Research papers


Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə17/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   13   14   15   16   17   18   19   20   ...   246
elmi-eserler-2022-2-cap

Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə 
13 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
ra təhsil müəssisələrində səriştəsiz, təkəbbürlü, 
qohumbazlıq və dostbazlığa üstünlük verən, 
dövlət və hökumət qanunlarına riayət etməyən 
aşağı səviyyəli rəhbər işçilər də vardır. Bu cür 
şəxslər həm də ətrafında olan savadlı, vəzifəsinə 
ləyaqətlə qulluq edən perspektivli kadrları kə-
narlaşdırmaqla öz primitiv idarəçilik metodları-
nı davam etdirirlər. Məgər bu situasiyaları mü-
vafiq qurumların rəhbərləri, nəzarət edən şəxslər 
görmürlərmi? Ölkə Prezidenti telekanalların bi-
rində çıxış edərkən belə bir ifadə işlətdi: “Kim 
hansı rəhbər işə təyin edilirsə, elə bilir ora onun 
atasının, babasınındır”. 18.01.2022-ci ildə isə 
çıxışında isə qeyd etdi ki, “İctimaiyyət kömək 
etməlidir, lazımi məlumatları çatdırmalıdır”. 
Bununla bağlı bir hadisəni qeyd etmək ye-
rinə düşər. Görkəmli pedaqoq-alim və tanınmış 
ictimai-siyasi xadim Zahid Qaralovun 80 illiyi 
ilə əlaqədar “Müdrik müəllimimiz” kitabının 
19-cu səhifəsində mərhum Z.İ. Qaralov yazırdı: 
“Texniki-peşə təhsili sistemində də çox eybə-
cərliklər kök salmışdı. Bunu Heydər Əliyev hiss 
etmişdi. Güclü komissiya yaratdı və sistemi hər-
tərəfli yoxlatdı. Məni həmin komissiyaya təyin 
etmişdilər. Bu müəssisə rəhbərinin elə gizli ka-
nalları, Moskvada və Bakıda rəhbər işçilərlə elə 
əlaqələri var idi ki, ona “diş batıran” yox idi. 16 
il sədr olduğu müddətdə bir dəfə də texniki-peşə 
təhsili sistemində yoxlama aparılmamışdı. Biz 
iki aya qədər gərgin və çətin şəraitdə işlədik. 42 
səhifəlik arayışı MK-yə təqdim etdik. Əvvəlcə 
elm və təhsil müəssisələri şöbəsinin məsul işçi-
ləri arayışla tanış oldular. Bir sıra kəskin faktla-
rın, hətta cinayət xarakterli bəzi məlumatların 
arayışdan çıxarılmasını bildirdilər. Mən səbəbi-
ni soruşanda dedilər: “Heydər Əliyevə bu məlu-
mat çatanda bizdən soruşmayacaq ki, bəs siz ha-
ra baxırdınız?” 
Bütün ziyalılar əmindir ki, son zamanlar-
da təsadüfi vəzifəyə qoyulmuş səriştəsiz, təhsil-
də islahatın həyata tətbiqini bilməyən, qanunun 
aliliyinə riayət etməyən kadrların sonu olmalı-
dır, yəni
: “44 günə erməni işğalçılarına qalib 
gələn, monolit ordu yaradan möhtərəm Prezi-
dentimiz tərəfindən tez bir müddətdə təhsil 
müəssisələrində, əsasən bəzi ali texniki məktəb-
lərdə idarəçiliyi bilməyən, dövlət və hökumət 
qanunlarına riayət etməyən və hegemonluqla 
fəaliyyətdə olan rəhbərlərə son qoyulacaq”. 
Dövlət və hökumət rəhbərliyi və tanınmış 
alimlər tərəfindən həmişə belə çıxışlar olur: 
“Təhsil sisteminin Azərbaycanın şərait və ənə-
nələrinin xüsusiyyətlərini nəzərə alaraq daim 
təkmilləşməyə ehtiyacı var”. Bu ehtiyacın ödə-
nilməsinin xalqımızın gələcəyinin təmin olun-
ması ilə sıx bağlı olması, yəqin ki, heç kəsə sirr 
deyildir. Azərbaycanın gələcəyi istedadlı şagird-
lərdən və tələbələrdən çox asılıdır. Ulu öndəri-
miz Heydər Əliyev deyirdi: “Təhsil millətin gə-
ləcəyidir”, “Dünyada müəllimdən yüksək ad ta-
nımıram”. Aparılan islahatlar ictimaiyyətdə bir 
qrup köhnəpərəst və yeniliyi qəbul etməyən 
şəxslər tərəfindən narazılıqlara səbəb olur. Yeri 
gəlmişkən, belə bir hadisəni qeyd edək: 1901-ci 
ildə Rusiya maarif naziri N.P. Baqolepova öz 
çıxışında demişdir: “Mən hesab edirəm ki, təhsil 
sisteminin bütün sahələrində günün tələblərinə 
uyğun təkmilləşdirmə və yeniləşmə olmalıdır. 
Mən bu fikirdəyəm ki, keçidi çox ehtiyat və ar-
dıcıllıqla keçmək lazımdır”. O, hesab edirdi ki, 
bütün sosial dəyişikliklər inqilab yolu ilə deyil, 
təkamül yolu ilə həyata keçməlidir. Bu deyilən-
lər terrorist P.V. Karpoviçə xoş gəlmir və o na-
zirə qəsd edir. 
Sual meydana çıxır: bəs bizim ölkədə ter-
rorçu P.V. Karpoviçi əvəz edən kimdir? Mənə 
görə, onlar neqativ əməllərinə görə təhsil ocaq-
larından kənarlaşanlar, çürük regionçuluqla 
məşğul olanlar, öz vəzifələri ilə məşğul olma-
yan bir qrup saxta siyasətçilər və başqaları. Və 
ya əksinə: təhsil sistemində yeniliyi qəbul edə 
bilməyən, köhnə metodlarla işləyən rəhbər işçi-
lər və müəllimlər. 
Hazırda bəzi ali texniki məktəblərdə əsas 
problemlərdən biri pedaqoji kadrların çatışmazlı-
ğıdır. Nə qədər ki, gec deyil müəllim qıtlığının 
aradan qaldırılması üçün əsaslandırılmış qərarla-
rın verilməsinin vaxtıdır. Bir sıra fənlər qeyri-ix-
tisas müəllimləri tərəfindən tədris olunur. Yaşlı 
müəllimlərin işdən ayrılması və bir sıra müəllim-
lərin başqa iş yerlərinə getməsi ilə əlaqədar ola-
raq fənlər başqa ixtisaslı müəllimlərə verilir, belə 
halda isə təlim və təhsilin keyfiyyətindən danış-
maq olmaz. Məhz buna görə də professor-müəl-
lim kadrlarının seçilib yerləşdirilməsi istiqamə-
tində ciddi addımların atılması zəruridir. 
İndiki dövrdə ən ağrılı nöqtələrdən biri də 
təhsil sistemində bir qrup insanların pula, vari-
data hərisliyidir, bu isə onları humanizm hisslə-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin