Research papers


Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə15/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   11   12   13   14   15   16   17   18   ...   246
elmi-eserler-2022-2-cap

Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə 
11 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
lər arasında inteqrasiya və qloballaşmanın həya-
ta keçirilməsi başlandı. XVIII yüzillikdə Rusi-
yada I Pyotrun, XX əsrdə Türkiyədə Mustafa 
Kamal Atatürkün islahatları, XX əsrin 50-90-cı 
illərində Cənub-Şərqi Asiya ölkələrində mo-
dernləşmə, Yaponiya, Koreya, Çinin öz milli 
xüsusiyyətlərini saxlamaqla müasirləşmə prose-
sində fəal iştirakı və s. nümunə gətirilə bilər. 
Həmin illərdə həm də keçmiş SSRİ-nin sənaye-
ləşdirilməsi prosesində modernləşmə prosesi 
özünü əks etdirdi. 
1970-2003-cü il tarixlərində ölkəmizdə 
Ümummilli liderimiz Heydər Əliyevin islahatla-
rı milli xüsusiyyətlərimizi saxlamaqla ölkəmizin 
modernləşmə prosesində iştirakında mühüm 
əhəmiyyət kəsb etdi. Qloballaşma, modernləşmə 
prosesi yeni məktəb, yeni təhsil, yeni insan 
problemlərini önə çəkdi və ölkəmiz üçün yeni 
nəsil kadrların hazırlanmasını qarşıya qoydu. Bu 
isə sosial-iqtisadi şəraitin tələb etdiyi yeni tip 
cəmiyyətin qurulması demək idi. Buna görə də 
ali təhsil müəssisələrində həyata keçirilən isla-
hatlar inteqrasiya və modernləşmə yolunu seçdi. 
XX əsrin sonu və XXI əsrin əvvəllərində qarşı-
ya qoyulan aktual problemlərdən biri də sosial-
iqtisadi şəraitin tələb etdiyi yeni, rəqabət qabi-
liyyətli mütəxəssislərin hazırlanması oldu. Bu 
isə qarşıya belə bir mühüm vəzifə qoydu ki, təh-
sil siyasəti elə qurulmalıdır ki, hazırlanan mütə-
xəssislər müasir tələblərə uyğun olsun. 
Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyev demişdir:
“Azərbaycanın 
təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlər-
lə zəngindir. Azərbaycan müəllimləri bütün ta-
rix boyu təhsildə daim varisliklə novatorluğun, 
ənənə ilə islahatın vəhdətini öz fəaliyyətində əks 
etdirmişdir. Bu gün qədəm qoyduğumuz infor-
masiya cəmiyyəti və biliklərə əsaslanan yeni tip-
li iqtisadiyyatın formalaşması, qloballaşma ça-
ğırışları bütün dünya təhsil sistemi qarşısında 
yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış 
XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini 
və müasirləşməsini tələb edir. Əminəm ki, Azər-
baycan müəllimləri fəaliyyətlərini bu tələblərə 
uyğun daha da təkmilləşdirərək müstəqil Azər-
baycan Respublikasının çiçəklənməsinə xidmət 
edən gənc nəslin yetişdirilməsi işinə öz töhfələ-
rini verəcəklər”. 
Ümummilli lider Heydər Əliyev hələ 
1970-ci illərdə insan həyatında informasiya tex-
nologiyasının inkişafının mühüm dəyişikliklərə 
səbəb olacağını görmüş və onun təməlini qoy-
muşdur. O, 1993-cü ildə ikinci dəfə hakimiyyətə 
qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, 
həm də ali təhsillə bağlı belə bir mühüm bir qə-
rar verdi ki, Azərbaycanın ali təhsil müəssisələ-
rinə dövlət hesabına qəbulla yanaşı, ödənişli 
əsaslarla tələbə qəbulunun aparılması məqsədə-
uyğun hesab edildi. Həmin qərar təhsil tarixində 
yadda qalan, əhəmiyyət kəsb edən sənəd oldu. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfin-
dən qoyulmuş siyasi və iqtisadi kurs Azərbay-
can Respublikasının Prezidenti cənab İlham 
Əliyev tərəfindən uğurla davam etdirilir. Hazır-
da bir çox sahələr üzrə Azərbaycan dünyanın 
qabaqcıl ölkəsinə çevrilmiş və lider ölkələr sıra-
sına daxil edilmişdir. 
Ulu Öndər Heydər Əliyevin təhsil siyasə-
tini uğurla həyata keçirən möhtərəm Prezidenti-
mizin diqqəti sayəsində əsaslı islahatlar həyata 
keçirilir və bütün istiqamətlər üzrə Dövlət Proq-
ramları yerinə yetirilir. Bunlardan “Azərbaycan 
Respublikasının ali təhsil müəssisələrinin Avro-
pa ali təhsil məkanına inteqrasiyası”, 2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, 2009-
2013-cü illərdə Azərbaycan Respublikasının ali 
təhsil sistemində islahatlar üzrə Dövlət Proqra-
mı”, “Təhsil sisteminin informasiyalaşdırılması 
Proqramı (2008-2012-ci illər)”, “Elmin inkişafı 
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə 
bağlı Dövlət Proqramı (2009-2015-ci illər), 
“2018-2024-cü illərdə Azərbaycan Respublika-
sında sağlamlıq imkanları məhdud şəxslər üçün 
inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”, 
“2019-2023-cü illər üçün Azərbaycan Respubli-
kasında ali təhsil sisteminin beynəlxalq rəqabət-
liliyinin artırılması üzrə Dövlət Proqramı” və s. 
misal göstərə bilərik. 
“Təhsil əsri” elan edilən XXI əsrdə yük-
sək intellektə malik insan kapitalının formalaş-
ması və iqtisadiyyatın qurulması ilə bağlı res-
publika Prezidenti cənab İlham Əliyev demiş-
dir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensia-
lımızı insan kapitalına çevirməliyik”. 
Təhsil sahəsində qəbul edilən dövlət proq-
ramları göstərir ki, təhsilin bütün sahələrində is-
lahatlar elə aparılmalıdır ki, kadr hazırlığı indiki 
dövrün tələblərinə uyğun olsun. Yəni müstəqil 
ölkəmiz üçün yeni nəsil kadr hazırlığı həyata 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin