Şəngülüm, Şüngülüm, Məngülüm



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix13.04.2017
ölçüsü0,56 Mb.
#13892
1   2   3   4   5

 

 

 

 

 

 

 

 

 

 

 

35



Abbas və Zeynəb 

 

  Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb 



oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini 

duyub dedi: 

   -Yenə nağıl istəyirsiniz? 

   -Bəli, ata, - Məmməd cavab verdi. 

   Fatma dedi: 

   -Ata, bu gün müəlliməmiz bizə "Əlibaba və qırx quldur" un nağılını oxudu. Sən 

də bizə quldurdan söylə. 

   -Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. 

Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır. Ancaq 

təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar. 

Qulaq as, bu nağıldan özün bilərsən. 

   -Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi. Qayadibi adlı kəndin 

əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla 

əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdır. 

Birdən azançının "allahü-əkbər" səsi ucaldı. Cütçülər bundan əvvəl oyanmışdılar, o 

zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər. 

   Getdikcə dan yerinin qızırtısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı. 

Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmürdü. Amma şəfəqi 

qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından 

göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı. 

Çəmənlərdə, seyrangahlarda, çiçək qönçələrində gizlənmiş pərvanələri və ayıları 

oyatdı. Quşların cəh-cəhi havaya ucaldı. 

   Bunların xoş avazları cütçünü şura gətirdi. O da ahəstə-ahəstə cütünü sürüb öz 

nəğməsini oxudu. Dağ döşündə sürüsünü otaran çoban da bayatı nəğməsini 

tütəyində ucaltdı. 

   Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş rənginə dönürdü. 

Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi.... 

 

   -Abbas, bax, gör mən nə qədər yığmışam. 



   -Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu 

kişmiş alacağam. 

   -Fındıq da. 

   -Yaxşı, fındıq da alaram. 

   Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə 

oturdular və onlar dəstə tutmağa başladılar. 

   Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey 

qoymamışdı. Ancaq anaları Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini 

qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı. 

Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə 

odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula 

satırdı. Iki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb 

bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.  

 

36



   Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq 

həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki 

quldur Səfərdən qorxurdu. Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında 

Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu mə'lum deyildi. 

Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi. 

   Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş adlı: "Ey qayadibilər! 

And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın namusuna, ta sizin 

böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb, o gözəl vətəninizi odlayıb tar-mar 

etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun". 

   Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi. 

   Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə 

göndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda 

Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi 

hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi. 

   Fatma neçə gün idi ki, işsiz idi. Ona görə istər-istəməz uşaqlara izin verdi. Onlar 

da sevinə-sevinə meşə tərəfə üz qoydular. 

   Fatma ağıllı, xoşrəftar bir arvad idi. Öz uşaqlarına da yaxşı rəftarı, bir-birilə 

mehriban dolanmağı tərbiyə vermişdi. Uşaqlar da analarının gözəl sifətlərini və 

tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər. 

   Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. Zeynəb 

qaraqaş, qaragöz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi. Abbas bacısını 

artıq dərəcədə sevirdi. Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey 

almayaydı. Abbas üzünü bacısına çevirib dedi: 

   -Zeynəb, bu yığdığımız qulançar azdır, bunda heç bir şahı da verməzlər. Dur 

gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən 

odun doğrayıb şələ qayırım. 

   -Axı, qardaş, mən yorulmuşam. 

   -Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək yığaram, - 

deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da əlindən 

tutub dağın döşündəki meşəliyə üz qoydu. 

   Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar. Bu 

seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi. 

Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub, bahar günəşi ilə 

oynaşırdılar. Hər rəngə çalan cürbəcür cücələr otlara mərcan kimi sarılmışdı. Bir 

tərəfdən quşların cəh-cəhi və bir tərəfdən də baharın xoş mehi insanı bihuş edirdi. 

Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan bir bulaq axıb şırıltı ilə aşağı 

tökülürdü. Suyun zərrələri havada günəşin şəfəqindən almaz parçaları kimi 

parıldayırdi. Bu bulaq "Şırlanbulaq" adı ilə məşhur idi. Zeynəb bu gülüstanı, bu 

çarqat kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub - Ah nə gözəl 

çiçəklər var, - deyə qışqırdı və qardaşının əlini buraxıb gül yığmağa qaçdı. Abbas 

da ipini və dəhrəsini yerə qoyub qulançar yığmağa məşğul oldu. Zeynəb gah çiçək 

yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir 

laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. O vaxt Abbas qulançar 

yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü. 

 

37


Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir gurultu düşdü. 

Abbas elə bildi ki, göy guruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi. 

Bu gurultudan bir dəqiqə keçməmiş elə bir gurultu başladı ki, deyəsən bu saat 

göylər uçub yerə töküləcəkdir. Abbas başını yuxarı qaldırb gördü ki, güllə dağların 

başından kəndlərinə və zəmilərdə yer əkən cütçülərin və qoyun otaran çobanların 

üstünə dolu kimi yağır. "Quldurlar!" – Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə 

gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdır. Dərhal 

bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında gizlənsin. 

   Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başı açıq, saçları döşünə 

tökülmüş, ovçu oxundan qaçan ceyrantək "Abbas, qardaş" - deyə o tərəf bu tərəfə 

qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların güllələri onun üstünə dolu kimi 

yağırdı. Abbas ucadan səsləndi: 

   -Bacı, Zeynəb, qorxma, buradayam! 

   Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin otuz qədəm getməmişdi 

ki, birdən "Ox!" deyib yerə yıxıldı. Abbas özünü bacısına yetirib gördü ki, 

Zeynəbin sinəsindən al qan qətrə-qətrə tökülüb, otları və çiçəkləri lalə rənginə 

döndərmişdir. 

   -Abbas, mənə su ver! 

   -Dur, bacım, qaçaq Şırlanbulağa. 

   Zeynəb istədi ki, qalxsın, amma bacarmadı, Abbas onu çox çətinliklə qucağına 

götürüb, bulağa tərəf aparmağa üz qoydu. Lakin on qədəm getməmişdi ki, 

quldurlar bunları təzədən gülləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə 

saldı ki, oranı güllə tutmurdu. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa 

dönmüşdü. 

   -Abbas, yandım, mənə su ver! – deyə Zeynəb nalə edirdi. 

   Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırırdı. 

   -Bacı, bu saat sənə su gətirəcəyəm, - deyə Abbas bulağa tərəf yüyürdü. Güllə 

müdam onun üstünə yağırdı.  

   Abbas özünü bulağa yetirdi. Araqçınını su ilə doldurub qayıtdı. Bu dəfə Abbas 

qaça bilmirdi; qorxurdu ki suyu tökülsün. Abbas o qədər Zeynəbə yaxınlaşdı ki, 

onun "su" naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Namərd güllə binəva 

uşağın sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin 

üç qədəm getməmişdi ki, dübarə yıxıldı, Abbas sürünə-sürünə özünü bacısının 

üstünə saldı, gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdır. Elə 

bil ki, deyir: "Qardaş, Abbas, mənə su ver".  

   Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi: 

   -Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm. 

   Bu hadisədən altı saat keçdi. Dəxi tüfəngin gurultusu kəsilmişdi. Dağların arasını 

tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü 

idi. Beş-altı saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi, indi yanıb 

kül olmuşdu. əhalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, 

meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı.  

   Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdə bir səs çıxmırdı. Heyvanlar və quşlar 

insanların vəhşi hərəkətindən elə xofa düşmüşdülər ki, hələ cürət edib yuvalarından 

 

38


çıxa bilmirdilər. Ay yavaş-yavaş qalxıb, qəmgin-qəmgin insanların tutduğu vəhşi 

əməllərə baxırdı. 

   Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı. Bu arvad 

Fatma və axtardığı da iki balası idi. 

-Zeynəb, Abbas, gözəl balalarım, yetim balalarım, haradasınız, səs verin! - deyə 

Fatma nalə edirdi. 

Lakin çəmən üstündə, lalələr arasında qucaq-qucağa verib qanlarına qəltan olmuş 

Zeynəb və Abbas - bu iki məsum anaları Fatmanın naləsini eşitmirdilər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

39



Əhməd və Məleykə 

 

 



   Qışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin 

külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o 

biri otaqda öz işinə məşğul idi. 

   Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti 

qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında 

qızından ibarətdi. 

   Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də 

qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara 

bərəks olaraq uşaqlarının dərslərinə, ədəb və qərbiyəsinə çox fikir verərdi. 

   Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi, 

yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti 

idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, 

gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb, əlinə 

qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi. 

   Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı. 

   Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi: 

   -Nənə, mənə bir qorxulu nağıl söylə. 

   Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi: 

   -İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd 

nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın? 

   -Yox, mən heç qorxmurdum, - deyə Fatma cavab verdi. 

   Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi: 

   -Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm, bu 

şərtlə ki, qorxmayasan. 

   -Yox, ata, qorxmaram, söylə. 

   Hacı Səməd çaydan bir neçə qurtum içib başladı: 

   -Qızım, biri vardı, biri yoxdu, şımal-şərqdə, meşə içində, çay kənarında Tatarcıq 

adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. 

Qızım, həmin bu nağıl olunan kənddə Nürəddin adında bir kişi vardı. Bu 

Nürəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı və 

Xədicə adında bir arvadı vardı. 

Nürəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan 

zaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan 

yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızın 

əvvəlindən Nürəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı 

pulu dörd gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran 

edərdi. 

   Əhməd kənd məktəbində oxuyurdıu. Atası tərəfindən gələn məktubları asanca 

oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir 

başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisinin şeylərin tezcə alınmasını 

xahiş edirdi. Lakin beş gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərk 

qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi. 

 

40


   Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun 

şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman, 

kim isə qapını döydü. Uşaqlar cəld: 

   -Atam gəldi, - deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə 

bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri dahil oldu. O kişi 

Nürrədinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xadicənin ürəyini qorxu 

aldı. 

Uşaqlar:  



   -Əmi, bəs atamız hanı? - deyə soruşduqları vaxt ondan cavab almadılar. 

Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər 

verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.  

   Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb 

zar-zar ağladı. Bunların ah-naləsi, boranın gurultusu səsi bir-birinə qarışmışdı. 

Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu: 

   -Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik. 

   -Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, - deyə Xədicə oğluna 

təsəlli verdi, sonra hər ikisinin soyundurub yatağa uzandırdı. Bir azdan sonra 

uşaqlar yuxuya getdilər. 

   Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalat onu götürmüşdü. 

Sahibsiz arvad, yetim uşaqlar aclıq ilində necə dolansın? 

   Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərını 

satmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır. 

Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünkü hamı 

bunların günündə idi. 

   Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq Xədicə hər yerdən 

ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumuya kimi oturmuşdu. Gizlin 

ağlamaqdan gözlərini yaşı da qurumuşdu. Qızım, axşam oldu. Acından 

Məleykənin qırmızı yanaqları saralmışdı. 

   Birdən Fatma atasının qucağına atıb dedi: 

   -Ata, demə, demə! Qorxuram. 

   Hacı Səməd qızının başını sığallayaraq dedi: 

   -Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykəni 

soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. 

Axırda Xədicə onu sakit etmək üçün dedi:  

   -Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörək 

salar. 


   Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası ilə 

oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. 

Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki, 

ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi 

çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd 

dedi: 


   -Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı. 

   Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən 

kağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur. 

 

41



Bunu görən ana və oğul daha da artıq təəcüb etdilər. Bu halda Əhmədin gözünə 

pula bükülmüş kağızda yazı sataşdı: 

   "Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun 

çarxı çıxdı, onu salınacan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya 

gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün 

hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, məni qoca 

babanı da, yaddan çıxartma. Xudahafiz. 

                                     Səyyah Cəmaləddin". 

   -Ana, burada yazı da var, qoy görək nədir? - deyə, Əhməd kağızı oxudu. 

   Bu halda Məleykə oyanıb dedi: 

   -Ana, mələk bacamızdan çörək salmadı? 

   -Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, - diyə Xədicə Məleykənin 

qabağına yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından 

bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm yıxılıb yatdılar. 

   Indi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz. 

   Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

42



Süleyman Sani Axundov 

 

Qaraca qız 

(povest) 

 

 



   Qafqaz şəhərlərinin birində usta Zeynal adlı bir sərrac (sərrac - yəhər və sair 

qoşqu ləvazimatı qayıran və satan.) öz arvadı Şərəfnisə ilə yaşayırdı. Bunlar İran 

əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini 

buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr 

dolandırardı.  

   Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox 

qara və çirkin idi. Anası ona körpə vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə 

əsil adı unudulub, hər kəs onu bu adla çağırardı. Qaraca qız çox nadinc idi və özü 

qız uşaqı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynardı. 

Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cürətli idi və yumruğunun da 

qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər 

zaman anası onun nadincliyindən qonşulara şikayət edib deyərdi: 

   - Qaraca qızı su batırmaz, od yandırmaz. 

   Bununla belə, Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi 

yoldaşları ilə bölüşərdi. 

   Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı.  

   Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı, 

xalq şirin yuxuda ikən ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında 

qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhər köməyə gəldi. 

Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları qazımağa 

başladılar. Ata oğulu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı 

ayırırdılar. Bir dəstə də usta Zeynalın evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun 

dalınca usta Zeynalın meyiti çıxdı. Bir az da qazıyandan sonra bir deşik açıldı. 

Buradan çılpaq bir balaca qız çıxdı. Bu qız həmin Qaraca qız idi. 

   O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohum-

əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. 

   Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub 

düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına 

apardı və orada ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar 

Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb qərib olduğunu bilib, 

öz yanlarında saxlamağa məcbur qaldılar.  

   Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq 

təbiətli, şad ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı 

sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, 

tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul 

qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı 

oynadardı.  

   Yasəmən Qaraca qızı çadırı gətirən zaman Yusif orada yox idi, çünki dəstənin bir 

hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı da 

 

43



getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca qızı 

qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.  

   Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə 

deyilmiş, çünki geridə qalşmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən 

xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub 

gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu 

dinləmək belə istəmədi. Qaraca qız isə ürəyində bi işə şad idi, o, Yusifdən 

qorxurdu və qorxmağa da haqlı idi. Yusifin heybətli sifəti, qara və pırtlaq gözləri 

nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını 

bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət verəcəyini söylədi. 

   - Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm 

kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə 

oynadacağam, sənin üçün pul yığacağam.  

   Bu fikri Yusif bəyənib Qaraca qızın dəstədə qalmasına razı oldu. 

   

   Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə 



yerdə, çay qırağında, meşə kənarında mənzil edib çadır qurmaq, nağıl söyləmək - 

bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin 

ayısından qorxurdu. Amma sonralar öyrəşib onunla çox dost olmuşdu. Ayı da 

onunla oynamağı sevirdi. 

   Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi yaxşı geyindirib oxumaq və 

oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamasına 

təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf 

tutanda, dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdı. Yusif bu 

barədə arvadından və Qaraca qızdan razı idisə da, yenə xasiyyətinin pisliyindən hər 

ikisini çox incidərdi.  

   Qaraca qızın təbiətində inadçılıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər 

kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız ancaq Yasəmənin 

sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolandırdı. Yusif    Qaraca 

qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: 

   - Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma 

bu balacalıqda qızın əlində aciz qalmışam.  

   Yasəmən ona belə cavab verərdi:  

   - Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən rəftar 

insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana mehriban rəftar, mülayim 

söz lazımdır.  

   Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdi: 

   - Yox, bu səbəb deyildir, sən olmasan mən onu iki günün ərzində mum kimi 

edərəm. 

   Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı 

daha da artıq kötəklərdi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə 

qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç vəchlə imkan tapa bilməmişdi.  

 

   


 

44


   İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və 

oynamağı ilə ətrafda məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən 

onu qorxudub deyərdi:  

   - Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də əlin 

belə böyük mənfəətdən çıxar. 

   Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı döyməkdən bir müddət çəkinərdi.  

 

   


   Yayın orta ayı idi. Günün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və 

sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını 

qurub mənzil etmişdi.  

   Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşqul idi. Yusif ayısını götürüb yaxın 

kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu. Qaraca qız da 

çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldaya-xarıldaya 

axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.  

   Yasəmən paltarı yuyub kolların üstünə qurumaq üçün sərmişdi. Özü də başını 

yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən Qaraca 

qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən 

şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra 

Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarını 

döşündən yığıb belinə atdı. Bu halda qulağına çay tərəfdən sel gurultusu gəldi. 

Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin 

altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, 

gurultu və nərilti ilə gələn seli görüb var gücü ilə qışqırdı: 

   - Qızım, tez ol, qaç, sel gəlir. 

   Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir neçə 

addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə 

alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı 

götürdü və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü. 

Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı 

və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu iti 

axan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar 

Yasəmənin qışqırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel 

bunları bir böyük daşa çırptdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə 

qaldı. Amma Yasəməni sel götürüb üzü aşağı axıtdı. Qaraçılar çaya tökülüb hər 

ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi 

ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. 

Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaralmışdı, amma qorxusu yox 

idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil 

arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. 

Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi: 

   - Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.  

    Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar 

Yasəmənin yaralarını bağlayıb Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər 

ikisinə yer salıb rahat etdilər.  

 

45



   Axşamçağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox 

qəzəbləndi və dedi:  

   - Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla 

gətirəcəkdir.  

   Qaraçılar Yusifi sakit edib dedilər:  

   - Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durun bayıra çıxaq, 

səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyə qalar, ona qulluq edər.  

   Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyə 

qaldı. 

   Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. 



Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyə 

rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması 

getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.  

   Yazıq Yasəmən qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində çapalayırdı. 

Onun gözləri həmişə yumulu idi. 

Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı 

törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, 

quşların cəhcəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin 

qırmızı şöləsindən parlayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi 

yanaqları solub zanbaq rənginə dönmüşdü. Yasəmən Hüsniyəni tanıdı. Zəif səslə 

ona dedi: 

   - Hüsniyə, Yusif haradadır?  

   - Bayırdadır, bacım, çağırımmı?  

   - Çağır, hamını çağır....ölürəm... 

   - Qorxma, bacım, ölməzsən. Bu gün hardan olmuş olsa, sənin üçün həkim tapıb 

gətirəcəyəm. 

   Bunu deyib Hüsniyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla 

bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər. Yasəmən dedi:  

   - Yox, əzizlərim, mən ölürəm...Yusif, əlini mənə ver...Vəsiyyətimə qulaq 

as...Əmələ gətirməyə söz ver...  

   Bir az dayanıb yenə təzədən başladı: 

   - Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən-

söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdüm...Mənə min cür zülm 

və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq sən də mənə söz ver ki, 

bundan sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən... 

   Yasəmən səsini kəsdi, çadıra bir müddət sakitlik oldu. Sonra Yusif dedi:  

   - Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ gətirməyə söz verirəm. 

   Yasəmənin üzündə şadlıq zühür etdi və Hüsniyəyə dedi:  

   - Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan muğayat ol. Ah, gözlərimə qaranlıq 

çökür...Məni boğurlar...Yusif...Hüsniyə... Qaraca qız....- deyə Yasəmən sayığlaya-

sayığlaya vəfat etdi.  

 

   



   Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin 

sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başladı.  

 

46


   Hüsniyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq 

iş orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq 

üçün hər gün səhər mənzildən çıxıb bir da axşam qayıdırdı. Hüsniyə zavallı 

yetimin üzünə baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm 

və əziyyətlər çəkir.  

   Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib (mürtəkib - pis və yaranmaz işlər 

görən) olmuşdu; belə ki, əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu.  

   Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.  

   Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan 

oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif 

etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı 

cavanlara çox xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara 

pul ilə doldurdular. 

   - Sağ ol, çox yaşa, Qaraca qız, -deyə cavanlar atlarını sürdülər.  

   Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi: 

   - Gəl, qızım, sən ayı ilə o kolluqda otur, zincini al, mən də gedim o görünən 

kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım. 

   Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, oraya içməyə gedir. 

Amma, bununlar belə, bir söz demədi. 

   Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib 

ayını oraya bağladı və Qaraca qıza dedi:  

   -Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.  

   Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. 

Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun budağı 

ayının gücünə davam etməyib qondu. Ayı özünü asudə görüb bir müddət kolluqda 

gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.  

   Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ 

oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana 

gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladıyı yerdə tapmayıb, ayağı ilə 

qızı elə bərk vurdu ki, biçarə dik atıldı.  

   - De görüm, ayı hanı, mürtəd qızı mürtəd. 

   Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi. 

   - Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.  

   Yusif kola diqqətlə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də 

yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə 

qaçmışdır.  

   - Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq. 

   Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol üzünü gah Qaraca qızı söyüb 

qorxudurdu, gah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma 

ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi.  

   - Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir. 

   - Heç zad eşitmirəm, yalan deyirsən.  

   - Bax, bax, yenə bağırır. 

   Bu dəfə Yusifin özü də eşitdi: 

   - Doğru deyirsən, bağıran ayıdır.  

 

47



   Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə ayının 

yeri yaxın görünürdü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını tapdılar. 

Ayı zənciriylə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən 

və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. 

Ayının bağırtısı meşəni başına götürmüşdü. Axırda ayı dartınıb xaltanı başından 

çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış 

ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçmağa 

başladı. Ancaq qorxudan özünü itirib, yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir 

azdan sonra ayı Yusifin meyitini buraxıb Qaraca qızın dalınca düşdü. Bunu 

gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. 

Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum 

dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı enişi 

aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü 

dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə 

daralırdı. Ayı dərənin dibinə kimi yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı 

dırmaşmağa başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi pis enir, 

yoxuşu isə asan dırmaşa bilir. Ayı axtarıb mağaranı taparaq içəriyə soxuldu. 

Qaraca qız sürünə-sürünə özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə 

soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı.  

   Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun qorxusu nahaq idi, çünki indi 

ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də onun orada olmasına şad olardı.  

 

   



   İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız 

ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə 

də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən 

də ayının vahiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya 

yatmışdı. Birdən ayı oyanıb donquldamağa başladı. Bu halda Qaraca qızın 

qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-

hürə mağaranın ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan 

sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən 

ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin 

bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə 

zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu haldan 

ovçular bayırdan:  

   - Axtar, bas, Xallı, bas, Gümüş, bas, - deyə qısqırtdılar. İtlər cürətlənib yerə 

özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan 

sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. 

Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi. 

Ovçuların biri: 

   - Afərin mənim gülləm. 

   - Xeyr,Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir. 

   - Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan mənim 

gülləmdir. 

 

48



   - Səbr edin, əzizlərim. Bu saat məlum olar, - bunu deyib, əvvəlki adam atdan 

düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan bu yana çevirib diqqətlə 

baxmağa başladı: 

   - Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra 

üzünü nökərlərinə tərəf tutub dedi: 

   - Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu ovdan 

qayıtmayacağam. Elə öz meşəni tərif edib məni məsxərə edirdin ki, sizin meşənizlə 

dovşan da tapılmaz. Bəs bu nədir? 

   Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi: 

   - Yenə də, Hüseynqulu ağaq, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə ayısı 

deyil. Əldə bəslənmiş ayıdır. 

   - Elə iş ola bilməz. Onu haradan bildin? 

   - Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu 

deyirəm?  

   Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı 

ilə gülməyə başladılar. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, 

amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına 

qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə 

içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi: 

   - Deyəsən, mağarada yenə ayı var. 

   Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək 

Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra 

çıxardı. Bəylər bunu gördükdə təəcüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca 

qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü 

aldılar. O, səif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. 

Hüseynqulu ağa ondan soruşdu: 

   - Qız sən kimsən? Bu mağarada nə qayırırdın? 

   Qaraca qız cavab vermədi. Rəhim bəy dedi: 

   - Hüseynqulu ağa, görmürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir. Nə 

sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından 

qaraca qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı 

ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.  

    Səlim bəy qıza diqqətlə baxıb dedi: 

   - Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır, sahibi 

də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd etdimsə də, 

bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə qonaqlıq edib 

sizə böyük kef verəcəyəm.  

   Hüseynqulu ağa bunu eşitdikdə dedi: 

   - Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan qız mənə çatar, çünki mənim 

köpəyim tapmışdır.  

   Bəylərin arasına bəhs düşdü. Səlim bəy dedi:  

   - Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadın Pəricahan xanım qaraçı 

qızını evinə qoymaz, nə üçün bəhs edirsən? 

   - Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri kişiyə 

verəcəyəm ki, o saxlasın.  

 

49



Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yənə ov 

etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç dovşandan 

başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola düşdülər.  

   Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. 

Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi: 

   - Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz.  

 

   


   Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər 

evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı 

bir-birinə qarışmışdı. Ağca xanım bu səs-küyə mürəbbiyəsindən (mürəbbiyə - 

tərbiyəçi qadın) izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona 

yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət 

diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: birinin ata-anası 

bəyzadə, o birininki isə yoxsul idi. Biri zəif, sərif, hər bir işdə özgəyə möhtac 

olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görmüş, öz zəhməti 

ilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri 

isə hamını qovğaya çağırırdı. 

   Ağca xanım zəif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini 

sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü. 

   Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı 

unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın 

söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız 

ilə söhbət edən görüb çox bərk acığlandı və mürəbbiyəsini çağırıb dedi:  

   - Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın tərbiyə verdiyiniz qız 

kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır. 

   Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza 

da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanın otağına 

apardı və rişxənd ilə dedi:  

   - Bu şahzadə qızını haradan tapıb gətirmisən. Qızın ilə tanış olub çox şirin söhbət 

edirdilər.  

   Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi: 

   - Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu nə hala salmışdır. Qoy bu 

qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. Bu qız 

qaraçı qızı deyildir və olsa da nə eybi vardır. Xanımın yanında qaravaşı olmazmı?! 

Mürəbbiyəsi yanında olacaqdır. Bir pis şey edərlərsə tərbiyə edib qoymaz. 

   Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi: 

   - Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə üçün 

sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil. 

   - Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı. 

   - Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada qalmaram, 

- deyə Pəricahan xanım qəzəbləndi.  

   Səlim bəy fürsəti fövtə verməyib dedi: 

   - Onda verin mən aparım. 

   Hüseynqulu ağa dedi:  

 

50



   - Səlim bəy, heç vaxt ona razı olmaram. Necə ki, sizə demişəm, elə də edəcəyəm. 

Qaraca qız bağbanım Piri babanın yanında olacaqdır. 

    Pəricahan xanım dedi: 

   - Bu şərtə mən də razıyam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi olmayacaqdır, 

çünki ondan pis xasiyyət götürər.  

   Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. 

   Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. Piri kişi yetmiş 

yaşında, yumşaq təbiətli bir qoca idi. Heç bir kəsi yox idi, özü də Hüseyqulu 

ağanın rəiyyəti olub onun atası zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi 

həmişə bağda ömür sürüb, işi düşməsə ağalıq qapısına gəlməzdi. 

   Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi 

kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə 

edərdi. Ona görə onu başqa nökərlər sevirdi. Qaraca qızın saxlanmaq üçün Piri 

kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; 

onu yedirib rahat etdi. Qaraca qız yatağına girib bir müddət yata bilmədi. Sonra 

Piri kişidən soruşdu: 

   - Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə qoymur?  

   - Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların 

nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş deyildir.  

   Qaraca qız bu sözlərlə sakit olmayıb düşünürdü: 

   - Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona yemək 

verməyəcəklər. Yazıq ac qalacaqdır. Anam sağ olanda məni də naharsıq qoyardı, 

ancaq mən nadinclik edərdim. Bu ki, heç zad etməmişdi.  

   Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəsi həmin fikirlər 

Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı:  

   - Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm? Mən bəy qızı olanda nə olar? 

Məni nə üçün şamsız qoydular? Qaraca qız çox təəcüblü şeylər danışırdı. O deyirdi 

ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm. Ah nə üçün anam məni qoymadı ki, 

onunla çoxluca danışam.  

   Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra 

yuxuya getdi.  

 

   



   Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də 

tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış caydanı su ilə 

doldurub oçağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın.  

   Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə 

əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bu bağda olmasın. 

Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. 

Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı.  

   Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı 

mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi. 

Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı. 

Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi 

bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, 

 

51


Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb 

mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə 

imtahan etdiyi üçün belə deyərdi:  

   - Dost-düşmənimi Qara köpəklə tanıyıram.  

   Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə 

idi. Bununla belə, Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt 

Hüseyinqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu 

geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.  

   Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri 

girib, evdə bir adamı yatmış gördü. Qulaqlarını şəklədib heybətli bir halət ilə ona 

tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında 

uzandı. Əlini yalamağa başladı. Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu 

olduğu üçün Qara köpəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib 

dedi: 


   - Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun? 

   - Baba, burada ayı var. 

   - Yox, qızım, Qara köpəkdir, qorxma burada ayının nə işi var?! Sonra Qara 

köpəyə:- çəkil, - deyib onu bayıra qovladı. 

   - Yat, qızım, hələ tezdir. 

   - Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam. 

   - Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam ola. 

   Qaraca qız paltarını geyib dedi:  

-Baba, əl-üzümü harada yuyum?  

-Budur, daxmamızın yanından su axır, get orada yu. 

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ 

qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız 

üzünü yuyub içəri girdi. 

-Al, qızım, üzünü sil, otur çay içək. 

Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub süfrəyə oturdu, 

hər ikisi yeyib-içməyə məşğul oldular. 

Çaydan sonra Piri kişi Qaraca qıza dedi:  

-Dur qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək. 

Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra 

çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca qıza 

yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı. Qara 

köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna keçirdi. 

Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi: 

-Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə yatmaz.  

-Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.  

Bunu deyib Qaraca qız Qara köpəyib qabağında çöməldi və onun gözlərinə 

baxarkən dedi:  

-Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür. Qaraca qız cəvərəni yenə onun 

boynuna saldı. Bu dəfə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın üzünə 

baxa-baxa yanınca getdi. O da sevincək dedi: 

-Afərin, Qaraca köpəyim! Baba, gördünmü?  

 

52



-Görürəm, qızım və çox da təəcüb edirəm. Qara köpək indiyə qədər məndən 

başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni də aparır.  

-Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan 

zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq, baba, 

heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa, döymək ilə bir şey olmaz. Amma 

qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını döydü, o da onu parçaladı. 

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi. 

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı 

nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin 

oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı. 

Səhərin saf gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana 

zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun yetmiş 

yaşında olduğuna inanmırdı.  

Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın gözləri 

parladı. 

-Baba, nə gözəl almalardır.  

-Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyi qadağan etmirəm, ancaq ac 

qarına yeməyəsən, yoxsa azarlasan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə 

yığım.  

Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yerə tökməyə başladı. Ağzını da 

bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:  

-Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq.  

Qaraca qız düşdü. Almalardan cəvərəninə qoyub yenə Qara köpəyin boynuna asdı. 

Armudluğa gedərkən birdən Qara köpək cəvərəni yerə atıb ildırım kimi götürüldü. 

Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik qaçır. Qara 

köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb yüyürə-yüyürə 

Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa, o, pişikdən əl çəkmədi. Piri 

baba da çağırdı, Qara köpək onun də sözünə qulaq asmadı. Qara köpək az qalmışdı 

ki, onu tutsun, pişik cəld armud ağacına dırmaşıb özünü qızmış köpəkdən xilas edə 

bildi. Qaraca qız bu işdən xeyli şad olub əllərini bir-birinə vura-vura qaqqıltı ilə 

gülməyə başladı.  

-Dızz, qara köpək, dızz, necəsən, tuta bildinmi, - deyə Qara köpəyə yanıq verdi. 

Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki, sanki 

bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yazıq pişik hərçəndi hündürdə idi 

və əl çatan yerdə deyildi. Lakin bununla belə, titrəyə-titrəyə, gözlərini Qara 

köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik 

onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki, 

xallıca bir gözəl pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını cəvərənə 

doldurub armud ağacının dibinə gəldi. Bu halda qara köpək bir qədər sakit 

olmuşdu. Amma yenə də gözləri ağacda idi. 

-Baba, bax, nə gözəl pişik balasıdır, bunu aparıb evimizdə saxlayacağam. 

-Çox yaxşı, qızım, apar. İndi o, armudları da dər, sonra düş.  

Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü. Qara köpək əvvəl 

bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın səyilə bilmərrə sakit oldu və 

 

53


axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. Meyvələr hazır olduqda 

Piri baba dedi: 

-İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi mənə kömək et, sonra mən 

özüm apararam. 

-Baba, məgər mən ağalığa gedə bilmərəm? 

-Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun əmrindən 

çıxırıq. 

Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb, öz xal-xal pişiyini qucağına aldı, 

bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca 

xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki, 

Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl 

kəpənək gəlib Ağca xanım oturduğu skamyanın üstünə qondu. Ağca xanım 

gizlincə kəpənəyi tutmaq istədisə də, lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb 

çox acığı tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.  

Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı. 

Bir azdan sonra mürəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab 

oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi. 

Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, 

bir o qədər də, mürəbbiyəyə düşmənçiliyi artdı. 

Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə gen-bol bir imarət idi. Bundan başqa, 

evin baş tərəfində üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu 

Hüseynqulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri 

xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki 

otağın ağzı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri 

saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylər ilə bəzənib 

Hüsəynqulu ağa üçün açıq saxlanırdı. Burada Hüseynqulu ağa nahardan sonra 

uzanıb bir az rahatlıq edərdi. Bu otağın bircə dənə pəncərəsi vardı, o da qeyri 

pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng 

şüşələri içəriyə bir o qədər işıq buraxmazdı, ona görə də otağın içi qanarlıq idi. Bu 

otaq ağalıqda "Baba otağı" adı ilə məşhur idi. Axır vaxtlarda Ağca xanım müqəssir 

olduqda, onu tənbeh üçün bu otağa salırdılar.  

Qaraca qız çəpər uzunu gəlib evin başına çatdıqda gözləri nağıl etdiyimiz Baba 

otağına sataşdı. Pəncərənin abı, yaşıl, qırmızı, sarı və qeyri rəngli şüşələri Qaraca 

qızın diqqətini cəlb etdi. Çəpər hündür olduğundan Qaraca qız bu otağı yaxşı görə 

bilmirdi. Ona görə də bir ağaca çıxdı ki, oradan baxsın. Bunu Ağca xanım içəridən 

görürdü. Barmağı ilə şüşəni döydü ki, özünün orada olduğunu Qaraca qıza 

bildirsin; birdən şüşə cingilti ilə sınıb yerə töküldü. Bundan hər ikisi qorxuya 

düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, yarpaqların qalın yerində özünü 

gizlətdi. Bir azdan sonra Ağca xanım sınan şüşənin yerindən baxıb yavaşcadan 

Qaraca qızı çağırdı. O da özünü ona göstərib dedi: 

-Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?  

-Bəli, onu sən haradan bildin? 

-Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. 

İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi. 

 

54


-Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovnanın acığı tutanda məni 

buraya salırdılar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün 

üçün bağda azad gəzirsən. 

-Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsən. 

-Yox, məin heç kəs ilə oynamağa qoymular, gəzəndə həmişə Mariya İvanovna 

yanımda olur. Mən onunla gəzməyi sevmirəm.  

Qaraca qız dedi: 

-Nə etməli, səni mənimlə oynamağa qoymurlar.  

-O qucağındakı nədir, - deyə Ağca xanım soruşdu. 

Qaraca qız xallı pişiyi ona göstərib dedi: 

-Bu pişik balasını bu sabah bağdan tapmışam. 

-Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü. 

-İstəyirsən, sənə bağışlayım.  

-Çox yaxşı, gətir bu deşikdən ver. 

-Oraya nə tövr gəlim, qapıdan gəlsəm məni görərlər və qoymazlar. 

-Gör çəpərdən keçə bilirsənmi? 

-Yaxşı, görüm keçə bilirəmmi, -deyə Qaraca qız ağacdan düşüb çəpərdən keçməyə 

yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu gördü, bu 

deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çıxdı. Sonra gizlincə gəlib 

pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi: 

-Haradan keçdin? 

-Su arxının deşiyindən. Al, gör nə yaxşı pişikdir.  

Ağca xanım pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi: 

-Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.  

Ağca xanım dedi: 

-Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də 

gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də 

güçüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış ya yox. Bunu 

deyən Ağca xanım qapını çəkdi, qapı açıldı.  

-Ah, nə yaxşı oldu, tez ol gəl!  

Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini 

qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar. 

Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı qarışıb, 

Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi. Lakin bu 

unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq üçün tez-

tez qapıya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. Bir dəfə də çıxanda anasını 

yanında hazır gördü. Bu ittifaqdan Ağca xanımın rəngi qaçıb bədəninə titrəmə 

düşdü. Özünü elə itirmişdi ki, anasının sualına cavab verə bilmirdi. Pəricahan 

xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə olar, bu qəsd 

ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağını kəsdi: 

-Ana, buraya girmə, girmə - deyə özü də ağlamağa başladı. 

Pəricahan xanım təəccübdə ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının 

dustaq olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasınca Ağca 

xanım otağa girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu: 

-Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin verirəm. 

 

55



Ağca xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə 

divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar bə nahar 

yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.  

Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapıya tərəf 

yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan cəfdələnmiş 

görüb məyus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər 

çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə 

bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan 

sonra Qaraca qız ümidsiz divanın üstündə oturdu. O, xeyli təşvişdə idi, çünki 

bilirdi ki, bu sirrin üstü açılsa Pəricahan xanım onu buradan qovub qızına da böyük 

tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək 

fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb 

onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma 

Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd elədi. 

Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra çıxıb qapını bağladı, 

gəldiyi deşikdən bağar girib komalarına getdi. 

Bu vaxt Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından 

əsla çörək getmirdi, fikri müdam Qaraca qızın yanında idi. Hətta qəsdən şorbanı 

süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salalar, lakin bu hiylə 

onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi qaçdığını görüb 

təşvişə düşdü:  

-Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü töküldü. 

Yoxsa, qızım, azarlamısan?  

Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu: 

-Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan. Daha bu gün heç 

yerə çıxmayacaqsan. 

Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb dedi:  

-Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə.  

Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi: 

-İndi sap-sağ qızı azarlı edəcəksən.  

-Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan. 

-Nə üçün, mən ata deyiləm? 

-Atasan, amma nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər? 

Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə bərk 

vurdu ki, boşqablar bir-birinə dəydi: -Sus! Tezlik ilə sənə göstərərəm ki, bu evin 

sahibi mənəm... - Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yera 

çaxdı və hirsli, yemək otağından çıxdı. 

-Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.  

Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan 

xanım mürəbbiyə dedi:  

-Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin bəzi şeylər almaq üçün 

şəhərə gedəcəyik.  

Dayə Ağca xanımla getdi. Pəricahan xanım da öz otağına getdi.  

Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.  

 

56


Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı, 

oradan dəmir yol stansiyası görünürdu. Vağzal Hüseynqulu ağanın mülkündə 

tikilmişdi. Hərdən bir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi.  

Birdən vaqon fit verdi. 

-Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı 

dustaqlıdan xilas edim. Bunu deyib, Ağca xanım cəld geyindi və çıxıb Baba 

otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı cəftəlidir. Yavaşca 

qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan 

başqa da içəridə kimsə yoxdur. Bu ittifaqa Ağca xanım həm şad oldu və həm də 

təəccüb etdi. Bu vaxt atası onu gördü.  

-Hə, qızım dustaqlıdan qaçmısan. Çox da yaxşı etmisən. O, dəli ananın sözlərinə 

qulaq asma, gəl bir az ata-bala söhbət edək. 

Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına 

atıldı. Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat 

qaldı. Hüseynqulu ağa soruşdu: 

-Qızım, nə üçün mat qalmısan? Söhbət elə görək nə var, nə yox?  

Ağca xanım soruşdu:  

-Ata, sən çoxdanmı buradasan?  

-Nahardan sonra gəldim, qızım. 

-Sən gələndə qapı açıq idimi?  

-Yox, mən özüm açdım. 

-İçəridə kim vardı?  

-İçəridə bax, bu xallı pişik vardı, - bunu deyə Hüseynqulu ağa dal tərəfində qıvrılıb 

yatmış pişiyi ona göstərdi. -Qızım, bundan ötrümü soruşdun?  

Ağca xanım pişiyi alıb dedi:  

-Yox, ata, bundan ötrü soruşmuram.  

-Bəs kimdən ötrü soruşursan?  

Ağca xanım cavab verməyib fikrə getdi. 

-Qızım nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz.  

Ağca xanım bilirdi ki, atası, arvadının açığına Qaraca qızla oynamağa ona izin 

verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi: 

-Ata, anama deməzsən ki, söyləyim?  

-Demərəm, qızım, söylə. 

Ağca xanım əhvalatı ona söyləyib soruşdu: 

-Ata, bəs Qaraca qız buradan necə çıxmışdır? 

-İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə 

oynayarsan və həm də onun buradan necə çıxmasını özündən soruşarsan. - Bunu 

deyən Hüseyqulu ağa divanın üstündən qalxdı.  

Ağca xanım şadlığından bilmirdi ki, nə etsin.  

Hüseynqulu ağa qızı ilə bağı gəzirkən gəlib Piri kişinin daxmasına çatdı. O vaxt 

Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub 

daxmaya girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. O, içəridən 

döşək gətirib yaşıl otların üstünə saldı. Hüseynqulu ağa oturdu və üzünü qızlara 

tutub dedi:  

-Siz də gedin bağda oynayın.  

 

57



Qaraca qız qavalanı götürüb Ağca xanım ilə gəzməyə və oynamağa getdilər. Ağca 

xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağca 

xanım başına gələni Qaraca qıza nağıl etdi, o da Baba otağından necə çıxdığını ona 

söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba otağında 

görüşsünlər. Qaraca qız Ağca xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı 

öyrədirdi. Axırda hər ikisi göy otun üstündə oturub söhbət etməyə başladılar. Ağca 

xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra qayıtması 

yadına düşdükcə ürəyi sıxılırdı.  

Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar. 

Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların 

işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:  

-Bu pətəyin arıları çox vurağandılar, qızlarım, bunlardan özünüzü gözləyin.  

Bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi 

qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:  

-Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. - Sonra üzünü 

Qaraca qıza tərəf tutub dedi. - Qızım, qaçaraq get, evimizdən o gün sənə 

göstərdiyim ağ torbanı götür gəl.  

Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb 

uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda arılar bir gilas ağacının 

budağına qondular. Bir dəqiqə keçmədi ki, biri-birinin üstünə qonaraq üzüm 

salxımı kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı 

ağacın altında hazır oldu. Piri kişi Ağca xanıma dedi:  

-Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. Bir yuvada iki şah 

olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O vaxt 

onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə cür 

əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da onun 

başına cəm olacaqlar. 

Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi: 

-Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. 

Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri kişidən soruşdu:  

-Baba, o arılar Qaraca qızı sancmazlarmı?  

-Yox, xanım, arını incitməsən və onlardan qorxmasan adamı sancmazlar.  

Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:  

-İndi, qızım, budağı silkələ, arılar, torbaya tökülsün, ya da budağı sındır, torbanın 

içində qalsın.  

Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı arılığa 

gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı. 

-Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında 

olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. 

Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi: 

-Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.  

 

   



   Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı. 

Pəricahan xanım Ağca xanımı çox şad və yanaqları qızarmış görüb dedi:  

 

58


   - Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb rəngin 

özünə gəldi. Gör qızım sənə nə qədər şeylər gətirmişəm.  

   Ağca xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərinə və şirin yeməli 

şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımın arzu etdiyi bir şey vardısa, o da 

bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq Baba otağında 

mümkün idi.  

   Ağca xanımın təbiəti çox həlim idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca 

qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən qəsdən 

çıxıb tez-tez özünü Baba otağına saldırırdı.  

   Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o 

qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin 

edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə 

deyirdi:  

   - İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə 

məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.  

   Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və 

gizlin Qaraca qıza xəbər verərdi.   

 

   



   Piri kişi Qaraca qızın Ağca xanım ilə gizlin görüşüb dostluq etməsinə əsla razı 

deyildi. O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə 

qoymayan Hüseynqulu ağa bu yetim qızı arvadının acığına Ağca xanımın yanına 

buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım 

Qaraca qızı qovacaq. Piri kişinin bir də narasılığı onda idi ki, Hüseynqulu ağa 

ziynətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında 

oynadırdı. Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı tuturdu. Lakin 

qızı onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi. Belə ki, bir 

dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda 

oxuyub-çalan dəstəsi də vardı. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər 

göndərdi ki, gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə 

yatırdı. Piri kişi qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə 

qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin. Piri 

kişi əlacsız qaldıqda Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalanı əlinə alıb 

yola düşdü.  

   Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca sevərdi. 

Odur ki, məclisə mübarizə istəyən pəhləvan kimi atıldı. Bir məharətlə oynamağa 

başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki, orada olan 

adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən gözünün önündə 

durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar 

kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstə çökərək əlinin birini qaval ilə 

yuxarı tutub; o birini belinə qoydu. 

   Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən 

gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca 

qız qəbul etmədi, hətta Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi 

kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb çalğıçılara həmin rəqsi çalmağı əmr 

 

59


etdi. Hamı təəcüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağca xanım da oynamağa 

başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki, 

bu Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı çağırdı, o da 

dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu 

xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı. Onlar dəstə ilə yüyürüb qapının 

ağzında tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanıma da çatdı. O da 

tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla şad olmayıb acığından bilmirdi 

ki, nə etsin.  

   Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. Hüseynqulu ağa 

fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.  

   Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağca xanımı yanına 

çağırtdı. Hüseynqulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu 

fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu 

ağa səbr edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib 

gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır: 

   - De görüm, bu oynamağı sənə kim öyrətmişdir?  

   Hüseynqulu ağa dedi:  

   - Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?  

   - Qaraca qız onu harada görürdü ki, öyrətsin? Mən onunla görüşməyi qadağan 

etməmişdimmi?  

   - Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən? Kimin 

həddi var bundan sonra mənim əmrimdən çıxsın.... 

   Pəricahan xanım indiyə qədər ərini bu dərəcə hirsli görməmişdi.  

   - İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam? 

   - Özün bilirsən, oturursan - otur, gedirsən - get. Bunu bilməlisən ki, bundan sonra 

mən öz istədiyim kimi davranacağam.  

   O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun ailəsinə 

məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı çəkib o biri 

otağa apardılar. Bu ittifaqdan qonaqlar pərişan olub bir-bir dağılmaqa başladılar. 

Ancaq Rəhim bəy və Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb, getsinlər. 

Bunlar istədiklərinə çatdılar. Hüseynqulu hirsi yatdıqdan sonra arvadına dedi:  

   - Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?  

   Səlim bəy dedi: 

   - Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun 

başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da 

bilmir.  

   Rəhim bəy dedi:  

   - Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır. Yoxsa mənim 

qızım kimi qaradinməzdən nə fayda.  

Pəricahan xanım onun sözünü kəsərək dedi: 

   - Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi 

ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq 

yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən 

irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona ( pansion - ümumi 

 

60


yataqxanası olan orta məktəb) verəcəyəm. Hüseynqulu ağa burada qalsın, çünki 

şəhərdə yaşamağı sevmir. 

   Hüseynqulu ağa buna razı oldu.  

 

   



   Sabahısı günü Ağca xanım anası ilə şəhərə köçdü. Yazıq qızçığaz istəkli dostu 

Qaraca qızla görüşə bilmədi. Ağca xanımın şəhərə köçməsi Qaraca qıza böyük 

təsir etdi. Bir tərəfdən Ağca xanımın ayrılıq həsrəti, o biri tərəfdən də onun ata-

anasının arasına ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir 

şey varsa, o da qonaqlıqda zühür edən ittifaqdan sonra Hüseynqulu ağanın 

günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi 

ki, beləliklə da Qaraca qızı özü də oynamağı tərk etmişdi. O, günlərini bağda 

keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, 

yanından iraq (iraq - uzaq) olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətmişdi ki, 

hər istədiyini edirdi.Piri kişi həmişə bunları bir yerdə görəndə, gülüb deyirdi: 

   - İki qara yaxşı tapışmısınız.  

   Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı. Belə 

ki, bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə cəvərənini götürüb meşəyə getmişdi. 

Qara köpək də yanında idi. Meşə Hüseynqulu ağanın mülkündə idi. Qaraca qız 

azmaqdan və meşə heyvanlarından qorxmurdu, çünki hər iki halda qara köpəyin 

onu xilas edə biləcəyini anlayırdı. Meşədə cəvərəni moruq ilə doldurub evə tərəf üz 

qoydu. Meşənin içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı 

büdrəyib yıxıldı və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. 

Qaraca qızın başı moruğunu yığmağa qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O 

vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruq yığan və 

qatarı iti gələn görüb ildırım kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, 

özü də dərəyə uçdular. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından 

və Qara köpəyin belə hərəkətindən acıqlanıb qışqırdı. Amma başını yuxarı 

qaldırdıqda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu 

bu tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin 

başını sığallıyıb, onu əzizlədi. Sonra yola çıxdı ki, görsün cəvərəni necə olmuşdur. 

Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən 

qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına bir qədər də yanmadı. 

   Bu xəbər gedib şəhərə də çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümdən 

xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli 

bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.   

 

   



   Yayın axır günləri idi. Ağca xanımın pansiona girməsinə az qalmışdı. O, 

anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin, 

Pəricahan xanım razı olub dedi:  

   - Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat 

olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq 

Ağca, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy 

qızısan, elə rəiyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O günü atan şəhərə 

 

61



gəlmişdi, özü tutduğu əməldən peşman olmuşdur. O, deyirdi ki, mən arvadımın 

acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımı öz qaravaşilə dostluq 

etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, 

Qaraca qızı da qovacağam.  

Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad 

deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:  

   - Ana, mən kəndə getmək istəmirəm.  

   - Nə üçün, dünən sən özün demirdinmi? Qalx, tənbəllik etmə.  

   Ağca xanım istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini 

teleqrafla Hüseynqulu ağaya xəbər verdi. 

   Qatar stansiyada dayandıqda Ağca xanım pəncərədən atasını görüb çağırdı. 

Vaqondan endikdə Ağca xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan 

xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağca 

xanım bundan istifadə edərək, gizlincə, Qaraca qızın yanına qaçıb onunla görüşdü.  

   - Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə açığı tutar, - deyə Qaraca 

qız Ağca xanımı tələsdirdi. 

   - Doğru deyirsən, sonra görüşərik, - deyə Ağca xanım ata-anasına yanaşdı və 

faytona minib yola düşdülər.  

   Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın 

qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım 

Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:  

   - Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmış.  

   Ağca xanım anasının bu tənəsinə səbr edib sirrini üstünü açmadı. Sabahkı günü 

Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın buraya gəlməkdə məqsədi Qaraca 

qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikeyf və qəmgin idi.  

 

   



   Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı. 

Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.  

   - Qızım, nə çox yatmısan, sən heç belə gecikməzsən, azarlı deyilsən ki? - deyə 

Piri kişi soruşdu. 

   - Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur. 

   Piri kişi komanın qapısını açıb dedi: 

   - Qızım, bax gör nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər yatar. 

   Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay içməyə 

məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı 

gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası sataşdı. Bu qarışqaların içində 

qanadlıları da vardı. Onlar qalxıb havada uçurdular. Gah bu yuvanın, gah da o 

yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi: 

   - Qızım, nəyə baxırsan?  

   - Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba bu nə 

üçün? 

   - Qızım, onların qanadlırı həmişəlik deyildir, onlar töküləcəkdir. Bu gün 



qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub 

düşəcək.  

 

62


   Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vurub qaqqıltıı ilə 

gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı. 

   - Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən razı 

qalsınlar.  

   Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçaraq komaya gedib qavalını 

gətirdi. Çalıb-oynamağa başladı. Piri kişi bu işdən şad oldu.  

   Bu vaxt Ağca xanım mürəbbiyəsi ilə bağçada oturmuşdu. Mariya İvanovna kitab 

oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman 

onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin 

qırağına gəldi. Ağca xanım, Qaraca qızın çəpərin yanında oxuduğu mahnını 

dinləyərkən, qıvrılıb özünü günəşə verən zəhərli bir ilan atılıb Ağca xanımın çılpaq 

qolundan sancdı. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Bunun 

qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib Ağca 

xanımı bağçada tək qoyub evdən su gətirməyə qaçdı. Ağca xanım da qışqıra-

qışqıra onun dalınca yüyürməyə başladı.  

   - Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, - deyə Piri baba 

Qaraca qızı dayandırdı. 

   - Baba, bu səs Pəricahan səsidir, - deyə Qaraca qız ildırım kimi götürüldü. 

Həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyidən qan axır və Pəricahan xanım da 

ağlayaraq xidmətçilərə yalvarır:  

   - Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini yerə 

tökünüz.  

Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu. 

   Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri 

sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi. 

   Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi: 

   - Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.  

   Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu 

ölümdən xilas etməyə səy edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa daha 

yaradan qan gəlmədi. Ağca xanım yaradan bir o qədər şikayət etmirdi, yaradan 

yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:  

   - Ana, qaytanı aç, qolumu kəsir. 

   - Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbr et, bu saat 

şəhərə teleqram vuracağam. Atan həkim gətirsin, - bunu deyən Pəricahan xanım bir 

teleqram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağca xanımın 

qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab 

ilə Qaraca qızın üzünə baxdı. 

   - Baba, gördünmü başımıza nə gəldi? - deyə Pəricahan xanım şikayətləndi.  

   - Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xilas etmək üçün bu 

atasız-anasız yetimi bəlaya salmısan, - deyə Piri kişi sərt nəzər ilə onun üzünə 

baxdı.  

   - Baba, nə deyirsən? Qaraca qıza heç bir şey olmamış.  

   - Yaxşı bax, xanım.  

   Bu vaxt Qaraca qız dedi: 

   - Baba içərim yanır. Mənə su ver içim. 

 

63



   - Gəl qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü xidmətçilərə 

tutub dedi:  

   - Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qızı içirdin. 

   - Baba, bu saat, -deyə xidmətçilər yüyürüşdülər.  

   - Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram 

vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir, - bunu deyən Pəricahan 

xanım onun qabağını kəsdi.  

   - Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, 

bəyzadə qızına pis xasiyyətləri təsir edər. İndi də mən onun bu zülm yuvasında 

qalmasına razı deyiləm. - Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub 

apardı.  

 

   



   Piri kişşi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin 

Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduqda zəhər tüpürcəklə onun 

qanına yerimişdi. Bununla belə, Piri baba Qaraca qızdan ümidini kəsməmişdi. 

Lakin öz canına özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi. 

   - Baba, mən ölsəm, məni o bağımızın yanındakı göy təpədə basdırın. Oranı mən 

çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var. 

   - Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan, uzun 

yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.  

   Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma baxdıqdan sonra 

dedi: 


   - Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış rəf 

olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.  

   Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın 

daxmasına getdilər. Qaraca qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona 

baxdıqdan sonra dedi: 

   - Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına qarışıb 

bədəninə yayılmışdır. Sağalması çətindir.  

   Bu xəbərdən Piri kişi məyus olub dedi:  

   - Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə verən 

qadına nə deyərlər? 

   - Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına taymı edirsən, - deyə 

Hüseynqulu ağa bağırdı.  

   Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və Piri kişiyə 

tapşırdı ki, bundan xəstəyə tez-tez versin.  

   - Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, - deyə həkim 

ağalar ilə bərabər getdi. 

   Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca 

Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına 

yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür. Ona da səbəb tam 

uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.  

   Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəgəqinq bir 

müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!...  

 

64


   - Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

65



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin