Research papers


– doğru yol göstərmək;  “Rə- bi” –



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə9/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   5   6   7   8   9   10   11   12   ...   246
elmi-eserler-2022-2-cap

 
– doğru yol göstərmək; 
“Rə-
bi” –
 
bəsləmək, yetişdirmək, böyütmək, tamam-
lamaq; “
riba” – 
çoxaltmaq. 
“Rəbb” 
Allahın 99 
adından biri olub. “Quranda”da Allah sözündən 
sonra ən çox (935) işlənən sözdür. Mənası 
“tər-
biyə edən”,
“nemət verən”,
“maddi və mənəvi 
kamilliyə doğru
yönəldən”, “ərsəyə çatdırma”
deməkdir. 
“Mürəbbi”
sözü də 
“rəbb”
kəlməsin-
dən əmələ gəlmişdir. 
“Ərsəyə çatdırma”
dedik-
də, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında 
düşünməyi bacarmaq və davranışını sərbəst ola-
raq qaydaya salmaq, dünyaya münasibətdə müs-
təqil dərketmə qabiliyyətinə yiyələnmək səviyyə-
sinə çatdırmaq mənası başa düşülür (1, s. 5). 
“Tərbiyə” son dərəcə geniş anlayışdır. Çox 
zaman “təhsil” və “təlim” də onun tərkibində nə-
zərdən keçirilir, hətta pedaqogikaya tərif verər-
kən ona “tərbiyə” haqqında elm kimi yanaşırlar. 
Bu, görünür, təhsil və təlim anlayışlarına nisbə-
tən tərbiyə anlayışının daha erkən meydana gəl-
məsi ilə bağlıdır. İlk insanlar məhz tərbiyə edə-
edə övladlarına bilik, bacarıq, vərdişlər qazandı-
rırdılar. Qeyd etdiyimiz kimi, ingilis dilində 

education
” sözü var. O eyni zamanda həm tərbi-
yə, həm təhsil, təlim, maarif, həm də ən əsası, 
“pedaqogika” mənasını verir. Əslində tərbiyə in-
giliscədə “upbringing” sözü ilə ifadə olunur. 
Bu gün çox təlatümlü bir dövrdə yaşayı-
rıq. Belə bir vaxtda, təbii ki, tərbiyə prosesini 
köhnə sxemlər, modellər üzrə qurmaq olmaz. 
Biz cəmiyyətdən ayrı yaşamırıq və cəmiyyətdə 
baş verən dəyişikliklərə biganə qala bilmərik. 
Eyni zamanda həmin dəyişikliklər bu və ya di-
gər dərəcədə hər bir şəxsin həyatına da öz təsiri-
ni göstərir. 
Müasir mərhələdə gənc nəslin milli mən-
lik şüurunun formalaşdırılması, milli şərəf və lə-
yaqət hissinin inkişaf etdirilməsi qayğısına qal-
maq lazımdır. Vətənini, millətini sevmək heç 
də, vaxtilə zənn olunduğu kimi millətçilik deyil-
dir. Milli mənliyi, milli ləyaqəti olmayan vətən 
övladı, sözün həqiqi mənasında, beynəlmiləlçi 
ola bilməz. Öz xalqını, vətənini sevməyən şəxs, 
heç vaxt başqa xalqı, milləti də ürəkdən sevməz. 
Bir zamanlar ateizm tərbiyəsi dəbdə idi. Keçmiş 
ittifaqda, o, cümlədən respublikamızda bir tərəf-
dən Konstitusiya ilə “vicdan azadlığı” elan edi-
lir, digər tərəfdən dini mərasim və ayinlərin ic-
rasına hər vəchlə maneçilik törədilir, dinə, Alla-
ha inananlar sıxışdırılırdı. Ötən əsrimizin ortala-
rında, hətta “allahsızlar” cəmiyyətləri fəaliyyət 
göstərirdi. Xüsusən gənclər və məktəblilər ara-
sında antidin təbliğat, ateizm tərbiyəsi geniş şə-
kildə aparılırdı. Özü də başqa dinlərlə müqayi-
sədə İslam dininə hücum daha güclü idi. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin