Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə8/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   4   5   6   7   8   9   10   11   ...   246
elmi-eserler-2022-2-cap

Akif Nurağa oğlu Abbasov 

Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
istərsə də cavan, yaxud uşaq olsun – həmişə tər-
biyəyə möhtacdır. 
İnsanların bir-biri ilə ünsiyyəti, qarşılıqlı 
münasibətləri, yaşayış uğrunda mübarizəsi pro-
sesində birgə fəaliyyət göstərməyin zəruriliyi 
tərbiyənin meydana gəlməsinə səbəb olmuşdur. 
“Tərbiyə bioloji hadisədir” (
yəni heyvan-
lar aləmində də tərbiyə mövcuddur
) və tərbiyə 
psixoloji hadisədir (
yəni balacaların böyükləri, 
övladların öz valideynlərini təqlid etməsindən 
başqa bir şey deyil
) deyənlərin əksinə olaraq, 
qabaqcıl fikirli adamlar, mütərəqqi filosof, psi-
xoloq və pedaqoqlar, o cümlədən Azərbaycan 
alimləri tərbiyəyə ictimai hadisə kimi yanaşır, 
yalnız insan nəslinə şamil edirlər. 
Tərbiyəyə müxtəlif təriflər verirlər: “Tər-
biyəçinin tərbiyə olunana məqsədyönlü təsiri”, 
“uşaqda bu və ya digər keyfiyyəti (
böyüyə hör-
mət, düzlük və doğruçuluq, vətənpərvərlik, xe-
yirxahlıq, humanistlik, qəhrəmanlıq, mübarizlik 
və s.
) inkişaf etdirmək üçün ona göstərilən tə-
sir”, “yaşlı nəslin qazandığı sosial təcrübənin 
gənc nəslə ötürülməsi” və s. 
Həmin təriflər tərbiyə prosesinin mahiyyə-
tinə bu və ya digər dərəcədə aydınlıq gətirir. Bir 
qədər də dəqiq ifadə etməli olsaq, tərbiyəyə belə 
tərif verə bilərik: tərbiyə dedikdə, bu və digər 
keyfiyyəti inkişaf etdirmək, davranış təcrübəsini 
formalaşdırmaq üçün tərbiyəçinin (
valideynin, 
müəllimin
) tərbiyə olunana (
uşağa, şagirdə
) mü-
təşəkkil, məqsədyönlü, planlı, sistemli və fasilə-
siz təsir göstərməsi prosesi başa düşülür. 
Tərbiyə latıncada 
education;
ruscada 
вос-
питание
, ingiliscədə
upbringing,
almanca 
der 
benehmität (yaxşı maneralar, özünü saxlaya bil-
mək); 
fransızcada 
le éducation – 
tərbiyə, böyüt-

;
italyancada –
educazione;
türkcədə 
eğitim; 
ukrayncada 
виховання;
beloruscada 
выхаванне;
albancada
arsim; 
macarca 
oktatás; 
indoneziyaca 
pendidikan; 
ispancada 
educación;
norvec dilində 
utdanning; frumıncada educație; serbcədə – 
образовање; fin dilində koulutus; xorvat dilində 
obrazovanje; estoncada-haridus deməkdir. 
“Tərbiyə”
sözü ərəbcə 
“əl-tərbiyə”
sözü-
nün 
“rəbb”
kökündən əmələ gəlib. O, üç mənanı 
ifadə edir: 
“Rəba”

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin