Research papers


Milli ruhda tərbiyə üzrə iĢin vacibliyi



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə12/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   8   9   10   11   12   13   14   15   ...   246
elmi-eserler-2022-2-cap

Milli ruhda tərbiyə üzrə iĢin vacibliyi 

Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
4. Elmi tərbiyə ilə qarışdırmamalıdır. Elm 
bütün xalqlar üçün ümumidir; lakin o, bütün 
xalqlar və bütün adamlar üçün həyatın məqsədi 
nə nəticəsini təşkil etmir” (s. 49-50). 
Böyüyən nəslin milli ruhda böyüyüb boya-
başa çatmasında, milli adət və ənənələri yaşatma-
larında onlar arasında aparılan mənəvi maariflən-
dirmə işlərinin rolu böyükdür. Bu sahədə vali-
deynlərin, müəllimlərin, ictimaiyyət nümayəndə-
lərini, ictimai təşkilatların üzərinə mühüm vəzifə-
lər düşür. Xalqımız əsrlər boyu maddi və mənəvi 
xəzinəsini hifz edib saxlamışdır. Həmin xəzinə 
ilə gənc nəsil yaxından tanış edilməlidir. Milli-
mənəvi dəyərlər Azərbaycan xalqının mövcudlu-
ğunun mühüm göstəricisi hesab olunur. 
Heydər Əliyev heç də təsadüfi olaraq de-
mirdi: “...Hər bir azərbaycanlı öz milli mənsu-
biyyətinə görə qürur hissi keçirməlidir və biz 
azərbaycançılığı – Azərbaycan dilini, mədəniy-
yətini, milli-mənəvi dəyərlərini, adət-ənənələri-
ni yaşatmalıyıq”. 
Ümummilli Liderimiz milli-mənəvi dəyər-
lərimizin yaşadılması ilə əlaqədar 2001-ci il av-
qustun 13-də “Milli-mənəvi dəyərlərin pozul-
ması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” 
bəyanatını vermişdi. 
Ailədə valideynlər, məktəbdə pedaqoji kol-
lektivin üzvləri şagirdlərin tərbiyəsi qayğısına qa-
lırlar. Nəticədə məktəblinin müsbət mənəvi key-
fiyyətləri inkişaf edir, o, nümunəvi davranış təcrü-
bəsinə yiyələnir, intizamı gözləyir. Hələ vaxtilə bu 
həqiqəti aydın başa düşən Şeyx Şihabəddin Sührə-
vərdi deyirdi: “Tut yarpağı tədricən atlas olduğu 
kimi, düzgün təlim-tərbiyə sayəsində hər bir şəxs 
də get-gedə həqiqi insana çevrilə bilər”. 
Öz-özünü görmək bacarığı özünütərbiyə-
də mühüm rol oynayır. Şərqin böyük sənət abi-
dələrindən biri olan “Qabusnamə”də deyilir: 
“Gərək insan aynaya baxsın, görünüşü yaxşıdır-
sa, işi də görünüşü kimi yaxşı olmalıdır, çünki 
gözələ çirkinlik yaraşmaz, buğdadan arpa, arpa-
dan buğda bitməməlidir… Aynaya baxdıqda 
özünü kifir görsən, yenə yaxşılıq et, çünki, çir-
kinlik etsən, kifirliyi artırmış olarsan. Bu isə çox 
pis şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik 
gəlsən, bir yerdə iki çirkinlik olar” (3). 
Gənc nəsildə özünütərbiyə tələbat yarat-
maq da milli tərbiyə üzrə işdə az əhəmiyyət daşı-
mır. Özünün qüsurlu tərəflərini görmək bacarığı 
dünyagörüşünün təşəkkül tapıb formalaşmasında, 
özünütərbiyə proqramına yiyələnməkdə şagirdə 
kömək edir. Məktəblilər əsas etibarilə ağlın, 
iradənin, müsbət mənəvi keyfiyyətlərin inkişafı 
qayğısına qalır, fiziki kamilliyə can atırlar. 
Məhz milli ruhda tərbiyənin, milli adət və 
ənənələrimizə hörmətin aşılanması sayəsində 
uşaq və yeniyetmələrimiz, gənclərimizdə vətən-
pərvərlik hissləri qüvvətləndirir. Onlar ölkəmi-
zin maddi və mənəvi sərvətlərinə görə iftixar 
hissləri keçirirlər. Vətəni qorumağı özümüzə 
müqəddəs borc və vəzifə bilirik. 
Elə bu səbəbdəndir ki, qısa müddət ərzin-
də, 44 günlük Vətən Müharibəsində Azərbaycan 
gəncləri, Milli Ordumuz Ali Baş Komandan cə-
nab İlham Əliyevin rəhbərliyi altında düşmənlə-
rimizi – erməni faşist işğalçılarını torpaqları-
mızdan qovub çıxardılar. Fədakar Ordumuz 
Ermənistan ordusunu darmadağın etdi. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin