Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008, Səh 334
470) Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
A) Ürəyin masajı
B) Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək
C) Oksigen verilməsi
D) Ağ ciyərin süni ventilyasiyası
E) Süni tənəffüsün verilməsi
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız
boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dölyanı mayenin sorulmasıdır.Ona görə ilk
yardım yuxarı tənəffüs yollarını dölyanı mayedən təmizləməkdir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
471) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
A) Zülal çatışmazlığı
B) Gigiyenik qaydaların pozulması
C) Vitamin çatışmazlığı
D) İnfeksion xəstəliklər
E) Fermentativ çatışmazlıq
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasidir ki , uşaglarda adi giçiglara anormal
reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabina , su – duz
mubadiləsinin pozulması ilə səçiyyəvidir. EKD-in əmələ gəlməsində irsi meyillik də rol oynayır.
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69
472) Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlardan istifadə edilir?
A) Antimikrob
B) Diuretiklər
C) Hipotenziv preparatlar
D) Ürək qlükozidləri
E) Antihistamin
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müaliçəsində antihistamin preparatlar
işlədilir klaritin , tavegil , suprastin , enterosorbentler , vitaminlər təyin olunur.
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008, səh.69
Dostları ilə paylaş: