bir Ģey dedilər.
– Eləmi?
– Hə. Belə baĢa düĢdüm ki, iĢ yerini dəyiĢmə haqqında ərizə
mənim masamın üstündədir. Persi Uetmor mümkün olduqca qısa
zamanda Briar Ricə köçürülməsini istəyir. Deyəsən, dünənki gecə
növbəsi hələ baĢa çatmamıĢ, o bu ərizə formasını doldurub, sən necə
düĢünürsən?
– Sənin dediyindən elə çıxır, mən də elə anladım, – deyə mən
razılaĢdım.
www.vivo-book.com
376
– Adi halda mən bu iĢlə məĢğul olmağı Körtisə tapĢırardım,
amma... amma “E” blokundakı abı-havanı nəzərə alaraq, Hannadan
nahar fasiləsində ərizəni mənə Ģəxsən özünün gətirməsini xahiĢ etdim.
O da lütfkarlıq edərək razılaĢdı. Mən ərizəni təsdiq edib nəzarətdə
saxlayacağam ki, o elə bu gün Ģtatın paytaxtına çatdırılsın. Güman
edirəm ki, sən bir aydan gec olmayaraq qapıdan çıxan Persinin
kürəyini görəcəksən. Bəlkə də daha tez.
O, güman edirdi ki, mən bu xəbərdən sevinəcəyəm, əlbəttə ki,
belə düĢünməyə onun haqqı vardı. O, Persinin öyündüyü əlaqələri ilə
də yarım ilə çəkə biləcək bu prosesi sürətləndirmək üçün öz arvadına
qulluğa sərf etməli olduğu zamanın bir hissəsini ayırmıĢdı. Bütün
bunlara baxmayaraq, bu xəbəri eĢidəndə mənim ürəyim düĢdü. Bir ay!
Bəlkə də bunun indi elə də əhəmiyyəti yoxdur. Tamamilə təbii bir arzu
olan gözləmək və təhlükəli cəhdi təxirə salmaq əvəzinə, mən indi çox
təhlükəli ola biləcək bir iĢ haqqında düĢünürdüm. Bəzən, elə indiki
halda olduğu kimi, cəsarətini itirməzdən əvvəl tullanmaq daha
yaxĢıdır. Əgər istənilən halda, biz hələlik Persi ilə təmasda olmalıyıqsa
(mən həmiĢə ümid etmiĢəm ki, baĢqalarını özümün bu dəlisov
planımda iĢtiraka sövq edə biləcəyəm – baĢqa sözlə, hər zaman güman
etmiĢəm ki, bu iĢdə mən yox, biz anlayıĢı var), onda bu iĢi elə bu gecə
də etmək olar.
www.vivo-book.com
377
– Pol? Sən oradasanmı? – onun səsi bu dəfə bir az asta eĢidildi,
deyəsən, o özü ilə danıĢdığını zənn etmiĢdi. – Zibil, deyəsən, xətt
kəsildi.
– Yox, mən buradayam, sənə qulaq asıram, Hal. Bu, çox gözəl
xəbərdir.
– Hə, – deyərək o, razılaĢdı və mən yenə onun səsinin necə
qocaldığına təəccübləndim. Bir təhər – zəif və gücsüz. – Hə, indi sənin
nə düĢündüyünü bilirəm.
“Yox, bilmirsən, rəis” – deyə düĢündüm, – “bundan sonra
milyon il də yaĢasan, mənim nə düĢündüyümü tapa bilməzsən”.
– Sən düĢünürsən ki, bizim gənc dostumuz Con Koffinin
edamında da burada olacaq. Yəqin bu belə də olacaq – məncə, Koffi
ġükran Günündən əvvəl edam ediləcək – lakin sən Persini arxaya,
aparat otağına qoya bilərsən. DüĢünürəm ki, heç kim buna etiraz
eləməz, elə Persinin özü də.
– Mən sən deyən kimi də edərəm, – deyə onunla razılaĢdım. –
Hal, Melinda necədir?
Xətdə uzun bir fasilə yarandı, elə uzun bir fasilə ki, əgər onun
nəfəsinin səsini eĢitməsəydim, elə düĢünərdim ki, əlaqə kəsilib. Bu
dəfə o, danıĢmağa baĢlayanda onun səsi bir az da asta çıxırdı.
– O çökür.
Çökür, insanın qanını damarlarında donduran bu sözü köhnə
dəbli insanlar ölüm ayağında olan birisi haqqında deyil, həyatla
www.vivo-book.com
378
bağlarını itirməyə baĢlayan birisi haqqında danıĢarkən istifadə
edirdilər.
– Onun baĢ ağrıları, deyəsən bir az səngiyib... ən azından bu
günlər, amma o, sərbəst gəzə bilmir, əlini uzadıb əĢyaları götürə
bilmir, yatanda isə öz sidik sisteminə nəzarət edə bilmir. Yenə fasilə
yarandı, sonra Hal çox zəif bir səslə “O geyinir” kimi qulağıma çatan
nəsə dedi.
– Nə geyinir, Hal? – deyə mən qaĢlarımı çataraq soruĢdum.
Mənim arvadım dəhlizin qapısında göründü. O, əllərini qab-qacaq
dəsmalına silə-silə dayanıb mənə baxırdı.
– Yox, deyə o dilləndi, onun səsində həm qəzəb, həm də göz
yaĢları hiss olunurdu. – O, söyüĢ söyür.
– Aman Allah! – Mən hələ də onun nə dediyini anlamırdım,
amma sual vermək niyyətində də deyildim. Buna heç ehtiyac da yox
idi. O özü hər Ģeyi mənə izah elədi.
– O öz gül bağçası, ya da kataloqda gördüyü paltar haqqında və
yaxud da Ruzveltin nitqinə radioda necə qulaq asdığı və onun necə
bəlağətlə danıĢması haqqında oturub normal söhbət edə bilər, amma
sonra qəfildən çox murdar Ģeylər söyləyə bilər, ən murdar... sözləri.
Özü də heç səsini qaldırmadan. Əgər o bu sözləri söyləyərkən səsini
qaldırsaydı, bəlkə də bu mənə elə də pis təsir etməzdi, məncə. Çünki
onda... bilirsənmi, onda...
– O zaman o, yəqin özünə oxĢamazdı.
|